Məhkəmə qərarları › İş №2-1(103)-945/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-945/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-945/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan, yəni 30 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan, yəni 30 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6462/2022 saylı 22 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1980-cı il tarixli hərbi biletdən görünbür ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. "xxxx" AZərbaycan X11 83 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1986, xx.xx.1986-xx.xx.1997, xx.xx.2007-xx.xx.2008-ci illərdə Boru yayma sexində çatı qıran, damğa vuran və elektrik montyoru (kran avadanlıqları üçün) peşəsində işləmiş, ödənişsiz məzuniyyətdə olmamış və onun işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü bölməsinin 3.4 və 3.8 bəndində yerdəyişmə ilə məşğul olan fəhlə, damğalayıcı, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru kimi öz əksini tapmaqla güzəştli şərtlərlə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İddiaçıya məxsus ******* saylı xx.xx.2007-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2007-ci ildə "xxxx" ASC BY-1 sexinin Kran və Təsərrüfatının Elektrik xidmət Sahəsinə elektrik avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad edilmiş, xx.xx.2008-ci ildə "xxxx" ASC-nin 5 saylı Buxar, güc və energetika sahəsinə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu ildə "xxxx" ASC Sumqayıt Texnologiyalar Parkının Tikintisi Layihəsinin Kran Təsərrüfatı sahəsinə 5-ci dərəcəli EAT və X üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə həmin X7 və Kranaltı yolların təmiri sahəsinə 5-ci dərəcəli EAT və X üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə vəzifəsi və dərəcəsi saxlanılmaqla həmin X6 və X1 Departamentinin Kran Təsərrüafatı və Kranaltı Yolların Təmiri sexinin Kran və Kranaltı yolların Təmiri sahəsinə keçirilmiş, xx.xx.2012-ci ildə müqavilə müddətinin bitməsilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci ildə X3 Kran Təsərrüfatı sexinin Kran təmiri sahəsinin 5-ci dərəcəli ET və X üzrə elektrik montyoru vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci işdə peşəsi və dərəcəsi saxlanılmaqla həmin zavodun Maşınqayırma sexinin Körpülü Kranların istehsalı sahəsinin Xidmət və təmir sahəsinə keçirilmiş, xx.xx.2015-ci ildə Metal Konstruksiyalar zavodunun Kran Təsərrüfatı sahəsinə 5-ci dərəcəli EAT və X üzrə elektrik montyoru peşəsinə keçirilmiş, 15.1.2016-cı ildə X3 Texniki İstehsalat şöbəsinin ET və X üzrə elektrik montyoru peşəsinə keçirilmiş, xx.xx.2016-cı ildə peşəsi və dərəcəsi saxlanılmaqla həmin şöbənin Kran təsərrüfatı sexinə keçirilmiş, xx.xx.2018-ci ildə X3 Kran təsərrüfatı sexinə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə Mexaniki Emal zavodunun Kran təsərrüfatı sahəsinə 5-ci dərəcəli elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsus sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapital əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitinin qeydə alındığı subhesabdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğur oaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycaı Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı: boruyayma, boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması yarımbölməsində (3.4) təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyortarı vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin sizə dair 17 noyabr 2021-ci il tarixli 75 nömrəli arayışında onun xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1997-ci il. xx.xx.2007- xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisənin Boruyayma və Boruyayma-1 sexində çatıquran və elektrik montyoru (kran avadanlıqları üzrə) vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 1 ay 24 gün (xx.xx.1983-xx.xx.1986-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32282,73 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan yəni 30 noyabr 2021ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmiş və imtina səbəbi kimi onun işlədiyi sahənin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı "nda nəzərdə tutulmuş sahə və vəzifələrə aid oİmaması və pensiya kapitalımın əmək pensiyasının minimum məbləğindən aşağı oİmayan pensiya təminatına imkan vermədiyi göstərilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, “Azərboru" ASCdə onun çalışdığı Boruyayma sexində çatıquran peşəsi (xx.xx.1982 - '.8.03.1983) yuxarıda qeyd edilən Siyahının 3.8 bəndində nəzərdə tutulan Boru istehsalı sahəsinə aiddir və onun işlədiyi peşə də uyğun olaraq 3.8 (a) yarımbəndində nəzərdə tutulmuş istehsal prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr peşəsinə uyğundur. Həmçinin, Boruyayma sexinin kran təsərrüfatı sahəsində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi (xx.xx.1986 - xx.xx.1997; xx.xx.2007 - xx.xx.2008) yuxarıda qeyd edilən Siyahının 3.8 bəndində nəzərdə tutulan Boru istehsalı sahəsinə aiddir və onun işlədiyi peşə də uyğun olaraq 3.8 (a) yarımbəndində nəzərdə tutulmuş elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğundur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 r mrəli Qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 saylı Əlavənin 2.4.1-ci bəndinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışması iş yerindən verilən arayışa əsasən müəyyən olunur, “Azərboru" ASC-nin xx.xx.2021-ci il tarixli 83 saylı arayışına əsasən onun "xxxx" ASC-də işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş" Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hiiqııqıı verəı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuş sahə və vəzifələrə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun 60 yaşı olan müddətə, yəni xx.xx.2021-ci il tarixədək hərbi xidmət (xx.xx.1980 xx.xx.1982) nəzərə alınmaqla 29 il 11 ay ümumi əmək stajı, 15 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı və 32 282,73 manat məbləğində pensiya kapitalı var. Əmək pensiyası təyin edilməsi üçün tələb edilən pensiya kapitalı 2021-ci ildə 28 800 manat (200x144 ay) təşkil edirdi. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan tam əmək stajı və pensiya kapitalı olduğu üçün (25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı, 32 282,73 manat pensiya kapitalı) ona güzəştli şərtlərlə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6462/2022 saylı 22 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin sözügedən qərarında göstərilmiş sorğu əsasında iddiaçının 1982-1983-cü illər arasındakı çalışdığı vəzifə çatıquran kimi güzəştli iş stajına əlavə edilmişdir. Lakin hesab edirik ki, iddiaçının həmin dövrdə işlədiyi, əmək kitabçasında “stropolchik” kimi qeyd edilmiş vəzifənin tərcüməsi sorğuda düzgün göstərilməmişdir və həmin vəzifə çatıquran vəzifəsi ilə uyğun deyil. Bununla bağlı Mərkəzi Filial tərəfindən iddiaçının vaxtilə işlədiyi müəssisəyə yenidən sorğu verilmişdir. Sorğuya cavab daxil olduqdan sonra həmin arayış Mərkəzi Filial tərəfindən məhkəməyə təqdim olunacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə. vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40794,50 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32282,73 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşdan yəni 30 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan, həmçinin pensiya kapitalının az olması əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi peşələrin əmək funksiyaları baxımından Siyahıda nəzərdə tutulan peşələrlə eyni olmasına, eyni zamanda ona pensiya təyin edilməli olan dövrdə kişilər üçün yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 28.800 manat pensiya kapitalı lazım olmasına, hazırda qüvvədə olan Qanunun 45-ci maddəsinin tələbi isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün də həmin məbləğin fərdi hesabın sığorta hissəsində olmasınının yetərli sayılmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin olunması üçün onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmışsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətlərindən görünür ki, o, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının ümumi iş stajı iş materiallarında olan hərbi biletə və əmək kitabçasına əsasən, hərbi xidmət dövrləri-xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək 2 il 1 ay 2 gün və əmək kitabçasındakı iş stajı ilə bağlı aparılan qeydlərə əsasən onun ümumi iş stajı 25 ildən çox təşkil edir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Qey edilir ki, iddiaçının ümumi iş stajının tamamlanması cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə iddiaçıya ünvanlanmış imina məktubunun, iddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqanın imtinasının əsasını məhz iddiaçının xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1997-ci il, xx.xx.2007- xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisənin Boruyayma və Boruyayma-1 sexində çatıquran və elektrik montyoru (kran avadanlıqları üzrə) vəzifəsində işlədiyi peşəsinin güzəştli olmaması və bununla da onun güzəştli iş stajının, həmçinin pensiya kapitalının kifayət qədər olması mübahisələndirilir. Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşə birinci instansiya qaydasında baxan məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" Azərbaycan X11 AZB01/27 saylı xx.xx.2022-ci il soröuya cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Boruyayma zavodunun Boruyayma sexinin Yivaçma şöbəsində çatıquran peşəsində işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Boruyayma sexinin Yivaçma şöbəsində damğavuran peşəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1997-cı il tarixədək Boruyayma sexinin kran təsərrüfatı sahəsində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-nin Boruyayma-1 sexinin kran təsərrüfatının elektrik xidmət sahəsində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdm və bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirmişdir. Belə ki, əmək funksiyaları baxımından çatıquran peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının 111 fəslinin (Metallurgiya istehsalatı (Qara metallar)) 4-cü bölməsinin (Boru istehsalı) "a" yarımbölməsinin (fəhlələr) 2040400a-1753v şifri ilə nəzərdə tutulmuş istehsai prosesində xammalın, yarımfabrikatm və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər peşəsi ilə eyniyyət təşkil edir. Həmin peşə eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm 3-cü bölməsinin (Metallurgiya istehsalatı) 3.8,-ci bəndinin (Boru istehsalı) "a" yarımbəndində qeyd edilən istehsal prosesində xammalın, yarımfabrikatm və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər kimi öz əksini tapmışdır. Əmək funksiyaları baxımından damğavuran peşəsi Azərbaycan Respublikasının Nazirlə; Kabinetinin xx.xx.1993-cü il tarixli 320 savlı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” İ saylı Siyahısının İİİ fəslinin (Metallurgiya istehsalatı (Qara metallar)) 4-cü bölməsinin (Borıı istehsalı) "a" yarımbölməsinin (fəhlələr) 1030400a- 12780 şifri ilə nəzərdə tutulmuş əı ilə damğalamada məşğul olan isti metal damğalayıcıları peşəsi ilə eyniyyət təşkil edir. Həmin peşə eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 savlı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nın 3-cü bölməsinin (Metallurgiy istehsalatı) 3.4,-ci bəndinin (Boru istehsalı) "a” yarımbəndində qeyd edilən əl ilə damğalana ! məşğul olan isti metal damğalayıcıları kimi öz əksini tapmışdır. Ə əmək funksiyaları baxımından elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısının İİİ fəslinin (Metallurgiya istehsalatı (Qara metallar)) 4-cü bölməsinin (Boru istehsalı) "a" yarımbölməsinin (fəhlələr) 2040400a - 19861 şifri ilə nəzərdə tutulmuş elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi ilə eyniyyət təşkil edir. Həmin peşə eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nm 3-cü bölməsinin (Metallurgiya istehsalatı) 3.8,-ci bəndinin (Boru istehsalı) "a" yarımbəndində qeyd edilən elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları kimi öz əksini tapmışdır. Həmçinin nəzərinizə çatdırırıq ki. xx.xx.1993cü il tarixdə V.İ.Lenin adma Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. xx.xx.1998-ci il tarixdə isə "xxxx" İstehsalat Birliyi "xxxx" ASC-yə çevrilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı Boruyayma sexində xx.xx.1982-xx.xx.1983-cü illərdə işlədiyi sapançı (stropolğhik), xx.xx.1983-xx.xx.1986-cı illərdə brender, damğavuran (kleymovhik), xx.xx.1986-xx.xx.1997-ci illərdə kran təsərrüfatı elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan hansı peşənin funksiyası ilə eynilik təşkil etməsi, hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" Azərbaycan Boru Yayma Zavoduna məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək Boruyayma sexinin Yivaçma şöbəsində isti və zərərli iş şəraitində çatıquran peşəsində işləmişdir. Bu peşədə işləyən işçinin əsas əmək funksiyası iş rejiminə uyğun olaraq briqadirin tapşırığına əsasən körpülü kran vasitəsilə boruların və digər yüklərin arabacıqlarla emal olunan stola daşınmasını təmin etməkdən ibarət olmuşdur. Əmək funksiyaları baxımından çatıquran peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nm 3-cü bölməsinin (Metallurgiya istehsalatı) 3.8,-ci bəndinin (Boru istehsalı) "a" yarımbəndində qeyd edilən "istehsal prosesində xammalın, yarımfabrikatın və hazır məhsulun yerdəyişməsi ilə məşğul olan fəhlələr və briqadirlər" peşəsi ilə eynilik təşkil edir. xx.xx.1983-cii il tarixindən xx.xx.1986-cı il tarixinədək Boruyayma sexinin Yivaçma şöbəsində isti və zərərli iş şəraitində damğavuran peşəsində işləmişdir. Bu peşədə işləyən işçinin əsas əmək funksiyası istehsal olunan boruların ölçülərinə uyğun olaraq düzgün damğaları seçmək və çəkic vasitəsilə vasitəsilə borulara damğa vurmaqdan ibarət olmuşdur. Əmək funksiyaları baxımından damğavuran peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nm 3-cü bölməsinin (Metallurgiya istehsalatı) 3.4,-ci bəndinin (Boru istehsalı) “a” yarımbəndində qeyd edilən "əl ilə damğalamada məşğul olan isti metal damğalayıcıları'' peşəsi ilə eynilik təşkil edir. xx.xx.1986-cı il tarixindən xx.xx.1997-cı il tarixinədək və xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək Boruyayma-1 (Boruyayma) sexinin kran təsərrüfatı sahəsində isti və zərərli iş şəraitində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. Bu peşədə işləyən işçinin əsas əmək funksiyası iş rejiminə uyğun olaraq briqadirin tapşırığı əsasında kran elektrik avadanlıqlarının sazlığını təmin etmək, yüksək keyfiyyətli təmirini həyata keçirmək, həmçinin, briqadirin və ya ustanın yazılı sərəncamı ilə başqa sahələrdə də təmir və sazlama işlərinin yerinə yetirməkdən ibarət olmuşdur. Əmək funksiyaları baxımından elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nm 3-cü bölməsinin (Metallurgiya istehsalatı) 3.8,-ci bəndinin (Boru istehsalı) "a" yarımbəndində qeyd edilən "elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsi ilə eynilik təşkil edir. İddiaçı işlədiyi müddət ərzində ödənişsiz məzuniyyətdə olmamışdur və bütün iş vaxtını ağır və zərərli iş şəraitində keçirmişdir. Həmçinin, nəzərinizə çatdırırıq ki. "xxxx" ASC Azərbaycan Respublikasında polad boru istehsalı üzrə aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir və müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Həmçinin məhkəmə kollegiyası tərəfindən iddiaçı X4 güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla tələb 3-cü şərtin-pensiya kapitalının tamamlanmasının müəyən edilməsi məqsədilə onun 30 06.2021-cı il tarixə, 60 yaşının tamam olduğu tarixə pensiya sığorta kapitalının nə qədər təşkil etdiyini və onun hesablanma qaydasını özündə əks etdirən açıqlamanın təqdim edilməsi, o cümlədən iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin yeni redaksiyası ilə güzəştli pensiya təyin edilərsə, bütün şərtlərin ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13537,71 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 20908,12 manat olmaqla cəmi pensiya kapitalı 34445,83 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006- cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 16 il 7 ay 24 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 13537,71 manat müəyyən edilmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından məhkəməyə daxil olmuş 10 iyul 2023-cü il tarixli məktubunda qeyd olunmuşdu ki, İddiaçı xx.xx.2021-ci il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 32890,71 manat təşkil edir, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600 manat hesablanmışdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ona qanunla tələb olunan onunan 12 il 6 ay güzəştli iş stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin ödənilmədiyi aydın olur. Odur ki, iddiaçıya 60 yaşdan yəni 30 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün üçüncü şərt- pensiya kapitalının tamamlanması şərti ödənilmədiyindən onun iddiası təmin oluna bilməz. Lakin birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına istinad edərək iddiaçıya münasibətdə 60 yaş üçün pensiya kapitalının 28800 manat olması, onun topladığı kapitalın isə 34445,83 manat olduğunu nəzərə alaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır və qeyd edir ki, məhkəmənin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə edilmiş dəyişliklə bağlı 13 may 2022-ci il tarixli Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsində qeyd olunmuşdu ki, “Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.” Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan 3-cü şərt- pensiya kapitalının tamamlanması ödənilmədiyindən iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar ləğv edilməli və iddia rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6462/2022 saylı 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6462/2022 saylı 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar