Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-950/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Badu-Kübə MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə ünvan 2əsinin 2-1(112)- 9911/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında yerləşən 3 giriş, 6-cı mərtəbə, 181 saylı mənzil üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında imzalanmış müqaviləyə əsasən, Suraxanı rayonu, YeniGünəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M saylı evin 181 saylı, 1 otaqlı, sahəsi 67.8 kv.m olan mənzilinin (3-cü giriş, 6-cı mərtəbə) tikilib ona təhvil verilməsi müəyyən edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 29.12.2012-ci il tarixli maliyyə arayışına əsasən, həmin mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. "xxxx" MTK tərəfindən tərtib edilmiş 29.12.2012-ci il tarixli protokoldan çıxarışa əsasən mənzilin investorunun olması təsdiq edilmişdir. İddiaçı onun istifadəsində və mülkiyyətində olan, qeyd olunan mənzilə dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, ərizəsinə cavab olaraq ona 24.08.2021-ci il tarixli məktubla mənzilin yerləşdiyi yaşayış binasının X6 (İstismara İcazə sənədi) olmadıgından imtina edilmişdir. Cavabdeh inzibati orqan çıxarışın verilməsinin mümkün olmadığını hüquqi cəhətdən əsaslandırmamış, hansı qanunvericilik normasına əsasən çıxarışın verilməsindən imtina edildiyini qeyd etməmişdir. Göstərilən mənzil iddiaçının mülkiyyətinə müqavilə əsasında keçmişdir. Belə olan halda istismara icazə sənədinin olmamasına görə çıxarışın verilməsindən imtina oluna bilməzdi. Cavabdehin qanunsuz imtinası inzibati icraatın əsas prinsiplərindən olan mötəbərlik prinsipinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin prinsipin mahiyyətinə əsasən təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqana ünvanlanmış müraciətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, mənzil müqavilə əsasında iddiaçının mülkiyyətinə keçmiş, mənzil ilə bağlı MTK tərəfindən təqdim olunmuş zəruri sənədlər təqdim edilmişdir. Məhz həmin sənədlər daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələblərinə əsasən mülkiyyət hüququ haqqında çıxarışın verilməsi üçün əsasdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, qeyd edilən mənzilin yerləşdiyi yaşayış binasının X6 (İstismara İcazə sənədi) yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********1 saylı 24.08.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 2əsinin qərardadı ilə “Badu-Kübə MTK üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. ünvan 2əsinin 2-1(112)-9911/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarında bu barədə yazılır, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Göründüyü kimi, burada heç bir istismara icazə sənədlərindən söhbət getmir və cavabdehin etirazındakı kimi bu cür şərt qoyulmamışdır Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə digər üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - 29.12.2012-ci il tarixli “Badu-Kübə MTK-nın təsisçilərinin ümumi yığıncağının Protokolundan Çıxarışdan görünür ki, İddiaçı 100 faiz olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında yerləşən 3 giriş, 6-cı mərtəbə, ümumi sahəsi 67.8 kv.m 18/1 saylı 181 saylı mənzilin investoru olması təsdiq edilmişdir. - “Badu-Kübə MTK” ilə İddiaçı arasında bağlanmış 19 dekabr 2011-ci il tarixli 94 saylı müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən binanın 3-cü giriş, 6-cı mərtəbəsindəki sahəsi 67,8 kv.m 1 otaqdan ibarət ümumi dəyəri 21018 (iyirmi bir min on səkkiz) manat olan 181 saylı mənzili “Badu-Kübə MTK”dan almışdır. - 25.12.2012-ci il tarixli, 92 saylı “Mənzilin dəyərinin tam ödənilməsi barədə” maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 3-cü giriş, 6-cı mərtəbəsində yerləşən 181 saylı 1 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə tam ödənilmiş, iddaçının borcu yoxdur. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24.08.2018-ci il tarixli 2**********1 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 13M saylı evin 181 saylı mənzilin (3-cü giriş, 6-cı mərtəbə) yerləşdiyi yaşayış binasının X3 (İstismara İcazə sənədi) olmaması səbəbindən iddiaçının ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərilən 11.10.2021-ci il tarixli XO-02-058-2021-03424 saylı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş 13M saylı yaşayış binasının X6 arxivdə aşkar edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər cavabdeh orqana təqdim edilmədiyi üçün imtina qanuni və əsaslı olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, X6. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, X6; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı çoxmənzilli binada onun sahibliyində olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin tikinti obyektinin istismarına icazə olmadığı üçün imtina edilmişdir. İddiaçı istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin mənzilin əldə edilməsinə dair MTK ilə bağlanmış müqaviləni, maliyyə arayışını cavabdeh qeydiyyat orqanına təqdim etsə də, binanın X6nı və ya tikinti obyektinin istismarına icazəni cavabdehə təqdim etməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən alınmış 11.10.2021-ci il tarixli XO-02058-2021-03424 saylı məktubundan görünür ki, qeyd edilən binanın istismara icazə sənədinin arxivdə aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün, həm də 01 yanvar 2013-ci ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında X6 və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sahibliyində olan mənzilin daxil olduğu binanın istismara qəbul edilməsi barədə aktı cavabdeh orqana təqdim etmədiyindən, cavabdeh haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. İddiaçının apellyasiya şikayətinin “kooperativ üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi haqqında müqavilənin dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas sənəd hesab edilməsi haqqında“ dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədin mövcudluğu müvafiq mənzilin yerləşdiyi binanın X3 tələb edilməsinin məcburiliyini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsi ilə əlaqədardır ki, şərh edilən müvafiq maddə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayətinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M ünvanında yerləşən 3 giriş, 6-cı mərtəbə, 181 saylı mənzilin tikintisi başa çatdığına görə çıxarışın verilməsinin məcburi olmasına dair dəlilləri də əsassızdır və məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə ünvan 2əsinin 2-1(112)-9911/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-950/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-950/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver