Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-937/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X11 Xüsusi X2rşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4629/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X11 Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək (25 ay) Xaçmaz rayonu Pravda sovxozunda fəhlə vəzifəsində işləmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 4 nömrəli texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək “Paris kommunası” adına gəmi təmiri zavodunda tornaçı vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də (xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx) tornaçı və motorist vəzifələrində işləmişdir. Həmin vəzifələr Azəbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Dəniz və çay donanması – Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) – bütün adlarda motorçular – 23003020 – 14706) öz əksini tapmışdır. xx.xx.2006-cı il tarixədək 26 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır. Cavabdehə ərizə ilə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh onun müraciətinə imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4629/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 306 saylı arxiv arayışına əlavə edilmiş əmək haqqı cədvəlindən göründüyü kimi cədvələ baxdıqda müəyyən edilir ki, iddiaçı “Pravda” adına sovxozda ancaq 1974-cü il ərzində 3 ay, 1976-cı ildə 7 ay, 1977-ci ildə 6 ay, 1978-ci il ərzində 6 ay, 1980-ci ildə 3 ay ərzində əmək haqqı almışdır. Beləliklə qeyd edilən arayışdan müəyyən edilir ki, iddiaçı 1974-1980-ci illər ərzində cəmi 25 ay (2 il 1 ay) ərzində əmək haqqı almışdır. “Əmək pensiyaları haqqında” qanun təhsil müddətini sığorta stajına aid etməmişdir. Lakin məhkəmə bunu nəzərə almayaraq təhsil müddətini sığorta stajına daxil etmişdir. “Əmək pensiyaları haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçı pensiya yaşına çatmalı, minimum sığorta stajı və həmin sığorta stajından qanunvericilikdə qeyd edilmiş müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməlidir. Qanunun 9.1-ci maddəsində xx xxxx 2017-ci il tarixə qədər olan mətni iddiaçıya şamil edilə bilməz. “Əmək pensiyaları haqqında” qanun xx xxxxxx 2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı 46 olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçının həmin maddənin qeyd edilən tarixə olan yaşı maddədə qeyd edilən 57 pensiya yaşından aşağı olmuşdur. İddiaçının hal-hazırda 59 yaşı olduğundan ona “Əmək pensiyaları haqqında” qanunun hal-hazırda qüvvədə olan 9.1-ci maddəsi şamil edilə bilməz. Belə ki, xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla həmin maddədə qeyd edilən pensiya yaşı 57dən 60-a qaldırılmışdır. “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsində qeyd edilənlər iddiaçıya tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə Əmək pensiyaları haqqında” qanundan əvvəl qüvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunu ilə tənzimlənmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd edilən maddədən göründüyü kimi iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” qanunu tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4629/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hər şeydən öncə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının 57 yaşının 2017-ci ilin avqust ayında tamam olduğunu və bu səbəbdən hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci deyil, 9.1-ci maddəsinin tətbiq edilməli olduğunu bildərərək, hazırda qüvvədə olan qanuna əsasən, iddiaçının pensiya hüququnun 57 deyil, 60 yaşdan yarandığını bildirmişdir. Apelyasiya şikayətinin qeyd edilən dəlilini əsassız sayaraq kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi deyil, 9.8-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən qanunun tələbinə görə, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, o, xx.xx.2006-cı il tarixədək həm 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır. İddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından və sığorta edənin sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumat vərəqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 4 nömrəli texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1984cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Paris kommunası” adına gəmi təmiri zavodunda tornaçı vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən hal-hazıradək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də (xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx) tornaçı və motorist vəzifələrində işləmişdir. Kollegiya iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Cavabdehin bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən iddiaçının təhsil aldığı müddətin onun sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı təhsil aldığı dövrdə məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığını qeyd etmişdir. Qeyd edilən mövqe ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan əmək pensiyaları qanunvericiliyində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan xx.xx.1956-cı il tarixli “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən peşə məktəblərində, dəmir yolu məktəblərində, kadr hazırlayan kurs və məktəblərdə təhsil müddəti ümumi iş stajına daxil edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək 4 nömrəli texniki peşə məktəbindəki 08 aylıq təhsil müddətini sığorta stajı kimi qəbul etmişdir. Sovxozdakı iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, 306 və 306/1 nömrəli “Pravda” sovxozu üzrə verilmiş arxiv arayışlarından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən 1 №-li briqadaya mövsümü fəhlə qəbul edilmiş, işdən çıxma əmri aşkar edilməmiş, xx.xx.1977-ci il tarixdən sovxozun 1 №-li briqadasına mövsümü fəhlə qəbul edilmiş, xx.xx.1977-ci ildən fəhləlikdən azad edilmiş, xx.xx.1978-ci il tarixdən 1 №-li briqadaya fəhlə qəbul edilmiş, işdən çıxma əmri aşkar edilməmiş, xx.xx.1980-ci il tarixdən 1 №-li briqadaya fəhlə qəbul edilmiş, hərbi xidmətə getməsi ilə əlaqədar fəhləlikdən azad edilmişdir. 1974-1980-ci illərin əmək haqqı cədvəli təqdim edilmişdir. Məhkəmə kollegiyası, arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. -23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, sadalanan sənədlərlə iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının toplanıldığı tam təsdiq olunur. Xüsusi staja münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC X6 tərəfindən verilmiş Am03/02-478 nömrəli, xx xxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən hal-hazıradək Azərbaycan Dövlət X7 üzücü heyətinin nəqliyyat donanması gəmilərində motorçu, tornaçı, ambardar vəzifələrində işləmişdir. Onun işlədiyi həmin vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti – yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçiliyin üzücü heyətində güzəştli iş stajı 34 il 02 ay 18 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı 21.2-ci bəndinin “b” yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod 23003000) 1-ci yarımbəndinə (kod 23003010) uyğun göstərilmişdir. Beləliklə də iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4629/2019 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X11 X10 İdarəsitərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4629/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-937/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-937/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver