Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-950/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi və xx.xx.2022-ci il tarixdə isə iddianın dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək həmin tarixədək aldığı pensiya məbləğinin bərpası haqqında qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin may ayında ona sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialına müraciət edərək pensiyası hesablanarkən xidmət illərində ona verilmiş məzuniyyət pulu, müalicə pulu, maddi yardımlar, hər ilin sonunda verilmiş 13-14-cü əmək haqqı, bayramlarla əlaqədar verilmiş mükafatlar, xidmət illərində hər ay verilmiş 64 manat ərzaq pulu və xidmət etdiyim rayonlar yüksək dağlıq ərazidə yerləşdiyindən və xidməti yerimin dəniz səviyyəsindən 1200-2500 metr yüksəklikdə yerləşməsi, həmin ərazilərdə xidmət apardığımı nəzərə alıb Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən, pensiyasın yenidən hesablanmasını xahiş etmişdi.Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Üzrə İdarəsinin mərkəzi filialı ərizəsində qeyd olunanların əksinə olaraq pensiya hüquqlarını kobud şəkildə pozaraq 2018-ci il tarixdə ona hesablanmış pensiyadan 481,27 manat məbləğində pul əmək pensiyaçısı kimi razılığı olmadan tutulmağa başlanılmışdır. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Üzrə İdarəsinin mərkəzi filialına etdiyi müraciəti ilə bağlı cavabdehin xx.xx.2021-ci il tarixli ona ünvanlanmış **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, ona xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Həmin artıq ödənilmiş 16816,38 manat pul vəsaitin büdcəyə bərpa edilməsi məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.Göründüyü kimi cavabdeh təşkilat tərəfindən 16816,38 manat pul vəsaitin əsassız olaraq əmək pensiyasından tutmaq niyyəti ilə razılığı olmadan hər ay əmək pensiyasından 481,27 manat tutulmuşdur. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.Habelə cavabdeh tərəfindən əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada hansı müvafiq tədbirlərin görülməsini nəzərdə tutması aydın deyil. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh təşkilat tərəfindən xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənildiyi və bu səbəbdən də artıq ödənilmiş 16816,38 manat pul vəsaitin büdcəyə bərpa edilməsi qənaətinə gəlməsi, əmək pensiyaçısı kimi razılığı olmadan əmək pensiyasından tutulma aparılması qanunsuzdur və qeyri-qanuni olaraq pensiyasından tutulmuş pul vəsaiti bərpa olunmalıdır.Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə X9 Filialı mənə qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbi qanunsuz və əsassızdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Xüsusi Şərtlərlə X7 Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 2 may 2018-ci il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 2 may 2018-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 2397,75 manat, rütbəyə görə əlavəsi 390,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 1254,49 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələri 143,55 manat olmaqla orta aylıq əmək haqqı 4249,79 manat təşkil etmişdir. Bununla əlaqədaq əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il 4 ay 17 gün dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (4249,79 manat) 80 faizi-3399,83 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən sizə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də sizə yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir (sizə ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə müvafiq cədvəl əlavə olunur). Həmin artıq ödənilmiş 16816,38 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir.Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari ilin aprel ayından etibarən əmək pensiyasının məbləği 3399,83 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə X7 Filialı cavabdeh İddiaçı qarşı “artıq alınmış pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə icraat iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş üzrə (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə X7 Filialına qarşı “əmək pensiyasının qanunsuz və əsassız olaraq tutulan məbləğin yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə) yekun məhkəmə aktı qəbul edilərək qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 filialının İddiaçı barəsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarının ləğv edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 filialının üzərinə qoyulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından həmçinin cavabdeh apellyasiya şikayəti vermişdir.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərdən birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçı 10 fevral 2021 -ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, iddiaçının Xüsusi Şərtlərlə X7 Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 2 may 2018-ci il tarixindən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının 2 may 2018-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə - maaşı 2397,75 manat, rütbəyə görə əlavə 390,00 manat, qulluq stajına görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 1254,49 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələr 143,55 manat olmaqla orta aylıq əmək haqqı 4249,79 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il 4 ay 17 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (4249,79 manat) 80 faizi-3399,83 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2018-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 118884,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 135700,80 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 16816,38 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir (ona ödənilmiş və ödənilməli olan pensiya məbləğləri barədə müvafiq cədvəl əlavə olunur).Tərəflərindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubla həmin artıq ödənilmiş 16816,38 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.Cavabdeh tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəflərindən xx.xx.2021-ci il tarixində artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir.Məlumat üçün bildirir ki, Mərkəzi Filial tərəfindən cari ilin aprel ayından etibarən Nizami Qəməd oğlunun əmək pensiyasının məbləği 3399,83 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Məhkəmə Kollegiyasının iclasında iddiaçı qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, özünün apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, özlərinin apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləv edilməli, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsaslanaraq Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qərarın tam olaraq yoxlanılması təşkil edir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını iddiaçı iddianın təmin olunmamış, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirir. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin və apellyasiya şikayətlərinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə Kollegiyası gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Əvvəla qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsi və xx.xx.2022-ci il tarixdə isə iddianın dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilərək həmin tarixədək aldığı pensiya məbləğinin bərpası haqqında qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi isə iddia tələbinə baxarkən iddia üzrə birinci tələbə- iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi tələbinə mübahisələndirmə iddiası kimi baxmış, iddia üzrə ikinci tələbə-iddiaçının xx.xx.2021-ci il tarixədək aldığı pensiya məbləğinin bərpası edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan məcburetmə iddiası kimi baxmışdır və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 filialının üzərinə qoyulması, iddia tələbi qalan hissədə təmin edilməməsini qərara almışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunmalıdır ki, İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Nəzərə alınmalıdır kİ, birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən iddia üzrə birinci tələbə- iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi tələbinə mübahisələndirmə iddiası kimi baxaraq həmin qərarı qanunsuz sayılaraq ləğv etmiş, lakin cavabdeh inzibati orqanın sözügedən qərarı qanunsuz sayılaraq ləğv olunduğu halda, onun icrası üzrə meydana gəlmiş nəticələrin aradan qaldırılması istiqamətində tələbin ikinci hissəsini təmin etməyərək iddiaçının xx.xx.2021-ci il tarixədək aldığı pensiya məbləğinin bərpası edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulam məcburetmə iddiası kimi baxmışdır və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə X7 filialının üzərinə qoyulması, iddia tələbi qalan hissədə təmin edilməməsini qərara almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə Kollegiyası mübahisə ilə əlaqədar daha sonra aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya 2018-ci ilin may ayında sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçı 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialına müraciət edərək pensiyası hesablanarkən xidmət illərində ona verilmiş məzuniyyət pulu, müalicə pulu, maddi yardımlar, hər ilin sonunda verilmiş 13-14-cü əmək haqqı, bayramlarla əlaqədar verilmiş mükafatlar, xidmət illərində hər ay verilmiş 64 manat ərzaq pulu və xidmət etdiyi rayonlar yüksək dağlıq ərazidə yerləşdiyindən və xidməti yerinin dəniz səviyyəsindən 1200-2500 metr yüksəklikdə yerləşməsi, həmin ərazilərdə xidmət apardığını nəzərə alıb Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Üzrə İdarəsinin mərkəzi filialı ərizədə qeyd olunanların əksinə olaraq iddiaçının hüquqlarını pozaraq 2018-ci il tarixdə ona hesablanmış pensiyadan 481,27 manat məbləğində pul əmək pensiyaçısı kimi razılığı olmadan tutulmağa başlanılmışdır. Məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilsə də, onun (iddiaçının) məlumatlandırılması təmin edilməmiş, eləcə də həmin qərar inzibati akt əsaslandırılmamışdır. Belə olan halda, məhkəmə Kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə X7 Filialı İddiaçı təyin edilmiş pensiyasının yebidən hesablanması ilə bağlı inzibati icraatı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 61, 67.5-сi maddələrinin tələblərini pozmaqla apardığından, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı qanunsuz və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, cavabdehin həmin qərarı ləğv edilməlidir. Nəzərə alınmalıdır kİ, iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı qanunsuz sayılaraq ləğv olunduğu halda, onun icrası üzrə meydana gəlmiş nəticələrin aradan qaldırılması istiqamətində (İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər.Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.) iddiaçının xx.xx.2021-ci il tarixədək aldığı pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası da təmin olunmalıdır. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin əsaslı olması qənaətinə gəldiyindən, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləv edilməli, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. İddiaçının apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-953/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləv edilsin. İddia təmin edilsin. İddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə Cavabdeh DSMF Xüsusi Şərtlərlə X7 Filialının xx.xx.2021-ci il tarixli **********2 nömrəli qərarı qanunsuz sayılaraq ləğv olunsun. İddiaçı xx.xx.2021-ci il tarixədək aldığı pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə X7 Filialının üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-950/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-950/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver