Məhkəmə qərarları › İş №2-1(103)-946/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-946/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-946/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4578/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4578/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Xiyabani küçəsində yerləşən 18 A saylı yaşayış evinin 3 otaqlı yaşayış sahəsi 49.4 kv.m olan evə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinin 66.3.6.-cı bəndinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə müqavilə ilə nəzərdə tutulmuş müddətdə kirayə verəni məlumatlandırmaq kirayəçinin əsas vəzifələrindəndir. Nə mənzilin əvvəlki kirayəçisi nə də yeni kirayəçi kirayə verəni məlumatlandırmamış və mənzili lazımi qaydada sənədləşdirməmişdir. Məhkəmə notarial razılıq imzalanarkən kirayə verənin razılığının alınıb-alınmamasını araşdırmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki,İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 18 A saylı ünvanda yerləşən mənzilin kirayəçisi hesab olunmasına dair sərəncam verilməsi ödəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 18 A saylı evə dair Cavabdeh tərəfindən X3 adına 03792 saylı, xx.xx.2005-ci il tarixli order verilmişdir. Evi X2 aralarında olan qarşılıqlı razılaşma əsasında əldə etmişdir. Həmin ev uzun illərdir faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Hazırda X4 vəfat etmişdir. Bu səbəbdən də, sözügedən mənzilin kirayəçisi hesab olunması barədə sərəncam verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı keçmiş icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxs kimi icarədarın ailə üzvü olaraq qanuni istifadəsində olan mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etməkdə haqlıdır. Mübahisəli ev nə mənzilin keçmiş icarədarının sağlığında, nə də ki, ölümündən (xx.xx.2013-ü il) xeyli müddət keçdikdən sonra yəni, keçən 7 il ərzində İddiaçı və ailə üzvlərinin qeyd edilən mənzildə yaşamasına cavabdeh tərəfindən heç bir etiraz edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Bakı şəhəri, Xiyabani küçəsində yerləşən, yaşayış sahəsi 49.4 kv.m olan, 3 yaşayış otağından ibarət, köməkçi sahəsi 37.2 kv.m təşkil edən 18 a saylı ev 2004-cü il tarixdən mənzil yaşayış fondunun balansına götürülməklə, həmin mənzilə dair X3 adına, bir nəfər ailə tərkibi ilə (X3 özü) xx.xx.2004-cü il tarixli, 037092 nömrəli order verilmişdir. Sonradan həmin mənzili X1 Ələddin Kamran oğluna aralarında olan qarşılıqlı razılaşma əsasında satmış və tərəfindən notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2006cı il tarixli ərizə verərək, satılan evə görə heç bir iddia qaldırmayacağını, buna görə bütün məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Eyni zamanda X4 AR-İ seriyalı, 189540 nömrəli, xx.xx.2012-ci il tarixli etibarnamə ilə onun adına olan ünvan 2 A ünvanında yerləşən fərdi yaşayış evinə dair məhdudiyyət və yüklülük haqqında arayışı (Forma 1), Forma 2 almağı, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda pasport qeydiyyatındadırlar. Mübahisəli mənzil dövlət fonduna aid olmaqla hazırda Cavabdeh balansındadır. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş 2009-cu ilin 1 oktyabra qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icrarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayış onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qaunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin hədddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyi yalnız icarədar ilə birlikdə yaşayan ailə üzvləri və ya icarədar ilə birlikdə faktiki yaşamaqla onunla ümumi təsərrüfat aparan şəxslərə icarədarın hüquqlarından (o cümlədən icarə müqaviləsinin bağlanması) istifadə etmək imkanını tanımışdır. Eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsində də göstərilmişdir ki, kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrəkirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli butün ailə üzvlərinə məxsusdur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.(m. 68.2). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. (m. 68.3) İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mənzilə dair orderdə yalnız X3 adı qeyd edilmiş, iddiaçı isə mübahisəli mənzilin kirayəçisi olmuş mərhum X3 nə ailə üzvü olmuş, nə də onunla birgə təsərrüfat aparmamışdır. Belə olan halda hazırki iddiaçı kirayəçinin qanuni istifadəsində olmuş mənzilə dair kirayə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququna sahib olmamışdır. Digər tərəfdən qüvvədə olan Mənzil Məcəlləsinin 48.1-ci maddəsində göstərilir ki, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (m.48.2) Məcəllənin 50.1-ci maddəsinə görə aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: -50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; -50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; -50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; -50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Eyni Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Göründüyü kimi hazırki qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının sosial kirayə müqaviləsi ilə ona mənzil verilməsi üçün qanunla müəyyən edilmiş qaydada növbəyə dayanması, yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı hesab edilən vətəndaş olması halının sübuta yetirilməsi tələb olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, nə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mənzil qanunvericiliyinə, nə də haz-hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən mübahisəli mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair müvafiq sərəncamın verilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Bakı Şəhər Cavabdeh apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4578/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar