Məhkəmə qərarları › İş №2-1(103)-938/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-938/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-938/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7344/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçıya məxsus NZ seriyalı ******* saylı xx.xx.1974-cü il tarixli hərbi biletdən görünür ki, o, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus AT-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1980, xx.xx.1980- xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasındakı sonuncu qeydə əsasən o, xx.xx.1983cü il tarixdən xx.xx.1998-ci il tarixinədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunda inşaat briqadasında fəhlə işləmişdir. İddiaçı 25 ildən artıq iş stağının olmasına istinad edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 27 sentyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixinində tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasına və NZ № ******* saylı hərbi biletinin surətinə əsasən sığorta stajı 11 il 9 ay olmaqla, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12958,50 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Fondun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona xx.xx.2008-ci il tarixindən İİİ dərəcə əlilliyinə görə sosial müavinət təyin olunmuşdur. Bundan sonra İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa, Avropa İnsan Hüquqların Konvensiyasına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciəti əsassız olaraq təmin edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasına və HZ № ******* saylı hərbi biletin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 11 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12958,50 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Fondun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən (Kürdəmir rayon Dövlət Arxivinin 15 fevral 2021-ci il tarixli məktubu) sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (mübahisələndirilən dövr). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirilən stajı nə Dövlət Arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunmadığından, iddiaçının həmin kolxozdakı iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla hesablanması da mümkün deyil. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7344/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin maddələrinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə onun tələbinə düzgün hüquqi qiymət verməmiş və bu səbəbdən də qərar ədalətsizdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, əmək kitabçasına baxış keçirilərkən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Kürdəmir rayon (latın qrafikalı əlifba ilə yazılmışdır) Muradxan kənd "Şirvan" kolxozunda inşaat briqadasına fəhlə təyin edilməsi, xx.xx.1998-ci il tarixdə X3 ləğv olunduğu üçün işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında işdən azad olunma əmri qeyd edilməmişdir. İşə qəbul edilməsi və işdən azad edilməsinə dair əmək kitabçasında əks olunan qeydlər latın qrafikalı möhür ilə təsdiq edilmişdir. 1983ci il tarixə aid olan qeydin latın qrafikalı əlifba ilə yazılması iddiaçının 1983-1998-ci illərdə həmin kolxozda işləməsi faktına əsaslı şübhələr yaradır. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni latın qrafikalı əlifba 1991-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Qeyd edilənlərdən də aydın olmuşdur ki, 1991-ci il tarixdən əvvəlki dövrlərə aid qeydlərin latın qrafikalı əlifba ilə yazılması mümkün deyildir. Qanunvericilik normalarına uyğun olaraq işçinin işdən azad edildiyi gün müvafiq əmrə əsasən əmək kitabçasında qeydlər aparılaraq həmin müəssisənin möhürü ilə təsdiq edilir. İddiaçının əmək kitabçasındakı qeydlər isə həmin dövrdə mövcud olması şübhə doğuran latın qrafikalı əlifba yazılmış, həmçinin işdən azad edilməsinə dair əmrin tarixi və nömrəsi əmək kitabçasında qeyd edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı ıl tarixli 186 nömrəli qərar, ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bır işdən başqa işə keçirilməsi və isdən azad edilməsi haqqında məlumat tarixi (gun, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında xx.xx.1991-ci il tarixli qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış,3009 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan RespuMkasmın qanununun 17-ci maddəs.nə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarınn, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. İddiaçının təqdim etdiyi əmək kitabçasında 1983-cü ildə işə qəbul edilməsi barədə qeydlər latın qrafikası ilə yazılmışdır ki, həmin dövrdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı Azərbaycan əlifbasının istifadəsi mümkünsüz idi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İmtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallaından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “onun sığorta stajının 11 il 9 ay olmaqla tələb olunan müddətdən yəni 25 ildən az, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12958,50 manat olmaqla tələb olunan məbləğdən 28800 manatdan az olması, həmçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsinin qanunvericliyin tələbləri baxımından mümkün hesab edilməməsi” əsası ilə onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçı xx.xx.1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə görə onun 64 yaş 6 aydan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1980, xx.xx.1980xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1998-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər aparılmış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982xx.xx.1982, xx.xx.1982-xx.xx.1983-cü illərə dair iş stajı mübahisələndirilməmişdir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləcə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunda işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin müvafiq sorğularına cavab olaraq təqdim edilmiş Kürdəmir Rayon Dövlət Arxivinin 61 saylı 01 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon “Şirvan” kolxozunun şəxsi heyətə aid və ya digər olan sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2020-ci il tarixinə 11 il 9 ay ((9/12+11)x306=3580.2) sığorta stajına uyğun olaraq pensiya sığorta kapitalı hesablanmışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 4248.11 manat təşkil edir. Ümumi pensiya kapitalı 12.921.4 manat (4248.11+8673.29) təşkil edir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən X3nın yaranması, o cümlədən ləğv olunması barədə 30 noyabr 1998-ci il tarixli Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarlarının təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının verdiyi 17 may 2023—cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət edilməsi tövsiyyə olunur. Eyni zamanda məhkəməyə daxil olmuş Kürdəmir rayon Dövlət Arxivinin 17 may 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3nın yaranması və ləğv olunması barədə X6 Komissiyasının qərarına dair hər hansı sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin “iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi, əmək kitabçasındakı sonuncu qeydin həm latın, həm də kiril qrafikası ilə aparılması və işdən çıxma əmrinin tarixi və nömrəsinin qeyd olunmaması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilməsi və əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Digər tərəfdən, iddiaçının xx.xx.1983-xx.xx.1998-ci illərdə işlədiyi müəssisənin həmin dövrdə real mövcud olmaması faktı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunan əmək fəaliyyəti dövründə qüvvədə olan qanunvericiliyin tələblərinə görə iş stajının hesablanması üçün əsas sənədin əmək kitabçası olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında aparılmış qeydlərin şübhəli olması, həqiqəti əks etdirməməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli- xx.xx.1983xx.xx.1998-ci illərdə işlədiyi dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1983-xx.xx.1998-ci illər üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Odur ki, iddiaçının xx.xx.1983-cü-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddət onun iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçıya 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin əsaslı olub, onun təmin edilməsi qənaətinə gəlsə də, hesab edir ki, iddia “pensiyanın təyin edildiyi tarixdən ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” hissəsində qanunvericilikdə “birdəfəlik” ödənilmə ilə bağlı müddəa təsbit olunmadığı üçün tələb həmin hissədə əsassızdır və təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7344/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, “iddiaçıya 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7344/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar