Məhkəmə qərarları › İş №2-1(103)-950/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-950/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-950/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4511/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1984-cü ilin avqust ayında M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1992-ci ilin 29 iyununda institutu bitirmişdir. 1992-ci ilin 01 oktyabrında təyinatla “Neft Daşları” X13 İdarəsinə işə göndərilmiş, ilk əmək fəaliyyətinə 1 saylı NQÇS-də neft və qaz hasilatı operatoru kimi başlamışdır. “Neft Daşları” X13 İdarəsində müxtəlif vəzifələrdə - usta, mühəndis, sex rəisinin müavini – rəsisi vəzifələrində işləmişdir. xx.xx.2010-cu ildən hal-hazıradək “Neft Daşları” X13 İdarəsində İdarə aparatı X6 Xidmətinin xidmət rəisinin müavini vəzifəsində işləyir. Bunu onun əmək kitabçasında aparılan qeydlər də təsdiq edir. Onun xx.xx.2018-ci ildə 52 yaşı tamam olmuşdur. 52 yaşı tamam olandan sonra o, güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə onun ümumi iş stajının olmadığına istinad edərək müraciətindən imtina etmişdir. Hesab edir ki, ona xx.xx.2018-ci il tarixdən, 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı və əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinin tələbləri nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu madəsinin 9.8-ci bəndinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə müvafiq olaraq əmək pensiyası 52 yaşından təyin edilməlidir. Belə ki, “Vətəndandaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində (yaş həddinin artırılması ilə əlaqədar) dəyişiklik x xxxxxx 1997-ci ildə edilmişdir. Onun xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahı”sına əsasən dənizdə 10 ildən çox zərərli əmək stajı və 20 ildən çox ümumi əmək stajı vardır (təhsil aldığı müddət – hərbi xidmətlə birlikdə). Ona əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.8-ci bəndinə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, yəni x xxxxxx 1993-cü il tarixdən x xxxxxx 1997-ci il tarixinə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 52 yaşdan əmək pensiyası təyin olunması hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə olmuşdur. Bu da, onun 52 yaşdan əmək pensiyası hüququnun olduğunu sübut edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə əsasən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə ki, iddiaçının işləmiş olduğu “mühəndis” və “rəis müavini” peşələri üzrə yuxarıda adıçəkilən siyahının müvafiq kodu göstərilməmişdir. Bundan başqa, xx.xx.2006-cı il tarixədək ididaçının topladığı ümumi iş stajı da 20 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4511/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Əlmövsüm oğluna 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4511/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4511/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarında yol verilmiş yalnışlıq düzəldilərək qərarın nəticə hissəsinin İddiaçı Əlmövsüm oğluna 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinə həvalə edilməsi kimi oxunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməiclasındaiştirakedəncavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. 1984-cü ildə Qaz-neft Mədən faktültəsinin “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə əyani şöbəsinin İ kursuna daxil olmuşdur. 1984-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, 1987-ci ildə həqiqi hərbi xidmətdən qayıtmışdır. 1992-ci il tarixdə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”sına daxil olan vəzifələrdə çalışmışdır (kod 1100000a-15824; 1100000b-23187; 1100000b- 22247). Hazırda o, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini etmiş, cavabdeh orqan isə iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olması səbəbi ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğu və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyini, həmçinin xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olduğunu əsas götürüb “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2018-ci il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası eləcə də, qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbsdə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri staja malik olmaması və işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahı”sında öz əksini tapmaması barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, PUŞ-02/34 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı 2006-cı ilin yanvar ayınadək 20 ildən çox ümumi staja və 10 ildən çox zərərli xüsusi stajına malikdir ki, iddiaçı xx.xx.1992-xx.xx.1993-cü illərdə 1 saylı Neft və qazçıxarma sexində Neft və qaz çıxarma üzrə operator peşəsindən (1100000a-15824), xx.xx.1993-xx.xx.2002-ci illərdə qazçıxarma üzrə usta vəzifəsində (1100000b-23187), xx.xx.2002-xx.xx.2006-cı illərdə 5 saylı və 3 saylı Neft və qazçıxarma sexlərində mühəndis vəzifəsində işləmiş və işlədiyi müddət ərzində bilavasitə neftin və qazın çıxarılması ilə məşğul olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4511/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar