Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-952/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3104/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 62 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-3104/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr: “RDM Şüa”da işlədiyini iddia etdiyi dövrlərin səlahiyyətli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiqlənməməsi; 12 nömrəli qeyddə xx.xx.1995-ci il tarixdə "xxxx" firmasına köçürüldüyü halda, 13 nömrəli qeyddə sözügedən firmada xx.xx.1995-ci il tarixdə işə qəbul edilməsi; həmçinin xx.xx.1995-cı il tarixdə "xxxx" firmasına köçürülməsi xx.xx.1995-ci il tarixli əmr əsasında qeyd olunsa da, xx.xx.1995-ci il tarixdə sözügedən firmaya işə daxil olması xx.xx.1995-ci il tarixli əmr əsasında qeyd olunmuşdur, o cümlədən müvafiq dövrlər üzrə köçürülmə və işə daxilolma barədə əmrlərin qeyd olunmaması; "xxxx" firmasında işdən azad edilmə tarixi xx.xx.2006-ci il olmasına baxmayaraq, iddiaçıya məxsus fərdi hesabın mövcud olmaması. Araşdırma zamanı iddiaçıya məxsus əmək kitabçasının surətində xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək “Karat kiçik müəssisəsi”nin, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək RDM "xxxx"nın, 06 05.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasının arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin araşdırılması və həmin dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “Karat kiçik müəssisəsi”nin xx.xx.1995-ci il tarixdə 21306 nömrə ilə dövlət qeydiyyatından keçməsi müəyyən olunmuşdur. “Karat kiçik müəssisəsi”nin xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatından keçdiyi halda iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sözügedən firmada işləməsi faktının əsassız olduğuna dəlalət edir. Bu hal məhkəmə tərəfindən də müəyyən edilmiş, elə bu səbəbdən məhkəmə tərəfindən müvafiq dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə "xxxx" X12nin xx.xx.1991 -ci il tarixdə dövlət qeydiyyatına alındığına əsaslanaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyini iddia etdiyi dövrləri iddiaçının sosial sığorta stajına daxil etmişdir. "xxxx" firmasında işlədiyini iddia etdiyi dövrlərə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, Dövlət Vergi Xidmətindən daxil olmuş müvafiq məktuba əsasən, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında "xxxx" firmasının fəaliyyətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Həmçinin “X15”ın xx.xx.2003-cü il tarixli məktubuna əsasən "xxxx" firmasının xx.xx.1998-ci il tarixdən bu günə (xx.xx.2003) kimi heç bir bank əməliyyatının olmaması müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı səhəri Vergilər Departamentinin 3 saylı filialının xx.xx.2003-cü il tarixli məktubuna əsasən "xxxx" firmasının 1998-2002-ci illərdə fəaliyyət göstərməsi barədə məlumat olmadığı müəyyən olunmuşdur. Bu hal iddiaçının sözügedən firmada işləməsi faktının əsassız olduğuna dəlalət edir. Digər məqam kimi iddiaçının sözügedən firmada xx.xx.2006-cı il tarixədək işlədiyini iddia etməsinə baxmayaraq, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması onun işləməsi faktının əsassız olduğuna dəlalət edir. Məhkəmə bu halları araşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. İş materiallarında olan JV seriyalı 025074 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin İnstitutda “X4” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan komissiyasının xx.xx.1981-ci il tarixli qərarı ilə ona mühəndissistemotexnik ixtisası verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən. 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və diplomunuzun surətlərinə əsasən sığorta stajınız (01,09.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 14 il 11 ay 28 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı əmək kitabçanızın surətində xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək qeyd olunmuş Karat kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmayıb. X7 xx.xx.2022-ci il tarixində RDM "xxxx"-da və "xxxx" firmasında keçirdiyi monitorinqin nəticəsinə əsasən sözügedən müəssisələrin arxiv sənədləri saxlanılmadığından həmin dövrlərin araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 21306 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin müəssisə adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Dövlət reyestrində hal-hazırda fəaliyyəti aktiv olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.1993-cü il tarixdə 978 nömrə ilə dövlət qeydiyyatından keçməsi və rəhbərinin X10 olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında firmanın fəaliyyətinin xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Reyestrdə RDM "xxxx" adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İddiaçı "xxxx" Kiçik Müəssisəsi və "xxxx" Firmasındakı əmək fəaliyyəti ilə bağlı bildiririk ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin, eləcə də hesabatların qəbulu vergi orqanlarına həvalə edildiyi xx.xx.2019-cu il tarixdən etibarən vergi orqanlarına 2018-ci ilin 4-cü, 2019-cu ilin 1-4-cü, 2020-ci ilin 1-4-cü, 2021-ci ilin 1-4-cü və 2022-ci ilin 1-3-cü rübləri üzrə təqdim edilmiş bəyannamələrdə iddiaçının məlumatlarının əks olunmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 21306 nömrə ilə, fəaliyyəti aktiv olan "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.1993-cü il tarixdə 978 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək "xxxx" Kiçik Müəssisəsi adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə RDM "xxxx" adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işlə əlaqədar "xxxx" və "xxxx" X5 özəlləşdirilib-özəlləşdirilməməsi, ləğv edilib-edilməməsi, həmin müəssisələrin hüquqi varisi olduğu halda müvafiq müəssisə və ya təşkilat barədə sənədlərin təsdiq olunmuş surətinin, həmçinin iddiaçının həmin müəssisələrdə işləməsini təsdiq edən məlumatların təqdim edilməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətində "xxxx" və "xxxx" X8 barədə sorğunuzda qeyd olunan hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: "xxxx" X12nin xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə məlumat mövcud olsa da, qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. İdarədə olan reyestrdə "xxxx" X12 adlı kommersiya qurumu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" (və ya Şüa) X9 və "xxxx" X9 dair məlumat mövcud deyildir. Mülkiyyəti dövlətə məxsus, hüquqi ünvanı isə Bakı şəhəri, Moskva prospekti 82/1 olan "xxxx" Kiçik Müəssisəsi 13 iyun 1996-cı il tarixində statistik vahidlər Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" Kiçik Müəssisəsi adı ilə 4 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 3-ü müvafiq olaraq 19 iyun (2 statistik vahid) və 21 iyun 1996-cı il tarixlərində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamış, 1-i (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) isə 08 iyul 1996-cı il tarixindən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 10 aprel 2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Nazul” firmasının (VÖEN: 2********) hesabat məlumatları Fondun Arxiv və Sosial Ödənişlərin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına təhvil verilmədiyindən 1995 - 2006-cı illər üzrə məcburi dövlət sosial sığorta haqları barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: "xxxx" Firması xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, "xxxx" Firmasının yenidən təşkili, hüquqi varisliyi və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Həmin məktubla məhkəmə göndərilmiş hüquqi şəxsin təsis sənədlərindən görünür ki: - X2 Reyestrindən çıxarışa əsasən Narzul Firması 978 qeydiyyat nömrəsi ilə xx.xx.1993-cü ildə qeydiyyata alınmışdır, qanuni təmsilçinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən X3 direktor təyin edilmişdir, xx.xx.2004-cü il tarixdə dövlət reyestrində təsisçinin xx.xx.2004-cü il tarixli qərarına əsasən nizamnamənin 1.5-ci bəndinə firmanın ünvanı ünvan 2ənzil 10 olaraq dəyişiklik edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: "xxxx" MMC-nin xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. Fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat müəyyən edilməmişdir. Müraciətdə qeyd edilən dövrün bir hissəsinin 2006-cı ildən əvvəlki dövrə aid olduğundan uçot-baza məlumatlarından müvafiq bəyannamələrin (məlumatların) əldə edilməsi mümkün olmamışdır. 2006-cı il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən dövriyyə məbləği 3456355,09 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Şua" (və ya Şüa) X12 və “Karat X12nin fəaliyyəti barədə məlumatlarının təqdim edilməsinə dair daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, qeyri-kommersiya qurumlarının dövlət reyestrində məsələ ilə əlaqədar məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 may 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan "xxxx" (və ya Şüa) və "xxxx" X5 və “Nazrul” firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X4 Zavodu” MMC-nin xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş 12 nömrəli xx.xx.2024-cü il tarixli arayışında qeyd edilir: xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixində Bakı X4 zavoduna gənc mütəxəssis kimi xalq istehlakı malları üzrə konstruktor bürosuna texnik-konstruktor vəzifəsinə işə qəbul edilmişdir - Əsas: xx.xx.1981-ci il tarixli Əmr № 280. xx.xx.1982-cı il tarixində mexanika və avtomatika şöbəsinə texnik konstruktor vəzifəsinə keçirilib - Əsas: xx.xx.1982-ci il tarixli Əmr № 83. xx.xx.1985-ci il tarixində mexanika və avtomatika şöbəsinin 1-ci konstruktor bürosuna mühəndis-konstruktor vəzifəsinə keçirilib - Əsas: xx.xx.1982-ci il tarixli Əmr № 124. xx.xx.1986-cı il tarixində 3-cü dərəcəli mühəndiskonstruktor vəzifəsinə keçirilib - Əsas: xx.xx.1986-cı il tarixli Əmr № 246. xx.xx.1990-cı il tarixində həmin şöbədə 2-ci dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilib - Əsas: xx.xx.1990-cı il tarixli Əmr № 314. xx.xx.1991-ci il tarixində AzSSR-in ƏM-nin 36-cı maddəsinin 5 bəndinə əsasən işdən azad edilmişdir - Əsas: xx.xx.1991-ci il tarixli Əmr № 104. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildə Gənc mütəxəssisi TNP KB texnik-konstruktor qəbul edilmiş, xx.xx.1982-ci ildə OMA texnikkonstruktor keçirilmişdir, xx.xx.1985-ci ildə KB-İ OMA mühəndis-konstruktor keçirilmişdir, xx.xx.1986-cı ildə həmin yerdə 3-cü dərəcəli mühəndis-konstruktor keçirilmişdir, xx.xx.1990-cı ildə həmin şöbədə 2 dərəcəli mühəndis-konstruktor keçirilmişdir, xx.xx.1991ci ildə işdən azad edilmişdir, xx.xx.1991-ci ildə "xxxx" KDM-də EHM-dan köçürülmə ilə 2-ci dərəcəli montajçı qəbul edilmişdir, xx.xx.1992-ci ildə"xxxx" KDM-dən köçürülmə yolu ilə işdən azad edilmişdir, xx.xx.1992-ci ildə KDM "xxxx"ya dəstləyici qəbul edilmişdir, xx.xx.1993-cü ildə həmin yerdə ambardar keçirilmişdir, xx.xx.1995-ci ildə köçürülmə ilə "xxxx" firmasına keçirilmişdir, xx.xx.1995-ci ildə "xxxx" firmasına nəzarətçi vəzifəsinə qəbul edilmişdir, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın tələblərinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 62 il 6 aydır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2022-ci il tarixdən (62 il 6 ay), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək "xxxx" Kiçik müəsisəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək "xxxx" RDM-də və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" firmasında olan əmək stajı həmin müəssisələrin arxiv sənədlərinin saxlanılmadığı bildirilməklə cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin sənədlərinin arxivə təhvil verilməməsinə və sənədlərin arxivdə saxlanılmamasına görə iddiaçı cavabdehlik daşımır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək "xxxx" X12ndə işləmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məlumatında "xxxx" X12nin xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alındığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçı "xxxx" X9 həmin müəsisəsinin qeydiyyata alındığı xx.xx.1991-ci il tarixdən sonra xx.xx.1992-ci il tarixdə işə qəbul olunmuşdur. Sözügedən müəssisənin qeydiyyat qovluğunun vergi orqanına təqdim edilməməsi, eləcə də arxiv sənədlərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının ziyanına təfsir edilə bilməz. Başqa sözlə, iddiaçının həmin müəssisədə işləmədiyini sübut edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, əmək kitabçasına əsasən iddiaçı xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək "xxxx" Firmasında işləmişdir. Dövlət Vergi Xidmətindən əldə edilmiş hüquqi şəxsin reyestr, qeydiyyat qovluğu məlumatlarından müəyyən olunur ki, "xxxx" Firması xx.xx.1993cü il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçisi X1r. Təsisçinin xx.xx.2004-cü il tarixli qərarına əsasən firmanın ünvanı ünvan 2ənzil 10 ünvanına dəyişdirilmişdir. Hüquqi şəxs ilkin olaraq ********* nömrəli 9 rəqəmli VÖEN-lə, daha sonra xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınmışdır. Adıçəkilən müəssisə barədə internet kommersiya hüquqi şəxslərin qeydiyyat məlumatından da görünür ki, "xxxx" Firmasının VÖEN-i **********, qeydiyyat tarixi xx.xx.1993-cü il, hüquqi ünvanı Nizami rayonu, Cəmşid ünvan 5 iddiaçı adıçəkilən Narzul firmasına firmanın ilkin qeydiyyat tarixi olan xx.xx.1994-cü ildən sonra qəbul olmuş, onun əmək qeydləri firmanın təsisçisi N.Q.Zülfüqarov tərəfindən təsdiq edilmişdir. Cavabdeh "xxxx" Firmasının 2003-cü il tarixdən fəaliyyətinin dayandırıldığına istinad edərək iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün əsassızlığını iddia etsə də məhkəmə sorğusuna cavab olaraq vergi orqanından əldə edilmiş məlumatdan müəyyən olunmuşdur ki, vergi orqanında hüquqi şəxsin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat mövcud deyil, müəssisənin 2006-cı ildən əvvəlki dövrə aid uçot-baza məlumatlarından müvafiq bəyannamələrin (məlumatların) əldə edilməsi mümkün olmamış, lakin 2006-cı il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən dövriyyə məbləği 3456355,09 manat təşkil etmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olur. İddiaçının Narzul firmasında işlədiyi dövrdən xx.xx.2006-xx.xx.2006-cı il tarixədək olan dövr üzrə fərdi hesabına sığorta haqlarının ödənilməməsi dəlilini məhkəmə bütövlükdə həmin firmadakı fəaliyyətin sığorta stajına daxil etməyə istisna edəcək hal kimi də qəbul etmir. Belə ki, qeyd edildiyi kimi fərdi uçot xx.xx.2006-cı il tarixdən sonra yaranmış, yalnız həmin dövrdən sonra fərdi hesaba məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi irəli sürülmüşdür. Belə olan halda iddiaçının ən azı Narzul firmasında işlədiyi xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək olan dövr onun sığorta stajına daxil edilməlidir. İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Karat KDM-də işləmiş, əmək kitabçasında həmin qeydlərin əsaslılığına şübhə yaradan hala rast gəlinməmişdir. Lakin iddiaçının Karat KDM-nin xx.xx.1995-ci ildə qeydiyyatından əvvəl işləmiş olduğunu nəzərə alaraq həmin dövr onun ümumi stajına daxil edilməsə belə yuxarıda qeyd edilən təhsil və digər əmək fəaliyyəti dövrləri pensiya təyinatı üçün 25 ilin tamamlanmasına kifayət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil dövrü də daxil olmaqla ümumi stajı 25 ildən çoxdur (xx.xx.1976-xx.xx.1981 (təhsil), xx.xx.1981xx.xx.1991, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2006 - cəmi 27 il 10 ay 15 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdən (62 il 6 ay) əmək pensiyası hüququ yaranmış və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3104/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-952/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-952/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver