Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-938/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) iş üzrə QƏRARİ (Açar sözlər: « reyestr qeydinin ləğv edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil3, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs X4, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 734 nömrəli qərarı ilə İddiaçı Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində uzun müddət bağ kimi istifadə etdiyi ərazidən fərdi yaşayış evi tikmək məqsədi ilə 600 kv.m torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. -xx.xx.2010-cu il tarixdə tərtib edilmiş Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən torpaq sahəsinin plan və ölçüsü Binəqədi rayon icra hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 734 saylı sərəncamı ilə İddiaçı 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün tərtib edilmişdir. -Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 274 nömrəli sərəncamdan çıxarışa əsasən vətəndaş İddiaçı istifadəsində olan 600 kv.m. torpaq sahəsində (Torpaq sahəsinin planı və ölçüsü: A №- 221263), M.Ə. Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsi ev 43 Q ünvanında (Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu: №-18/03-8/75, 05.01.05) inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evi (RİH tərəfindən razılaşdırılmış layihəyə Bakı Şəhər EM-dən təqdim edilmiş rəy №-922-E/5, 08.07.05) onun xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 219.3 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamına əsasən X7 M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində yaşadığı evin yaxınlığında yerləşən uzun müddət bağ kimi istifadə etdiyi 600 kv.m ərazi təhkim edilmişdir. -X7 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə sxemi Binəqədi rayonunun baş memarı tərəfindən tərtib edilərək, icra hakimiyyətinə aid möhürlə təsdiq edilmişdir. -Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəs., Cəfər Cabbarlı küçəsi 61 saylı sahədə yerləşən X8 xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və plan-ölçünün tərtib edilməsinə əsas kimi Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı; 1 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı əsas olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 590288 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi Cəfər Cabbarlı küçəsi 61 saylı sahədə yerləşən 0.06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2020ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 590288 nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 56.9 kv.m olan fərdi yaşayış evi və 0.06 ha ölçüdə torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -"xxxx" MMC tərəfindən 2020-ci il tarixli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsi tərtib edilmişdir. -X10 tərəfindən Binəqədi rayon icra hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli tikinti barədə məlumatlandırma ərizəsində qeyd edilmişdir ki, o ünvan 5 ünvanında yerləşən, sahəsi 57 kv.m, hündürlüyü 28 metr mərtəbəsi 1 olan fərdi yaşayış evi inşa etmişdir. -X4 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli texniki pasportda torpaq sahəsinin sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahə 0.06 ha, tikintialtı sahə 0.00933, digər sahələr 0.05067 ha, fərdi yaşayış evi 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 33.06 kv.m, ümumi sahə 56.9 kv.m olaraq göstərilmişdir. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Binəqədi rayonu M.Ə. Rəsulzadə qəs., Cəfər Cabbarlı küçəsi 61 saylı sahədə yerləşən fərdi yaşayış evinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə otaqların sayı 2 (iki), qonaq otağı 56.9 kv.m olmaqla yataq otağı 33.6 kv.m, torpaq sahəsi isə 600 kv.m təşkil edir. Torpaq 1 tərəfdən qonşu ilə sərhədlidir. Tikintisi layihəyə uyğundur.
3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs İddiaçı tərəfindən ünvan 6 ünvanda inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması hərəkətlərinin qanunsuz hesab edilməsi, bununla bağlı verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışın və xx.xx.2010-cu il tarixli texniki pasportun etibarsız hesab edilməsi baarədə tələbi təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-118/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı müraciətlərinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə əlaəqədar bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə X4 adına verilmiş mülkiyyət hüquqlarına dair dövlət qeydiyyatının (dövlət reyestrindən çıxarışın) ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qasımov X2 Vahid Əsgər oğluna qarşı Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evin sağ yan divarı boyunca X4 inşa etdiyi 4,5 hündürlüyündə qeyri-qanuni tikilinin sökülməsi, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evin hasarının yanından 1x20 sm enində salmış olduğu əlavə piyada yolunun bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. V.Məhərrəmov İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi evin divarının üstündən İddiaçı tərəfindən qanunsuz olaraq tikilmiş evin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binqədi rayon Məhkəsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə mübahisələndirilən ərazidə tikinti işlərinin aparılması V.Məhərrəmova qadağan olunmuş, lakin V.Məhərrəmov məhkəmədə araşdırma getdiyi halda qanunsuz olaraq həmin tikintini davam etdirmiş və tikinti işlərini başa çatdırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 247/2019 nömrəli, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin sağ yan divarı boyunca X4 inşa etdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikilinin sökülməsi, ilkin iddia tələbinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evinin hasarının yanından 1x20 sm enində olan əlavə piyada yolunun bağlanması hissəsində rədd olunması, İddiaçı tərəfindən qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tələbi ilə bağlı qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və V.Məhərrəmov apellyasiya şikayəti vermişlər. İş apellyasiya intansiyası Məhkəməsinin icraatında olarkən V.Məhərrəmov Apellyasiya Məhkəməsinin elektron məhkəmə portalına yerləşdirdiyi xx.xx.2021-ci il tarixli ərizəsinə ünvan 9 0,06 ha olan torpaq sahəsinə və 56.9 kv.m. fərdi yaşayış evinə onun mülkiyyət hüququnun qeydiyyata alınmasına dair reyestr nömrəsi: **********61-10302; qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli “Çıxarış”ı və xx.xx.2020-ci il tarixli “Texniki Pasportu” əlavə etmişdir. Mübahisəli özbaşına tikilinin və torpaq sahəsinin reyestr xidmətində hazırkı iş üzrə 3-cü şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasını görən iddiaçı 1 saylı Ərazi İdarəsi ərizə ilə müraciət edərək, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 adma verilmiş dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********61-10302, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli “Çıxarış”) ləğv edilməsini xahiş etmişdir. Cavabdeh idarənin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh 1 saylı Ərazi İdarəsinin ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 adına verilmiş dövlət reyestrindən çıxarış aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. İddia ərizəsinə əlavə edilmiş V.Məhərrəmova 1997-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemindən görünür ki, həmin torpaq sahəsinin giriş-çıxış yolu İddiaçı giriş-çıxış qapısı tərfədə deyil, həyətin digər tərəfindədir (eni təxminən 4-5 metr olan giriş-çıxış yolu vardır). Həmin sxemdə İddiaçı giriş-çıxış qapısı tərəfdə V.Məhərrəmova ayrılmış torpaq sahəsinin giriş-çıxışı üçün yol və ya qapı olmamışdır. V.Məhərrəmova həmin sxem üzrə 1997-ci ildə 0.6 ha torpaq sahəsi ayrılsa da, onun faktiki olaraq həmin həyətdə istifadəsində təxminən 0,10 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsi bütövlükdə hazırda da V.Məhərrəmovun istifadəsindədir. Cavabdeh 1 saylı Ərazi İdarəsi tərəfindən V.Məhərrəmovun mülkiyyət hüququnu qeydiyyata aldığı mübahisəli torpaq sahəsinin texniki pasportundan bəlli olur ki, V.Məhərrəmovun mülkiyyətinə verilmiş 0,6 ha torpaq sahəsi İddiaçı hasarı boyunca olan qonşu sahədir. Həmin həyətdə olan təxminən 0,4 ha torpaq sahəsi isə texniki pasportda digər (sahibi heç kimə bəlli olmayan) qonşu torpaq sahəsi kimi göstərilsə də, əslində həmin torpaq sahəsi də V.Məhərrəmovun istifadəsindədir. Eyni zamanda Binəqədi RİH-nin xx.xx.1997-ci il tarixli, 313 nömrəli Sərəncamı əsasında V.Məhərrəmovun tikəcəyi fərdi yaşayış evinin layihəsindən görünür ki, həmin ev 2 mərtəbəli olmaqla, qeyd olunan torpaq sahəsinin digər hissəsində, İddiaçıla V.Məhərrəmov arasında olan hasardan 10-12 metr kənarda inşa olunmalı idi. Binəqədi rayon məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyləri və məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, V.Məhərrəmov tərəfindən İddiaçı məxus olan evin sağ yan divarına bitişik 4,5 metr hündürlüyündə, 11,40 metr uzunluğunda inşa etdiyi fərdi yaşayış evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir. Həmin binanın və torpaq sahəsinin yuxarıda qeyd edilən formada cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçının (İddiaçı) maraqlarına toxunur. Belə ki, iddiaçı ilə 3-cü şəxs arasında mübahisə məhkəmədə olduğu halda və Binqədi rayon Məhkəsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə mübahisələndirilən ərazidə tikinti işlərinin aparılması V.Məhərrəmova qadağan olunmasına baxmayaraq, 3-cü şəxsə mübahisəli ərazidə nəinki tikinti işləri başa çatdırmış, hətta həmin torpaq sahəsinə və qanunsuz tikiliyə cavabdeh onun mülkiyyət hüququnu qeydiyyata almışdır. İddiaçı yuxarıda qeyd edilən mübahisə ilə bağlı DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək, V.Məhərrəmov tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin, torpaq sahəsinin DƏDRX-də qeydiyyata alınmasının məhkəmə mübahisəsi aparılan dövrdə dayandırılmasını xahiş etmişdir. DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********08 nömrəli məktubla bildirmişdir ki, “Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” nömrəli evin qonşu sahəsinin qeydiyyatı barədə 1 saylı Ərazi İdarəsinin elektron kadastr bazasında məlumat yoxdur”. Yuxarıda qeyd olunanlardan bəlli olur ki, cavabdeh iş üzrə 3-cü şəxsin mübahisəli tikiliyə mülkiyyət hüququ qeydiyyata almamışdan öncə, iddiaçı ilə 3-cü şəxs arasında Binəqədi rayon məhkəməsində olan mübahisə və V.Məhərrəmovun qeyd olunan torpaq sahəsində qanunsuz tikinti işləri aparması bəlli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Qeyd olunan normanın tələbindən göründüyü kimi, hüquqi və ya fiziki şəxsin reyestr xidmətinə müvafiq müraciətindən sonra cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılır. Birmənalıdır ki, cavabdeh tərəfindən ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə X4 mülkiyyət hüququ qeydiyyata alınarkən, zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılmışdır. Lakin aparılmış inşaat-tikinti işlərinin iddiaçının mənafeyinə toxunması və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmaması nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, X10 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 61 ünvanda 0,06 ha olan torpaq sahəsinə və 56.9 kv.m. fərdi yaşayış evinə mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması qanunsuz və özbaşınalıqla həyata keçirilmişdir.
8. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8970/2023 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
9. İddiaçının nümayəndəsi və vəkili X5 xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 61 ünvanında 0.06 ha olan torpaq sahəsi və 56.9 kv.m fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüququnun qeydiyyatının (reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2020-ci il tarixli çıxarış) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
10. Cavabdehin iddiaya yazılı etirazı təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə X4 adına verilmiş mülkiyyət hüquqlarına dair dövlət qeydiyyatının (dövlət reyestrindən çıxarışın) ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli, ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli və ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının ərizəsinə əlavə etdiyi məhkəmə aktları ilə idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, fərdi yaşayış evinin inşa edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizə və memarlıq-planlaşdırma bölməsi əsasında xx.xx.2020-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. Qeyd olunanlardan göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsi əsasında təqdim olunmuş sənədlər əsasında X1 ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
11. İş üzrə üçüncü şəxs iddiaya yazılı etirazini məhkəmə təqdim etmiş və etirazda bildirilmişdir ki, iddiaçıya onun evinə dair verilmiş çıxarış illər əvvəl bəlli idi və bununla bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Onun hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı onun çıxarışı ilə bağlı təkrar iddialar verilə bilər, halbuki qanunvericilikdə iddia müddəti anlayışı var və bu müddət iddiaçı tərəfindən dəfələrlə ötürülüb. Qeyd edilənlərə əsasən iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın mümkün sayılmaması qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
14. Hazırkı iş üzrə üçüncü şəxs ilkin torpaqayırma sənədi olan Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı və onun tərkib hissəsi olan yerləşmə cizgisini cavbabdehə təqdim etməklə torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alınmışdır. Eyni zamanda üçüncü şəxs mübahisələndirilən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsini hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir.
15. Həmçinin, iş üzrə təqdim olunmuş layihə və əmlakın qeydiyyata alınması ilə bağlı müraciətə baxılması zamanı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında mövcud fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, yaşayış evinin faktiki vəziyyətinin tikinti layihəsinə uyğun olduğu bilavasitə qeyd edilmişdir.
16. İddiaçının iddiasının əsasında dayanan üçüncü şəxsin adına qeydiyyatın aparılmasının əsassızlığı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla sadalanan hallardan hər hansı biri təqdim edilməmişdir.
17. Nəzərə alınmalıdır ki, bundan əvvəl İddiaçı adına mülkiyyət hüququna dair qeydlərin ləğvinə dair hazırkı üçüncü şəxs V.Məhərrəmov tərəfindən məhkəmədə iddia qaldırılmış və qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, V.Məhərrəmova 1997-ci il tarixdə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemindən görünür ki, həmin torpaq sahəsinin giriş-çıxış yolu İddiaçı giriş-çıxış qapısı tərfədə deyil, həyətin digər tərəfindədir (eni təxminən 4-5 metr olan giriş-çıxış yolu vardır). Həmin sxemdə İddiaçı giriş-çıxış qapısı tərəfdə V.Məhərrəmova ayrılmış torpaq sahəsinin giriş-çıxışı üçün yol və ya qapı olmamışdır. V.Məhərrəmova həmin sxem üzrə 1997-ci ildə 0.6 ha torpaq sahəsi ayrılsa da, onun faktiki olaraq həmin həyətdə istifadəsində təxminən 0,10 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsi bütövlükdə hazırda da V.Məhərrəmovun istifadəsindədir. Cavabdeh 1 saylı Ərazi İdarəsi tərəfindən V.Məhərrəmovun mülkiyyət hüququnu qeydiyyata aldığı mübahisəli torpaq sahəsinin texniki pasportundan isə bəlli olur ki, V.Məhərrəmovun mülkiyyətinə verilmiş 0,6 ha torpaq sahəsi İddiaçı hasarı boyunca olan qonşu sahədir. Həmin həyətdə olan təxminən 0,4 ha torpaq sahəsi isə texniki pasportda digər (sahibi heç kimə bəlli olmayan) qonşu torpaq sahəsi kimi göstərilsə də, əslində həmin torpaq sahəsi də V.Məhərrəmovun istifadəsindədir.Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-1053/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestr qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qərarı onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs ilkin torpaqayırma sənədi olan Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı və onun tərkib hissəsi olan yerləşmə cizgisini cavbabdehə təqdim etməklə torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alınmışdır. Eyni zamanda üçüncü şəxs mübahisələndirilən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsini hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş layihə və əmlakın qeydiyyata alınması ilə bağlı müraciətə baxılması zamanı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında mövcud fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, yaşayış evinin faktiki vəziyyətinin tikinti layihəsinə uyğun olduğu bilavasitə qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-1053/2024 saylı qərarı maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən aşağıda göstərilən əsaslarla hesab edir ki, apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, cavabdeh qurum tərəfindən X7 təhkim edilmiş 600 kv.m mübahisəli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda qeyd olunan maddi hüquq normalarının tələbləri pozularaq hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə riayət edilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi iddia tələbinin fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi hissəsinə münasibətdə qərarını belə əsaslandırmışdır ki, üçüncü şəxs mübahisələndirilən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsini hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir. Həmçinin, iş üzrə təqdim olunmuş layihə və əmlakın qeydiyyata alınması ilə bağlı müraciətə baxılması zamanı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında mövcud fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, yaşayış evinin faktiki vəziyyətinin tikinti layihəsinə uyğun olduğu bilavasitə qeyd edilmişdir. Məhkəmənin mübahisəli fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüququnun qanuni əsaslarla qeydiyyata alındığı barədə gəldiyi qənaətini də, tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qeyd olunur.Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, üçünçü şəxs X4 tikintiyə başlamazdan əvvəl, yəni 2017-ci ildə tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (Binəqədi Rayon İcra Hakimiyyəti) məlumat verməli və tikintinin tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılması üçün evin layihəsini məlumata əlavə etməli idi. Hansı ki, üçüncü şəxs tərəfindən tikinti işləri bu barədə layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri sənədləri olmadan və Binəqədi Rayon İcra Hakimiyyətinə heç bir məlumat verilmədən özbaşına olaraq inşa edilmişdir. Beləliklə, 2017-ci ildə tikintisinə başlanılmış ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən 2020-ci ildə tərtib edilmiş və bundan sonra X10 xx.xx.2020-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək sahəsi 57 kv.m, hündürlüyü 2,8 metr mərtəbəsi 1 olan fərdi yaşayış evi inşa etdiyini bildirmişdir. Göründüyü kimi üçüncü şəxs tikinti işlərini apararkən məlumatlandırma icraatı qaydalarına riayət etməyərək bu barədə müvafiq icra hakimiyyətinə müraciət etmədiyindən tikintini şəhərsalma tikinti norma və qaydalarının tələblərini kobud surətdə pozmaqla inşa etmişdir. Eyni zamanda üçüncü şəxs tərəfindən inşa edilmiş fərdi yaşayış evinin faktiki hündürlüyü 4,5 metr olsa da, müvafiq icra hakimiyyəti orqanına tikinti işləri başa çatdıqdan 3 il sonra təqdim etdiyi layihədə hündürlüyü 2,8 metr kimi göstərilmişdir. Beləliklə, üçüncü şəxs X10 tərəfindən tikinti işləri qanunvericiliyin yuxarına göstərilən tələblərinə riayət edilməməklə tikilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi isə bu pozuntulara göz yumularaq, tikintinin aparıldığı dövr üçün tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişini və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədin olmadığı halda X4 qanunsuz tikili üzərində xüsusi mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata almışdır. Birinci instansiya məhkəməsi isə cavabdehin kobud qanun pozultularına hüquqi qiymət vermək əvəzinə belə bir qənaətə gəlinmişdir ki, üçüncü şəxs fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir. Lakin məhkəmə belə bir qənaətə gələrkən 2017-ci ildə inşa edilmiş tikiliyə dair 2020-ci ildə məlumat verildiyi və belə olan halda fərdi yaşayış evinin tikintisi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının hər hansı irad və ya pretenziyasını bildirmək imkanın olmadığını nəzərə almamışdır. Belə ki, üçüncü şəxs tərəfindən 2017ci ildə tikinti işlərinə başlanarkən müvafiq icra hakimiyyəti orqanına, tikinti işləri başa çatdıqdan sonra isə memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanına hər hansı məlumat verilməmişdir. Bununla da, üçüncü şəxs tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edilməmiş, cavabdeh qurum tərəfindən kobud qanun pozuntularına yol verilməklə inşa edilmiş özbaşına tikili üzərində X4 mülkiyyət hüququnun qeydiyyatı aparılmış, məhkəmə tərəfindən isə həmin pozuntular təkrarlanaraq, qanunsuz və əsassız qərar qəbul edilmişdir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, torpaq sahəsi ilkin hüquq müəyyənedici sənədə uyğun deyil, sürüşmə nəticəsində üçüncü şəxsə verilib. Odur ki, reyestr məlumatlarının dəqiqliyini və qeyri-dəqiqliyini müəyyən etmək məqsədilə tikinti-texniki ekspertiza həyata keçirilməlidir. Ekspertiza zamanı torpaq sahəsinin yeri, torpaq sahəsinin kadastr nöqtələrinin ilkin hüquq müəyyənedici sənədlərə uyğun olub-olmaması müəyyən edilməlidir. İddiaçıya məxsus ilkin hüquq müəyyənedici sənədlər qismində Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı, sərəncam əsasında verilmiş plan-sxem, evin plan-sxemi əsasında tərtib edilmiş layihəsi, eləcə də evin və torpaq sahəsinin çıxarışı mövcuddur. Ümumi olaraq qeyd etmək istəyir ki, iddiaçının torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə düzgün qaydada qeydiyyata alınmışdır, üçüncü şəxsin adına qeydiyyat aparılarkən sürüşdürməyə yol verilmişdir. İddiaçının torpaq sahəsi ilə 3-cü şəxsin mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi kimi hal yoxdur.
22. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs X10, onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Vəkili (nümayəndə) verilən suallara cavabında bildirmişdir ki, üçüncü şəxs qeyd olunan ərazidə ailə üzvləri ilə birlikdə 1976-cı ildən etibarən yaşayır. Binəqədi Rayon İcra Hakimiyyəti 1997-ci ildə torpaq sahəsinin üçüncü şəxs X7 ayrılması barədə sərəncam qəbul edir. Daha sonra 2005-2010-cu illər arasında torpaq sahəsinin bir hissəsi iddiaçıya satılmışdır və həmin hissə hazırda iddiaçının mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi iddiaçıya satılmamışdan əvvəl də mübahisələndirilən və sökülməsi tələb olunan tikili mövcud olmuşdur. İddiaçı isə torpaq sahəsini aldıqdan sonra özünə müasir tələblərə cavab verən ev tikmişdir və həmin ev üçüncü şəxsə məxsus köhnə tikili ilə birgə divar üzərində tikilmişdir. Üçüncü şəxs evini təmir etdikdə isə iddiaçı ona maneə yarandığını bildirərək məhkəmədə iddia qaldırmışdır. Digər tərəfdən ara məsafələrinə əməl edilibedilməməsini müəyyən etmək iddiaçının deyil, icra hakimiyyətinin səlahiyyətindədir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yalnız tikinti başa çatdıqdan sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçının torpaq sahəsi ilə 3-cü şəxsin mübahisəli torpaq sahəsinin üst-üstə düşməsi kimi hal yoxdur.
23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etmişdir və verilən suallara cavabında bildirmişdir ki, iddiaçının torpaq sahəsi ilə üçüncü şəxsin torpaq sahəsi arasında üst-üstə düşmə halı yoxdur. Evlər arasında məsafə və giriş-çıxış yollarının mane yaratması halı isə mülki mübahisədir.
Tətbiq edilən hüquq
24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
26. Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. -80.2.Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3.Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
34. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
35. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9- cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
36. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
37. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
38. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, iddiaçı hazırkı iş üzrə ünvan 2 ünvanında yerləşən sahəsi 219.3 kv.m olan fərdi yaşayış evinin xüsusi mülkiyyətçisi olmaqla qonşuluğunda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 61 ünvanında yerləşən 0.06 ha olan torpaq sahəsi və üzərində 56.9 kv.m fərdi yaşayış evinə dair X4 mülkiyyət hüququnun ləğvini mübahisələndirir.
39. İddiaçının iddia tələbinin və apellyasiya şikayətinin əsasında cavabdeh tərəfindən ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə X4 mülkiyyət hüququ qeydiyyata alınarkən zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılmadığı, fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığına dair dəlilləri dayanır.
40. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq olunan hüquq normalarından çıxış edərək aşağıdakıalara əsasən iddiaçının qeyd etdiyi dəlillərin üçüncü şəxsin adına mülkiyyət qeydlərinin ləğvinə əsas vermədiyi qənaətinə gəlir.
41. Belə ki, hazırkı iş üzrə müəyyən olunur ki, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamına əsasən X7 M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində 600 kv.m torpaq sahəsi təhkim edilmiş, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş, daha sonra torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək, ilkin olaraq 0.06 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Üçüncü şəxs mülkiyyət hüququ tanınmış ünvan 5 ünvanında yerləşən torpaq sahəsində sahəsi 57 kv.m olan fərdi yaşayış evi inşa etmiş, bu barədə "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini, üçüncü şəxs məlumatandırma icraatı qaydasında Binəqədi rayon icra hakimiyyətinə təqdim etmiş, bundan sonra həmin fərdi yaşayış evi və 0.06 ha ölçüdə torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2020-ci il tarixdə vahid əmlak kimi qeydiyyata alınaraq çıxarış verilmişdir.
42. Məhkəmə Kollegiyası qeyd edir ki, daşınmaz əmlakın qeydiyyatının dövlət reyestrini həyata keçirən inzibati orqanın qeydiyyatla bağlı səlahiyyəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmış ilkin hüquqmüəyyənedici sənədlər əsasında əmlaka olan hüququnun qeydiyyata alınmasıdır.
43. Qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
44. Hazırkı iş üzrə üçüncü şəxs ilkin torpaqayırma sənədi olan Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 313 nömrəli sərəncamı və onun tərkib hissəsi olan yerləşmə cizgisini cavbabdehə təqdim etməklə torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata alınmışdır. Eyni zamanda üçüncü şəxs mübahisələndirilən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsini hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad, pretenziyasını bildirməmişdir.
45. Həmçinin, iş üzrə təqdim olunmuş layihə və əmlakın qeydiyyata alınması ilə bağlı müraciətə baxılması zamanı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında mövcud fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, yaşayış evinin faktiki vəziyyətinin tikinti layihəsinə uyğun olduğu bilavasitə qeyd edilmişdir.
46. Məhkəmə Kollegiyası Mülki Məcəllənin 139.1-ci, 152.1-ci, 152.5-ci maddəsinin, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərindən çıxış edərək qeyd edir ki, iddiaçının iddiasının əsasında dayanan üçüncü şəxsin adına qeydiyyatın aparılmasının əsassızlığı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla sadalanan hallardan hər hansı biri təqdim edilməmişdir.
47. Bundan başqa nəzərə alınmalıdır ki, daha əvvəl İddiaçı adına mülkiyyət hüququna dair qeydlərin ləğvinə dair hazırkı üçüncü şəxs V.Məhərrəmov tərəfindən məhkəmədə iddia qaldırılmış və qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin Qərarla müəyyən edilən digər hallarla yanaşı İddiaçı istifadəsində olan torpaq sahəsinin həmin torpağın plan-ölçü sənədindəki koordinatlarla naturada üst-üstə düşməsi müəyyən olunmuşdur.
48. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
49. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddia tələbinin əsaslılığını sübuta yetirə bilməmişdir.
50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası göstərilənlərdən əlavə qeyd edir ki, apellyasiya şikayəti həmçinin, aşağıdakılara əsasən əsassızdır.
51. Apellyasiya şikayətində qeyd edilmişdir ki, V.Məhərrəmova sxem üzrə 1997-ci ildə 0.6 ha torpaq sahəsi ayrılsa da, onun faktiki olaraq həmin həyətdə istifadəsində təxminən 0,10 ha torpaq sahəsi olmuş və həmin torpaq sahəsi bütövlükdə hazırda da V.Məhərrəmovun istifadəsindədir. Cavabdeh 1 saylı Ərazi İdarəsi tərəfindən V.Məhərrəmovun mülkiyyət hüququnu qeydiyyata aldığı mübahisəli torpaq sahəsinin texniki pasportundan isə bəlli olur ki, V.Məhərrəmovun mülkiyyətinə verilmiş 0,6 ha torpaq sahəsi İddiaçı hasarı boyunca olan qonşu sahədir. Həmin həyətdə olan təxminən 0,4 ha torpaq sahəsi isə texniki pasportda digər (sahibi heç kimə bəlli olmayan) qonşu torpaq sahəsi kimi göstərilsə də, əslində həmin torpaq sahəsi də V.Məhərrəmovun istifadəsindədir.
52. Bununla Kollegiya bağlı qeyd edir ki, iddiaçının torpaq sahəsi ilə üçüncü şəxsin torpaq sahəsi arasında üst-üstə düşmə halı yoxdur. Bu iddiaçının vəkilinin (nümayəndəsinin), həmçinin cavabdehin nümayəndəsinin və 3-cü şəxsin, habelə onun vəkilinin (nümayəndəsinin) izahatları ilə də təsdiq olunmuşdur.Evlər arasında məsafə və girişçıxış yollarının mane yaratması halı isə mülki mübahisədir.
53. Həmin həyətdə olan təxminən 0,4 ha torpaq sahəsi isə texniki pasportda digər (sahibi heç kimə bəlli olmayan) qonşu torpaq sahəsi kimi göstərilsə də, əslində həmin torpaq sahəsi də V.Məhərrəmovun istifadəsində olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, 0,4 ha torpaq sahəsinə dair iddiaçı hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.Belə olan halda isə təxminən 0,4 ha torpaq sahəsinin də 3-cü şəxs V.Məhərrəmovun istifadəsində olması iddiaçının marağının pozulması kimi qiymətləndirilə bilməz.
54. Apellyasiya şikayətinin torpaq sahəsi ilkin hüquq müəyyənedici sənədə uyğun deyil, sürüşmə nəticəsində üçüncü şəxsə verilməsi və üçüncü şəxs tikinti işlərini apararkən tikintini şəhərsalma tikinti norma və qaydalarının tələblərini kobud surətdə pozmaqla inşa etməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə Kollegiyası göstərilənlərdən əlavə qeyd edir ki, əgər torpaq sahəsi sürüşmə nəticəsində üçüncü şəxsə verilmiş olsa belə, yuxarıda bildirildiyi kimi həmin mübahisəli sahənin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sürüşdürülməsi, hər hansı hissədə zəbt etməsi halı olmadığı iddiaçının vəkili (nümayəndəsi) tərəfindən də təsdiq olunmuşdur.
55. Əgər digər hər hansı 3-cü şəxslərin yerinə sürüşdürmə nəticəsində torpaq sahəsini zəbt edərsə bu halı mübahisələndirməyə iddiaçının hüququ mövcud deyildir.
56. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2-1(81)-74/2019 nömrəli qərarı ilə müəyyən edilən digər hallarla yanaşı İddiaçı istifadəsində olan torpaq sahəsinin həmin torpağın plan-ölçü sənədindəki koordinatlarla naturada üst-üstə düşməsi müəyyən olunmuşdur.
57. Üçüncü şəxs tikinti işlərini apararkən tikintini şəhərsalma tikinti norma və qaydalarının tələblərini kobud surətdə pozmaqla inşa etməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə Kollegiyası göstərilənlərdən əlavə qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, evin eskiz layihəsini hazırlanmış, fərdi yaşayış evinin tikintisi barədə məlumatlandırma icraatı qaydasında müvafiq yerli icra hakimiyyəti orqanına yazılı məlumat vermiş, yerli icra hakimiyyəti orqanı qeyd edilən fərdi yaşayış evinin tikintisi ilə bağlı hər hansı irad bildirməmişdir.
58. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə təqdim olunmuş layihə və əmlakın qeydiyyata alınması ilə bağlı müraciətə baxılması zamanı cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən yerli müayinə aktında mövcud fərdi yaşayış evinin məlumatlandırma icraatı qaydasına uyğun olduğu, yaşayış evinin faktiki vəziyyətinin tikinti layihəsinə uyğun olduğu bilavasitə qeyd edilmişdir.
59. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, evlər arasında məsafə və giriş-çıxış yollarının mane yaratması mübahisəsi üzrə mülki məhkəmə icraat zmanı məhkəmə qərardadı əsasında alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə də (İ/v-112-116) İddiaçı mübahisələndirdiyi sahədən keçən yolun iddiaçının fərdi yaşayış evindən və ya torpaq sahəsindən təyinat üzrə istifadəsinə maneə yaratmadığı müəyyən olunmuşdur.
60. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə də (İ/v-112-116) İddiaçı mübahisələndirdiyi sahədən keçən yolun iddiaçının fərdi yaşayış evindən və ya torpaq sahəsindən təyinat üzrə istifadəsinə maneə yaratmadığı müəyyən olunmuşdur.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
62. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.