Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-940/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil2 (fərdi vəkil), Cavabdehin nümayəndəsi X7 və Ərizəçinin vəkili Vəkil1 ("Pro Bono" Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1967-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün, çıxarışın verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.05.2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə məhkəmə qərarının ləğv edilməklə üçüncü şəxs qismində işə cəlb olunma barədə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərardadından X14 Şabulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 15.04.2016-cı il tarixində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 326 saylı 08.11.2006-cı il tarixli sərəncamı və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 10.11.2006-cı il tarixli 37495 saylı müqaviləsinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin 326 saylı 08.11.2006-cı il tarixli sərəncamı və Bakı Şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar-Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 10.11.2006-cı il tarixli 37495 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində yerləşən torpaq sahəsi 0,12 ha olan 385/t nömrəli bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2-1(81)-37/2018 saylı qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)- 1837/2019 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva, H.Həmidov, X.Sarıyev) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(102)- 436/2019 nömrəli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2- 1(103)- 1837/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.05.2018-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra 12.04.2019-cu il tarixli məktubla icraya yönəldilməsi məqsədi ilə icra məktubu tərtib edilərək, icra edilməsi üçün cavabdeh AR ƏMDK-nin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 29.04.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə müraciət etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi ərizə ilə məhkəmədən ərizənin təmin edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.05.2018-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini, vəsatətlə isə məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2-1(81)- 37/2018 saylı qərardadı ilə (hakim T.Əsədova) ərizə və vəsatət təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1844/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2-1(81)- 37/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2-1(103)-1844/2019 nömrəli qərardadının ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2-1(81)-37/2018 saylı qərarının ləğv edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin, həmçinin göstərilən bağ sahəsi Hacıyev Eldar Şabulla oğlunun mülkiyyətində olduğundan Hacıyev Eldar Şabulla oğlunun məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-23/2020 saylı, 22.01.2020-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Dadaşov, S.Hüseynova) kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1844/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 19.05.2021-ci il tarixində X14 Şabulla oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1837/2019 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2-1(102)-1262/2021 nömrəli qərarı ilə (hakimlər R.Nəbizadə, Z.Quliyev, S.Kərimov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1837/2018 saylı, 09.10.2018-ci il tarixli qərarından ərizəçinin verdiyi kassasiya şikayətinin mümkün sayılmaması, kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış **********07 №li 12.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.05.2018-ci il tarixli 2-1(81)- 37/2018 saylı qərarı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. Məktuba əlavə olunmuş DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın (elektron) surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında 0,116 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 08.10.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 969 nömrəli reyestr kitabının 92015 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri Binəqədi rayonu, Goradil kəndi, 385/T saylı bağ sahəsinə dair 07.10.2020-ci il tarixdə AA seriyalı 548203 №li “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. X14 Şabulla oğlu 18.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-37/2018 saylı işi üzrə onun üçüncü şəxs qismində icraata cəlb edilməsi və həmin məhkəmənin 2-1(81)-37/2018 saylı işi üzrə qəbul etdiyi 02 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Torpağın Mülkiyyətə verilməsinə dair JN-21942D nömrəli KOD 00100003 olan Şəhadətnamə ilə Bakı şəhər İcraiyyə Komitəsinin 13 İyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən X8 və İstismarı Birliyinin 32 saylı orderi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 ha olan 351 ”V” saylı bağ sahəsi Hacıyev Eldar Şabulla oğlunun mülkiyyətinə verilmişdir. Şəhadətnamə 2 nüsxədən ibarət tərtib edilərək 2512 nömrə ilə kitabda qeydə alınmış, Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnamənin bir nüsxəsi ona verilmişdir. 09 iyun 2005-ci il tarixdə DTXK-nin Bakı şəhər şöbəsinin müdiri N.Məlikov, 09 iyun 2005-ci il tarixdə Dövlət Yerquruluşu Layihə İnstitunun direktoru F.Cəfərov tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm- İstehsalat Mərkəzinin Bakı X13 Mərkəzi tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 28.12.2013-cü il tarixli № 48-520v-li məktubla Binəqədi rayonu Goradil Bağ massivində yerləşən torpaq sahəsinə hazırlanmış “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”- də (JN-21942D) əks olunan torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəli göndərilmiş natura və xəritəyə keçirilmişdir. O, məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməlidir. Belə ki, 07.02.2018-ci il tarixli 23028 saylı ekspert rəyi sözügedən torpaq sahəsinin JN-21942 nömrəli şəhadətnamə ilə üst- üstə düşmədiyini qeyd etmişdir. Lakin, məhkəmə tərəfindən təyin edilmiş ilkin ekspertiza düzgün keçirilməmiş, ekspert rəyi düzgün əsaslandırılmamış və sözügedən məsələ məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. İşin apellyasiya baxışı zamanı Hacıyev Eldar Şabulla oğlunun iş üzrə şahid qismində dəvət edilməsi və ona məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi, dalan 10.3 ünvanına bildiriş və iş üzrə sənədlərin surətlərinin göndərilməsi və qəbul edilməsi qeyd edilmişdir. Cəlilabad rayon X1 baş həkimi vəzifəsində çalışan Hacıyev Eldar Şabulla oğlu artıq 10 ilə yaxındır ki, qeydiyyatda olduğu ünvanda ünvan 4 ailəsi ilə birlikdə Cəlilabad rayonunda yaşayır. Yəni ki, həmin məhkəmələrin gedişatıdan heç bir xəbəri və ya məlumatı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı plan və ölçünün, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbləri barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-37/2018 saylı iş üzrə çıxartdığı 02.05.2018-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə məhkəmə qərarının ləğv edilməklə, üçüncü şəxs qismində işə cəlb olunma barədə Hacıyev Eldar Şabulla oğlu tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardaddan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, üçüncü şəxs qismində icraata cəlb edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmiş əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin (qərar qəbul edən) 13 İyun 1990-cı il tarixli 4/143 saylı qərarı və X5 və İstismarı Birliyinin 32 saylı orderi ilə Goradil Bağ massivində yerləşən 0.12 hektar, 351 “v” saylı bağ sahəsi Hacıyev Eldar Şabulla oğlunun yəni onun istifadəsinə mülkiyyətinə verilmişdir. Torpağa Mülkiyyət hüququna dair JN-21942D KOD 00100003 nömrəli Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 2512 nömrə ilə kitabda qeydə alınaraq bir nüsxəsi Hacıyev Eldar Şabulla oğluna yəni ki ona verilmiş, ikinci nüsxəsi Bakı şəhər şöbəsində saxlanmışdır.09 İyun 2005-ci il tarixdə JN-21942D KOD 00100003 nömrəli torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin Həyətyanı sahənin qaiməsi, Sertifikatı DTXK-nin Bakı şəhər şöbəsinin müdiri N.Məlikov və Dövlət Yerquruluşu Layihə İnstitutunun müdiri F.Cəfərov tərəfindən imzalanmış və möhürlənərək təsdiqlənmişdir.13.06.2005-ci il tarixdə DTXK-nin Bakı şəhər Şöbəsinin müdiri N.Məlikov tərəfindən Hacıyev Eldar Şabulla oğluna yəni ki, ona aid JN- 21942D KOD 00100003 olan Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə mülkiyyətinə ayrılmış Goradil Bağlar massivində yerləşən 351 “v” saylı bağ sahəsinin planı və sərhədlərinin ölçüsü, 1:1000 Miqyasda imzalanmış və möhürlənərək təsdiqlənmişdir. Tərəfindən illərdir və bu günə kimi həmin bağ sahəsinə gəlib- getməyi, torpaq sahəsində hər hansı bir işlərin görülməsini, torpaq sahəsinə qulluq etməyini qonşuları tərəfindən təsdiq oluna bilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin vəkili ərizəni müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin qeydiyyat ünvanı olan ünvan 5an X6 Mərkəzinə məhkəmə bildirişləri göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxs öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərarı). İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı). Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin ərizədə göstərdiyi hallar hazırkı iş üzrə işə baxmış birinci instansiya və apellyasiya və kassasiya instansiyalarında məhkəmə araşdırma predmeti olmuş və buna dair məhkəməyə sübut təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.09.2017-ci il tarixli müraciətinə əsasən mübahisəli obyektə baxış keçirilmiş və aparılmış araşdırma nəticəsində mütəxəssis rəyi hazırlanmışdır. Çöl tədqiqat işlərinin nəticəsi olaraq mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək, kameral şəraitdə "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin elektron baza məlumatlarına və iş materiallarına əsasən müqayisələndirilərək, hazırda iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan mübahisələndirilən torpaq sahəsinin işə əlavə edilmiş JN-21942 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” (Hacıyev Eldar Şabulla oğlunun adına tərtib olunmuş) ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2018-ci il tarixli 23028 saylı ekspert rəyi ilə mübahisələndirilən torpaq sahəsinin işə əlavə edilmiş ərizəçinin adına tərtib olunmuş JN-21942 "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış 11.04.2022-ci il tarixli sorğusu ilə işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş (hakim Marif Kazımov) 2(001)-71/2009 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsi göndərilməsi xahiş olunmuşdur. Eyni zamanda məhkəmənin Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış 12.05.2022-ci il tarixli sorğusu ilə işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olmuş (hakim Hüseyn Səfərov) 2(001)- 9019/2015 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə sorğularına cavab olaraq 2(001)-71/2009 saylı və 2(001)-9019/2015 saylı mülki işlər Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və məhkəmə kollegiyası tərəfindən müvafiq işlərə baxış keçirilmişdir. 2(001)-71/2009 saylı mülki iş materiallarından müəyyən edilmişdir ki: - iddiaçı Hacıyev Eldar Şabulla oğlu cavabdeh X10 qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq, ona məxsus olan və özbaşına zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda X12 qarşılıqlı iddia ərizəsi verərək, ilk iddiaçıya verilmiş 09 iyun 2005-ci il tarixli JN-21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2009 saylı, 05.01.2009-cu il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) iddiaçı Hacıyev Eldar Şabulla oğlunun cavabdeh X9 ona məxsus olan və özbaşına zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Hacıyev Eldar Şabulla oğluna Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 09 iyun 2005-ci il tarixli JN-21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır. - Həmin qərardan ilk iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 30.04.2009-cu il tarixli, 2(103)-1598/2009 saylı qətnaməsi ilə (hakimlər İ.Əsədov, M.Məmmədov, M.Bağırova) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2009 saylı, 05.01.2009-cu il tarixli qətnaməsi və 09 yanvar 2009-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Həmin qərardan ilk iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 17 noyabr 2009-cu il tarixli, 2(102)-3253/09 saylı qərarı ilə (hakimlər A.İsgəndərov,N.Rəsulbəyova, B.Əsədov) iddiaçı Hacıyev Eldar Şabulla oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 30.04.2009-cu il tarixli, 2(103)-1598/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2(001)-9019/2015 saylı mülki iş materiallarından müəyyən edilmişdir ki: - İddiaçı Hacıyev Eldar Şabulla oğlu cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Goradil bağ massivində yerləşən sahəsi 0,12 ha olan 351v saylı bağ sahəsində cavabdeh tərəfindən özbaşına qanunsuz olaraq inşa edilmiş hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və iddiaçıya aid olan torpaq sahəsində hasarın cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9019/2015 saylı , 16.10.2015-ci il tarixli qətnaməsi ilə (hakim H.Səfərov) iddia təmin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 09.06.2005-ci il tarixli, JN-21942D KOD-00100003 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Hacıyev Eldar Şabulla oğlunun mülkiyyətinə verilmiş Goradil bağ massivində yerləşən 351v saylı, 0,12 ha ölçüdə bağ sahəsinin 197 kv.m sahəsi (2,3,4 və 5 saylı koordinat nöqtələrində yerləşən hissə) cavabdeh X3 qanunsuz sahibliyindən alınaraq Hacıyev Eldar Şabulla oğluna qaytarılması, həmin 351v saylı bağ sahəsinin şərq hissəsindəki koordinat nöqtələri 2-ci nöqtədən 5-ci nöqtəyə qədər olan məsafədə, yəni 43,15 metr uzunluğunda çəkilmiş hasar cavabdehin sökülməsi, şərq hissədə 3-cü nöqtədən 4-cü nöqtəyədək olan məsafədə, yəni 42,56 metr ölçüdə hasarın cavabdeh tərəfindən bərpa edilməsi qərara alınmışdır.Qətnamədən apellyasiya şikayəti verilməmiş, qərar icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2009 saylı mülki iş üzrə hazırkı iş üzrə X14 Şabulla oğlunun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 09 iyun 2005-ci il tarixli JN-21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, həmin qərar apellyasiya və kassasiya icraatlarında qüvvədə qalmış, qanuni qüvvəsini almışdır. Göründüyü kimi ərizəçinin ərizəsinin və eyni zamanda apellyasiya şikayətinin əsasını təşkil edən onun mübahisələndirilən torpaq sahəsinə dair 09 iyun 2005-ci il tarixli JN- 21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv edilmiş, eyni zamanda ərizəçinin daha sonradan Bakı şəhər İcraiyyə Komitəsinin (qərar qəbul edən) 13 İyun 1990-cı il tarixli 4/143 saylı qərarı və X5 və İstismarı Birliyinin 32 saylı orderi ilə Goradil Bağ massivində yerləşən 0.12 hektar, 351 “v” saylı bağ sahəsinə dair yeni ( yerləmə koordinatları konkret olaraq qeyd edilmiş) şəhadətnamə alması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin digər dəlili olan onun məhkəmə iclasları barədə məlumatlandırılmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan işin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsi tərəfindən Hacıyev Eldar Şabulla oğluna ünvanlanmış 2(103)-1837/2018 saylı, 24.09.2018-ci il tarixli məhkəmə bildirişində onun hazırkı mübahisə ilə bağlı şahid qismində məhkəməyə dəvət olunması qeyd edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən edilən bildiriş Hacıyev Eldar Şabulla oğlunun şəxsiyyət vəsiqəsinə əsasən rəsmi qeydiyyat ünvanı ünvan 8rnaməsinə əsasən (ştrix kod – SS532933400AZ) “Hacıyev Eldar” qeyd edilməklə imzalanaraq təhvil alınmışdır. Göründüyü kimi ərizə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün, çıxarışın verilməsi” tələbinə dair inzibati işin mövcudluğundan məlumatlı olmuşdur. Beləliklə ərizəçi məhkəməyə hazırkı müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını sübuta yetirə bilməmiş, onun adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 09 iyun 2005-ci il tarixli JN-21942D saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə məhkəmə qətnaməsi ilə ləğv edilmiş, o, məhkəmə işinin mövcudluğundan məlumatlı olmuş və məhkəmənin 02.05.2018-ci il tarixli 2-1(81)-37/2018 saylı qərarının qanuni qüvvəyə mindiyi vaxtdan xeyli müddət keçdikdən sonra, yəni 3 (üç) il 06 (altı) ay sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X14 Şabulla oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(81)-37/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-940/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-940/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver