Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-942/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X15 Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3422/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X15 Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. xx.xx.1980-cı il tarixdən xx.xx.1985-ci il tarixədək ali təhsil almışdır. Keçmiş Alüminum yayma zavodunda, indiki "xxxx" ASC-də xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək məftilçəkən, xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək metal əridən sexində usta, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 4 nömrəli əridici sexində rəis vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı şəhər İstehsalat İdarəsi Maştağa X6 usta vəzifəsində, “X16” MMC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdən hal-hazıradək Azərbaycan Dövlət Neft Şirkətinin “Azərqaz” İB-də çalışır. "xxxx" ASC-də xx.xx.1985-ci il tarixdən xx.xx.1994cü il tarixədək işlədiyi metal əridən sexində usta vəzifəsi və “X16” MMC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə (Əlvan və qiymətli metalların emalı və təkrar emalıb) Rəhbərlər və mütəxəssislər - ustalar, böyük ustalar- ******* b—23187; Polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması - b) rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar - 1030200b—23187), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə (7.18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı- b) mütəxəssislər: ustalar, böyük ustalar; 3.2. Polad və ferroərintilər istehsalatı - b) mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. xx.xx.2006cı il tarixədək 21 ildən çox ümumi sığorta stajı, 12 ildən çox isə xüsusi sığorta stajı vardır. Filiala müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial müraciətindən imtina etmişdir. Filialın müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, o xx.xx.2006-cı il tarixədək 21 ildən çox ümumi sığorta stajı, o cümlədən 12 ildən çox zərərli əmək sahəsində iş stajı toplamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq hər il 6 ay olmaqla 01 avqust 1999-cu ilədək 1 il artırılmasını nəzərə aldıqda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən təyin edilməlidir. Göründüyü kimi Filialın imtinası əsassız hesab olunmalı və ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh orqan tərəfindən iddiaya dair imtinada bildirmişdir ki, iddiaçı 17 avqust 2020-ci il tarixində Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Filiala təqdim etdiyi 08 sentyabr 1985-cı il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (21 il 8 ay 23 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3422/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının "Baku"xxxx" MMC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifələri həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə (Əlvan və qiymətli metalların emalı və təkrar emalı- b) Rəhbərlər və mütəxəssislər ustalar, böyük ustalar- ******* b—23187; Polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması - b) rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar - 1030200b—23187) qeyd olunsa da, həmin vəzifəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə (7.18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı- b) mütəxəssislər: ustalar, böyük ustalar; 3.2. Polad və ferroərintilər istehsalatı - b) mütəxəssislər: isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar) nəzərə alaraq, qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, onun 01 yanvar 2006-cı ilədək oxuduğu ali təhsil müddəti nəzərə alınmaqla 21 ildən çox ümumi stajı, 17 oktyabr 1985-ci il tarixdən 03 yanvar 1994-cü il tarixədək X9 Zavodunda (indiki "xxxx" ASC) və 25 iyul 2001-ci il tarixdən 16 aprel 2007-ci il tarixədək "Baku"xxxx" MMCdə işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuş isti iş sahələrində və zərərli əmək şəraiti işlərlə məğul olan usta və mütəxəssislər- 1030200b-23187 peşəsinə uyğun olan xüsusi staja malik olduğundan ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdehə həvalə olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. - Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 131-Yn saylı əmrə əsasən xx.xx.1980ci il tarixli əmrə əsasən Ç.Yıldırım adına Azərbaycan Politexnik İnstitunun (hazırki Azrbaycan Texniki Universiteti) əyani şöbəsinin Metallurgiya fakültəsinə qəbul olmuşdur. xx.xx.1985-ci il tarixli №123-Yn saylı əmrə əsasən Ç.Yıldırım adına Azərbaycan Politexnik İnstitunun əyani şöbəsinin “Əlvan metalların metallurgiyası” ixtisası üzrə tam kursu bitirərək HB “№-958396 saylı diplom verilmişdir (qeydiyyat nömrəsi 0655). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli fərmanına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Univerisiteti adlandırılmışdır. - HB seriyalı 958396 nömrəli, xx.xx.1985-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1980-cı ildə Ç.Yıldırım adına Azərbaycan Politexnik İnstituna daxil olmuş, 1985-ci ildə həmin instutda “Əlvan metalların metallurgiyası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə ona “Mühəndis-metallurq” ixtisası verilmişdir. - xx.xx.1985-ci il tarixli, AT-ǀǀǀ seriyalı ******* nömrəli əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1997-ci ilə qədər Bakı Alüminium Prokat Zavodunda (Bakı Əlvan Metal X10, Bakı Əlvan Metalların Emalı Zavodu, Bakı Alümunium Prokat Zavodu) 4-cü dərəcəli məftilçəkən, sexdə usta və sex rəisi (12 il 01 ay 25 gün), xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər Bakı şəhəri İstehsalat Qaz İdarəsi Maştağa X6 usta (03 ay 17 gün), xx.xx.2001-ci ildən xx.xx.2009-cü ilə qədər “X16”-də poladəritmə sexində usta və briqadir (07 il 08 ay 02 gün), xx.xx.2009-cu ildən xx.xx.2010-ci ilə qədər Şüvəlan 7 saylı X13 11-ci və 12-ci dərəcəli rəis (01 il 03 gün), xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər “Azəriqaz” İstehsalat Birliyində 10-cu dərəcəli usta (01 ay 18 gün), xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilə qədər “Azəriqaz” X3 X11 10-cu dərəcəli usta, 12-ci dərəcəli rəis (5 il 06 ay 27 gün), xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilə qədər “Azəriqaz” İB-da 12-ci dərəcəli mühəndis və böyük mühəndis (02 il 08 ay 08 gün), xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər “Azəriqaz” İB-da 12-ci dərəcəli böyük mühəndis (09 ay 16 gün), xx.xx.2019-cu ildən halhazıradək “Azəriqaz” İB-da Salyan Regional qaz İstismarı İdarəsində rəis müavini vəzifəsində işləyir. - "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 16 №-li güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək məftil çəkən sexində məftilçəkən vəzifəsində işləmişdir. Vəzifəsinin adə məftilçəkən siyahı İİ bölmə Vİİİ kod 2092304a-11487, xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cu il tarixədək metal əridici sexində usta vəzifəsində işləmişdir. Vəzifəsinin adı usta siyahı İ bölmə Vİİ kod 1072101b-23187. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı həmin işədə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ATİİİ ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 17 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respulikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respulikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə 2-ci Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000- ci il tarixdən dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 saylı sərəncamına əsasən Bakı Alüminimum Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli, 18 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi keçmiş Bakı Alüminum yayma zavodunda, yəni indiki “Şüvəlan’’ ASC-də işləmişdir. İddiaçı İsmail oğlu xx.xx.1985-ci ildə 1 №-li məftil çəkmə sexində məftilçəkən vəzifəsində çalışıb, sonra yenidən xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi metal əridən sexində usta vəzifəsində çalışıb. xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il kimi 4 №-li metal əridici sexində rəis vəzifəsində çalışıb. xx.xx.2013-cü il tarixində zavodun arxiv sənədləri saxlanılan otağında yanğın baş verdiyindən bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanıb. İddiaçı İsmail oğlununda sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Arayış AT-İİİ ******* əmək kitabındakı əmrlər əsasında verilib. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələli Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodu bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2020-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişdirilmişdir. - “X16” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 200/A nömrəli araşdırıcı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X16 Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X8 Salan Mərkəz tərəfindən tərtib edilmiş X16 Limited Şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: 25 iyul 2001-ci il tarixdən 16 aprel 2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsində, 16 aprel 2007-ci il tarixdən 26 mart 2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində çalışmışdır. Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X8 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları Fond № 1, Siyahı № 1Ş, 20 №-li saxlama vahidi, 373 №-li saxlama vahidi. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. - “X16” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, X-Y-0029 nömrəli, xx.xx.2021-ci il tarixli, X-Y-0230 nömrəli məktublardan görünür ki, X16 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2009-cu ildə ləğv edilmişdir və onun maddi texniki bazası 2009-cu ildə yeni yaradılmış “X16” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE ********) X16 MMC-də işləməmişdir. X16 MMC xx.xx.2009-cu il tarixində yaradılıb və vətəndaşın müəssisədə işlədiyi dövr “X16” MMC-nə aid deyil. Vətəndaşın əmək kitabçasına əsasən o, X16 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində xx.xx.2001-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Poladəritmə sexində Usta vəzifəsində, xx.xx.2004-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək həmin sexdə Briqadir vəzifəsində çalışmışdır. X16 hal-hazırda Məhdud Məsuliyyətli Cəmiyyətdir. Cəmiyyət Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X7. İddiaçı əmək kitabçasından görünür ki, onun iş yeri bilavasitə X4 daxilində olmuşdur. Hal hazırda X16 MMC-də iş şəraiti ağır və zərərli olduğu üçün iş yerlərinin attestasiyasının nəticələri əsasında həmin vəzifədə işləyən işçilərin maaşlarına əmək şəraitinə görə əlavə əmək haqqı və məzuniyyət günləri verilir. Usta və Briqadir vəzifələrinə gəldikdə qeyd edilir ki, hər iki vəzifədə çalışan işçi rəhbərliyin tapşırıqlarına əsasın bir başa işin icrasını təşkil və təmin edir, isti iş sahələrində əməyin təhlükəsiz təşkilinə cavabdehlik daşıyan məsul şəxsdir. Usta və briqadir bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bununla da bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar koduna uyğundur. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********3 saylı məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Mərkəzi Filiala təqdim etdiyi 8 sentyabr 1985-ci il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçada qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (21 il 8 ay 23 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının X16 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək işlədiyi poladəritmə sexində usta və briqadir vəzifələrinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısına deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş (3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində) vəzifəyə uyğun olması göstərilmişdir Belə olan halda iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajı 20 ildən artıq (21 il 8 ay 15 gün) olsa da güzəştli iş stajı tələb olunan 10 ildən az olmaqla 8 il 2 ay 17 gün təşkil etdiyindən cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyilə razılaşmır və aşağıda göstərilən maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və müraciət etdiyi vaxtdan əvvəlki 3 il üzrə hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Qanunvericiliyin tələblərindən göründüyü kimi 1 №-li siyahı ilə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri, 2 №-li siyahı ilə isə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri müəyyən edilmiş və həmin peşələrdə çalışmış şəxslərin pensiya yaşları müxtəlif, yəni müvafiq olaraq 52 yaş və 57 yaş təsbit edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1985-ci il tarixədək ali təhsil almış, keçmiş Alüminum yayma zavodunda, indiki "xxxx" ASC-də xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək məftilçəkən, xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək metal əridən sexində usta, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək 4 nömrəli əridici sexində rəis vəzifəsində, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı şəhər İstehsalat İdarəsi Maştağa X6 usta vəzifəsində, “X16” MMC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində işləmiş, xx.xx.2009-cu il tarixdən halhazıradək Azərbaycan Dövlət Neft Şirkətinin “Azərqaz” İB-də çalışır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 21 ildən çox ümumi sığorta stajı mövcud olmuşdur. Məhkəmə qərarından göründüyü kimi iddiaçının keçmiş Alüminum yayma zavodunda 8 il 2 ay 17 gün müddət ərzində işlədiyi peşələrin AR Nazirlər Kabinetinin 1 nömrəli Siyahısı üzrə müəyyən edilmiş vəzifələrə uyğunluğu (Siyahı 1, bölmə Vİİ, kod 1072101b-23187) inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və güzəştli staj kimi məhkəmə tərəfindən də qəbul edilmişdir. Məhkəmə iddianı rədd edərkən iddiaçının “X16” MMC-də xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilədək işlədiyi Poladəritmə sexində usta və briqadir vəzifələri AR Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 nömrəli Siyahısında deyil, AR NK 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş (3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində) vəzifəyə uyğun olmasını göstərmişdir. İddiaçının işlədiyi peşələrin hansı Siyahıda nəzərdə tutulan vəzifələrə uyğunluğunun müəyyən edilməsi məqsədilə apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən “X16” MMC-yə sorğu verilmişdir. “X16” MMC tərəfindən 20 iyul 2022ci il tarixli X-Y-1543 saylı sorğuya cavab məktubunda olan araşdırcı arayışdan görünür ki, İddiaçı həqiqətən “X16” MMC-də 25 iyul 2001-ci il tarixdən 16 aprel 2007-ci il tarixədək poladəritmə sexində isti və zərərli iş şəraitində usta vəzifəsində, 16 aprel 2007-ci il tarixdən 26 mart 2009-cu il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində briqadir vəzifəsində çalışmışdır. Qeyd edilmiş həmin sahə və peşələr hal-hazırda “X16” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə Polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması – (b) bəndində rəhbərlər və mütəxəssislər isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar (1030200b—23187) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 (b) bəndində isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar peşələrinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının keçmiş Bakı Alüminum yayma zavodunda, yəni indiki “Şüvəlan’’ ASC-də işlədiyi dövrlə bağlı təqdim edilmiş arayışda iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək işlədiyi vəzifənin, yəni metaləridici sexində usta vəzifəsinin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən 1 №-li siyahısı ilə müəyyən edilmiş vəzifəyə (siyahı İ bölmə Vİİ kod 1072101b-23187) uyğun olduğu qeyd edilmiş, həmin müddət 8 il 2 ay 17 gün təşkil etmişdir. Həmçinin, iddiaçının “X16” QSC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək poladəritmə sexində işti və zərərli iş şəraitində usta vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə polad və ferroərintilər istehsalatı- metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması – (b) bəndində rəhbərlər və mütəxəssislər - isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar (1030200b—23187) peşəsinə uyğun olması göstərilmişdir. Həmin müddət isə 4 il 6 ay olmaqla 01 yanvar 2006cı ilədək iddiaçının güzəştli iş stajı 1 nömrəli Siyahıdakı peşələrə uyğun gəlməklə 12 ildən çox təşkil etmişdir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq iddiaçının 52 yaşdan pensiya hüququnun yaranması üçün lazım olan bütün şərtlər mövcud olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir Məhkəmə kollegiyası hesab edir ki, ödənilməmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi qismən edilməlidir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3422/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı X2 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması və müraciət etdiyi vaxtdan əvvəlki 3 il üzrə hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X15 Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.