Məhkəmə qərarları › İş №2-1(103)-945/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-945/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-945/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə2, 3-cü şəxs X6 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/202 saylı 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh və 3-cü şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzilə dair analığı X3 adına verilmiş 18.05.22-ci il tarixli 115 saylı sərəncamın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıların atası X19 07 mart 2022-ci il tarixdə rəhmətə getmişdir. İddiaçılar atasının birinci evliliyindən olan qızlarıdır. Ataları ikinci dəfə hazırki iş üzrə 3-cü şəxs X7 ilə ailə qurmuş və bu nikahdan övladları olmamışdır. Beləliklə, iddiaçıların mərhum atasının qanun üzrə üç vərəsəsi var. Miras qalan əmlak kimi, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzili iddiaçıların atasına Çernobl əlili kimi 05 oktyabr 2015-ci ildə 96 saylı sərəncamla verilmişdir. Vərəsəlik sənədləri rəsmiləşdirilən zaman iddiaçılara məlum olmuşdur ki, miras əmlak olan həmin mənzilə dair vərəsələrdən birinin adına kirayə müqaviləsinin bağlanması haqda qanunsuz sərəncam verilmişdir. İddiaçılar bunu inzibati orqanın qərəzli hərəkəti kimi hesab edirlər ki, məhkəmə tərəfindən həmin sərəncam ləğv edilməlidir. Məhkəmənin qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Bakı İnzibati Məhkəməsinin 22-1(112)-5814/202 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri 3-cü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilə dair kirayə müqaviləsinin X3 adına dəyişdirilməsi ilə bağlı Sərəncamı ləğv etmiş və buna səbəb kimi aparılmış inzibati icraata iddiaçıların cəlb edilməməsini, iştiraklarının təmin edilməməsini, onlara məlumat verilməməsini göstərmişdir. Məhkəmə öz mövqeyini AR Mənzil Məcəlləsinin əlaqəli maddələrinə və inzibati qanunvericiliyə istinad etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmə öz qərarında Mənzil Məcəlləsinin yaşayış sahəsinin sosial kirayəsi ilə bağlı münasibətləri tənzimləyən bir neçə maddəsinə, o cümlədən 68.1 və 68.3-cü maddələrinə istinad etmişdir. Məcəllənin 68.1-ci maddəsində qeyd olunur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əтəк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Məcəllənin 68.3-cü maddəsində qeyd olunur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Beləliklə, məhkəmə Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarına istinad etməklə iddiaçıların mərhumun “ailə üzvləri” olmlarına, həmçinin “vərəsə” olmalarına əsaslanaraq onları “maraqlı şəxs” hesab etmş və onların aparılmış inzibati icraatda iştirakı təmin edilmədiyindən müvafiq Sərəncamın ləğv edilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin istinad etdiyi qanunvericilik müddəaları və işin faktiki halları iddiaçıların “ailə üzvü” olmalarını, beləliklə də “maraqlı şəxs” olmalarını istisna edir. Belə ki, işin faktiki hallarından məlumdur ki, sözügedən mənzil dövlətin mülkiyyətindədir. Həmin mənzil Çernobil əlili olduğu üçün xx.xx.2004-cü ildə mənzil növbəsinə götürülmüş mərhum X17 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamı əsasında sosial təyinatlı yaşayış sahəsi kimi verilmişdir. X25 həmin mənzildə həyat yoldaşı Lyudmila Əskərova ilə (hazırki iş üzrə üçüncü şəxs) birgə, qeydiyyatda olmaqla yaşamışdır. İddiaçılar isə heç vaxt həmin mənzildə yaşamamışlar və mənzil hələ X23 verilməzdən çox əvvəl ailə həyatı quraraq başqa ailənin üzvləri olmuşlar. Bu mənada onlar Mənzil Məcəlləsinin tələbləri baxımından X21 ailə üzvü hesab edilə bilməzlər. Ümumiyyətlə qeyd olunmalıdır ki, sosial yaşayış sahələrinin verilməsi ilə bağlı vətəndaşla dövlət arasında yaranmış, dövlətin vətəndaşa qarşı sosial öhdəliyindən irəli gələn münasibətlə bağlı məsələlər xüsusi olaraq AR Mənzil Məcəlləsi ilə tənzimlənir (Mənzil Məcəlləsinin 6.1-ci maddəsi). Mənzil Məcəlləsində belə yaşayış sahələri verilmiş şəxslərin ailə üzvlərinin kimlər olması konkret göstərilmişdir. Mənzil Məcəlləsinin (məhkəmənin də istinad etdiyi) 68.1-ci maddəsinə uyğun olaraq “ailə üzvü” dedikdə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri nəzərdə tutulur. Məcəllənin (yenə məhkəmənin istinat etdiyi) 68.3-cü maddəsinə uyğun olaraq sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilir. Yuxarıda da qeyd edildiyi kimi, sosial yaşayış sahəsi verilən zaman X21 yeganə ailə üzvü onun həyat yoldaşı Lyudmila Əskərova olmuşdur. Bu da mənzilin X23 verilməsinə dair xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamda və xx.xx.2015-ci il tarixli kirayə müqaviləsində öz əksini tapmışdır. İddiaçıların “vərəsə'* olmalarına münasibətdə isə qeyd edilməlidir ki, vərəsəlik münasibətləri AR Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllədə sosial yaşayış sahələrinin miras əmlak kimi qiymətləndirilməsi və ya ona olan hüquqların vərəsəlik əsasında ötürülməsi ilə bağlı xüsusi göstəriş yoxdur. Əksinə, sosial yaşayış sahələri ilə bağlı məsələləri xüsusi olaraq tənzimləyən AR Mənzil Məcəlləsində belə yaşayış sahəsi verilmiş şəxs vəfat edikdə həmin yaşayış sahəsinin aqibətinin necə olacağı da konkret göstərilmişdir. Göründüyü kimi sosial yaşayış sahəsinin kirayəçisi vəfat etdiyi halda ya onun ailə üzvləri belə yaşayış sahənin kirayəçisi kimi tanınır, ya da sosial kirayə müqaviləsinə xitam verilir. Buradan aydın olur ki, belə yaşayış sahələri və onlara olan hüquqlar vərəsəlik hüququnun predimeti ola bilməz. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçılar həm “ailə üzvü”, həm də hazırki mübahisə çərçivəsində “vərəsə” olmadıqları üçün, yəni sosial yaşayış sahəsinə dair hüquqlar vərəsəlik yolu ilə keçmədiyi üçün mübahisəli sərəncamın qəbul edilməsi ilə onların hər hansı hüquqları pozulmamış və ya qanunla qorunan maraqlarına hər hansı təsir olmamışdır. Belə olan halda iddiaçıların X21 “ailə üzvləri” və “vərəsələri” olmaları əsası ilə onların “maraqlı şəxs” hesab edilməsi barədə Məhkəmənin qənaəti doğru olmamışdır. Bu mənada iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmələri üçün subyektiv hüququları da mövcud deyildir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iş materiallarına uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Suraxanı RİH-ə təqdim edilmiş müvafiq sənədlərdən müəyyən edilmişdir ki, mənzilin keçmiş kirayəçisi X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X3 tək özü həmin mənzildə 1 nəfər (özü) ailə tərkibi ilə 2015-ci ildən qeydiyyatda olduğu və yaşadığı nəzərə alınaraq Suraxanı RİHB-nin xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ilə mənzilinin kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Məhkəmədə inzibati işə baxılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Tərəflərin izahatları 3-cü şəxs X6 və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə iddiaçıların hüquqi marağı və məqsədi cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Həmin sərəncamla iddiaçıların mərhum atası X12 vəfatı ilə əlaqədar mərhumun arvadı X3 ərizəsi əsasında Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 B saylı evin, 8 saylı mənzilinin kirayə müqaviləsi sonuncunun adına dəyişdirilmiş və o, evin kirayəçisi hesab edilmişdir. İddiaçılar hesab edirlər ki, atalarından qalmış həmin evə 3-cü şəxsin kirayəçi kimi tanınması üçün cavabdehə müraciət edilən zaman artıq həmin dövlət orqanında bu evin mübahisə obyekti və miras əmlak olması barədə məlumat var idi. Buna baxmayaraq cavabdeh tərəfindən həmin sərəncam qəbul olunmuş və nəticə etibarilə iddiaçıların qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Nəzərə alınmalıdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, və s. yoxlanılmalıdır (9-cu bənd)”. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. İşin faktiki hallarına görə, iddiaçıların mərhum atası X2 iş üzrə 3-cü şəxs olan X5 ilə 26 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş və ona sağlığında Bakı Şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 96 №-li xx.xx.2015-ci tarixli sərəncamına əsasən Çernobl əlili kimi Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzili verilmişdir. X19 07 mart 2022-ci il tarixdə vəfat etdikdən sonra atalarının ikinci evliliyindən olan mərhumla birgə yaşamış arvadı olan hazırki iş üzrə 3-cü şəxs X4 ərizəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi sonuncunun adına rəsmiləşdirilmişdir. X1 və X22 oglunun notariat qaydada təsdiq edilmiş ərizələri ilə qonşuları X3 əri X20 2013-cü ilin oktyabr ayından 07 mart 2022-ci il tarixdə vəfat edən günə qədər Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 14 b saylı evin 8 nömrəli mənzilində birgə yaşadıqlarını təsdiq etmişlər. İş üzrə üçüncü şəxs X6 ünvan 4 ünvanında qeydiyyatdadır. Hər iki iddiaçının mübahisələndirilən ünvanda qeydiyyatları yoxdur, onlar (mərhumun qızları) həmin evdə yaşamasalar da, mərhumun vərəsələridirlər. Hazırda iddiaçılar iddialarında Bakı şəhəri Suraxanı Rrayon İcra Hakimiyyəti başçısının “Vətəndaş L.Z.Əskərovanın adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 115 saylı sərəncamını mübahisələndirirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Hazırki işdən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki, 14 b saylı evin 8-ci mənzili dövlət mülkiyyətindədir. Həmin mənzil xx.xx.2004-cü il tarixdə mənzil növbəsinə götürülmüş mərhum X17 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 96 nömrəli sərəncamı əsasında sosial təyinatlı yaşayış sahəsi kimi verilmiş və X25 həmin mənzildə hazırki iş üzrə üçüncü şəxs olan arvadı Lyudmila Əskərova ilə birgə yaşamışdır. Ona görə də Lyudmila Əskərovanın müraciəti əsasında onu cavabdeh inzibati orqan mənzilin kirayəçisi hesab edərək bu barədə sərəncam vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar həmin mənzildə heç vaxt yaşamamışlar. Beləliklə, mübahisəli daşınmaz əmlak iddiaçıların atalarının vəfat etmə anına onun mülkiyyətində deyil, dövlətin mülkiyyətində olduğundan, buna görə də dövlət mülkiyyətində olan daşınmaz əmlak da mərhumun miras kütləsinə daxil olmadığından, iddiaçılar da həmin evdə heç vaxt yaşamadıqlarından onların cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, iddiaçılar tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə cavabdehin təqsiri üzündən öz (subyektiv) hüquqlarının pozulduğu halını təsdiq edə biləcək hər hansı sübut təqdim olunmamışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi qərarlarında bu cür əsaslandırılmışdır (2-1(102)-47/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və 3-cü şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və 3-cü şəxs X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5814/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar