Məhkəmə qərarları › İş №2-1(103)-95/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-95/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-95/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X4 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı mülkiyyət hüququnu təsdiq edən vahid əmlaka dair arayışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)- 721/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1326/2018 saylı qətnamədə X14 Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 002244 saylı şəhadətnamənin qismən, yəni həmin şəhadətnamədə formal olaraq Cavabdeh2 adının göstərilməsi hissəsində etibarsız hesab edilməsi, Cavabdeh2 payı X9 payı kimi hesab olunması, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın 278,65 kv.m qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X13 ilə 1981-ci ildə ailə həyatı qurmuşdur. X13 uzun müddət Binəqədi rayonunda 12 saylı univermağın müdiri işləmişdir. X14 Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 30 dekabr 2003-cü il tarixdə keçirdiyi hərrac nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza (univermaq ) 69150000 köhnə Azərbaycan manatına ona satılmış və dəyəri tam olaraq ödənilmişdir. Bu alqı-satqı 30 dekabr 2003-cü il tarixli, 46102 saylı hərrac protokolu ilə rəsmiləşdirilmişdir. 2004-cü ildə həmin ümumi sahəsi 557,3 kv.m olan mağazaya mərhum həyat yoldaşı X9 adına şəhadətnamə verilmişdir. Lakin sonradan həmin şəhadətnaməyə Departamentin məsləhəti ilə Cavabdeh2 Həsər oğlunun adı da salınaraq rəsmiləşdirilmişdir. Halbuki, həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 heç bir aidiyyəti olmamış, əmlakın dəyəri mərhum həyat yoldaşı X13 tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh2 Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında, məhkəməyə ünvanladığı ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın özəlləsdirilməsində, aksionda, hərracda iştirak etməmiş, hər hansı pul vəsaiti ödəməmiş, onun adına şəhadətnamə verilməsindən xəbəri olmamışdır. xx.xx.2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmiş və həmin şəhadətnamədə mərhum həyat yoldaşı X9 və Cavabdeh2 adları göstərilmişdir. 17 iyul 2004-cü ildə mərhum həyat yoldaşı X13 məcburiyyət qarşısında Cavabdeh2 ilə əmlak böİgüsü haqqında formal müqavilə bağlamış və həmin müqaviləyə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.m olan 12 saylı mağazanm 278,65 kv.m olan hissəsinin X9 və 278,65 kv.m olan hissəsinin isə Cavabdeh2 mülkiyyətinə keçməsi barədə razılığa gəlmişlər. Bundan sonra xx.xx.2004-cü ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.m olan 12 saylı mağazanın 278,65 kv.m olan hissəsi barəsində mərhum həyat yoldaşı X9 adına 003184 nömrəli mülkiyyət hiiququ haqqında şəhadətnamə, 278,65 kv.m olan hissəsi barəsində isə Cavabdeh2 adına 003185 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Ötən bu müddət ərzində həmin maqazin həmişə mərhum həyat yoldaşı X9 istifadə və sahibliyində olmuşdur, mərhum həyat yoldaşı X13 2010-cu ildə rəhmətə getdikdən sonra da həmin maqaza ailəsinin istifadəsində sahibliyində olmuşdur. Bütün vergi və kommunal xərclərin ödəmişdir. 02 noyabr 2005-ci ildə alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278,65 kv.m olan qeyri yaşayış sahəsi Cavabdeh2 tərəfindən X3 və Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278,65 kv.m olan qeyri yaşayış sahəsi barəsində X5 adına 07 noyabr 2005-ci ildə 006268 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi ilə 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X10 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X5 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Binəqədi rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi, Bakı Apellyasiya məhkəməsinin 2(103)-7191/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7435/2019 saylı, xx.xx.2019-cu il tarixi qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin 15 mart 2019, 2(102)-1873/19 saylı xüsusi qərardadı çıxardılmışdır. Cavabdehə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı müraciət edərkən onlar müvafiq araşdırma apardıqdan sonra bildirmişlərki, hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırarkən xx.xx.2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnaməni, həmin şəhadətnamədə mərhum həyat yoldaşı X9 və Cavabdeh2 adına göstərilən şəhadətnamə mübahisələndirməmişdir. Etiraz edərək bildirmişdir ki, Cavabdeh2 Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında, məhkəməyə ünvanladığı ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın özəlləsdirilməsində heç bir bağlılığın olmaması mağazanın hərraca çıxarılmasında və alınmasında iştirak etmədiyini, hər hansı pul vəsaiti ödəmədiyini, mağazanın harada yerləşməsindən xəbəri olmadığını bildirmişdir. Hərrac barədə şəhadətnaməyə adı formal yazılaraq, mağazanın 1/2 hissəsinin onun adına sənədləşdirilməsindən və adına şəhadətnamə verilməsindən xəbəri olmamışdır. Belə olan təqdirdə onun adına verilmiş xx.xx.2004-cü il tarixli, 002244 saylı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamədə göstərilməsi əsassızdır və etibarsızdır. Şifahi olaraq ona bildirmişlər ki, məhkəmə qətnamələrində X14 Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 15 iyul 2004-cü il tarixli, 002244 nömrəli şəhadətnamənin adı qeyd olunsa da şəhadətnamə etibarsız hesab edilməmişdir. Bu şəhadətnamənin etibarsızlığını məhkəmə qaydasında tələb edə bilər. Əlavə edilmiş sənədlərdən də görünür ki, mərhum həyat yoldaşının direktoru olduğu dövlət mülkiyyətində olan univermaqda yerləşən mağazanın hərracdan satılmasından sonra qanunsuz aparılmış qeydiyyatı mübahisələndirir. Yəni iddiaçı hesab edir ki, hərrac qanunauyğun formada aparıldıqdan sonra onun əsasında verilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli Şəhadətnamədə qanunsuz olaraq Cavabdeh2 mülkiyyət üzərində sahiblik hüququ qeydə alınmışdır. Həmin Şəhadətnamədən sonrakı hərəkətlər etibarsız hesab edilsə də, şəhadətnamənin etibarlılığı mübahisələndirilməmişdir. Keçmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Näzirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti hazırda inzibati orqanların təsnifatında yer almasa da, həmin qurumun səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2004cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.metr olan 12 saylı mağazanın Cavabdeh2 aid olan hissəsinin iddiaçının mərhum əri X11 aid edilməklə, müvafiq qeydiyyatın aparılması və həmin hissənin mərhum X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş və xx.xx.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.metr olan 12 saylı mağazanın Cavabdeh2 aid olan hissəsi mərhum X11 aid edilməklə, müvafiq qeydiyyatın aparılması və həmin hissənin mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557.3 kv.m olan 12 saylı mağazanın ümumi dəyərinin, yəni 81353000 (səksən bir milyon üç yüz əlli üç min) manatın 12202950 (on iki milyon iki yüz iki min doqquz yüz əlli) manatı (nizamnamə kapitalının 15 %-i) əmək kollektivinin güzəştli satışda iştirak edən üzvləri olmuş Cavabdeh2 və X13 tərəfindən özəlləşdirmə çekləri vasitəsilə ödənilmiş, həmin əmlakın nizamnamə kapitalının 85%-i yəni, ******* dəyərində olan hissəsi hərracda əmək kollektivinin adından çıxış edən X13 tərəfindən satın alınmışdır. Daha sonra Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və özəlləşdirilməsi Departamenti ilə əmək kollektivinin adından çıxış edən X13 arasında qeyd olunan əmlaka dair xx.xx.2004-cü il tarixli, 890 nömrəli alqı- satqı müqaviləsi bağlanmış və ümumi sahəsi 557.3 kv.m təşkil edən 12 saylı mağaza Departament tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 002244 nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh2 və X9 mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd olunan faktlar məhkəməyə tədqiq edilmiş müvafiq iş materialları ilə sübuta yetirilsə də, məhkəmə tərəfindən həmin hallara düzgün hüquqi qiymət verilməmişdir.Belə ki, yuxarıda qeyd olunan hərrac protokolu və onun əsasında bağlanmış alqısatqı müqaviləsindən göründüyü kimi mübahisə predmeti olan 12 saylı mağazaya dair qeyd olunan əqdlər etibarnamə əsasında əmək kollektivinin adından iddiaçının mərhum əri X13 tərəfindən imzalanmış və xx.xx.2004-cü il tarixli, 002244 nömrəli Şəhadətnaməyə əsasən həmin əmlak əmək kollektivi üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan əmlaka dair hərrac keçirilən zaman iddiaçının mərhum əri əmək kollektivinin yeganə üzvü olmamış, qeyd olunan əmlak əmək kollektivinin digər üzvü olmuş Cavabdeh2 ilə birgə qaydada özəlləşdirilmişdir. Göründüyü kimi mübahisəli əmlaka dair Cavabdeh2 və X9 adına birgə mülkiyyət hüququna dair xx.xx.2004-cü il tarixli, 002244 nömrəli Şəhadətnamənin verilməsinə əsas yuxarıda qeyd olunan xx.xx.2004-cü il tarixli, 890 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlaka dair qeyd olunan əqd və onun əsasında verilmiş şəhadətnamə mübahisələndirilməmiş və hazırda qüvvədədir.Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əsasən ümumi sahəsi 557.3 kv.m təşkil edən 12 saylı mağaza üzərində Cavabdeh2 adına qeydə alınmış mülkiyyət hüququnun mövcudluğu, iddiaçının (onun mərhum ərinin) həmin sahə ilə bağlı hər hansı hüququnu istisna edir. Eyni zamanda cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas kimi müəyyən edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi ikimərtəbəli binanın bir hissəsini təşkil etmişdir. Faktiki həmin bina sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. Həmçinin iddiaçı tərəfindən Cavabdeh2 məxsus payın X11 aid edilməsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh və üçüncü şəxsin nümayəndələri apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini xahiş etdilər. Digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -xx.xx.2003-cü il tarixli 46/02 saylı hərrac protokolundan görünür ki, X13 ünvan ünvanda yerləşən 12 saylı təsərrüfat hesablı mağazanı 69.150.000 manat qiymətə almışdır. - Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən görünür ki, ünvan ünvanda yerləşən 12 saylı mağaza Cavabdeh2 və X9 toxunulmaz mülkiyyətidir. - xx.xx.2004-cü il tarixli Əmlak bölgüsü haqqında müqavilədən görünür ki, ünvan ünvanda yerləşən 12 saylı mağazanın ümumi sahəsi 278,65 kv.metr olan hissəsi Cavabdeh2, 278,65 kv.metr olan hissəsi isə X9 xüsusi mülkiyyətinə keçmişdir. - Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 003184 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan ünvanda yerləşən 278,65 kv.metr qeyri-yaşayış sahəsi X9 xüsusi mülkiyyətidir. - Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 003185 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan ünvanda yerləşən 278,65 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətidir. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 1326/2018 saylı qətnaməsindən görünür ki, 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X10 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X5 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7191/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7435/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-7191/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Binəqədi rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1326/2018 saylı qərarı üzrə tələbin icrası təmin edildiyindən icraata xitam verilmişdir. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********04 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, məhkəmə sənədlərində Cavabdeh2 məxsus payın X11 aid edilməsi barədə hər hansı qeyd aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2004-cü il tarixli 890 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, X13 ünvan ünvanda yerləşən 12 saylı mağazanı 69.150.000 manat qiymətə almışdır. - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İ seriyalı 549763 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə ölmüşdür - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə ölmüş X9 vərəsəsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırkı işin hallarından müəyyən edilir ki, X13 xx.xx.2004-cü il tarixli 890 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən ünvan ünvanda yerləşən 12 saylı təsərrüfat hesablı mağazanı 69.150.000 manat qiymətə almışdır. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə ilə həmin mağaza Cavabdeh2 və X9 toxunulmaz mülkiyyəti kimi qeyd edilmişdir. Cavabdeh2 ilə X13 arasında xx.xx.2004-cü il tarixli Əmlak bölgüsü haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən 12 saylı mağazanın ümumi sahəsinin 278,65 kv.metr olan hissəsi Cavabdeh2, 278,65 kv.metr olan hissəsi isə X9 xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 003184 saylı və 003185 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamələr ilə qeyri-yaşayış sahəsinin 278,65 kv.metr hissəsi X9, qalan 278,65 kv.metr hissəsi isə Cavabdeh2 adına qeydə alınmışdır. X13 xx.xx.2010cu il tarixdə ölmüşdür. X12 arvadı İddiaçı iddiası əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi ilə 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X10 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X5 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, məhkəmə sənədlərində Cavabdeh2 məxsus payın X11 aid edilməsi barədə hər hansı qeyd aşkar edilməməsi əsası ilə imtina edilmişdir. Göründüyü kimi Cavabdeh2 mübahisəsi gedən əmlakla heç bir bağlılığı olmamış, mağazanın hərraca çıxarılmasında və alınmasında iştirak etməmiş, adı hərrac barədə şəhadətnaməyə formal yazılaraq mağazanın ½ hissəsinin onun adına sənədləşdirilmiş, sonradan mağazanın ½ hissəsi Cavabdeh2 X1 də formal olaraq həyata keçirilmiş və real alqı-satqı baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki , iş materiallarında olan məhkəmə aktları ilə müəyyən olunur ki, mübahisəsi gedən əmlak Cavabdeh2 adına qanuni əsaslarla keçməmiş, ümumiyyətlə həmin əmlakın Cavabdeh2 aidiyyəti olmamaqla həmin əmlakda ona məxsus pay olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinin təmin olunmasından imtina olunması üçün “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-721/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar