Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-95/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhər Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) QƏRARİ (Açar sözlər: “sərəncamının ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019cu ıl tarixli, **********11 nömrəli məktubuna əsasən “ünvan 1 ünvan nömrələri təyin olunmuşdur.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu ıl tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzılsız, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan “ünvan 2 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Bakı Şəhər Cavabdeh Başçısına xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən İddiaçı (həmçinin, digər 19 nəfərə münasibətdə mənzillərin nömrələri fərqli olmaqla) ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdırilməsının həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. 5.Bakı Şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəcamına əsasən aşağıdakılar nəzərə alınmışdır: - ünvan 4 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısında çıxarılsın. - ünvan 4 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılsın. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 4 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilsin. - Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərilsin.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 (yeni qaydalarla AZ1073, ünvan 6C, M1, m2) Bakı Şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəcamına əsasən iddiaçının daimi istifadəsinə verilmişdir.
7. Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəcamına əsasən aşağıdakılar nəzərə alınmışdır: - Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunsun. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilsin. - Sərəncamın surəti Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddia üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017- ci il tarixli qərarı ilə "Bakı-52" hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (iddiaçı da daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır ki, nəticə etibarı ilə ona göstərilən binada 2 saylı mənzil verilmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 128 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 2 saylı mənzil xidməti mənzillər fondundan çıxarılaraq onunla daimi icarə müqaviləsi bağlanmışdır. Bundan sonra isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona həmin mənzildən daimi istifadə hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, göstərilən binada bizə mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə sakinlər həm birlikdə, həm də ayrıayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (bildiyinə görə yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə iddiaçı arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqaviləsinə çevrilməsi və yaxud da, DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra iddiaçıya məlum olmuşdur ki, onunla daimi icarə müqaviləsi bağlanmasına dair Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019- cu il tarixli, 128 nömrəli sərəncamı cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir) və qeyd etməlidir ki, cavabdehin həmin sərəncamı barədə ona heç bir məlumat verilməmişdir. Digər tərəfdən, iddia üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara (o cümlədən iddiaçıya) verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirilir ki, yuxarıda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 2 saylı mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən, habelə həmin mənzil üzərində onun daimi istifadə hüququnun dövlət qeydiyyatına alındığından, Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli Sərəncamı tam qanunsuz və ədalətsizdir. Yəni cavabdehin yuxarıda göstərilən sərəncamı ilə iddiaçı və onunla yaşayan ailə üzvləri tamamilə əlverişsiz bir vəziyyətə salınmış, nəticə etibarı ilə daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüququnun pozulmasına yönələn inzibati akt qəbul edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edir ki, yuxarıda göstərilən hüququn müdafiəsinə Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələri ilə təminat verilmişdir. Ona görə də iddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamı məhkəmə qaydasında ləğv edilməlidir.
10. Daha sonra iddiaçı iddia tələbini “Cavabdeh Başçısının xx.xx.2020- ci il tarixli, 224 nömrəli Sərəncamının “Cavabdeh Başçısının xx.xx.2019-cu il 128 nömrəli Sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması kimi dəyişdirmişdir.
11. Məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək mübahisələndirən sərəncamın təqdim olunma tarixinə dair ətraflı məlumat verməklə buraxılmış prosessual müddətin bərpası haqqında əsaslandırılmış ərizəni təqdim etməsini təklif etmişdir.
12. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Bakı Şəhər Yasamal RİH-nin tərəfindən (habelə digər 14 nəfər hərbçi tərəfindən) mübahisələndirilən (bütün iddialar Bakı İnzibati Məhkəməsinin icraatındadır) xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı cavabdeh tərəfindən İddiaçı (eləcə də digər hərbçilərə) ümumiyyətlə təqdim olunmamış, habelə bu barədə ona (onlara) heç bir məlumat verilməmişdir. Onlar belə bir sərəncam barədə 2022-ci ilin may ayında növbə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çağırılıb onlarla edilən söhbət zamanı xəbər tutmuşlar. Həmin söhbətlər zamanı sakinlərə Əmlak Komitəsinə gedib könüllü ərizə yazaraq mənzillərin daimi istifadəsindən imtina edilməsi, sonra isə həmin mənzillər barəsində müvəqqəti icarə müqaviləsi bağlanmasına razılıq verilməsi tələb olunmuş, lakin sakinlər bununla razılaşmamışlar. Belə olan halda sakinlərə mənzillərinin əllərindən alınacağı bildirilmişdir. Odur ki, sakinlər hüquqi yardım almaq üçün xx.xx.2022-ci il tarixdən etibarən 4 saylı Vəkil Bürosu ilə ayrı-ayrılıqda müqavilə bağlamağa məcbur olmuş (həmin müqavilələr üzrə vəkillər Vəkil və Emin Zeynalovdur) və keyfiyyətli hüquqi yardımın təmin edilməsi məqsədi ilə göstərilən sərəncam(lar)ın əldə edilməsi üçün 4 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2022-ci il tarixli 166 saylı sorğu ilə Bakı şəhəri Cavabdehnə müraciət edilmiş, lakin sorğuya təxminən 45 gün ərzində cavab gəlməmiş, icra hakimiyyətinə edilən çoxsaylı telefon zəngləri zamanı sorğuya cavab göndərildiyi hər dəfə bildirilsə də, 2022-ci ilin avqust ayının əvvəllərinədək sözügedən cavab 4 saylı Vəkil Bürosunun ünvanına daxil olmamışdır. Göstərilən səbəbdən vəkil X6 Rayon İH-nə gedərək sorğunun cavabını bilavasitə tələb etmiş, xeyli mübahisə və soz-söhbətdən sonra ona qeyri-rəsmi qaydada, yəni heç bir sənədə imza etdirmədən 1305/d nömrəli, xx.xx.2022-ci il tarixli cavabın surəti təqdim edilmiş və həmin cavab məktubunda Azərbaycan Respublikası "Kommersiya sirri haqqında" Qanununa istinad edilməklə sərəncamların yalnız məhkəmə sorğusu əsasında verilməli olması göstərilmişdir. Nəhayət, Yasamal RİHB-nın xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamının kserosurəti çox çətinliklə də olsa Müdafiə Nazirliyindən əldə edilmiş və bundan sonra 2 (iki) həftə ərzində digər əlaqəli sənədlər toplanmaqla tərəfimizdən iddia ərizəsi hazırlanaraq xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. Məlumat üçün onu da qeyd etməliyik ki, Müdafiə Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı 2-1(112)-9219/2022 saylı inzibati iş üzrə İddiaçı 2022-ci ilin iyun ayında göndərilən məktuba yalnız hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti əlavə edilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncam (və ya onun surəti) ümumiyyətlə iddiaçıya (habelə digər iddiaçılara) təqdim edilməmiş, iddia ərizəsi isə sözügedən sərəncamın kserosurəti qeyrirəsmi əldə edildikdən sonra 2 (iki) həftə ərzində, yəni 30 günlük müddət keçmədən verilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamın qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamaqla yanaşı qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir.İddiaçı həmin sərəncam qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarına və “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2082/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamış, iddiaçıya qanuni əsaslarla daimi istifadəsinə verilmiş mənzilin Müdafiə Nazirliyinin Xüsusi təyinatlı Mənzil Fonduna qaytarılması məqsədi ilə iddiaçının adına verilmiş əlverişli inzibati aktının ləğv edilməsi ilə bağlı icraat barədə, eləcə də dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə iddiaçının iştirakı olmadan aparılaraq barədə əlverişsiz inzibati akt qəbul edilmişdir.Faktiki olaraq cavabdeh digər səlahiyyətli orqanları tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul etdiyi inzibati aktı ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozmuşdur.Qeyd edilməlidir ki, iddiaçının daimi istifadəsinə verilmiş mənzil üzrə hüqquqları Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır, yəni iddiaçının qanuni istifadəsində olan mənzilin halhazırkı statusu - dövlət mənzil fonduna aid olan yaşayış sahəsidir.Belə olan halda mənzilin xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi iddiaçının əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin ((nümayəndəsi) o cümlədən apellyasiya baxışı zamanı məhkəmə icraatına adi cəlbetmə qaydasına cəlb edilmiş üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. “İnzibati icraat haqqında” Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ...... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ........ 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydaları”nın 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.
26. Belə ki,iddianın növü sərəncamın qismən ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.
27. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 30.Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
31. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır.
32. İddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən qanunvericilik normalarının (Bu qərarın 20-21-ci bəndləri) təhlili göstərir ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır.
33. Həmçinin, qeyd edilən normalara əsasən qanunverici qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmə imkanını nəzərdə tutmuşdur.
34. Lakin qanunverici qanunsuz əlverişli inzibati aktın yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv edilməsini təsbit etmişdir.
35. Bu məhdudiyyət ondan ibarətdir ki:
1. Həmin aktın məzmununa maraqlı şəxs etimad göstərir və həmin etimad qanunla qorunur:
2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmur;
3. maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəlikləri nəzərdə tutulur və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olur. (İPM-in 67.5-ci maddəsi.)
36. Məhkəmə Kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçının barəsində qəbul edilmiş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli, 128 nömrəli Sərəncamı iddiaçı barəsində əlverişli inzibati akt olsa da, bu akt qanunsuz olmuş və həmin aktın ləğv edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsində göstərilən hallar mövcud olmamışdır.
37. Belə ki, Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolundan görünür ki, həmin tarixli iclasda Mənzil komissiyasının qarnizonun уaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) komissiyaya daxil olan sənədlər əsasında yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara ayrılması barədə məlumatı dinlənilmiş və yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılaraq, cədvəldə göstərilən qaydada yaşayış sahələri (mənzillər) verilməsi və həmin protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmış, cədvəldə iddiaçının adı 18-ci sırada qeyd olunmuşdur.
38. İddiaçı Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamı qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz.
39. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə X4 və X1 müraciətləri əsasında Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə tapşırılmışdır.
40. Həmin qərarda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 3 mərtəbəli əsgər kazarması məqsədli şəkildə dövlət büdcəsinin 3.287.391 manat məbləğində vəsaiti əsasında əsaslı təmir edilərək xidməti yaşayış sahəsinə aid edilməklə, təmir işləri başa çatdırılıb istismara verilmədən Azərbaycan Respublikası Mənzil Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qəran ilə təsdiq olunmuş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın və “Azərbaycan Respubliksı Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin tələbləri pozularaq Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 №-li protokolu ilə mülkiyyətlərində daşınmaz əmlak olduğu halda mənzilsiz, kirayədə yaşayan, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçu kimi, növbəlilik prinsipi pozulmaqla 20 ədəd mənzil Nazirliyin yüksək rütbəli və digər vəzifəli şəxslərinə verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 saylı qərarının tələbləri pozulmaqla həmin vaxt fəaliyyət göstərən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmadan Müdafiə Nazirliyinin Mənzil İstismar idarəsinin xx.xx.2019-cu il tarixli müraciəti əsasında Yasamal RİH Başçısının xx.xx.2019-cu il tarixli 121-140 saylı sərəncamları ilə qeyd olunan 20 mənzil gələcəkdə özəlləşdirilməsi məqsədilə xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı mənzil fonduna keçirilməklə Nazirliyin 6 nömrəli Mənzil İstismar sahəsi tərəfindən hərbi qulluqçular mülki şəxs statusunda göstərilərək həmin mənzillərə dair daimi (müddətsiz) sosial kirayə müqavilələri bağlanılmışdır.
41. Göründüyü kimi, mübahisəli sərəncamın qəbul edilməsinə əsas olan məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması müəyyən edilmiş və bu fakt əsasında ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətinin tərkib əlamətləri mövcud olduğundan Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
42. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi qərara alınmışdır. 43.Daha sonra qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
44. İstnad olunan normadan görünür ki, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün:
1. balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli;
2. Xidmət razılaşdıqdan sonra balansında yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, hazırkı halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etməlidir.
45. Yalnız bundan sonra şəxs yerli icra hakimiyyəti orqanına müraciət edə və onunla daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edə bilər.
46. Hazırkı işin hallarından isə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 2 saylı mənzil xidməti mənzil olmuş, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılması haqqında qərar qəbul etmək səlahiyyəti balanssaxlayıcı olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olduğu halda, müvafiq qərar Cavabdeh tərəfindən qəbul edilmişdir.
47. Beləliklə, istinad olunanlara əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14 ünvanda yerləşən 2 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması və iddiaçı ilə daimi icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Cavabdeh Başçısının 128 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı qanunsuz inzibati akt olmuşdur.
48. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.(“İnzibati icraat haqqında” Qanunun 67.8-ci və 67.2-ci maddələri).
49. “İnzibati icraat haqqında” Qanunun: 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
50. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun adıçəkilən 35-ci maddəsi inzibati orqana əvvəl apardığı inzibati icraatı təzələyərək ilkin icraat zamanı yol verilmiş nöqsanları aradan qaldırmaq, əvvəki icraat zamanı məlum olmayan yeni əsaslarla apardığı icraat gedişində yeni qərar qəbul etmək imkanı tanımışdır.
51. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixdə 3055 nömrəli məktubla Cavabdehnə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, 3055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 18 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi xahiş olunmuşdur.
52. İşdən görünür ki, bu müraciəti nəzərə alan cavabdeh “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsinə əsasən icraatı təzələmiş və əvvəl qəbul etdiyi qanunsuz inzibati aktı (xx.xx.2019-cu il tarixli sərəncamlarını) ləğv etmişdir.
53. Səlahiyyətli orqanlar tərəfindən verilmiş razılıq məktubları əsasında qəbul edilmiş inzibati akt ilə iddiaçının daimi istifadəsinə verilmiş mənzilin sonradan, iddiaçının razılığı və məlumatı olmadan, xüsusi təyinatlı (xidməti) yaşayış sahələri siyahısına daxil edilməklə “İnzibati icraat haqqında” Qanununun tələblərinin pozulması ilə bağlı Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, işin istinad olunan hallarına əsasən “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən halların mövcudluğunu və qəbul edilmiş inzibati akt nəticəsində əsgər kazarmasının məqsədli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına təmir edilərək xidməti yaşayış sahəsindən çıxarılmaqla ayrı-ayrı vətəndaşlara verilməsini, bununla da dövlət marağına ziyan vurulmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının etimadı qanunla qorunmur və buna görə də iddia tələbi və şikayətin dəlili əsassızdır.
54. Mübahisələndirilən sərəncamın qəbul edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini pozması, yəni iddiaçının daimi istifadəsinə verilmiş mənzilə dair iddiaçının əmlak hüquqlarına müdaxilə olunması ilə bağlı Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iş üzrə mübahisəli mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, mübahisələndirilən Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2020ci il tarixli 224 nömrəli Sərəcamı ilə Bakı şəhəri Cavabdeh Başçısının 128 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamının ləğv edilməsi nəticəsində iddiaçının mənzil hüququ pozulmamışdır.
55. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
56. Daha sonra iddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun icraatın aparılması qaydalarını pozmasına istinad etmişdir. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
57. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə Kollegiyası hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz.
58. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
59. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2082/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.