Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-949/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X4 və X3 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3808/2019 nömrəli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (eyni zamanda qanuni nümayəndəsi) xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı xx xxxx 2002-ci ildə anadan olmuş övladı X7 məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2002-ci il tarixdə anadan olmuş qızı X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmişdir. Müraciətinə cavabdeh xx.xx.2019-cu il tarixli, 01/9805 saylı məktubla cavab olaraq bildirmişdir ki, “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın Tələblərinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs hesab edilir. Statusun verilməsinə dair mövcud Qaydaların 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinin və mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmadığından övladına “məcburi köçkün” statusunun verilməsi ilə bağlı müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir. Göründüyü kimi, Komitə məskunlaşdıqları ünvanın şəxsi mənzilləri və məskunlaşdığı ünvanda bir müddət qeydiyyatda olmasını əsas gətirərək övladına “məcburi köçkün” statusunun verilməsindən imtina edir. Qeyd etməyi zəruri hesab edir ki, məskunlaşdıqları ünvan həyat yoldaşı X2 adınadır və o, məcburi köçkün deyil. Bütün ailə üzvlərinin daimi qeydiyyatı ünvan 2 ünvanıdır. Bundan əlavə Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavinin xx xxxxxx 2019-cu il tarixli, 1015 saylı arayışından da görünür ki, o, həqiqətən 1993-cü ilin iyul ayında Ağdam şəhərindən məcburi köçkün düşmüşdür. Məktubdan da göründüyü kimi, əslində qızına məcburi köçkün statusu və vəsiqəsinin verilməməsi üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh öz məktubunda belə imtinasını əsaslandıracaq heç bir lazimi qanuna istinad edə bilməmişdir. Çünki, nə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Qaçqınlara və məcburi köçkünlərə status sənədlərinin verilməsinə dair” Qaydalarda hər iki valideyni məcburi köçkün olan şəxsin Bakı şəhərində doğulması və qeydiyyatda olması onu status almaq hüququndan məhrum etmir. Hesab edir ki, qızının məcburi köçkün statusu onun doğulması zamanı valideynlərinə münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. O, və digər ailə üzvləri də qızı kimi hal-hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadırlar və məcburi köçkün kimi dövlətin onlara verdiyi bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Heç kəsə qanunsuz əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyət səlahiyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Daha sonra cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3808/2019 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.Əlavə olaraq, iddiaçı, özünün Ağdam rayonundan məcburi köçkün olduğunu, övladının Bakı şəhərində anadan olduğunu, iddia tələbində heç bir səhv olmadığını, sədrin qəbulunda olduğunu, sədrin də bu barədə öz köməkçisinə göstəriş verdiyini, özünün Dağlıq Qarabağda gedən döyüşlərdə də iştirak etdiyini, 2014-cü ildəki şəxsiyyət vəsiqəsində Ağdam qeydiyyatında olduğunu, qızının da Ağdam şəhərində qeydiyyatı olduğunu, 2002-ci ildə Bakı şəhəri Nərimanov rayonunda qeydiyyata düşdüyünü, lakin indi Ağdam qeydiyyatında olduğunu, bir mənzili olduğunu və müavinət almadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının 2002-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda qeydiyyata düşdüyünü və qeydiyyata düşdükdən sonra övladı anadan olduğundan, övladına məcburi köçkün statusu verilmədiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3808/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -AZ-İ seriyalı, 477989 nömrəli “Nikah haqqında” Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 xx xxxxx 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. (Bakı Nikah Evi, qeydiyyat №573) -AZ-İ seriyalı, 255652 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında X5 qeyd olunmuşdur. (xx.xx.2002-ci il tarixli, 773 saylı qeyd. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi) -AA seriyalı, 101649 nömrəli “Məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, 1993-cü il tarixdə Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı xx.xx.2005-ci il tarixdə təkrar “Məcburi köçkün” vəsiqəsi verilmişdir. -Ağdam rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən verilmiş 1015 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 1993-cü ilin iyul ayında Ağdam şəhərindən məcburi köçkün düşüb, vahid aylıq müavinət almır. Hazırda Bakı şəhəri, Nərimanov rayonunda müvəqqəti məskunlaşıb. Həyat yoldaşı X2 adına kupçalı ev olduğu üçün müavinəti dayandırılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 01/9805 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın tələblərinə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs hesab edilir. Status verilməsinə dair mövcud Qaydaların 4.2.6-ci bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərkən həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmadığından övladına “məcburi köçkün” statusunun verilməsi ilə bağlı müraciətinin müsbət həlli Komitənin imkanı xaricindədir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 0xx/xx-11734 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, xx.xx.1963-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri Nərimanov rayonu, M.Qaşqay küçəsi, ev 97, mənzil 32-də, xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ünvan 7 da qeydiyyatda olmuş, xx.xx.2014-cü il tarixdən hal-hazıradək ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı övladı X6 məcburi köçkün vəsiqəsinin verilməsi tələbi ilə rəsmi qaydada ərizə ilə Komitəyə müraciət etmişdir. Onun ərizəsinə Komitənin Status sektorunda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmış və xx xxxxxx 2019-cu il tarixli 9805 nömrəli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə əsasən, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir.Qeyd edirlər ki, Komitənin Status sektorunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşdükdən sonra (1993) xx.xx.1999-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və xx.xx.2002-ci il tarixdə ünvan 4 mənzil 32 ünvanında pasport qeydiyyatına düşmüşdür. Daha sonra həyat yoldaşı X2 mülkiyyətində olan ünvan 4 mənzil 69 ünvanında xx.xx.2002-ci il tarixdən qeydiyyatda olmuşdur. Eyni zamanda X5 xx.xx.2002-ci il tarixdə ünvan 4 mənzil 69 ünvanında pasport qeydiyyatına alınmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında “Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə əsasən, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir.İddiaçı arvadı X2 mülkiyyətində olan ünvan 4 mənzil 69 ünvanında xx.xx.2002-ci il tarixdə qeydiyyata düşdükdən sonra xx.xx.2002-ci il təvəllüdlü övladı X8 doğulmuşdur. Odur ki, Qaydaların 4.2.6-cı bəndinə uyğun olaraq X7 məcburi köçkün statusu verilə bilməz. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçının arvadı, onun xx.xx.2002-ci il təvəllüdlü qızı anadan olmamışdan əvvəl, yəni, xx.xx.2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etmiş və həmin yaşayış sahəsi onun mülkiyyətində olmuş, iddiaçı və arvadı xx.xx.2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda olmuşlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmişdir) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Qaydaların 4.2.6-cı bəndinə əsasən, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1999-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq, xx.xx.2002-ci il tarixdə ünvan 6 ünvanına qeydiyyata düşmüşdür. İddiaçı və arvadı xx.xx.2002-ci il tarixdən X2 mülkiyyətində olan ünvan 7 ünvanına pasport qeydiyyatına düşmüşlər. Göründüyü kimi hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3808/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3808/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-949/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-949/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver