Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-944/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2rşı “əmrin ləğvi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2rşı “əmrin ləğvi və işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 7160-016-19 saylı xx xxxxxxx 2019 tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqın ödənilməsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 7160-016-19 saylı xx xxxxxxx 2019 tarixli əmrinin ləğv edilməsi, onun bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdən siravi polis nəfəri kimi DİN-in Goranboy rayon Polis şöbəsində xidmət göstərmişdir. 2014-cü il tarixdən 2019-cu ilin sentyabr ayına kimi DİN Baş Dövlət X6 bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyündə polis serjantı rütbəsində çalışmışdır. DİN-in sabiq polis əməkdaşı olaraq xidmətdə işlədiyi müddət ərzində iki dəfə intizam tənbehi olmuşdur. Həmin intizam tənbehləri əsasız olduğundan onlara etiraz bildirmişdir. Ona təqdim olunan xx.xx.2019-cu il tarixli 7140-016-19 saylı əmrdə guya onun xx.xx.2019-cu il tarixdə sürücü Rahil Ağayev barəsində sənədləşmə apararkən kobudluğa yol vermişdir. Halbuki tam əksi olmuşdur. Sonradan onun barəsində intizam tənbehi tətbiq edilərək xx.xx.2010-cu il tarixli əmr verilmiş və həmin əmrə əsasən o tutduğu vəzifədən azad edilmişdir. Həmin əmr verilərkən onun barəsində araşdırma aparılmamış, xidməti yoxlamaların nəticələri üzrə rəy verilmədən, izahatı alınmadan, Əsasnamənin tələbləri pozulmaqla əmr verilmişdir. Ona nə əmrin surəti, nə əmək kitabçası, qanunveicilikdə nəzərdə tutulmuş haqq-hesab sənədləri təqdim edilməmişdir. Xidmətdən xaric edilməsi barədə əmrdən çıxarış və əmək kitabçası zamanında ona təqdim edilmədiyi üçün onları mübahisələndirə bilməmişdir. Əmək kitabçası ona sonuncu müraciətindən sonra xx.xx.2019-cu il tarixli məktubla qaytarılmışdır. Əmək kitabçası ona zamanında təqdim edilmədiyindən o digər orqanlarda işləyə bilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ona hər hansı əmr rəsmi olaraq elan olunmamış, əmrin surəti verilməmiş, əmək kitabçasının götürülməsi təklif olunmamış və bu barədə hər hansı aktın da tərtib olunmasından məlumatlı deyil. Tərəflərin izahatları xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 nüməyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X2rşı tələbi “cavabdeh orqanın 7160-016-19 saylı xx.xx.2019-cu il tarixli əmrinin ləğvi və işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2019-cu il tarixli əmrin mövcud olmasından məlumatlı olmasına, belə ki, həmin əmrin iddiaçının atasına xx.xx.2020-ci il tarixdə təqdim olunmasına, əmrin iddiaçıya birbaşa elan edilməsinə baxmayaraq onun hərəkətsizlik göstərməsinə və həmin əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirməsinə əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddia tələbini qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının tələbləri əsasında birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Hazırki işdə iddiaçı onun işdən xaric edilməsi barədə cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmrin ləğvini tələb etsə də, həmin tarixli əmrin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Yəni, iş materiallarında yalnız Ə140-016-19 saylı xx xxxxxxxx 2019-cu il tarixli əmr mövcuddur ki, həmin əmrin də məzmunundan görünür ki, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10cu bəndlərinə müvafiq olaraq Baş DYP İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə YPX bölüyünün YPX inspektoru, polis serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Belə olan halda iddiaçının işdən xaric olunması ilə bağlı onun iddia tələbində qoyduğu xx.xx.2019-cu il tarixli deyil, xx xxxxxxxx 2019-cu il tarixli əmrin verildiyi müəyyən olunur. Buna görə də işə baxmış məhkəmə iddiaçının iddiasını qeyri-mümkün sayarkən ümumiyyətlə onun ləğv edilməsini tələb etdiyi 7160-016-19 saylı xx.xx.2019-cu il tarixli əmrin mövcud olub-olmadığını araşdırmamış, belə əmrin mövcud olmadığı təqdirdə iddiaçının sözügedən xx xxxxxxxx 2019-cu il tarixli əmri mübahisələndirmək hüqüqunun olduğunu, buna görə də tələbini dəqiqləşdirməyi təklif etməmişdir. İşdə olan (i.v. 15) “hüquqi yardım haqqında” xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məhkəmə iddiaçı tərəfindən ləğv edilməsini tələb etdiyi əmrin cavabdehlərdən biri tərəfindən qəbul edildiyinə baxmayaraq iki cavabdeh göstərməyini iddiaçının diqqətinə çatdırmış və ötürülmüş müddətin bərpası ilə bağlı müvafiq ərizə vermək hüququnun olduğunu izah etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Digər tərəfdən, işdən müəyyən olunur ki, iddiaçı həm iddia ərizəsində, həm də müddətin bərpası barədə verdiyi ərizədə əmrin xx.xx.2020-ci il tarixdə təqdim edildiyini bildirərək, müddəti üzürlü səbəbdən ötürdüyü üçün onun bərpa edilməsini xahiş etmişdir. Buna baxmayaraq işə baxan məhkəmə iddiaçının işdən çıxarılması barədə əmrin iddiaçıya dəqiq hansı tarixdə təqdim olunduğunu (bəzi ərizələrində əmrin atasına verildiyini deyir), bundan sonra iddiaçının həqiqətən iddia ilə məhkəməyə müraciət etmək müddətini ötürübötürmədiyini, ötürdüyü təqdirdə həmin müddətin bərpası ilə bağlı verilmiş ərizəyə hüquqi qiymət verərək həmin ərizənin təmin və ya rədd edildiyini qərardadında göstərməmişdir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6457/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-944/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-944/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver