Məhkəmə qərarları › İş №2-1(103)-946/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-946/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-946/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2-1(112)-3057/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuşdur. 2016-cı ilin aprel döyüşləri zamanı yaxınlığında partlamış mərminin zərbə dalğasından aldığı xəsarətlər nəticəsində müxtəlif xəstəliklərə düçar olmuşdur. Bu fakt N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 549 nömrəli travma haqqında arayışında öz əksini tapmışdır. 2018-ci ilin oktyabr noyabr aylarında “Vegetativ damar distoniyası. Diskogen mənşəli sağtərəflin bel-oma radikuliti, natamam remissiya mərhələsində”, 2018-ci ilin dekabr ayında “baş beynin üzvü zədələnməsinin ayrı-ayrı davamlı ocaqlı nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə təzahür edən qalıq əlamətləri” diaqnozu ilə SQ BKH-da stasionar müayinə və müalicə olunmuşdur. Ağrılarının çox olması səbəbindən xx.xx.2019-cu il tarixdə SQ BKH-nın nevrologiya bölməsinə daxil olmuş, stasionar müalicə almışdır. xx.xx.2019-cu il tarixdə MN MHHK-sı tərəfindən “keçirilmiş qapalı kəllə-beyin travmasının dağınız üzvi nişanələr, vegetativ damar davamsızlığı ilə təzahür edən postravmatik ensefalopatiya. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində” ekspert diaqnoz qoyulmuşdur. İddiaçı 2016-cı ildən bu günə kimi daim həkim nəzarətində müayinə və müalicələr alır. Tez-tez huşunu itirir, həmin zaman tutmaları olur və əsəbilik gərginlik keçirir. İddiaçı xəstəliyi haqqında bütün diaqnozları Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etmiş, Tibbi-Sosial Ekpsert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında bildirişdə diaqnoz əlillik əlamətini təyin etmədiyi barədə məlumat verilərək, əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçının iş qabiliyyəti yoxdur. Qəbul etdiyi dərmanlar səbəbindən sakit qala bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb İdarəsinin xx.xx.2020- ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Döyüş əməliyyatlarında (04/2016 Aprel döyüşləri zamanı) odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma, qapalı kəllə beyin travması, kəllədaxili travma, baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı, astenonevrotik sindirom, 7-8 dəfə təkrarlanan qıc olma tutmaları və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya , Travamtik ensefalopatiya, vegetativ və hərəkikoordinator pozulmalarla.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ekspertiza ücün əhəmiyyətli olan xüsusiyyətlər klinik patofunksional müayinələr dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı Xəzər Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Döyüş əməliyyatlarında odlu silah mərmisinin (top mərmisi) partlayışı nəticəsində yaralanma, qapalı kəllə beyin travması, kəllədaxili travma.baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli piramid çatışmazlığı,astenonevrotik sindirom,7-8 dəfə təkrarlanan qıc olma tutmaları və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya.. Sağ aşağı ətrafın distal dərin parezi və hissi trofiki pozuıması ilə müşayyət olunan residiv gedişli diskogen mənşəlli xroniki bel oma radikuliti. Davamlı və müalicəyə tabe olmayan belin aşağı hissəsində ağrı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmaları ilə status localis arasında olan uyğunsuzluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Üzvi (qapalı kəlləbeyin travması) emosional- labil pozuntu, kəkələmə ilə. Hemiplegiya Sağ ətrafların nəzərəçarpan parezi. Radikulopatiya Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Dişlərin forma və ölçülərinin anomaliyaları İ (birinci) dərəcəli dişlərin anomaliyası 0.3 sm. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları Keçirilmiş qapalı kəllə beyin travmasından (04/2016) sonrakı soltərəfli piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1.0 olmaqla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 12 sentyabr 2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdilü İddiaçı Əiövsət oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAFGX nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3227 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu" diaqnozlu travmanın səbəb əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1,0 olmaqla. İ dərəcəli dişləm anomaliyası 0,3 sm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş və belindəki ağrılardan, ağrılarla əlaqədar hərəkətlərinin məhdulaşmasından, əsəbilikdən şikayətlənmişdir. Obyektiv olaraq, nevroloji status və intellektual-mnestik funksiyalar yaşına uyğun, emosional labillik, ətraflarda hərəkətlər sərbəst, əzələ gücü 5,0 bal, tonusu normal, hiperrefleksiya, paravertebral nöqtələr ağrılı, Laseq və Neri əlamətləri müsbət qeyd olunmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1689/22 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional-labil pozuntusu, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. İTS X15 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir qədər 6x9 mm ölçüdə genişlənmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah sümüklərinin havalı lığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji patoloji əlamətlər, davranış pozuntusu aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2-1(112)-3057/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, onun iş qabiliyyəti yoxdur. Qəbul etdiyi dərmanlar səbəbindən sakit qala bilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı”na əsasən, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və imtina edilmişdir. Səbəbi isə diaqnoz əlillik əlaməti təyin etmir. O isə qəti şəkildə bu cavab ilə razılaşmır. Onun xəstəliyi və səhhəti çox ciddidir. 06 sentyabr 2019-cu il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”də gəstərilmişdir – İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 1768 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir.Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində.xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Onun digər bütün problemləri qərarda öz əksini tapsa da, iddia tələbi əsassız şəkildə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçı dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı”na əsasən, xx.xx.1988ci il təvəllüdlü İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və imtina edilib. Səbəb- diaqnoz əlillik əlaməti təyin etmir. 141 nömrəli, 06 sentyabr 2019-cu il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”də göstərilmişdir- İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 1768 nömrəli Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Diskogen mənşəli sağtərəfli bel-oma radikuliti, natamam remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 3227 nömrəli, 12 mart 2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilmişdir- Hətəmov X9 Nazirliyi Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı Diaqnoz: keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu”. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafisəi zamanı alınmışdır. Diaqnoz: Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi, 1,0 olmaqla, İ (birinci) dərəcəli dişləm anomaliyası 0,3 sm. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi 660 nömrəli, 30 yanvar 2023-cü il tarixli arayışına əsasən, İddiaçı, xx.xx.2023-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, Diaqnoz: Üzvi (hərbi travma) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə F07.0 Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2019-cu il tarixli, 549 nömrəli Travma haqqında arayışında göstərilmişdir ki, gizir İddiaçı D-z: MN MTE və PAM-nin xx.xx.2019-cu il 254 nömrəli ekspert rəyi əsasında “mərkəzi sinir sisteminin üzvi zədələnməsinin dağınıq üzvi nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə nəticələnmiş, başın sol yan təpə və sol almacıq yaraları ilə müşayiət olunmuş qapalı kəllə beyin travması”. Yaralanma (travmanın, kontuziyanın, xəsarətin) almışdır.Döyüş tapşırığı yerinə yetirərkən. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 12 sentyabr 2022-ci il tarixli, **********8 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAFGX nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3227 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu" diaqnozlu travmanın səbəb əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1,0 olmaqla. İ dərəcəli dişləm anomaliyası 0,3 sm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş və belindəki ağrılardan, ağrılarla əlaqədar hərəkətlərinin məhdudlaşdırılmasından, əsəblikdən şikayətlənmişdir. Obyektiv olaraq, nevroloji status və intelektual-mnestik funksiyalar yaşına uyğun, emosional labillik, ətrafında hərəkətlər sərbəst, əzələ gücü 5,0 bal, tonusu normal, hiperrefleksiya, paravertebral nöqtələr ağrılı, Laseq və Neri əlamətləri müsbət qeyd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1689/22 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional-labil pozuntusu, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. İTS X15 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir qədər 6x9 mm ölçüdə genişləmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah sümüklərinin havalılığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji patoloji əlamətlər, davranış pozuntusu aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 30 may 2023-cü il tarixli, 3-17-4/3-3-3394/2023 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsi həyata keçirilmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAFGX nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3227 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından (04.2016) sonrakı piramid çatışmazlığı, asteno-nevrotik və vegetativ davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional-labil pozuntu" diaqnozlu travmanın səbəb əlaqəsi hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Hər iki gözün konyuktiviti, remissiya mərhələsində, görmə itiliyi 1,0 olmaqla. İ dərəcəli dişləm anomaliyası 0,3 sm" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022ci il tarixli 1689/22 nömrəli Xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional-labil pozuntusu, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. İTS X15 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir qədər 6x9 mm ölçüdə genişləmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah smüklərinin havalılığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji patoloji əlamətlər, davranış pozuntusu aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, sol tərəfdə keyləşmədən şikayətlənmişdir. Anamnezində yaşama həvəsinin olmaması, qarşı ilə dalaşdıqdan sonra özünə qəsd etməsi, konfliktə meylli olması, bununla bağlı bir neçə dəfə istintaqa cəlb olunması ifadə olunmuşdur. Qəbul etdiyi medikamentoz preparatlardan Rispaksol, Klonozepam, Amitriptillin, Depakin adlarını sadalamışdır. Baxış zamanı bədənində özünə xəsarət izlərinin yeni olması, simulyasiya elementləri qeyd edilmişdir. Müayinə zamanı nevroloji şikayətlər bildirməmiş, nitqində kəkələmə, iflic, parez aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Saylı X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1950/23 nömrəli Çıxarışda diaqnoz “Baş beyin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emosional- davamsız dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və özünükəsmələrlə "kimi qeyd olunmuşdur. X15 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsi nəticəsi “Hər iki tərəfdə gicgah payının önündə subaraxnoidal sahədə bazal sisternaya doğru uzanan bir gədər 6x9 mm ölçüdə genişlənmə (araxnoidal kist) qeyd edilir. Sağ tərəfdə gicgah sümüklərinin havalılığı itmişdir (sklerotik xarakterli)” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının PHŞ-in xx.xx.2023-cü il tarixli 869 nömrəli Məsləhət vərəqində diaqnoz “Hər iki əlin kəsilmiş yaraları” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023- cü il tarixli 660 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli (hərbi travma) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar ilə, özünükəsmələrlə" kimi müəyyənləşdirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Alın-gicgah paylarda kortikal atrofik dəyişikliyi. Sinusit” kimi qeyd olunmuşdur. Əvvəlki müayinə zamanı psixi şikayətlər bildirməmiş və uyğun tibbi sənədlər təqdim etməmişdir. Təqdim edilmiş psixi müayinə və müalicə sənədləri əyani müayinədən sonrakı dövrə aid olmuşdur. İxtisaslaşmış tibb müəssisələrindən müayinə və müalicə sənədləri yetərsiz olduğundan müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı məhkəməyə Silahlı Qüvvələrin Baş X16 X10 9724 nömrəli çıxarış epikrizinin, Silahlı Qüvvələrin Baş X5 bölməsi 8808 nömrəli və 6895 nömrəli çıxarış epikrizlərinin, Xəstəlik haqqında çıxarışın, 055994 nömrəli müharibə veteranı vəsiqəsinin və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətlərini təqdim etmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışlarını, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli “Vətəndaşa dair sənədlərin təqdim edilməsi haqqında” məktubuna əsasən, İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilkin olaraq xx.xx.2020- ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması - Səbəb: ekspertiza ücün əhəmiyyətli olan xüsusiyyətlər klinik patofunksional müayinələr dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması - Səbəb: Əsas xəstəliyin ağırlaşmaları ilə status localis arasında olan uyğunsuzluq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və cavabdeh inzibati orqan tərəfindən 12 sentyabr 2022-ci il tarixli **********8 nömrəli qərar qəbul edilmişdir. Beləliklə, cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının əsasında iddiaçıya qoyulmuş əsas xəstəlik və ağırlaşmaların onun sağlamlıq vəziyyətinə uyğun olmaması, dolayısı ilə sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi durur. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsindən imtinanın əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir, belə ki, İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan, hal-hazırda mövcud olan xəstəlik, travma və qüsurların müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmətibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X7 T 461/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən, o hazırda “F07.0,F07.8-baş beyinin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emisonal-davamsız dəyişikliyi- (F06.8); tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə” diaqnozunda olan xəstəliklərindən əziyyət çəksə də, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində öz təsdiqini tapmadı”. Tibbi sənədlərə əsasən diaqnozdakı xəstəliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (xx.xx.2016-cı il) alınmışdır. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, həm 2 nömrəli X3 müxtəlif dövrlərə məxsus ambulator kitabçadan çıxarışlarda, həm də iş üzrə araşdırma zamanı alınmış ekspert rəyində iddiaçıda olan xəstəliklərin “F07.0,F07.8-baş beyinin üzvi zədələnməsi (travma-hərbi travma) nəticəsində şəxsiyyətin kəskin ifadə olunmuş emisonal-davamsız dəyişikliyi- (F06.8); tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə” diaqnozu öz əksini tapmışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə, iddiaçının müayinə həkimi 2 nömrəli X3 həkim psixiatrı X12 həkim-mütəxəssis qismində məhkəmə iclasına dəvət edilmiş, X12 izahatında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Nömrəli X6na 2022-ci ildə müalicə almaq üçün müraciət etmişdir. 2016-cı il aprel döyüşlərindən əvvəl şəxsdə heç bir problem olmamışdır. Lakin 2016-cı ildə kəllə-beyin travması aldıqdan sonra şəxsdə psixi pozğunluqlar baş vermişdir. Bununla bağlı ilk öncə professor Fuad İsmayılova müraciət edilmişdir.İddiaçı onlara müraciət edən zaman özünə xəsarətlər yetirmiş, əlində, üzündə, qolunda kəsiklər olmuşdur. Daha sonra müayinə edildiyi üçün Bilal Əsədova müraciət etmişlər. Şəxsiyyət pozğunluqları travma mənşəli və qeyri-travma mənşəli olurlar, travma mənşəli pozğunluqlar birbaşa kəllə-beyin travması almış insanlarda yaranmış sosial davranış pozğunluqlarıdır. Bu tip insanlar bütün gün dəlilik edib küçədə gəzmirlər, onlar bizim cəmiyyətdə gördüyümüz insanlardır. Bu tip psixi pozğunluğu olan şəxslər onları qıcıqlandıran bir hal baş verəndə bizdən fərqli daha kəskin, sərt reaksiyalar verə bilirlər. Həmin vaxt şəxs özünü idarə edə bilmir, əgər idarə edə bilsə, özünə və ətrafdakılara zərər yetirməz. Şəxsdə 2016-cı ildə alınmış kəllə-beyin travmasının nəticələrinin 2022-ci ildə büruzə verməsi də normal bir haldır. Həmçinin bu növ psixi xəstəliyi olan şəxslər intihara meyilli olurlar və müalicə ilə sağala bilən bir xəstəlik deyil. Sadəcə olaraq müalicə nəticəsində həmin xəstəliyin ağırlaşmasının qarşısı alınır, stabil saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş hazırda qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın 2.3.9-cu bəndinə əsasən uzun müddət dekompensasiya (6 aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixipatiyalar üçüncü dərəcə əlilliyin təyininə əsas verirdi. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, diaqnozda qeyd edilmiş xəstəliklər və onların ağırlaşmaları hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7-ci Psixi və davranış pozuntuları bəndinin 7.6-cı yarım bəndinin qeyd hissəsində qeyd edilmişdir ki, bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdən keçirilə bilər. Sözügedən bölmə Simptomatik daxil olmaqla, üzvi psixi pozuntularla bağlı xəstəliklərdən bəhz edir. Həmin bölməyə əsasən simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Həmçinin qeyd edilən bölmədə baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntularla bağlı xəstəliklərin qiymətləndirilməsində (ağırlaşmalarda) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti qeyd edilmişdir. Hazırda iddiaçıda olan xəstəliyin də ağırlaşması kimi “tez-tez təkrarlanan dekompensasiyalar və özünü kəsmələrlə” qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin ekspert rəyində qeyd edilmiş “şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində öz təsdiqini tapmadı” ifadəsinə cavab olaraq diqqətə çatdırır ki, həkim psixiatrın verdiyi ifadədən də aydın olduğu kimi şəxsdə olan xəstəliklərin ağırlaşmalarının əyani müayinə dövründə aşkar edilməməsi normal haldır, belə ki, iddiaçıda olan sözügedən (spesifik) xəstəliyin ağırlaşmasının mütəmadi olması məsələn özünükəsmələr o anlama gəlmir ki, bu hal daim öz əksini tapmalıdır. Yəni ki, şəxsiyyət pozuntusu xəstəliklərində sözügedən ağırlaşmalar xaricdən yaranan cüzi bir qıcıqlanma zamanı yaranır. Əyani müayinə zamanı qeyd edilən ağırlaşmanın aşkar edilməməsi birmənalı olaraq şəxsə əlillik təyinindən imtina üçün nəticəyə gəlməyə əsas verməməlidir. Məhkəmə kollegiyası bunu həmçinin, onunla izah edir ki, iddiaçının qeydiyyatda olduğu və mütəmadi müayinədən keçdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 tərəfindən verilmiş müxtəlif dövrlərə aid ambulator kitabçadan çıxarışda da iddiaçıda olan xəstəlik və ağırlaşmalar aydın formada qeyd edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan sənədlərdən aydın görünür ki, iddiaçı barəsində bir neçə dəfə tibbi göndəriş inzibati orqana ünvanlanmış, xx.xx.2020-ci il tarixli 0120003AAE7Y nömrəli və xx.xx.2020-ci il trixli 0120003AAFGX nömrəli göndərişlər nəticəsində müayinə aktlarından göründüyü kimi imtina əsası göndərişlərin natamam doldurulması olmuş, xx.xx.2022-ci il tarixli 2748003AAAC6 nömrəli göndəriş əsasında müayinə aktında isə diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə imtina edilmişdir. Halbuki sonuncu göndərişlərə diqqət edilsə iddiaçıda əsas diaqnozun üzvi (qapalı kəllə-beyin travması) emosional labil pozuntunun olduğu qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olan Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2.9-cu bəndinə əsasən də qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri ikinci dərəcəli əlillik təyininə əsas verirdi. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iddiaçıya dair bəzi müayinə aktlarında onda olan xəstəliyin üzvi mənşəli emosional labil pozğunluq, sonrakı müayinə aktlarında həmçinin, məhkəmə araşdırması zamanı alınmış ekspert rəyində də üzvi mənşəli (hərbi travma) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar ilə özünükəsmələrlə F07.0 olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası bunu da onunla əlaqələndirir ki, sözügedən xəstəliklər spesifik şəxsiyyət pozuntuları xəstəliklərinə aiddir ki, həmin xəstəliyin yuxarıda sadalanan xüsusiyyətlərindən də göründüyü kimi bu xəstəliklərindən bir növünün digər növünə keçməsi müvafiq zamanla mümkün haldır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixli 2748003AAAC6 nömrəli göndərişin rəsmiləşdirildiyi tarixdən əliliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 2-1(112)-3057/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar