Məhkəmə qərarları › İş №2-1(103)-943/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-943/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-943/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4872/2019 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4872/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinin üzərinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4872/2019 nömrəli qərarından apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4872/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ərizə ünvanlayaraq, birinci məhkəmə prosesi başa çatdıqdan sonra cavabdeh tərəfindən ona güzəştli şərtlərlə pensiya təyinatı aparıldığını və artıq cari ilin aprel və may ayları üçün ona pensiya ödənildiyini, bu səbəblə iddia üzrə işə baxılmasının dayandırılmasının məqsədəuyğun olduğunu qeyd etmiş, onun iddiası ilə əlaqədar 2-1(103)-943/2020 nömrəli iddia işinə xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan hazırkı işlə əlaqədar cavabdehin nümayəndəsi X6 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4872/2019 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə təqdim edilərək, apellyasiya şikayətinin geri götürülməsi xahiş olunmuşdur. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçıya pensiya təyin edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 ərizənin qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə qarşılıqlı müzakirələr əsasında aralarında olan inzibati mübahisə artıq həll edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə ərizəni araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4872/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı müraciət qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində iddia üzrə işə baxılmasının dayandırılmasının məqsədəuyğun olduğunu qeyd edərək, onun iddiası ilə əlaqədar 2-1(103)-943/2020 nömrəli iddia işinə xitam verilməsini xahiş etsə də, iddia tələbindən imtina edibetməməsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4872/2019 nömrəli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4872/2019 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar