Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-941/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “icarəsində olan 689A saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3089/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689 saylı bağ evinə dair tərtib edilmiş **********54-11301 reyestr nömrəli 17.06.2011-ci il tarixli texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin faktiki ölçüsü 0,12 ha, yaşayış evinin ümumi sahəsi isə 28,40 kv.m.-dir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı 18.06.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.006412 ha. olan 689 saylı bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış **********94 saylı 03.03.2021-ci il tarixli və **********01 saylı 26.07.2021-ci il tarixli məktublara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətin nizamnaməsi əsasında fəaliyyət göstərən X5 və istismarı birliyi ilə X4 arasında bağlanmış 833 saylı 23 iyun 1994-cü il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində, sahəsi 0,12 ha olan 689 saylı bağ sahəsi X2 icarəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətin nizamnaməsi əsasında fəaliyyət göstərən X5 və istismarı birliyi ilə X11 arasında bağlanmış 19945 saylı 05 aprel 2002-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Şüvəlan qəsəbəsində yerləşən, sahəsi 0,5 ha. olan 689 A saylı bağ sahəsi X7 icarəsinə verilmişdir. "xxxx" ASC-nin 6-01/06/J144/1940 saylı 02.08.2019-cu il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən X6 adına seriya MA № ******* saylı çıxarışı olan yaşayış evinin yerləşdiyi 689 saylı torpaq sahəsinin və ona bitişik Bakı şəhər İcra Hakimiyyətinin nəzdində X5 və İstismar Birliyinin 19946 saylı 05 aprel 2002-ci il tarixli müqaviləsi ilə İddiaçı ayrılmış 689 a saylı, 0,08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün elektrik xətlərin mühafizə zonaları ilə bağlı arayış verilməsinə dair ərizəyə (İ-144) "xxxx" ASC-də baxılmışdır. 689 saylı torpaq sahəsinin kənarından, təhlükəsiz məsafədən yolun digər tərəfindən keçən 6 kV-luq PQ 396 - KTM 176 elektrik hava xəttinin istismarında çətinlik yaranmadığını və 689 a saylı torpaq sahəsi elektrik xətlərinin mühafizə zonasında yerləşmədiyini nəzərə alıb, 689 və 689 a torpaq sahələrinin və yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 23.01.2014-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689 A saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair ərizəsinə və əlavə edilmiş sənədlərə baxılmışdır. Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 500 kv.m. təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, iki bağ bir hasar daxilindədir, ara sərhədləri mövcud deyil. Əlavə 580.0 kv.m. torpaq sahəsi istifadə edilməkdədir. Əlavə torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd, torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-in (ZDS- in) qərarının təsdiq edilmiş surəti, və ya bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfındən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi) təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bağ sahəsinin sərhədlə hüdudlanması və yaxud qonşu bağın sahibi ilə birlikdə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi zəruridir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçıya ünvanlanmış **********968 saylı 05.07.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 ünvanda yerləşən bağ evinə aid texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, sənəd üzrə torpaq sahəsi 1200.0 kv.m, faktiki 2300 kv.m. olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin bildirilir ki, sözügedən bağ evi və yerləşdiyi torpaq sahəsini bir hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına aid olduğundan müraciətinin təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Elektrik şəbəkələrinin mühafizə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfindən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. İddiaçıya ünvanlanmış **********8 saylı 27.09.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsı olan 689a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X11 arasında bağlanılmış 05.04.2002-ci il tarixli, 19945 nömrəli müqavilə İdarənin arxıvındə mövcuddur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 nömrəli bağ evi 5 may 2011-ci il tarixli, 4Ə-02-314 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 18.06.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 691 nömrəli bağ sahəsinin X7 və X1 adına ayrılmasına dair məlumat aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmış əmlaka dair sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər. İddiaçıya ünvanlanmış **********99 saylı 14.01.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 689; 689a; 691 saylı bağ sahələri üzərində vahid əmlak kimi hüquqların daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, Xəzər rayonu, Şüvəlan bağ massivi ünvanında yerləşən 689, 689A, 691 saylı bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********68 saylı 05.07.2019-cu il tarixli və **********81 saylı 27.09.2019-cu il tarixli məktublarla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “icarəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689A saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər öncə onun atasına və anasına Xəzər rayonu, Şüvəlan qəsəbəsində bağ sahəsi ayrılmışdır. Bağ sahəsinin bir hissəsi anasından 689 saylı, digər hissəsi ilə atasından 689 A saylı bağ sahəsi ona qalmışdır. 689 saylı bağ sahəsi yaşayış evi ilə birlikdə dövlət qeydiyyatında olduğu halda, 689 A bağ sahəsi 19945 saylı icarə müqaviləsindədir. Hər iki bağ sahələri hal-hazırda bir hasar daxilində yerləşir. 689A saylı bağ sahəsinin onun adına mülkiyyət kimi qeydə alınmasına dair dəfələrlə cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq sonuncu tərəfindn ona sözügedən ərazidən yüksək gərginlikli elektrik xəttinin keçməsi səbəbindən imtina edilmişdir. "xxxx" ASC-dən verilmiş məktuba əsasən yüksək gərginlik hava xətlərinin mühafizə zonasına 689A bağ sahəsinin qətiyyən aidiyyəti yoxdur. "xxxx" ASC-nin məktubu ilə sənədlərin təkrarən təqdim edilməsinə baxmayaraq yenə də imtina cavabı almışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı müvafiq torpaq sahələrinə dair çıxarışın və bölgü sxeminin verilməsi ilə bağlı İdarəyə müxtəiif vaxtlarda müraciəti daxil olmuşdur. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689 saylı torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı müraciəti üzrə aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, sənəd üzrə 689 saylı torpaq sahəsi 1200.0 kv.m, faktiki 2300.0 kv.m olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, 689 saylı bağ evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına aiddir. İddiaçı 689 və 689a saylı torpaq sahələrinin bölgü sxeminin tərtib edilməsi ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan ümumi ərazi daxilində 691 saylı bağ sahəsi də mövcuddur, lakin həmin bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı İdarəyə müvafiq torpaq sahələrinə dair məlumatın və sənəd surətlərinin verilməsi ilə bağlı müraciəti də olmuş, bununla bağlı İdarə tərəfindən iddiaçıya ünvanlanan **********81 qeydiyyat nömrəli 27.09.2019-cu il tarixli məktubda aşağıdakı məlumatlar qeyd olunmuşdur: Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.05 hektar torpaq sahəsi olan 689a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X5 və İstismarı Birliyi ilə X11 arasında bağlanılmış 05.04.2002-ci il tarixli, 19945 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 689 nömrəli bağ evi 5 may 2011-ci il tarixli, 4Ə-02-314 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 18.06.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 691 nömrəli bağ sahəsinin X7 və X1 adına ayrılmasına dair məlumat aşkar olunmamışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimiənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci bəndinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçiliqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3089/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, 19945 saylı 05.04.2002-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689A saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan qərar ləğv edilməlidir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeydiyyatdan keçmiş 689 saylı bağ evinin torpağı və 689A saylı bağ sahəsi bir hasar daxilində yerləşir. Buna görə İdarəyə notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməlidir. İddiaçının müraciətləri ilə əlaqədar bildirilmişdir ki, istifadəsində olan ümumi ərazi daxilində 691 saylı bağ sahəsidə mövcuddur ki, həmin bağ sahəsinə hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Həmin torpaq sahəsinin iddiaçıya və X1 adına ayrılmasına dair məlumatın aşkar olunmaması ilə bağlı İddiaçı bildirilmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına düşür. Məhkəmə tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq nəzərə alınmamış, iddianın mümkünküyü məhkəmə tərəfindən araşdırılmamış, nəticədə qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. 20.04.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan iddiaçı iddia ilə məhkəməyə 08.12.2020-ci il tarixdə müraciət etmiş və iddia müddəti tərəfindən ötürülməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı tələbi “19945 saylı 05 aprel 2002-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689a saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından müxtəlif əsaslarla imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə sözügedən bağ sahəsinin elektrik xətlərinin mühafizə zonasında yerləşməməsinə, cavabdeh inzibati orqanın imtinasının formal mülahizələrə əsaslanmasına, eləcə də imtina üçün tutarlı dəlilin təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddiaçı onunla bağlanmış 19945 saylı 05 aprel 2002-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689a saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından müxtəlif əsaslarla imtina etsə də, sonuncu dəlilləri qeydiyyatdan keçmiş 689 saylı bağ evinin torpağı və 689A saylı bağ sahəsinin bir hasar daxilində yerləşməsi, istifadəsində olan ümumi ərazi daxilində 691 saylı bağ sahəsinin də mövcud olması, həmin bağ sahəsinə hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi, torpaq sahəsinin bir hissəsinin yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının hazırki iş üzrə tələbi onunla bağlanmış 19945 saylı 05 aprel 2002-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 689a saylı bağ sahəsinin adına qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə bağlıdır. Həmin torpaq sahəsinin onun mülkiyyətində olan digər torpaq sahəsi ilə bir hasar daxilində yerləşməsi, başqa bağ sahəsinin onun mülkiyyətində olması isə onun hazırki tələbinin təmin olunmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Digər tərəfdən iş üzrə birinci instansiya məhkəməsində araşdırma aparılarkən "xxxx" ASC-nin verdiyi məktubdan aydın olmuşdur ki, 689 saylı torpaq sahəsinin kənarından, təhlükəsiz məsafədən yolun digər tərəfindən keçən 6 kV-luq PQ 396 - KTM 176 elektrik hava xəttinin istismarında çətinlik yaranmadığı və 689 a saylı torpaq sahəsi elektrik xətlərinin mühafizə zonasında yerləşmədiyi üçün 689 a torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz olunmur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər (icarə müqaviləsi və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qəbul etdiyi qanuni və əsaslı olan qərarının ləğv edilib, iddianın rədd olunması üçün əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3089/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3089/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-941/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-941/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver