Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-944/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « yaşa görə əmək pensiyasının təyin edilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Bəyalıyev Elsun Canməmməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İş materiallarına əlavə edilmiş Ш 674180 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1971-ci ildə SSRİ Yollar Nazirliyinin Bakı X3 daxil olmuş və xx.xx.1975-ci ildə mexanik ixtisasını bitirmişdir.
3. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur.
4. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X8 xx.xx.1974cü ildə 1 №-li texniki baxış məntəqəsində hərəkət tərkibinin təmiri üzrə birinci dərəcəli çilingər olaraq istehsalat təcrübəsi keçdiyi müddətə qəbul edilmişdir, xx.xx.1974-cü ildə İstehsalat təcrübəsini bitirdiyindən azad edilmişdir, xx.xx.1974-cü ildə 1 №-li depoya üçüncü dərəcəli baş çilingər qəbul edilmişdir, xx.xx.1975-ci ildə istehsalat təcrübəsi başa çatdığından azad edilmiş, xx.xx.1975-ci ildə deponun təmir sexinə dördüncü dərəcəli baş çilingər qəbul edilmiş, xx.xx.1975-ci ildə Sovet ordusu sıralarına qəbul edilməsi ilə əlaqədar azad edilmişdir. xx.xx.1978-cii ildə «X9» Ümumittifaq sənaye birliyinin Tikinti Quraşdırma İdarəsinə Qüllə kranının beşinci dərəcəli krançısı qəbul edilmişdir, xx.xx.1978-ci ildə altıncı krançı dərəcəsi verilmişdir, xx.xx.1978-ci ildə Azərbaycan SSR ƏhQK-nin 37-ci maddəsinə əsasən (öz arzusu ilə) azad edilmişdir, xx.xx.1978-ci ildə “Bakı Baş Tikinti”nin 2 No-li Evtikmə kombinatında quraşdırma sahəsinə dördücü dərəcəli krançı qəbul edilmiş, xx.xx.1981-ci ildə Qüllə kranı krançısının beşinci dərəcəsi bərpa olunmuş, xx.xx.1981-ci ildə Dəmir-beton məmulatları quraşdırıcısının 2-ci dərəcəsi verilmiş, xx.xx.1983-cü ildə Bakı Baş Tikintinin 2 N-li Evtikmə kombinatı “Baş Bakı Tikinti”nin İripanelli Evtikmə Tikinti X2 yaradılması haqqında əmrinə müvafiq olaraq, Tikinti X2 adı dəyişdirilərək, Bakı Baş Tikintinin İripanelli Evtikmə Tikinti X2 2 N-li Evtikmə kombinatı olmuşdur. Bakı Baş Tikintinin İripanelli Evtikmə Tikinti X2 2 N-li Evtikmə kombinatının adı qismən dəyişdirilərək, Bakı Baş Tikintinin İTOH/İ 2 N-li Evtikmə kombinatı olmuşdur, xx.xx.1987-ci ildə X12 Partiyasının Mərkəzi Komitəsinin SSRİ Nazirlər Sovetinin və X1 Şurasının xx.xx.1986-cı il tarixli 1115 N-li qərarına əsasən, tikitidə təkrar tarif təyin edilməsindən keçmiş və dördüncü dərəcəli krançı dərəcəsi müəyyən edilmişdir, xx.xx.2007-ci ildə tutduğu vəzifədən azad edilmişdir.
5. İnzibati icraat materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktda qeyd olunmuşdur ki, akt tərtib edildi ondan ötəri ki, həqiqətən də İddiaçı əmək kitabçasında qeyd olun xx.xx.1978-xx.xx.2007-ci illərin əmək stajı araşdırıldı. Araşdırma zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1978-ci il tarixdə (əmr №566) işə qəbul olunub. xx.xx.1998-ci il tarixdə işdən azad olunub. (əmr №7), xx.xx.1994-cü il tarixdən öz hesabına ödənişsiz məzuniyyətdə olub. Əmək kitabçasında işdən çıxma tarixi və əmri (xx.xx.2007-ci il, əmr № 56) öz əksini tapmadı.
6. Məhkəmənin sorğusuna cavab olaraq Bakı İnşaat -2 ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, işçi, İddiaçı 90-cı illərdə 2 №-li ev tikmə kombinatında çalışmışdır, 2003-cü ilədək olan bütün sənədlər isə 2008-ci il tarixində Milli Arxiv idarəsinə təhvil verilmişdir. Odur ki, aidiyyəti üzrə Milli Arxiv İdarəsinə müraciət etməyiniz xahiş olunur.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasi Dövlət Arxivinin Baki Filialının 26 may 2023-cü il tarixli, 3-48- 2F/2-03695/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 2 saylı X14 natamam arxiv sənədlərinin əmr kitablarında 1956-cı il təvəllüdlü vət. İddiaçı xx.xx.1978-ci il tarixli, 566 saylı əmrlə xx.xx.1978-ci il tarixdən 4-cü dərəcəli krançı vəzifəsinə işə qəbul olunması və 1992 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin idarənin 1998, 1999, 2000-ci illərə dair əmək haqqı cədvəllərində barəsində heç bir məlumat yoxdur. 2000-ci ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur. Cədvəlin surətindən görünür ki, İddiaçı 1992-ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvaraprel, 1995-ci ilin iyulavqust, 1996-cı ilin fevral-mart, may-dekabr, 1997-ci ilin yanvariyul, sentyabr-noyabr ayları üçün ödənişlər edilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin 25 iyun 2023-cü il tarixli,07/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş 2 X6 çalışmış İddiaçı aid olan sənədlər qeyd etdiyiniz kimi arxivə verilmişdir. Bundan əlavə hal-hazırda həmin işçinin 2 X10 aid olan işçilərin əmək kitabçalarının qeydiyyat jurnalına əsaslanaraq, həmin jurnalda 634 nömrə ilə qeyd olunan İddiaçı işə qəbul tarixi xx.xx.1978 Əmr 566 və işdən azad olma tarixi 7 nömrəli əmrə əsasən xx.xx.1998ci il qeyd olunmuşdur. Həmin qeydiyyat jurnalının bu səhifəsinin surətini Sizə göndəririk. Buna əsaslanaraq işçinin əmək kitabçasının surətində işdən azad olunma tarixi (xx.xx.2007-ci il) qeydiyyat jurnalında öz. əksini tapmır və eyni zamanda keçmişdə 2 X6 çalışanlardan topladığımız məlumata görə şirkətin 1999-cu illərin sonundan sonra fəaliyyəti olmamışdır. Həmin işçi xx.xx.1998-ci ildə işdən azad olunduğu üçün hazırki şirkətin ("Bakı İnşaat-2” ASC) arxivindən digər sənədlər tapılmamışdır. İşçinin xx.xx.1998-ci ilə qədər çalışdığını sübut edən sənədlərdən biri də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən Sizə təqdim olunan əmək haqqı cədvəlidir. Təəssüf ki, bütün bu sənədlər keçmiş dövrü əhatə etdiyinə görə xx.xx.2008ci il tarixində 2 saylı Evtikmə Kombinatı Azərbaycan Respublikasının 63 nömrəli Sərəncamına əsasən "Bakı İnşaat-2” Açıq Səhimdar Cəmiyyətinə çevrildiyi zaman əməkdaşların müvafiq sənədləri Təhvil-Təslim edilmədiyinə görə bu və digər sənədlər arxivdə tapılmadığı üçün Sizə təqdim edə bilmirik.
9. Həmin məktubla göndərilmiş işçilərin tabel cədvəlində 634-cü sırada İddiaçı adı qeyd edilmiş, işə qəbul əmri xx.xx.1978-ci il tarixli əmr № 566, işdən azad edilmə əmrinin tarixi xx.xx.1998-ci il tarixli 7 nömrəli əmr göstərilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bidliririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Ganununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2.006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildiririk ki, təqdim etdiyiniz əmək kitabçası, hərbi bilet və təhsil haqqında diplomun surətlərinə əsasən sizin sığorta stajınız 22 il 7 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 17246,06 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018- ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Fondun Sosial ödənişlərin Təyinatı üzrə X13, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin kadrlar şöbəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.1978-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyiniz dövr araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.1978-ci il tarixli № 566 saylı əmrlə işə qəbul olunmuş və xx.xx.1998-ci il tarixli № 7 saylı əmrlə işdən azad olunmuşunuz. Akta əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabınıza ödənişsiz məzuniyyətdə olduğunuzdan və əmək kitabçanızda qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sözügedən maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2021-ci il tarixli müraciətinizdə qeyd etdiyiniz 1-ci suala cavab olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixli Akta əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığından və sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq qeyd etdiyiniz xx.xx.2006xx.xx.2007-ci illər üzrə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsinə pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda ərizənizə əsasən həmin dövrlərdə əmək fəaliyyətinizin olması araşdırma zamanı öz əksini tapmadığından Dövlət Sosial Müdafiə Fondunun qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqını tələb etməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 2-ci sualınıza cavab olaraq bildiririk ki, Fondun Sosial ödənişlərin Təyinatı üzrə X13, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin kadrlar şöbəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabınıza ödənişsiz məzuniyyətdə olmusunuz (xx.xx.2021-ci il tarixində sözügedən aktın surəti sizə göndərilmişdir). Əlavə yaranmış sualınıza cavab olaraq bildiririk ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azəraycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli № 320 saylı qərarına əsasən şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 65 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 65 yaşı müddət tamam olduqdan sonra yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş, ona xx.xx.2022-ci il tarixli **********6 saylı məktubu ilə imtina edilnmişdir və bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericilikdə tələb olunan 25 il tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə yenidən baxıla bilər.
13. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci iilər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verdikdə sığorta stajından asıiı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyuiun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyuiun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər ii 6 ay artırılır. Beləliklə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildiririk ki, İddiaçı təqdim etdiyi əmək kitabçası, hərbi bilet və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı 22 il 7 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamarıda 01.01,2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 17246,06 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirirlər ki, X11 Təyinatı üzrə X13, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin kadrlar şöbəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1978-ci i! tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövr araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, V.Petroviç xx.xx.1978-ci il tarixli № 566 saylı əmrlə işə qəbul olunmuş və 14.01,1998-ci il tarixli № 7 saylı əmrlə işdən azad olunmuşdur. Akta əsasən iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1908-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan və əmək kitabçasında qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işiəmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sözügedən maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri və AR İRM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddia etdiyi 1994-1998-ci ilıərdə ödənişsiz məzuniyyətdə olma faktı ilə bağlı mötəbər sənəd təqdim etməmiş, həmin dövrü sığorta stajına hesablamasını istisna edəcək halı sübuta yetirməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qeyd olunanlardan bir daha aydın olur ki iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
29. Belə ki, tətbiq edilən hüquq normalarına əsasən (Bu qərarın 23-cü bəndi) və işin hallarından müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin tam hesaba alınmasını mümkün sayır.
30. İddiaçıya məxsus hərbi bilet, diplom, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1971xx.xx.1975-ci ilədək təhsil dövrü (əmək kitabçasında qeyd edilən xx.xx.1974- xx.xx.1974cü ilədək, eləcə də xx.xx.1974-cü ildə xx.xx.1975-ci ilədək istehsalat təcrübəsi müddəti təhsil müddətinə aid olmaqla onunla üst-üstə düşdüyündən (əhatə olunduğundan) həmin dövr müstəqil olaraq staja hesablanmır, bu zaman yalnız təhsil dövrü ümumi staja daxil edilir) 03 il 09 ay 26 gün,xx.xx.1975-xx.xx.1977-ci il tarixədək 02 il 01 ay 03 gün hərbi xidmət dövrü, xx.xx.1975- xx.xx.1975-ci ilədək 02 ay 01 gün, xx.xx.1978- xx.xx.1978-ci ilədək 09 ay 15 gün olmaqla əmək fəaliyyəti dövrü ümumi sığorta stajına daxil edilir.
31. Cavabdeh iddiaçının xx.xx.1978-ci il tarixdən işə qəbul olunduğu və xx.xx.1998-ci il tarixli № 7 saylı əmrlə işdən azad edildiyi, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və əmək kitabçasında qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığını əsas götürərək həmin dövrləri sığorta stajına daxil etməmişdir.
32. Birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən mövqeyi ilə qismən razılaşmışdır.
33. Belə ki, iddiaçının xx.xx.1978-ci ildə 2 N-li Evtikmə kombinatında quraşdırma sahəsinə dördücü dərəcəli krançı qəbul edildiyi, xx.xx.1981-ci ildə Qüllə kranı krançısınm beşinci dərəcəsi bərpa olunduğu, xx.xx.1981-ci ildə Dəmir-beton məmulatları quraşdırıcısının 2-ci dərəcəsi verildiyi, xx.xx.1986-cı il tarixli dördüncü dərəcəli krançı dərəcəsi müəyyən edildiyi barədə qeydlər vardır. Həmin qeydlər əmək kitabçasında öz əksini tapmaqla işəgötürənin imza və möhürləri ilə təsdiq edilmiş, əmək kitabçasının doldurulma ardıcıllığı pozulmamış və həmin qeydləri şübhə altına alan hər hansı müəyyən edilməmişdir.
34. İddiaçının dövlət arxivindən əldə edilmiş arxiv sənədlərində də BBTİ 2 saylı X14 natamam arxiv sənədlərinin əmr kitablarında iddiaçının xx.xx.1978-ci il tarixli, 566 saylı əmrlə xx.xx.1978-ci il tarixdən 4-cü dərəcəli krançı vəzifəsinə işə qəbul olunması və 1992 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır.
35. Göründüyü kimi xx.xx.1978-ci ildən 1998-ci ilədək olan dövr əlavə olaraq arxiv arayışı ilə də öz təsdiqini tapmışdır.
36. Cavabdeh iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu qeyd edərək bu barədə akt tərtib etsə də həmin aktın tərtib edilməsinə əsas olan iddiaçının özənişsiz məzuniyyətdə olması ilə bağlı əmrləri təqdim etməmiş, belə bir əmr və ya məlumat sözügedən idarənin dövlət arxivinə təhvil verilmiş 2000-ci il tarixədək olan sənədləri arasında müəyyən olunmamışdır. Eləcə də dövlət arxivindən əldə olunmuş məlumatlardan müəyyən olunur ki, iddiaçıya 1992-ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-aprel, 1995-ci ilin iyulavqust, 1996-cı ilin fevral-mart, may-dekabr, 1997-ci ilin yanvar-iyul, sentyabr-noyabr ayları üçün əmək haqqı ödənişləri edilmişdir.
37. Beləliklə, cavabdeh orqan iddia etdiyi 1994-1998-ci ilıərdə ödənişsiz məzuniyyətdə olma faktı ilə bağlı mötəbər sənəd təqdim etməmiş, həmin dövrü sığorta stajına hesablamasını istisna edəcək halı sübuta yetirməmişdir.
38. İddiaçının sözügedən müəssisədə işdən azad edildiyi tarixə gəlincə əmək kitabçasında iddiaçının 2 X7 xx.xx.2007-ci il tarixli 56 nömrəli əmri ilə işdən azad qeyd kadrlar şöbəsinin rəisi L.Əhmədova tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilsə də həmin əmr dövlət arxivinə təhvil verilməmiş, eləcə də idarənin özəlləşmə nəticəsində xx.xx.2008-ci il tarixində yarandığı hüquqi varis- "Bakı İnşaat-2” ASC-də də sözügedən əmr aşkar edilməmiş, ASC-nin təqdim etdiyi 2 X7 işçilərinin tabel cədvəlində iddiaçının işdən çıxma barədə əmr kimi xx.xx.1998-ci il tarixli 7 nömrəli əmr qeyd olunmuşdur.
39. Həmçinin, dövlət arxivində 1998-ci ilədək əmək haqlarının ödənilməsi, sonrakı illərin əmək haqqı cəvəllərində iddiaçı barəsində məlumatın olmaması, eləcə də xx.xx.2006-cı il tarixdən fərdi uçot yarandıqdan sonra işdən azad edildiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci ilədək dövr üzrə iddiaçının fərdi hesabına həmin idarə tərəfindən məcburi sosial sığorta haqqının ödənilməməsi iddiaçının 2007-ci il tarixdə deyil, ASC-nin təqdim etdiyi tabel cədvəlində olduğu kimi xx.xx.1998-ci il tarixdə işdən azad edildiyi qənaətinə gəlməyə əsas verir.
40. İddiaçının xx.xx.1971-xx.xx.1975-ci ilədək təhsil dövrü 03 il 09 ay 26 gün, xx.xx.1975xx.xx.1977-ci il tarixədək 02 il 01 ay 03 gün hərbi xidmət dövrü, xx.xx.1975- xx.xx.1975-ci ilədək 02 ay 01 gün, xx.xx.1978-xx.xx.1978-ci ilədək 09 ay 15 gün, xx.xx.1978-xx.xx.1998ci ilədək 19 il 01 ay 20 gün əmək fəaliyyəti dövrü də daxil olmaqla ümumi sığorta stajı 26 il 05 gün təşkil edir.
41. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
42. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaya etirazın dəlilləri ilə oxşar məzmunlu olmaqla bu dəlillər birinci instansiya məhkəməsi tərəfindən də araşdırılmış və hüquqi qiymət verilmişdir.Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
43. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, odur ki, təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3657/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.