Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-948/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Mursaqulov Vaqif Ənvər oğludan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X2, İddiaçı Əskər qızının cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə və 3cü şəxslər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3211/2019 saylı qərarından cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3211/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Əskər qızına məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 28600 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmılşdır (A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Əskər qızı cavabdehlər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən məhkəmə qərarı təqdim etmədən qanuni sahiblikdə və istifadədə olan Bakı şəhəri, Binəqədi rayonu, 9 a mikrorayon, Mir Cəlal küçəsi, 45 saylı binanın həyətində 22 kv.m-dən ibarət olan dəmir qarajın sökülməsi nəticəsində vurulmuş 33000 manat məbləğində maddi ziyanın əvəzinin və 50000 manat məbləğində mənəvi zərərin əvəzinin ona ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxslər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qərarı təqdim etmədən qanuni sahiblikdə istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 91 mikrorayon, Mir Cəlal küçəsi 45 saylı binanın həyətində 22 kv.m-dən ibarət olan dəmiri qarajın sökülməsi nəticəsində vurulmuş 26800 manat məbləğində maddi ziyanın əvəzinin 50000 manat məbləğində mənəvi zəzərin əvəzinin ona ödənsilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, 9 A mikrorayonu, bina 45 - in ərazisində mərhum atası X4 şəxsi mülkiyyətində olan qaraj xx xxxxx 2019 cu il tarixdə heç bir məhkəmə qərarı olmadan, heç bir mərkəzi və yerli İcra Hakimiyyətinin inzibati aktı olmadan, kompensasiya ödənilmədən, xəbərdarlıq edilmədən gözlərinin önündə zorla sökülmüşdür. Həmin qaraj mərhum atası X8 Kirov(Binəqədi) rayon İcra Hakimiyyətinin xx xxxxxxxx 1991 ci il tarixli Sərəncamı və”Avtomobilist’ kooperativinin qərarı ilə mülkiyyətinə verilmiş və 28 ildir mülkiyyətlərindədir. Ancaq bu gün qanunsuzluqlar nəticəsində həm maddi və həm də mənəvi sarsıntılara onları məruz qoydular. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər-hansı bir dəlil təqdim etməmiş və məhkəmə öz qərarını yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq qəbul etmişdir. İş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz.İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə təqdim etdiyi, sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Kirov Rayon XDS İK-nin 27K)9.1991-ci il tarixli 17/399 saylı qərarı ilə “Avtomobilist” Kooperativinin üzvlərinə müvəqqəti dəmir qarajların yerləşdirilməsinə icazə verilməsi və “Avtomobilist” Kooperativinin Protokolunu təqdim etmişdir.Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri, İddiaçınm xx.xx.2015-ci il tarixli Şəhadətnamə əsasında mərhum atası X5 qanunu vərəsə olmasını, dəmir qarajın sökülməsi nəticəsində iddiaçının hüquqlarının pozulmasını əsas götürərək iddia tələbini artıqlaması ilə ağılasığmaz rəqəmlərlə təmin etmişdir.Belə olan halda Kirov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 17/399 saylı qərarına və “Avtomobilist” Kooperativinin Nizamnaməsini araşdıraq “Avtomobilist” Kooperativinin Nizamnaməsi 17/399 saylı qərara əsasən xx.xx.1991-ci ildə təsis edilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin qeyrimümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qərarında “X1” MMC tərəfindən verilmiş rəyə istinad olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9 a mikrorayon, Mir Cəlal küçəsi, 45 saylı binanın həyətində yerləşən, sahəsi 22 kv.m olan qaraj tikilisinin 1 kv.metri 1300 manatdan qiymətləndirilməklə, cəmi 28.600 manat kompensasiya müəyyən edilmişdir. Sözügedən ekspertizada Maliyyə Nazirliyinin iştirakı təmin edilməmişdir. Üçüncü şəxs hesab edir ki, məhkəmə tədqiqatı düzgün aparılmamışdır. Belə ki, məhkəmə tərəfindən qarajın yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olmaması, habelə dəmir qarajın daşınmaz əmlak olmadığı, belə olan halda sözügedən rəydə göstərilən qiymətlərin şişirdilmiş olduğu və reallığı əks etdirmədiyi nəzərə alınmamışdır. Qanunvericiliyin tələbinə görə rəy məhkəmə üçün məcburi xarakter daşımır. Üçüncü şəxs hesab edir ki, burada qarajın yerləşdiyi torpaq sahəsinin və yaxud hər hansı daşınmaz əmlakın alınmasından söhbət getmir, bu baxımdan ekspertiza tədqiqatı dəmir qarajın qurulmasına sərf edilən materialların dəyərinin müəyyənləşdirilməsi istiqamətində aparılmalı, zərərin mövcudluğu sübuta yetirildiyi halda həmin dəyərin ödənilməsi nəzərdə tutulmalı idi. Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, 3-cü şəxslər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh və onun tabeliyində olan qurumlar tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış müxtəlif tarixli imtina məktublarından görünür ki, iddiaçının kompensasiya ilə bağlı müraciətlərindən hər dəfə müxtəlif məzmunlu əsaslarla (sənədlərin təqdim edilməməsi, həyətin abadlaşdırılması zamanı abadlıq sahələrinə düşən tikililər üçün kompensasiya ödənilməsinin nəzərdə tutulmaması və s.) imtina edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 32 saylı notariat kontorunun notariusu E.A.İmanlı Azərbaycan Respublikası MM-nin 1252-ci maddəsinə əsasən təsdiq edir ki, xx xxxx 2014-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Bakı şəhəri, 9 A mkr, M.Cəlal küçəsi, ev 45, mənzil 10 da yaşayan qızı İddiaçıdır. İşdə olan hüquqmüəyyənedici sənədlərdən müəyyən edilir ki, Kirov Rayon XDS İKnin xx.xx.1991-ci il tarixli 17/399 saylı qərarı və “Avtomobilist” Kooperativinin qərarı ilə ünvan 1 45, mənzil 10 ünvanında yaşayan X10 ünvan 1 45 ünvanında dəmir qaraj quraşdırılmasına icazə verilmişdir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı mərhum atasından miras qalmış dəmir qaraj Binəqədi MTKB-nin əməkdaşları tərəfindən sökülmüşdür. İşdə olan “X1” MMC tərəfindən verilmiş 04 dekabr 91 nömrəli ekspert rəyinin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 a mikrorayon, Mir Cəlal küçəsi, 45 saylı binanın həyətində yerləşən, sahəsi 22 m2 olan qaraj tikilisinin 1 m2 -nin hazırki orta bazar qiyməti ilə təqribi dəyəri 1300.0 manat, ümumi təqribi dəyəri isə 28600.0 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi Kirov Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 17/399 saylı qərarı və “Avtomobilist” Kooperativinin qərarı ilə ünvan 1 45, mənzil 10 ünvanında yaşayan X10 ünvan 1 45 ünvanında dəmir qaraj quraşdırılmasına icazə verilmişdir. İddiaçı mərhum Ə.Səfiyevin vərəsəsidir. Cavabdeh tərəfindən iddiaçıya məxsus qaraj sökülmüş və həmin qaraja görə kompensasiya məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və X3 haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası cavabdehin və 3-cü şəxsin apelyasiya şikayətində dəlillərini nəzərə alaraq xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizasını təyin etmişdir. Ekspertizanın keçirilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 45 saylı binanın həyətində 22 kv.m-dən ibarət olan dəmiri qarajın 1 kv.m 2019-cu il tarixdə (qaraj sökülən zaman) real bazar qiyməti nə qədər təşkil etməsi sualı qoyulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli BQM-9 saylı rəyi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Rəydə aparılmış araşdırmalar, təhlil və hesablamalar nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən 45 saylı binanın həyətindəki 22 kv.m-dən ibarət olan dəmiri qarajın 1 kv.m 2019-cu il tarixinə bazar dəyəri 1200.00 manat olmaqla dəmir qarajın ümumi bazar dəyəri 26400.00 manat təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-1(81)-3211/2019 saylı qərarı iddianın təmin edilmiş hissədə dəyişdirilərək - İddiaçı Əskər qızına məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 26400 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3211/2019 saylı qərarı iddianın təmin edilmiş hissədə dəyişdirilsin. İddiaçı Əskər qızına məxsus olmuş dəmir qarajın sökülməsi ilə əlaqədar olaraq 26400 (iyirmi altı min dörd yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərar qalan hissəədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №2-1(103)-948/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-948/2020
14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver