Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-946/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9278/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya məxsus Diplomun surətindən görünür ki, o,1979-cu il tarixdən 21 iyun 1984-cü il tarixədək təhsil almışdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında xx.xx.1984-cü il tarixində 3 nömrəli siqaret sexinə "xxxx" vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində 4 nömrəli siqaret sexinə "xxxx" vəzifəsinə keçirilmiş, xx.xx.1986-ci il tarixində 5 nömrəli siqaret sexinə “usta” vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdə Bakı bitkiçilik idarəsi tütünçülük idarəsinin “aparıcı mütəxəssisi” vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə öz xahişi ilə azad edilmiş, xx.xx.1998-ci il tarixdə Dövlət Əmlak Komitəsinə “mütəxəssis” vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “mütəxəssis” vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə siqaret sexinə "xxxx" vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə Naxçıvan Neft və X6 İdarəsinə qəbul edilmişdir. “Europian Tobacco-Baku" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında xx.xx.1984cü il tarixində 3 nömrəli siqaret sexinə "xxxx" vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində 4 nömrəli siqaret sexinə "xxxx" vəzifəsinə keçirilmiş, xx.xx.1986-ci il tarixində 5 nömrəli siqaret sexinə “usta” vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə siqaret sexinə "xxxx" vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.1984-xx.xx.1985 (9 ay 15 gün), xx.xx.1986-xx.xx.1995 (8 il 11 ay 26 gün), xx.xx.2000 - xx.xx.2009 (9 il 3 ay 17 gün) olmaqla, ümumilikdə 19 il 9 ay 17 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı ‘‘Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütiün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) və b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi üzrə "xxxx" vəzifəsinə: tütünü çəkib bükənlər aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. 01 noyabr 1996-cı il tarixində “RJ.Reynolds Tobacco-Baku Qapılı" Tipli Səhmdar Cəmiyyəti yaranmışdır. 15 iyul 1999-cu ildə isə “CR.J.Reynolds Tobacco-Baku" ləğv edilib Bakı Tütün kombinatının bazasında “Bakı-Tütün" X12 Cəmiyyəti yaradılıb. 16 fevral 2000-ci il tarixindən “Bakı-Tütün" ATSC “European Tobacco-Baku" ATSC adlandırılıb. xx.xx.2022-ci il tarixindən etibarən isə “European Tobacco-Baku" ATSC “European Tobacco-Baku" ASC adlandırılmışdır. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 25 gün (xx.xx.1986- xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, “X9” ASC-nin xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışında onun xx.xx.1984- xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında "xxxx" vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan tütünü çəkib bükənlər vəzifəsinə uyğun deyil. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 25 gün (xx.xx.1986xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, “X9” ASC-nin xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışında onun xx.xx.1984- xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “tütünü çəkib bükənlər” vəzifəsinə uyğun deyil. Qeyd olunanlara əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9278/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, zərərli peşə olduğu göstərilib. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışın surətində iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyət ilə məşğul olduğu qeyd olunsa da, iddiaçı tərəfindən təqdim olunmuş 054901 nömrəli hərbi bilet əsasında xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olduğu məlum olmuşdur. Bununla bağlı olaraq hesab edirik ki, iddiaçı hərbi xidmətdə olduğu halda əmək kitabçasında və arayışda həmin dövrə dair qeyd olduğundan sözügedən arayış və əmək kitabçasındakı yuxarıda qeyd olunan dövrlər mötəbər hesab edilməməlidir. Məhkəmə tərkibi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan vəzifə ilə tərəfindən təqdim edilən arayışda qeyd olunan vəzifə fərqli vəzifələrdir. Hesab edirik ki, həmin iki vəzifədə işləyən şəxslərin eyni vəzifə funksiyalarını yerinə yetirməsi və ümumilikdə bu sahə ilə bağlı (tütünçülük sahəsi) olan vəzifələrdə işləyən şəxslərin zərərli sahədə işləməsinin mübahisəsiz olması işin hallarına münasibətdə ümumi yanaşmadır və işlə bağlı həqiqəti əks etdirmir. Belə ki, iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan "xxxx" vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün nəzərdə tutulan zərərli sahəyə aid olmadığı halda, məhz güzəştli arayışda qeyd olunan “tütünü çəkib bükənlər” vəzifəsinin həmin səhəyə aid olduğu müvafiq siyahı ilə təsdiq olunur. Beləliklə, hesab edirik ki, iddiaçı həmin iki vəzifənin eynilik təşkil etdiyi ilə razı olsaydı, arayışda müvafiq dəyişikliyə yol vermədən, “"xxxx" vəzifəsinin müvafiq siyahıda olmamasına baxmayaraq, zərərli sahə olmasını hesab etdiyinə” dair arayış təqdim edə bilərdi. Bununla da hesab edirik ki, təqdim edilmiş arayışlarda qeyd olunan məlumatların mötəbər olmaması şübhəsi yarandığı halda, məhkəmə tərəfindən prosessual pozuntu törədilərək, qeyd olunan hallar araşdırılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırılmışdır. İşdən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, təhsilinə dair arayışı, hərbi biletini və müvafiq güzəştli arayışı təqdim etmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasına əsasən onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda, həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 25 gün (xx.xx.1986xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir. “X9” ASC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışında onun xx.xx.1984- xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında "xxxx" vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “tütünü çəkib bükənlər” vəzifəsinə uyğun deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarında olan “Europian Tobacco-Baku" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı Qırmızı Oktyabr adına Bakı Tülün kombinatında xx.xx.1984-cü il tarixində 3 nömrəli siqaret sexinə "xxxx" vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixində 4 nömrəli siqaret sexinə "xxxx" vəzifəsinə keçirilmiş, xx.xx.1986-ci il tarixində 5 nömrəli siqaret sexinə “usta” vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində 3 aylıq sınaq müddəti ilə siqaret sexinə "xxxx" vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə ) işdən azad edilmişdir. İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.1984-xx.xx.1985 (9 ay 15 gün), xx.xx.1986-xx.xx.1995 ( 8 il 11 ay 26 gün), xx.xx.2000 - xx.xx.2009 ( 9 il 3 ay 17 gün) olmaqla ümumilikdə 19 il 9 ay 17 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı ‘‘Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütiün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) və b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 bölməsinin Tütiin istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 -ci bölməsinin a) yarım bölməsi üzrə texnoloq vəzifəsinə: tütünü çəkib bükənlər aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. 27.5.1 -ci bölməsinin b) yarını bölməsi üzrə usta vəzifəsinə: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. 01 noyabr 1996-cı il tarixində “RJ.Reynolds Tobacco-Baku Qapılı" Tipli Səhmdar Cəmiyyəti yaranmışdır. 15 iyul 1999-cu ildə isə “CR.J.Reynolds Tobacco-Baku" ləğv edilib Bakı Tütün kombinatının bazasında “Bakı-Tütün" X12 Cəmiyyəti yaradılıb. 16 fevral 2000- ci il tarixindən “Bakı-Tütün" ATSC “European Tobacco-Baku" ATSC adlandırılıb. xx.xx.2022-ci il tarixindən etibarən isə “European Tobacco-Baku" ATSC “European Tobacco-Baku" ASC adlandırılmışdır. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2009-cu il tarixdə İddiaçı əmək müqaviləsinə öz xahişi əsasında xitam verilmişdir. İddiaçı Siqaret sexindəki texnoloq kimi əmək funksiyaları: - Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır; - Əmək və nizam-intizam qaydalarına riayət etməlidir; - Tütün sexinə istehsal üçün qəbul olunan yarpaq tütün və sous-aromatına nəzarət edir; - Yarpaq tütünlərin botaniki növlərini tanımaq; - İstehsal zamanı texnoloji proseslərə riayət olunmasına, tütünün nəmliyinə, temperaturuna, doğranarkən saçağına,sous-aromatm düzgün sərf olunmasına, keyfiyyətli tütünün doğranmasına və itkiyə nəzarət etmək; - Şöbənin fəaliyyətinə aid digər məsələləri həll etmək; - Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir; - KNŞ laboratoriyası tərəfindən yarpaq və doğranmış tütünlərin nəmliyinə və sif analizinə (saçaq,meloç,toz) nəzarət etmək; - Ekspert Blender tərəfindən verilən resept əsasında xammalın istehsalda işlənməsinə nəzarət edir. Azərbaycan Respublikasının Qanunlarına əsasən müvafiq sürətdə zərərli sahə ilə bağlı tələb olunan hər bir mənbə tərəfimizdən yerinə yetirilmişdir. İddiaçı texnoloq kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr) aiddir. Lakin cavabdeh qurum tərəfindən iddiaçının xüsusi iş stajı apellyasiya şikayətində mübahisələndirildiyindən işin apellyasiya baxışı zamanı bu məsələ bir daha araşdırılmış və bu məqsədlə İddiaçı xx.xx.1984-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qırmızı Oktyabr adına Bakı Tütün Kombinatında işlədiyi "xxxx" vəzifəsinin funksiyaları, vəzifə təlimatı üzrə gördüyü işlər, həmin vəzifənin zərərli sahəyə aid olmaqla onun xüsusiyyətləri, "xxxx" vəzifəsinin funksiyaları ilə “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsində qeyd olunan fəhlələr: “tütünü çəkib bükənlər” vəzifəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə sorğu verilmişdir. Sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı Siqaret sexindəki "xxxx" (tütünü çəkib bükənlər) vəzifə funksiyaları aşağıdakılardır: Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. Tütün sexinə istehsal üçün qəbul olunan yarpaq tütün və sous-aromatına nəzarət edir. Yarpaq tütünlərin botaniki növlərini tanımaq. İstehsal zamanı texnoloji proseslərə riayət olunmasına, tütünün nəmliyinə, temperaturuna, doğranarkən saçağına, sous-aromatın düzgün sərf olunmasına, keyfiyyətli tütünün doğranmasına və itkiyə nəzarət etmək. Şöbənin fəaliyyətinə aid digər məsələləri həll etmək. Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. KNŞ laboratoriyası tərəfindən yarpaq və doğranmış tütünlərin nəmliyinə və sif analizinə (saçaq,meloç,toz) nəzarət etmək. Ekspert Blender tərəfindən verilən resept əsasında xammalın istehsalda işlənməsinə nəzarət edir. İddiaçı texnoloq (tütünü çəkib bükənlər) kimi vəzifə funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr) aiddir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 - ci bölməsinin a) yarım bölməsi üzrə texnoloq vəzifəsinə: tütünü çəkib bükənlər aiddir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Europian Tobacco-Baku" Açıq Səhmdar Cəmiyyətində texnoloq (tütünü çəkib bükənlər) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5 Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə (fəhlələr) uyğun gəlir. 27.5.1 bölməsinin Tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) uyğundur. 27.5.1 - ci bölməsinin a) yarım bölməsi üzrə texnoloq vəzifəsinə: “tütünü çəkib bükənlər” aiddir. Buna görə də hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-9278/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9278/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-946/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-946/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver