Məhkəmə qərarları › İş №2-1(103)-949/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-949/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-949/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12966/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə X1rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, STU 000183 № li bakalavr diplomu üzrə ixitsasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o 2015ci ildə məzun olub. Lakin cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin qərarı xx.xx.2018-ci ildə təsdiq olunub. Ona görə də, həmin qərar ona tətbiq edilə bilməz. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2011/2012-ci tədris ili üzrə 8 gün, 2012/2013-cü tədris ili üzrə - 6 gün, 2013/2014- cü tədris ili üzrə - 5 gün, 2014/2015-ci tədris ili üzrə - 22 gün olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12966/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilməsi və İddiaçı Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, STU 000183 № li bakalavr diplomu üzrə ixitsasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 2011-2015-ci illərdə Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti MMC-də Biznesin idarə olunması üzrə əyani təhsil alıb, bakalavr ixtisas dərəcəsi verilmişdir. Ona həmin Universitet tərəfindən xx.xx.2015-ci il tarixli 13 № li qərarla STU 000183 № li ali təhsil haqqında diplom verilmiş, həmin diplom apostil edilərək təsdiqlənmişdir. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3.02.2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarında” minimum tələb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması nəzərdə tutulur. Xarici təhsil aldığınız müddətdə yuxarıda qeyd olunmuş təhsilin normativ müddətləri üzrə minimum tələbləri ödəyəcək qədər xarici təhsil aldığınız ölkədə olmusunuzsa yeni qaydalar əsasında yenidən tanınma üzrə müraciət edə bilərsiniz”.İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazası məlumatlarına əsasən iddiaçı: xx.xx.2011-ci il tarixdə 1 gün, xx.xx.2011-ci il tarixdə 3 gün, xx.xx.2011-ci il tarixdə 4 gün, xx.xx.2011-ci il tarixdə 3 gün, xx.xx.2011-ci il tarixdə 2 gün, xx.xx.2011-ci il tarixdə 1 ay 5 gün, 2011-ci il tarixdə ümumilikdə 1 ay 18 gün (xx.xx.2011-ci il tarixdən); 8.01.2012-ci il tarixdə 28 gün, xx.xx.2012-ci il tarixdə 11 gün, xx.xx.2012-ci il tarixdə 13 gün, xx.xx.2012-ci il tarixdə 16 gün, xx.xx.2012-ci il tarixdə 4 gün, xx.xx.2012-ci il tarixdə 3 gün, 8.07.2012-ci il tarixdə 4 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, 2012-ci ildə ümumilikdə 2 ay 24 gün; xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013-cü il tarixlərdə 1 gün olmaqla, ümumilikdə 18 gün; xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2017, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014. xx.xx.2014, xx.xx.2014-cü il tarixlərdə 1 gün olmaqla, ümumilikdə 25 gün; 5.01.2015, 8.01.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixlərdə 1 gün, 8.07.2015-ci il tarixdə 3 gün olmaqla, ümumilikdə 1 ay 2 gün müddətində Gürcüstan Respublikasında olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2011-2015-ci illərdə Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti MMC-də Biznesin idarə olunması üzrə əyani təhsil alsa da, yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi iddiaçının göstərilən dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsilalma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş 40 həftəlik müddətdən az təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının sərhədkeçmə məlumatları təqdim edilmişdir. Həmin məlumatlara əsasən də iddiaçının təhsil aldığı dövr ərzində Gürcüstan Respublikasında qısa müddətdə olması (bəzi hallarda bir neçə saat) öz əksini tapmışdır. Göstərilən müddətdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12966/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12966/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, STU 000183 № li bakalavr diplomu üzrə ixitsasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar