Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-94/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1174/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materialları üzrə TSEK tərəfindən iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi aparılıb imtina qərarı verilsə də, ona həmin qərardan şikayət vermə müddəti və qaydası izah olunmamış, ümumiyyətlə, həmin qərarın ona təqdim olunduğu da müəyyən olunmur. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələbi də nəzərə alınmaqla, iddiaçının həmin imtinanın məcburetmə iddia vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirilməsi İPM-in 38.2-ci maddəsinə uyğun verilmiş hesab edilməli və iddianın formal olaraq (sübutlarını da əlavə etməklə) həmin Məcəllənin 35.1-ci maddəsi baxımından əsaslandırıldığı nəzərə alınmaqla, iddianın məhkəmə icraatı mümkündür. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Səhhətində olan xəstəlikə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin X4 tərəfindən verilmiş Ambulator kitabçadan Çıxarışaəsasən ona “Kifoskolioz lll-İV dərəcə, ağrı sindromu, yerişin pozulması, OU-zəif dərəcəli hipermetropiya” diaqnozu qoyulmuşdur. Həmçinin, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X5 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş arayışlara əsasən “Onurğanın üçüncü-dördüncü dərəcəli kifoskoliozu, onurğada hərəkət məhdudluğu, Funksiya pozğunluğu, Ağrı sindromu” diaqnozu müəyyən edilmişdir. Bundan sonra, cavabdehə müraciət edərək əlilliyin təyin edilməsini xahiş etmiş, lakin müraciətinə cavab olaraq cavabdeh ona əlillik dərəcəsi təyin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, imtina qanunsuz və əsassızdır...” İddia ərizəsinə etirarazında cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçının əlillik vəziyyətinə Bakı 23 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0050003AADRB saylı göndərişi əsasında baxılaraq X2: XXİ sinif –Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, Onurğanın üçüncü-dördüncü dərəcəli kifoskoliozu” - diaqnoznun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1174/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1991-ci ildə doğulmuş İddiaçı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Bakı 23 nömrəi şəhər poliklinikası tərəfindən göndərilmiş; -xx.xx.2021-ci il tarixli 0050003AADRB saylı göndərişində qeyd olunan xəstəliyin gedişi X2: XXİ sinif-Sağlamlıq vəziyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər - əsas diaqnoz: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz. Onurğanın üçüncü-dördüncü dərəcəli kifoskoliozu - diaqnozu meyar üzrə əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 tərəfindən verilmiş T 354/2022 saylı rəydə ekspertlər tərəfindən nəticə hissəsində 1-3. Vətəndaş İddiaçı 2021 -ci ildə Hematologiya İnstitutundan verilmiş rəydə aşkar olunmuş “tük hüceyrəli leykoz" diaqnozu ilə bağlı qeyd olunmuşdur ki, bununla əlaqədar yaşadığı yer üzrə xdmət göstərən TSEK ə müraciət olunduqdan sonra Nazirlər Kabinetininxx.xx.2022-ci il 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları" ilə müvafiq təyinat aparıla bilər. Bu diskresion səlahiyyətin heyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.Çünki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirak olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş tibbi sənədlərə əsasən iddiaçının tələbində haqlı olduğu öz təsdiqini tapır: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qoşunların Baş İdarəsinin Tibb Xidmətində Hərbi-Həkim Komissiyasının xx.xx.2019-ci il tarixli, 68 nömrəli Qərarının surətinə əsasən müəyyən olunur ki, iddiaçı hərbi xidmətdə olarkən Daxili Qoşunların qospitalında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-ci il tarixdən xx.xx.2019-cu il tarixədək stasionarda müayinə zamanı təyin olunduğu xəstəlik-diaqnoz: “OU-sadə miopik astiqmatizm, oxlarla Em və M 1,OD. Vis OU-0,6 k/i 1,0 (vahid). Haymor boşluğunun retension sisti”diaqnozu üzrə (DİN DQ komandanın R/9349 nömrəli xx.xx.2019-cu il tarixli göndərişi, SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon İdarəsindən xx.xx.2019-cu il tarixli 2379 nömrəli məktubu, 27 nömrəli göndərişi və 479 nömrəli arayışı, hərbi biletin surəti, Daxili Qoşunların qospitalından 348/2019 və 1147/2019 nömrəli xəstəlik tarixlərindən çıxarış epikrizləri və xx.xx.2019-cu il tarixdə oftalmoloqun müayinəsi ilə təsdiq edilir) onun xəstəliyi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qiymətləndirilmişdir. ( Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin 7.2. maddəsinin ç) bəndi DİN DQ HHK-nın 49 nömrəli xx.xx.2019-cu il tarixli protokolu.) - Bakı 23 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0050003AADRB saylı göndərişində iddiaçıda aşkar olunan xəstəliyin gedişi-X2: XXİ sinif-Sağlamlıq vəziyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər => əsas diaqnoz: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz. Onurğanın üçüncüdördüncü dərəcəli kifoskoliozu = diaqnozundan ibarət olmuş, lakin cavabdeh tərəfindən həmin diaqnozun “əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlillik təyinatından istina olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş T 354/2022 saylı məhkəmə-tibi ekspertizasının rəyində isə ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: “ 1-3. Vətəndaş İddiaçı 2021-ci ildə Hematologiya İnstitutundan verilmiş rəydə “tük hüceyrəli leykoz” diaqnozu aşkar edilmişdir. Həmin xəstəliklə bağlı olaraq xx.xx.2022-ci il tarixdə, 00011479BPV nömrəli göndəriş rəsmiləşdirilmişdir. Ona görə də yaşadığı yer üzrə xdmət göstərən TSEK-ə müraciət olunduqdan sonra Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə müvafiq təyinta aparıla bilər...” Qeyd olunmalıdır ki, hazırkı mərhələdə iddiaçının qeyd olunan meyarlar üzrə əlillik dərəcəsinə müəyyənlik gətrilməsi üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Məhkəmə-Tibbi Ekspertiza və X3 X5nə təyin edilmiş məhkəmə tibbi ekspertizası, habelə, xx.xx.2023-cü il tarixli aralıq qərardadı ilə qiymətləndirilmə aparılması üçün cavabdeh orqana göndərilsə də, həmin məhkəmə aktları iddiaçının gəlmədiyindən icrasız geri qaytarılmışdır. Hər bir halda, məhkəmə kollegiyası, iddiaçıda “onurğada hərəkət məhdudluğu, funksiya pozğunluğu, ağrı sindromu” xəstəlik xüsusiyyətləri, eyni zamanda, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tibbi-ekspertizası üzrə Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş T 354/2022 saylı rəydə iddiaçının həmin əlamətlərin mövcudluğuna aydınlıq gətirildiyi və tibb snədlərə və ekspert rəyinə əsasən onda mövcud olan xəstəylin müəyyənliyi nəzərə alınmaqla, belə hesab edir ki, onun xəstəliyinin qüvvədə olan meyarlarla üst-üstə düşüb düşmədiyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkündür. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” - normativ hüquqi-aktdır. İddiaçının xəstəlik diaqnozu tibbi sənədəldə təsbit olunması, o cümlədən həmin sənədlərin sözügedən Birliyin rəyində də tədqiq olunaraq iddiaçının xəstəliyinin əlamətlərinin müəyyən edilməsibütün bunlar məhkəməyə həmin xəstəliyin qüvvədə olan Meyarlarda mövcud olubolunmasının yoxlanılması hüquqi bir məsələdir və həmin məsələyə hüquqi qiymət verilməsi məhz məhkəmənin prosessual qanuvericiliklə müəyyən olunan səlahiyyətidir. Çünui, İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 13.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası iş üzrə müəyyən olunan hallar baxımından hesab edir ki, aşatıdakılar nəzərə alınmaqla, cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatı aparılmalıdır. Belə ki, işə əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 tərəfindən verilmiş rəydən isə görünür ki, xəstəlik sənədlərinə əsasən iddiaçının, o cümlədən: - X4 PHŞ-də ətərtib olunmuş ambulator kitabçasına, eləcə də, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstututu PHŞ tərəfindən 2021-2022-ci illərdə müayinə zamanı iddiaçıda: “X1 (XBT) üzrə: “... sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz(M41), onurğanın üçüncü-dördüncü dərəcəli kifoskoliozu (İİİ-İV mərhələ), onurğada hərəkət məhdudluğu, funksiya pozğunluğu, ağrı sindromu(R 52 ağırlaşma)...” (rəyin 4-cü vər., 2-3 abz.) xəstəliyi; - Milli Hematologiya və Transfuzieologiya Mərkəzində və BirliSTE və PAB PHŞ Təkrar nekspertizalar şöbəsində müayyinə zamanı isə yuxarıda qeyd olunan 6-7 il əziyyət çəkdiyi həmin xəstəlikdən əlavə, onda “tük hüceyrəli leykoz” xəstəliyi (R16.1-başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya” - aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: - 13.5.1-13.5.1.2-ci bəndləri nəzərdə tutur ki, “U.67.5 döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz İİİ-Vİ mərhələlə), əyilmə bucağı 65 %-dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə” əlillik meyarı olmaqla 50 faizdən 70 faizə qədər əmək qakimi müəyyəndilmişdir və meyarı 50-70 faiz orqanizmin funksiyalarının pozulması (yəni İİ dərəcə) ilə qiymətləndirilir. - 14.10.5 (C91—C93 leykozlar xroniki miyeloid leykemiya, 14.10.6 (C95 dəqiqləşdirilməmiş hüseyrə tipli leykoz) xronoki 85-100, 60, 35-100 faiz civararında əlilliyinin qiymətləndirilməsi aparılır. Şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdeh öz diskresion səlahiyyətinə aid etsə belə, İPM-in 74-cü maddəsinin tələbinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçıya əlillik təyinatı aparılmasını zəruri edən faktiki şərtlər mövcuddur. Lakin iş materiallarının 29-cu vərəqiqdən görünür ki, xx.xx.2021-ci il tarixdə onun TSEK-də müayinəsi zamanı əlillik vəziyyəti qiymətləndirilərək, “ diaqnozəlillik əlaməti təyin etmir səbəbi ilə əsassız olaraq, ona əlillik təyin edilməsindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçıda qanunvericiliyə uyğun əsaslar mövcud olduğu halda cavabdehin qanunsuz hərəkətlərinin nəticəsində əlillik təyinatı aparılmamış, onun qanunla qorunan hüquqların pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1174/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1174/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-94/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-94/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver