Məhkəmə qərarları › İş №2-1(103)-950/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-950/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-950/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə (X10 və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə (X10, X25, X21, X26, X11 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-8445/2024 nömrəli qərarından üçüncü şəxslər və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə xx.xx.1969-cu il təvəllüdlü X10, xx.xx.1995-ci il təvəllüdlü X25, xx.xx.1983-cü il təvəllüdlü X12, xx.xx.1993-cü il təvəllüdlü X26, xx.xx.1970ci il təvəllüdlü X2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X45 Şəxs ********* qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinin pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməyini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********* qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin mülkiyyətçisidir. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər isə xx.xx.1969-cu il təvəllüdlü X10, xx.xx.1995-ci il təvəllüdlü X25, xx.xx.1983-cü il təvəllüdlü X12, xx.xx.1993-cü il təvəllüdlü X26, xx.xx.1970-ci il təvəllüdlü X5r. Qeyd etmək istəyirəm ki, həmin şəxslərin İddiaçı mənzili ilə bağlı heç bir əlaqələri qalmamışdır. Beləliklə, bu şəxslərin mənzildən yaşayışistifadə hüququ itirilmiş hesab edilməli və yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılmalıdırlar. Çünki onların həmin mənzilə qeydiyyatı formal xarakter daşımaqla yanaşı, İddiaçı mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Digər tərəfdən də, bu şəxslərin həmin mənzildə formal qeydiyyatda olmalarına görə, mülkiyyətçi adambaşına hesaba alınan kommunal xidmət haqları da ödəməli olur. Bununla bağlı ilkin olaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi isə İddiaçı ərizəsinin icrasından imtina etmişdir. Qeydiyyatda olan şəxslərin İddiaçı xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, mənzilə dair sərəncam vermək istədikdə formal olaraq onların da razılığını almaq tələb olunur. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X10, X25, X21, X26, X11 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər

4. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-8445/2024 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, X10, X25, X27, X2 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi, iddia tələbinin X8 qeydiyyatdan çıxarılması hissəsində təmin edilməməsi qərara alınmışdır.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxslər X10, X25, X26, X11 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Üçüncü şəxslər X10, X25, X26, X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyanın övladlarının vərəsələrinin razılıqları olmadan mirasın qəbulu qanuna zidd sayılır. Eyni zamanda mənzil sahəsində mülkiyyətçinin dəyişməsi qeydiyyatda olanların hüquqlarını pozmamalıdır.

9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X13 heç vaxt iddiaçı Tofiq Cahanqirovun ailə üzvü olmamışdır. Ancaq ər-arvad və onların uşaqları mülkiyyətçinin ailə üzvləri hesab olunur. Digər tərəfdən üçüncü şəxs Röyalə Cahanqirova iddiaçının himayəsində olmamış hətta əlill deyil ki, nə isə hesab olunsun.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən İddiaçı və Vəkil2 tərəflərindən verilən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, üçüncü şəxslər tərəfindən verilən apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1995-ci il təvəllüdlü X25, xx.xx.1983- cü il təvəllüdlü X21, xx.xx.1993-cü il təvəllüdlü X27, xx.xx.1970-ci il təvəllüdlü X11 ünvan 3 ünvanında qeydiyyatdadırlar.

14. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan 103 saylı mənzil xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

15. İş materiallarına əlavə edilmiş Bakı şəhər X30 Sovetinin İcraiyyə komitəsinin xx.xx.1978-ci il tarixli 177145 nömrəli orderinə əsasən Bakı şəhəri, Əhmədli qəsəbəsi, kvartal 2942б, 29 saylı mənzil X39 və onunla yaşayan 3 nəfər (X22, X28, X6 istifadəsinə verilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin xx.xx.2024- cü il tarixli 3-21-3-30/2-22060/2024 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, 103 saylı mənzilində sorğuda qeyd olunan şəxslərin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - Bakı şəhər icra hakimiyyəti başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X16 adına xx.xx.2004-cü il tarixdə 30/23686 nömrəsi ilə qeydiyyata alınmışdır. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi İddiaçı miras əmlakdan ½ hissədə pay almışdır. Miras əmlak xx.xx.2021-ci il tarixdə X23 verilmiş **********57-05101- 093070 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.28 kv.m olan mənzildən ibarətdir. 1/2 hissə digər vərəsənin payı açıq saxlanılmışdır.

17. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X21 atası X29, anası X17 olmaqla ünvan 3 ünvanında qeydiyyatdadır.

18. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 13578/24 nömrəli məktubunda qeyd edilmişdir ki, X21 xx.xx.2003-cü il, X11 xx.xx.2005-ci il, X10 xx.xx.2005-ci il, X18 xx.xx.2010-cu il və X25 xx.xx.2011-ci il tarixdən hal-hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

19. İş materiallarına əlavə edilmiş Mənzil Kommunal İstismar sahəsinin xx.xx.1993cü il tarixli arayışına əsasən X17 öz qızı X21 ilə ünvan 3 ünvanında yaşamışlar.

20. İş materiallarına əlavə edilmiş XV-ЖГ №475561 nömrəli, xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1983- cü il tarixdə Yardımlı rayonunda doğulmuşdur. X9, anası X19r.

21. İş materiallarına əlavə edilmiş 87 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 123 nömrəli arayışından görünür ki, X24 həqiqətən ünvan 3 ünvanında yaşayır. xx.xx.1990-cı ildən qeydiyyatdadır. Dayısı İddiaçı, bacısı X11, bacısı qızı X27, bacısı əri X10, bacısı oğlu X25.

22. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq 27 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 17 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1989, X11 xx.xx.1996, X12 xx.xx.1990, X26 xx.xx.1993, X10 xx.xx.1996, X25 xx.xx.2009-cu ildən həqiqətən ünvan 3 qeydiyyatdadırlar. Qeydiyyat olmalarına baxmayaraq onlar həmin mənzildə X3 yaşamasını görmüşlər. Ona görə ki, kommunal xidmət haqlarının onlara həmişə X12 ödəyib. Röyalə xanımın dediyinə görə bacısının ailəsi 2001-ci ilə kimi həmin mənzildə yaşamışdır. İddiaçı qeydiyyatda olmasına baxmayaraq yaşayıb yaşamamsı barədə heç bir məlumat yoxdur.

23. Azərbaycan Respublikası Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-55-2/2-2568/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X10, X25, X12, X26 və X2 qeydiyyatdan çıxarılması məsələsi məhkəmənin səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur.

24. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin ”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.1990-ci il tarixli 31 nömrəli övladlığa götürmə haqqında akt qeydinə əsasən xx.xx.1983-cü il təvəllüdlü X14 Cahanqirova (akt qeydində “Cangirova” kimi əks olunub) Solmaz Xıdır qızı tərəfindən övladlığa götürüldüyü məlum olmuşdur. Bununla bağlı müvafiq akt qeydinin kserosurəti təqdim olunmuşdur.

25. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3457/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 fevral 2025-ci il tarixli, 2(011)-809/2025 nömrəli qətnaməsi iə iddia təmin edilmiş, iddiaçının mübahisəli mənzilə köçürülməsini, mənzilin giriş və otaqlardakı qapılara cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılmasını qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3457/2025 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X2, X4, X15, X7 cavabdeh, İddiaçı qarşı “iddiaçılar xx.xx.1970-ci il təvəllüdlü Cahangirova, Yeganə İsaxan qızının, xx.xx.1969-cu il təvəllüdlü X4, xx.xx.1993-cü il təvəllüdlü Hüseynova (Cahangirova) Rufanə Nazim qızının, xx.xx.1995-ci il təvəllüdlü X15 qeydiyyatda olduqları ünvan 7 ünvanına köçürülmələri barədə” iddia tələbi təmin edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

32. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir.

33. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

34. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

36. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir.

37. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

39. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

40. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”

41. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

42. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən mənzil ilkin olaraq X16 adına xx.xx.2004-cü il tarixdə 30/23686 nömrəsi ilə qeydiyyata alınmış, Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən İddiaçı miras əmlakdan ½ hissədə pay almaqla (1/2 hissə digər vərəsənin payı açıq saxlanılmışdır) Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40 ünvanında yerləşən ümumi sahəsi 66 kv.m olan 103 saylı mənzil mülkiyyət hüququ xx.xx.2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

43. İddiaçının qeydiyyatdan çıxarılamsını istədiyi üçüncü şəxslər iddiaçının qohumları olmaqla X21 xx.xx.2003-cü il, X11 xx.xx.2005-ci il, X10 xx.xx.2005-ci il, X18 30.01,2010-cu il və X31 xx.xx.2011-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar.

44. Mübahisəli ünvan üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X10, X25, X26, X2 mübahisəli mənzilə əmlak hüquqlarının olduğu müəyyən olunmur. Eyni zamanda adlarıçəkilən üçüncü şəxslər məhkəmə iclasında sözügedən ünvanda qeydiyyatda olsalar da faktiki yaşamadıqlarını bildirmişlər. Həmçinin onların mübahisəli mənzilə köçürülmə barədə iddia tələbləri təmin edilməmişdir.

45. İş üzrə üçüncü şəxs X1 mənzilə dair anası X20 məxsus əmlak hüququ üzrə hüququnun olduğunu iddia edir. Eyni zamanda iş üzrə müəyyən olunur ki, X24 həmin ünvanda faktiki olaraq yaşayır. Həmçinin onun mübahisəli mənzilə köçürülmə barədə iddia tələbi təmin edilmişdir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.” Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.”

47. Beləliklə, məhkəmə istinad olunan normalara əsasən bu nəticəyə gəlir ki, üçüncü şəxslərdən X10, X25, X26, X2 iddiaçıya məxsus mənzilə dair istifadə hüquqları qeydiyyata alınmadığı, bu bardə məhkəmə qətnaməsi olmadığı və həmin ünvanda faktiki yaşamadıqlarından mənzilin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin isə adları çəkilən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur.

48. X8 isə həmin ünvanda faktiki yaşadığını (mənzildən çıxarma barədə qətnamənin olmadığı), qeydiyyatda olduğu mübahisəli mənzildən istifadə etmək hüququnun (imkanının) olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi ona münasibətdə təmin edilə bilməz.

49. Nəzərə almaq lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində sadalanan qeydiyyatdan çıxarılmanı nəzərdə tutan sənədlərin təhlili onu deməyə əsas verir ki, qanunverici qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

52. Beləliklə, məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxslər X10, X25, X26, X2 apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-8445/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar