Məhkəmə qərarları › İş №2-1(103)-948/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-948/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-948/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödənişinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3757/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 19 noyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda onunla X1 arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün onun dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X1 arasında ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə alqı - satqı müqaviləsi bağlanılmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq iddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 (üç min üç yüz on bir) manat ödənilmişdir. 05.01.2018-ci il tarixdə mənzilin alıcısı X1 və iddiaçının arasında bağlanılmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra Notariat kontoru tərəfindən Vergilər Nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən Notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd edir ki, onun tərəfindən 02.08.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riayət edilməsi xahiş edilsə də, notariusun 29.08.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən alqı - satqı müqaviləsinin 05.01.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi. Belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həyata keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılmışdır ki, həm Vergilər Nazirliyinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən 11.06.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilməsi səbəbindən sözügedən alqı - satqı müqaviləsinin ləğvinin 05.01.2018-ci il tarixdə icra edilməsi səbəbindən mümkünsüz olmuşdur. Belə olan təqdirdə iddiaçı tərəfindən 13.09.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə ödədiyi 3311.55 (üç min üç yüz on bir) manat pulun qaytarılması barədə müraciət edilmişdir. Cavabdehin tabeliyində olan idarə onlara olan müraciətindən 45 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4967/2019 saylı, 10.12.2019 saylı qərardadı ilə (hakim E.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X1 arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılması tələbi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-4967/2019 saylı iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçının nümayəndəsi və vəkili İddiaçı 07.01.2020-ci il tarixli apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-550/2020 saylı, 06.02.2020-ci il tarixli qərardadı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə, K.Abiyeva ) İddiaçı nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4967/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «ödənilmiş dövlət rüsumunun qaytarılması tələbinə dair» iddiası ilə bağlı iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3757/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3757/2020 saylı iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və 14 saylı notariat ofisi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3757/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, 05.06.2017-ci il tarixdə İddiaçı ilə X1 arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin İddiaçı geri qaytarılması barədə rəy verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3757/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə İddiaçı deyil, alqı-satqı müqaviləsini təsdiq edən notarius X2 çıxış etməli idi. Lakin məhkəmə qeyd edilən halı araşdırmadan icraatı həyata keçirmiş, iddianın mümkünlüyünə dair tələbləri yoxlamamış və prosessual normaların pozuntusu ilə müşayət olunan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İşin apellyasiya icraatı zamanı üçüncü şəxs ünvan 4 ünvanlayaraq 16.03.2021-ci il tarixə saat 11:45-ə təyin olunmuş məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbini 05.06.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda iddiaçı ilə X1 arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə- 372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən və iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətdən müəyyən olunur ki, iddiaçı dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin geri qaytarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, iddiaçının dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin İddiaçı geri qaytarılması barədə rəy verilməsini öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Göründüyü kimi iddiaçının vergi ödənişinin geri qaytarılması barədə rəy verilməsi tələbi mövcud olmamışdır. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2- 1(112)-3757/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3757/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “X1 arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 3311.55 manat vergi ödənişinin geri qaytarılması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar