Məhkəmə qərarları › İş №2-1(103)-952/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-952/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-952/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Afaq Bayram qızı Nuriyeva (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X2rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-5098/2019 saylı qərarından cavbdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 5098/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməsi cavabdehə həvalə edilmişdir (hakim A.Abdullayeva). Həmin qərardan cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi Ü.Musayeva məhkəməyə ərizə ilə müraciət edərək, apelyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsinini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddisçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, аpеllyаsiyа şikаyətinin geri götürülməsi barədə ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən, şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən apellyasiya şikayətinin geri götürülməsi qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin ərizəsi qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: Cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-5098/2019 saylı qərardadından verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin və cavabdehə münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar