Məhkəmə qərarları › İş №2-1(103)-945/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-945/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-945/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), x5 və http://bakuappealcourt.gov.az/az/content/news/154x3 ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi x2 iştirakı ilə, digər avabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinin aparılması, avtomobilin dayanacaqdan çıxarılması və əsassız hesablanmış xərclərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4248/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vəzifədən azad edilərək geri çağırıldıqdan sonra özünə məxsus 14700 euro (35549.01 Belarus rublu) məbləğində, 1979 buraxılış ili, **********6542 ban nömrəli «Mercedes Benz 450 SEL» markalı avtomobilin «Diplomatik Xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.9-cu bəndinə uyğun olaraq gömrük rəmiləşdirilməsinin aparılması, avtomobilin dayancaqdan çıxarılması və əsassız hesablanmış xərclərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 fevral 2015-ci il tarixdən 02 fevral 2019-cu il tarixədək Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin müşaviri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyindən verilmiş 12 fevral 2019-cu il tarixli maliyyə arayışında qeyd olunur ki, o, həqiqətən də 02.02.2015-ci il tarixdən 02.02.2019-cu il tarixədək Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin Müşaviri vəzifəsində aylıq əmək haqqı 3187 ABŞ dolları olmaqla çalışmış və bu müddətdə 152976 ABŞ dolları məbləğində əmək haqqı, həmçinin aylıq təmsilçilik xərci 478 ABŞ dolları olmaqla, 22944 ABŞ dolları məbləğində təmsilçilik xərci almışdır. Ümumilikdə işlədiyi dövr ərzində 175920 ABŞ dolları məbləğində vəsait əldə etmişdir. Belarus Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 037175 nömrəli sertifikatdan açıq-aydın görünür ki, «Mercedes Benz 450 SEL» Markalı avtomobil ona məxsusdur. O, vəzifədən azad edilərək geri çağırıldıqdan sonra özünə məxsus 14700 euro (35549.01 Bellarus rublu) məbləğində, 1979 buraxılış ili, **********6542 ban nömrəli «Mercedes Benz 450 SEL» markalı avtomobili ölkəyə gətirmək istəsə də gömrükdə avtomobilin sərhəddən keçirilməsinə icazə verilməmiş, avtomobil məcburi qaydada dayanacağa qoyulmuşdur. Qanunvericiliyin tələblərinə zidd şəkildə hərəkət edərək avtomobili qanunsuz və əsassız şəkildə saxlamaqla, pozuntu etməklə yanaşı əlavə olaraq da dayancaq xərci hesablayırlar. Qeyd olunan hərəkət onun hüquqlarını və qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Vəkil tərəfindən 16 avqust 2019-cu il tarixli 615 saylı məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müvafiq qanunvericiliyə əsasən avtomobilin gömrük rəsmiləşdirilməsinin aparılmasını, eləcə də qanunsuz saxlanılma və əsassız hesablanmış xərclərin silinməsi barədə müraciət olunmuşdur. Dövlət Gömrük Komitəsi 28.08.2019-cu il tarixli məktubla müraciətləri aidiyyəti üzrə Asksisli Mallar üzrə Baş Gömrük İdarəsinə yönəltmiş və surətini onlara göndərmişdir. Hal-hazıradək qeyd olunan müraciətlərinə cavabdehlər tərəfindən hər hansı rəsmi münasibət bildirilməmişdir. İddia tələbinin hüquqi əsası kimi «Diplomatik Xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.9-cu bəndinə və Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh tərəfindən məhkəməyə «Etiraz ərizəsi» təqdim edilərək bildirilmişdir ki, iddiaçının Belarus Respublikasından ölkə ərazisinə geri qayıdarkən özü ilə birlikdə gətirdiyi bir ədəd «Mercedes-Benz 450 SEL» markalı, mühərrik həcmi 6900 sm3 olan, qiyməti 14700 avro (35549.01 Belarus rublu) təşkil edən, 1979 buraxılış ili, **********6542 ban nömrəli avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan sənədlər yoxlanılarkən həmin nəqliyyat vasitəsinin raritet (nadir) avtonəqliyyat vasitəsi olduğu məlum olmuşdur. Raritet avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş «Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda»sının tələblərinə uyğun olaraq tənzimlənir. Həmin Qaydanın 3-cü bəndinin tələblərinə görə raritet (nadir) avtonəqliyyat vasitələri – Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. Həmin Qaydanın 5-ci bəndinin tələblərinə görə isə raritet (nadir) avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılarkən (idxal olunarkən), mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada gömrük ödənişləri alınır. İddiaçı tərəfindən gömrük orqanlarına təqdim olunan sənədlərin Azərbaycan Respublikası «Diplomatik xidmət haqqında» Qanununun 21.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nın 2.3-cü bəndinin tələblərinə uyğunluğunun araşdırılması zamanı ölkə ərazisinə gətirdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasına gətirməkdə gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riski və qanunvericilikdə diplomatik xidməti orqanının əməkdaşları üçün nəzərdə tutulmuş güzəştlərdən sui-istifadə halına yol verməsi müəyyən edilmişdir. Həmçinin diplomatik xidməti orqanının əməkdaşları xarici ölkələrdə işlədikləri dövr ərzində cari xərclər nəzərə alınmaqla aldıqları ümumi məvacibdən 2-3 dəfə çox məbləğdə, əksər hallarda mühərrikin həcmi ən yüksək iş gücünə malik olan yeni avtonəqliyyat vasitələrini alır və sonradan həmin avtonəqliyyat vasitələrini etibarnamə ilə digər şəxslərə verərək qanunvericilikdə diplomatlar üçün nəzərdə tutulmuş imtiyazdan qanuna uyğun olmayan sui-istifadə hallarına yol verirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4248/2019 saylı, 26 noyabr 2019-cu il tarixli ilə iddianın təmin edilməsi, İddiaçı məxsus 14700 euro (35549.01 Belarus rublu) məbləğində, 1979 buraxılış ili, **********6542 ban nömrəli «Mercedes Benz 450 SEL» markalı avtomobilin «Diplomatik Xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.9-cu bəndinə uyğun olaraq gömrük rəmiləşdirilməsinin aparılması, avtomobilin dayancaqdan çıxarılması və əsassız hesablanmış xərclərin ləğv edilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Cavabdeh2nə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi x4 iddiaya qarşı etiraza vəapellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəinə uyğun uyğun izahat verərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4248/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarıdəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1808 nömrəli, 02 noyabr 2017-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Belarus Respublikasında Səfirliyinin müşaviri İddiaçı iş müddəti 2019-cu il fevral ayının 02-dək uzadılsın və həmin tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyi tərəfindən verilmiş MNS/18/-19- P nömrəli, 12 fevral 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 02.02.2015-ci il tarixdən 02.02.2019-cu il tarixədək Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin Müşaviri vəzifəsində aylıq əmək haqqı 3187 ABŞ dolları olmaqla çalışmış və bu müddətdə 152976 (yüz əlli iki min doqquz yüz yetmiş altı) ABŞ dolları məbləğində əmək haqqı, həmçinin aylıq təmsilçilik xərci 487 ABŞ dolları olmaqla, 22944 (iyirmi iki min doqquz yüz qırx dörd) ABŞ dolları məbləğində təmsilçilik xərci almışdır. Ümumilikdə işlədiyi dövr ərzində 175920 ABŞ dolları məbləğində vəsait əldə etmişdir. İş materiallarında olan, Belarusiya Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən «Belarus Respublikasından aparılan nəqliyyat vasitəsinə dair» verilmiş 037175 nömrəli, 15.01.2019-cu il tarixli vəsiqədən görünür ki, avtomobilin markası «MERCEDES BENZ 450 SEL», mühərrikin həcmi: 6900 sm3, ban nömrəsi: **********6542-dir. İş materiallarında olan, iddiaçı tərəfindən verilmiş invoyslardan görünür ki, iddiaçının Belarusiya Respublikasından aldığı, buraxılış ili 1979-cu il, «Mercedes Benz 450 Sel» markalı, 6900 sm3, ban nömrəsi **********6542 nömrəli avtomobilin invoys dəyəri 14700 evro-dur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının vəkili tərəfindən hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilmiş, iddiaçının müraciəti cavab verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə göndərilmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmişdir. Beləliklə birinci instansiya məhkəməsinin araşdırması araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı diplomatik xidmət əməkdaşı olmaqla, Azərbaycan Respublikasının Belarusiya Respublikasındakı səfirliyində müşavir vəzifəsində xidmətdə olarkən Belarusiya Respublikasında, 1979-cu il buraxılış il olan, «Mercedes Benz 450 SEL» markalı, ban nömrəsi **********6542, mühərrik həcmi 6900 sm3, invoys dəyəri 14700 avro (35549.01 belarus rublu) olan nəqliyyat vasitəsini almış və Azərbaycan Respublikasına gətirmişdir. «Diplomatik Xidmət Haqqında» Azərbaycan Respublikasının Qanunun 21.9-cu maddəsinə əsasən diplomatik xidmət əməkdaşlarının xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarının 2.3 bəndinə əsasən «Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik x1 hərbi qulluqçuları tərəfindən müvafiq təsdiqedici sənəd (müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surəti) təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur». Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunvericilik normalarının təhlilindən aydın olur ki, diplomatik xidmət əməkdaşları xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaiti və əmlakı Azərbaycan Respublikasına gətirərkən gömrük ödənişlərindən azaddırlar. Bu zaman müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın geri çağırılma əmrinin müvafiq qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi tələb olunur. Yuxarıda qeyd olunduğu kimi, iş materiallarından də görünür ki, Azərbaycan Respublikasının Belarus Respublikasında Səfirliyinin müşaviri olmuş İddiaçı 02.02.2019cu il tarixdən tutduğu vəzifədən azad edilərək geri çağırılması barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1808 nömrəli, 02 noyabr 2017-ci il tarixli əmri vardır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya qarşı verdiyi «Etiraz»ında və apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş «Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda»sının 3-cü bəndi ilə müəyyən olunmuşdur ki, raritet (nadir) avtonəqliyyat vasitələri – Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələridir. Həmin Qaydanın 5-ci bəndinin tələblərinə görə isə raritet (nadir) avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılarkən (idxal olunarkən), mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada gömrük ödənişləri alınır. Həmin Qaydanın 6-cı bəndinə görə isə, raritet (nadir) avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən seçilmiş gömrük prosedurunun müddəalarından irəli gələn tələblərə uyğun olaraq aparılır. İş materiallarından görünür ki, cavabdeh öz mövqeyini nəqliyyat vasitəsinə aid sənədlərin «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermədiyinə, diplomatik xidmət əməkdaşlarının onlara verilən hüquqlardan sui-istifadə etdiklərinə, iddiaçının gömrük ödənişlərindən yayınmağa cəhd göstərməsi riskinin olmasına istinad etsə də, birinci instansiya məhkəməsini araşdırması zamanı uyğunsuzluğun nədən ibarət olmasını sübut edə bilməmiş, sui-istifadə halları və risklərin olması ilə bağlı isə əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan sənədlərlə, iddiaçının diplomatik xidmət əməkdaşı olması, sonuncu dəfə Belarusiya Respublikasında xidmət etməsi, onun geri çağırılma barədə əmrinin olması, Səfirlikdə işlədiyi müddətdə 152976 (yüz əlli iki min doqquz yüz yetmiş altı) ABŞ dolları məbləğində əmək haqqı alması, həmçinin aylıq təmsilçilik xərci 478 ABŞ dolları olmaqla, 22944 (iyirmi iki min doqquz yüz qırx dörd) ABŞ dolları məbləğində təmsilçilik xərci alması, avtonəqliyyat vasitəsinə görə 14700 avro (35549.01 Belarus rublu) ödəniş etməsi, avtonəqliyyat vasitəsinin normativ sənədlərinin tələblərinə uyğun olması təsdiq edilir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, cavabdeh öz etirazında avtomobilin raritet avtonəqliyyat vasitəsi olmasına istinad etsə də, «Diplomatik xidmət haqqında» Qanunda və Azərbaycan Respublikası Nazilər Kabinetinin 2010-cu il 28 oktyabr tarixli 188 nömrəli «Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda»sının tələblərində raritet avtonəqliyyat vasitəsi üçün diplomatik xidmət əməkdaşları tərəfindən gömrük rüsumu ödənilməli olması ilə bağlı hər hansı bir ayrıca müddəa nəzərdə tutulmamışdır və bu səbəbdən də cavabdehin həmin mövqeyi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4248/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən /imza/ Hakimlər /imzalar/ Əsli ilə düzdür. Hakim: Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar