Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-948/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) “yeni ünvanın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X11 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzil İddiaçı (1 otaq) və X3 (2 otaq - 27.5 kv.m) paylı mülkiyyətindədir.
2. 04.05.1999-cu il tarixli, 077104 nömrəli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən 48 nömrəli, birotaqlı mənzil X23 tərəfindən İddiaçı satılmışdır.
3. 27.08.2002-ci il tarixli, 155479 nömrəli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən 48 nömrəli, yaşayış sahəsi 27.5 kv.m olan, ikiotaqlı mənzil X22 tərəfindən X1.
4. 08.07.2004-cü il tarixli, AN-İ ******* nömrəli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən 48 nömrəli, yaşayış sahəsi 27.5 kv.m olan, ikiotaqlı mənzil X17 tərəfindən Mirzə X2. X10 X5 vərəsəsidir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinə dair bölgü sxeminin tərtib edilməsi və bu mənzilə yeni ünvan verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzili iddiaçıya məxsusdur. İddiaçıya bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda bu mənzili paylı mülkiyyət kimi qeyd etmişdirlər. Lakin, faktiki orada adı qeyd edilən payçıların mənzilləri arasında 25 metrdən çox məsafə vardır. İddiaçı hal-hazırda eyni ünvanda başqa mənzildə olduğuna görə problemlərlə üzləşir. Ona görə də öz mənzili ilə bağlı bölgü aparılmasını, yeni ünvan verilməsi üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə müraciəti təmin edilməmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı müvafiq tələbin “İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinə dair bölgü sxeminin tərtib edilməsi” hissəsi ilə bağlı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin iddiaçının sözügedən tələbin “bu mənzilə yeni ünvan verilməsi” hissəsinə dair İdarəyə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarə arxivində mənzilə dair cizgi və texniki pasport mövcud deyil. Həmçinin, iddiaçı tərəfindən təqdim edilən texniki pasportla faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, digər payçı öz hissəsində rekonstruksiya işləri aparıb əlavə otaqlar tikdiyinə görə mənzilin digər payçıya aid hissəsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəblərdən bölgü sxeminin tərtib edilməsi mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********22 saylı cavab məktubu ünvanlanmışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzil hazırda İddiaçı (1 otaq) və X3 (2 otaq - 27.5 kv.m) paylı mülkiyyətindədir.
8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə icraatı zamanı keçirilmiş mühəndis texniki ekspertizası nəticəsində tərtib olunan ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev keçəsində yerləşən, 3 nömrəli evin, 48 saylı mənzilin paylı mülkiyyətçilərinin faktiki istifadəsində olan tikililərin sayının, sahələrinin və digər texniki parametrlərinin həmin mülkiyyətçilərin çıxarışda göstərilmiş paylarına uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilin tərəflərin paylarına uyğun naturada bölünüb-bölünməməsinin, yəni həmin mənzilin İddiaçı aid 1 otağının ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Ekspert qarşısına qoyulan suallar tam şəkildə cavablandırılmamış, bununla belə məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətininin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş, 3-cü şəxs isə məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
17. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 22.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 23.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinə dair bölgü sxeminin tərtib edilməsi və bu mənzilə yeni ünvan verilməsini tələb edir. 24.Cavabdeh orqan isə idarə arxivində mənzilə dair cizgi və texniki pasport mövcud olmadığından və bölgü sxemin tərtib edilməsi mümkün olmadığından yeni ünvanın verilməsinə dair iddia ərizəsini təmin etməkdən imtina etmişdir. 25.Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzil İddiaçı (1 otaq) və X3 (2 otaq - 27.5 kv.m) paylı mülkiyyətindədir.
26. Birinci instansiya məhkəməsi mübahisəli halların araşdırılması məqsədilə ünvan 4 ünvanda yerləşən yaşayış evlərinə baxış keçirmiş və müəyyən edilmişdir ki, həmin mənzil giriş-çıxışı ayrı olmaqla, iki mənzildən, mənzillərdən biri 2 otaqdan, digəri isə 3 otaqdan ibarətdir. Həmçinin, iddiaçının yaşadığı mənzil texniki pasporta uyğundur.
27. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16-/2-10/574 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin İddiaçı istifadəsində olan tikililərinin ümumi sahəsinin 51,9 kv.metr, X3 istifadəsində olan tikililərin ümumi sahəsinin isə 65,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən, 3 nömrəli evin, 48 saylı mənzilinin paylı mülkiyyətçilərin faktiki istifadəsində olan tikililərinin sayının, sahələrinin və digər texniki parametrlərinin həmin mülkiyyətçilərin çıxarışda göstərilmiş paylarına uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin tərəflərin paylarına uyğun naturada bölünübbölünməməsinin, yəni həmin mənzilin İddiaçı aid 1 otağının ayrılmasının texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı mənzilinin İddiaçı aid 1 otağının faktiki vəziyyətinin iş materiallarında olan texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir.
28. Həmçinin, işin apellyasiya baxışı zamanı 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya 28 dekabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, sözügedən mənzilin X9 məxsus olan 27,5 kv.m olan 2 otağı 1 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-423 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir.
29. İşdə olan həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 verilən miras əmlak ünvan 5 ünvanında yerləşən mənzildən paylı mülkiyyət üzrə mərhuma məxsus 2 otaqdan (sahəsi 27,5 kv.m) ibarətdir.
30. Göründüyü kimi İddiaçı və X3 mülkiyyətində olan mənzillər ayrı-ayrı mənzillərdir və hər biri üçün mülkiyyət hüququnun yaranmasına əsas olan hüquqmüəyyənedici sənədlər (müqavilələr və onların predmetləri) fərqli olmuşdur.
31. Azətrbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilmiş paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarına əsasən paylı mülkiyyətin ümumi paydan ayrılmasının məqsədi ümumi əmlakdakı payın naturada ayrılması üçün tələb olunur. Yəni paylı əmlakın mülkiyyətçisi öz payını naturada ayırmaqla vaxtı ilə ümumi mülkiyyətdə olan əmlakın bir hissəsinə müstəqil əmlak hüququnu əldə etmiş olur və əldə etdiyi əmlak üzərində sərəncam verməkdə sərbəst olur. Hazırki, iddia tələbi araşdırılarkən Mülki Məcəllənin 220-ci maddəsində qeyd olunan qaydalara riayət olunmaması müəyyən edilsə də, Bakı şəhəri, Nəsimi rayonu, E.Ovçuyev küçəsində yerləşən 3 nömrəli evin 48 saylı 3 otaqlı mənzil 1995-ci ildə X19 adına özəlləşdirildikdən sonra onun tərəfindən alqı-satqı müqaviləsi əsasında 3 otaqdan 1 otağın X4 satması və həmin alqı-satqı müqaviləsindən sonra DƏDRX hüquqi sələfi olmuş Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1 otaqlı mənzil üzərində Nadejna Kolesnikovaya mülkiyyət hüququna dair ******* saylı xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilməklə vaxtı ilə 3 otaq olmuş 48 saylı mənzil naturada bölünmüş olur. Digər tərədən o da nəzərə alınmalıdır ki, vaxtı ilə 3 otaq olmuş 48 saylı mənzil bölündükdən sonra bir neçə dəfə özgəninkiləşdirilməsi səbəbindən Mülki Məcəllənin 220-ci maddəsində qeyd olunmuş ardıcıllığa riayət olnması subyektiv baxımdan mümkün deyil.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxsə məxsus mənzillər naturada ayrı olduğundan və bölgü sxem tərtib edilməklə yeni ünvanın verilməsində payçılar arasında mübahisə olmadığından, iddianın təmin edilərək iddiaçıya yeni ünvan verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 33.Beləliklə də tədqiq olunan sübutlarla müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir. 34.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 35.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 36.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-465/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.