Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-952/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Məmmədova Günay Şahmar qızının, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbinin dəyişdirilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2021 nömrəli 27.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi barədə 30.04.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh 30.04.2021-ci il tarixdə iddiaçıya müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmiş, lakin iddiaçı əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar” yazılması ilə razı deyil. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1776 saylı, 28.12.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir: “Mingəçevir ŞHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı və 01.11.2001-ci ildən 07.12.2001-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi, sol diz oynağının daxili meniskektomiyas (15.11.2001) əməliyyatı” və 11.12.2017-ci ildə MN MHRnin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. və 11.12.2017-ci ildə isə MN MHP-nin diaqnoz ”Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərara alınmışdır. Yəni həm birinci, həm də ikinci diaqnoz qoyulmuşdur. Cavabdeh isə əlilliyin səbəbini 1-ci “Hərbi travmadır, hərbi vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi yazmaq əvəzinə 2-ci diaqnozu əlilliyin səbəbi kimi yazmışdır. Cavabdehin əlilliyin səbəbi üzrə gəldiyi nəticə əsassızdır. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, Forma 88 göndərişə uyğun və qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul olunduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2021 27.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi barədə 30.04.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır ki, İddiaçı üçüncü dərəcə əlilliyin təyin edilməsi və müvafiq əlillik səbəbinin müəyyən edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyinə, o cümlədən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmadığına, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olıması meycyarlarına dair Əsasnaməyə, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26.12.2017-ci il larixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş (11.01.2018-ci il tarixdə qiivvəyə minmişdir) “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimata uyğun olaraq qiymətləndirilmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə, maddi və prosessual hüqııq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, idiaçının əllilliyi səhiyyə müəssisəsinin 88 saylı forma göndərişi əsasında təyin olunmuşdur. Həmin göndərişdə isə 88 saylı formada isə əsas diaqnoz ikitərəfli ağıreşitmə ilə əlaqədar olumuş, iddiaçının qeyd etdiyi halda, sol diz oynağı ilə bağlı xəstəliyi yanaşı xəstəlik kimi qeyd olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə xəstəliyin səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeyd olunsa da cavabdeh tərəfindən həmin qərardan irəli gələn göstərişlərin əsassız olaraq nəzərə alınmadan onun əlilliyinin səbəb əlaqəsinin ”Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi yazıldığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 3.1-ci bəndinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci addəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: (...) 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; (...) 1.5.2. xüsusi səbəblərdən: (...) 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (...) 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. İşə əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2018-ci il tarixli 2-1(81)-4363/2018 saylı qərarından görünür ki, İddiaçı verilmiş Hərbi-Həkim Komissiyasının 19.09.2018-ci il tarixli 1382 saylı Qərarında dəyişiklik edilərək aldığı travmanın səbəb-əlaqəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi yazılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarında müəyyən olunmuş hallara görə iddiaçının əlilliyin qeyd olunan səbəb əlaqəsinin müəyyən edilməsinin əsasları - AR MN Mərkəzi Hərbi Həkim Komisiyyası tərəfindən 19.09.2018-ci il tarixdə şəhadətləndirmə aparılarkən, onun hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı travmaları üzrə tibbi müayinənin nəticələrinə görə qoyulmuş “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi, sol diz oynağının daxili meniskektomiyası (15.11.2001) əməliyyatı” diaqnozu və 11.12.2017-ci il tarixində isə MN MHR-nin hərbi həkim komissiyası tərəfindən ona təyin edilmiş travmanın “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” – diaqnozu çıxış etmişdir. İşə əlavə ounmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X2 (TSERAS) çıxarışlardan görünür ki, 2756003AAES6 saylı Forma 88 saylı göndərişdə iddiaçının xəstəliyi üzrə aşağıdakı diaqnozlar qoyulmuşdur: əsas diaqnoz: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə; ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə, yanaşı xəstəliklər: M17.3 Digər posttravmatik qonartrozlar, Sol diz oynağının artrozo-artiriti osteofiltləri. F48.0 Nevrasteniya, Nəzərə çarpan ifadəli astenonevrotik sindrom S83.2 Meniskin təzə cırılması, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət. (15.11.2001) Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması, M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının bükücü açıcı kontrakturası,daimi ağrı sindromu,açma-bucağı 150 dərəcə və bükmə bucağı 130 dərəcə, K29.3 Xroniki səthi qastrit, Xroniki residivləşən qastrit, F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Veqetativ-damar distoniyası, Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001) xəstəlikləri. Göründüyü kimi, Forma 88 göndərişdə iddiaçıya qoyulan əsas diaqnoz, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə” ağırlaşma halları ilə müşayət olunan, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə” təşkil etmişdir. Göndərişdə təsbit olunan digər xəstəliklər isə məhkəmənin qeyd olunan qərarında qeyd olunan yanaşı xəstəliklərdir. İş materiallarına əlavə edilmiş 30.04.2021-ci il tarixldə Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından da məhz görünür ki, TSEKin 30.04.2021-ci il tarixli qərarı ilə iddiaçının əlillik “Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” İİİ dərəcə əllillik” - verilməsinin əsasını Forma 88 göndərişində ona qoyulmuş əsas diaqnoz: “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirllməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşidilmə. Nevrasteniya. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindromu”ndan irəli gəlmişdir. digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər”ə aid edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında müəyyən edilmiş hallardan da görünür ki, “Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001). Digər posttravmatik qonartrozlar. Sol diz oynağının artrozo-artiriti osteofiltləri.” xəstəlikləri iddiaçının aldığı travmanın «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» qiymətləndirilməsinə əsas olmuşdur Başqa sözlə, iddiaçıya sonuncu müayinənin nəticələrnə görə İİİ dərəcə əlillik verilməsinə əsas - onda aşkar olunan iki əsas diaqnoz üzrə xəstəliyindən, “iki qulağın karlığı və ağır eşitməsi” ilə bağlı olan xəstəliyi olmuşdur ki, bu da ona təyin edilən əlillik meyarının adından belə aydın görünür. (“Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” İİİ dərəcə əllillik”). Ona bu əlilliyin verilməsini səbəb əlaqəsi kimi isə TSEK-in 30.04.2021-ci il tarixli qərarında “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi göstərilmişdir. Göründüyü kimi, «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» səbəb əlaqəsinin əsasını təşkil edən diaqnozlərın tərkibində “2.3. Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” İİİ dərəcə əllillik” Meyarında təsbit olunan diaqnoz mövcud deyil. İş materiallarının 7-ci vərəqində olan AR MN Hərbi həkim Komissiyasının qərarına və hazırkı mərhələdə həmin qərara izah verilməsi üçün məhkəmə sorğusuna həmin Komissiya tərəfindən məhkəməyə təqdim olunmuş 29.03.2022-ci il tarixli 436 saylı cavab məktubuna əsasən də tam aydınlığı ilə təsbit olunur ki: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2018-ci il tarixli 2-1(81)- 4363/2018 saylı qərarına əsasən İddiaçı aldığı travmanın, yəni “Sol diz oynağının daxili meniskinin köhnəilmiş zədələnməsi, sol diz aynağının daxili meniskektomiyası əməliyyatı və sınığı, funksiyasının pozulmaması ilə” diaqnozları ilə səbəb əlaqəsinin dəyişd üzrə tavmanın səbəb əlaqəsi iddiaçıya «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» səbəb əlaqəsi kimi yazılmışdır. Məhkəmənin qərarının İddiaçı hərbi xidmət dövründə aldığı xəstəliklərin (ikitərəfli neyrosensor davamılı ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 1 m məsafədən eşitməsi ilə. Eşitmənin protezləşməsi. Vertebrogen mənşəli xroniki beloma radikuliti, remissiya mərhələsində. Sidik turşulu diatez. Xroniki qastrit, remissiya mərhələsində. Xroniki qeyri-spesifik prostatit, natamam remissiya mərhələsində) səbəb əlaqəsininə aidiyyəti olmadığına görə yuxarıda qeyd olunan xəstəliklərin hərbi xidmətə səbəb əlaqəsi MN MHHK tərəfindən əsaslı və qanuni olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Tibbi-sosial Ekspert Komissiyasınının sonuncu müəyinəyə dair qeyd olunan 30.04.2021-ci il tarixli qərarından da göründüyü kimi, məhz, bu sonucu qeyd olunan xəsstəliyi üzrə iddiaçıya əlillik dərəcəsi təyin olunmuş və hərbi həkim komissiyasının şəhadətləndirilməsinə uyğun olaraq da səbəb əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”- göstərilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 30.04.2021-ci il tarixli qərarı ilə iddiaçının İİİ dərəcə əlilliyin səbəb əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” göstərilməsi, tamamilə qanuni və əsaslıdır. Ona görə də həmin qərar iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, iş hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bütün bunların yekunu olaraq da, məhkəmə tərəfindən iddianın təmin olunması barədə sübutlarla müəyyən olunan hallara uyğun olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, işdə olan sübutların düzgün qiymətləndirilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2021 27.10.2021-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8994/2021 27.10.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı “əlilliyinin səbəbinin dəyişdirilməsi barədə” iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-952/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-952/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver