Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-954/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, X2 və İddiaçı2 Cavabdeh2nə qarşı (3-cü şəxs İddiaçı3) “sərəncamın ləğv edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçıX27 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə X2 və İddiaçı2 Cavabdeh2nə qarşı 3-cü şəxs İddiaçı3 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. X4 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin bütün hallarını hərtərəfli araşdırmamışdır. Məhkəmə öz qərarında qeyd edir ki, 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 29 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2005-ci il tarixli, 962 saylı Cavabdeh2 sərəncamı qəbul edilərkən ünvan 1 ünvanında X21, X7, İddiaçı3, X22, X10 və X28 qeydiyyatda olmuşlar. Ancaq onların bu qeydiyyatı yalnız formal xarakter daşıyır və heç vaxt həmin ünvanda yaşamamışlar və onların qeydiyyatının formal xarakter daşıması nüansı məhkəmə tərəfindən göz ardı edilmişdir. Belə ki, onların formal olan qeydiyyatını təsdiq edən 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 72 nömrəli, xx.xx.2018-ci il tarixli arayış da məhkəməyə təqdim olunmuşdur. Bundan başqa iddiaçı və ailə üzvlərinin 1965-ci ildən həmin mənzildə yaşadıqlarını, qardaşlarının və onların ailə üzvlərinin heç vaxt orada yaşamadığını təsdiq edən 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş qonşuların imzaladığı akta əsasən verilən arayış da məhkəməyə təqdim olunmuşdur. Bununla da aydın olur ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 962 saylı Sərəncamı qəbul edərkən ilk öncə həmin ünvanda yaşayan şəxslərin, yəni onun və ailə üzvlərinin razılığını almalı idi, lakin Cavabdeh2 əsassız şəkildə etibarsız Sərəncam qəbul edərək qardaşı X11 adına “kirayə müqaviləsinin dəyişdirilməsinə dair” sərəncam qəbul etmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi öz qərarında nə üçün 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş və onun və ailə üzvlərinin mübahisəli mənzildə yaşadığını təsdiq edən arayışlarını araşdırmadığını və ya əsassız hesab olunmasının səbəblərini göstərməmişdir. Məhkəmə ümumiyyətlə qardaşının və ailə üzvlərinin formal olaraq mübahisəli mənzildə yaşadığını və əslində 1965-ci ildən o mənzildə iddiaçı və ailə üzvlərinin yaşadığını nəzərə almamışdır və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən yalnız 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 29 nömrəli, xx.xx.2019-cu il tarixli arayışı sübut kimi qəbul etmişdir. Həmin arayışda isə yalnız qardaşı X11 və ailə üzvlərinin mübahisəli mənzildə qeydiyyatda olduqları qeyd olunur və əslində mübahisəli mənzildə faktiki olaraq kimlərin yaşadığını göstərmir. Həmin arayışın yeganə sübut kimi qəbul olunması isə onun və ailə üzvlərinin Mənzil Məcəlləsinin 81-ci maddəsi ilə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki,X2 və İddiaçı2 cavabdehlər İddiaçı3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 81, 42 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli, 962 saylı sərəncamın ləğv edilməsi, sözügedən mənzilə dair X11 adına edilmiş özəlləşdirmənin etibarsız hesab edilməsi, İddiaçı3 adına olan mübahisəli mənzilə dair çıxarışın ləğv edilməsi, yaşayış sahəsinə hüququn itirilməsi və qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh qismində yalnız Cavabdeh2 tanınmasını və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81, 42 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli, 962 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlər İddiaçı3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cavabdehlər sırasından çıxarılmış, İddiaçıların qeyd edilən iş üzrə ünvan 4 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 tərəfindən verilən xx.xx.2005-ci il tarixli, 962 saylı sərəncamın ləğv edilməsi barədə dəqiqləşmə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə X2nun və İddiaçı2 iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1335/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə X2nun və İddiaçı2 şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olmaqla rədd edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən məhkəmənin mövqeyi ilə razılaşır. Hazırki iddia üzrə iddiaçılar iddia edirlər ki, ünvan 5 ünvanında yerləşən mənzilə dair xx.xx.1965-ci il tarixli, 29823 saylı order verilmiş, orderdə atası X12, X27, bacısı Ələkbərova (Yəhyayeva) Elmira Nəsir qızı, qardaşı X13, digər qardaşı X11 adları öz əksini tapmışdır. O, 1965-ci ildən həmin mənzildə yaşayır. 1985-ci ildə həmin ünvandan qeydiyyatdan çıxsa da, faktiki həmin mənzildə yaşamağa davam etmişdir. 1986-cı ildə ailə həyatı qurmuş və indiyə qədər də öz ailə üzvləri-həyat yoldaşı və 2 övladı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Qardaşları mübahisəli mənzildə heç vaxt yaşamamışlar. X1 1982-ci ildə rəhmətə gedəndən bir müddət sonra 2005-ci ildə qardaşı X21 mübahisəli mənzilə dair onun, bacısının və digər ailə üzvlərinin xəbəri və razılğı olmadan Cavabdeh2ndən “kirayə müqaviləsinin dəyişdirilməsnə “ dair sərəncam almış, 2010-cu ildə mübahisəli mənzili öz adına özəlləşdirmişdir. 2017-ci ilin aprel ayında qardaşı X44 rəhmətə getmiş, bundan sonra sonuncunun oğlu, İddiaçı3 2018-ci ilin yanvar ayında sözügedən mənzili digər vərəsələrin razılıq ərizələri olmadan, onların pay hüququnu nəzərə almadan öz adına özəlləşdirmişdir. Beləliklə, iddiaçıların mövqeyinə görə ünvan 5 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin iddiaçının ailəsi ilə 1986-cı ildən bəri həmin mənzildə yaşamasına, qardaşının isə həmin mənzildə yaşamamasına baxmayaraq iddiaçıların razılığı olmadan X11 adına rəsmiləşdirilməsi qanunsuz olduğundan Cavabdeh2 xx.xx.2005-ci il tarixli, 962 saylı sərəncamı ləğv edilməlidir. İş materiallarından müəyyən olunur ki, 26 Bakı Komissarları adına X38 İcraiyyə Komitəsinin 12 saylı, xx.xx.1965-ci il tarixli qərarı və BBİ-nin 4369 saylı, xx.xx.1963-cü il tarixli qərarına əsasən Azərbaycan SSRİ Zəhmətkeşlərin deputatlarının Bakı şəhər Sovetinin icra komitəsi Yaşayış sahəsinin uçotu və paylanması şöbəsi tərəfindən verilmiş 29823 saylı, xx xxxxx 1965-ci il tarixli orderə əsasən order X8 verilmişdir ondan ötrü ki, o və onunla birgə yaşayan 4 nəfər Musabəyov küçəsi, 3153-57 məhəllə, ev 61, mənzil 42, blok 3, mərtəbə 5, ünvanında yerləşən 47 kv.m-dən ibarət olan 3 otaqlı mənzildə yaşayış sahəsi almaq hüququna malikdirlər. Yaşayış sahəsinə sahib olmaq hüququ ilə orderə əsasən mənzilə köçmüş şəxslərin siyahısında, X18 - özü; X14 - oğlu; X23 - oğlu; X20 qızı; İddiaçı1 Nasir oğlu - oğlu adları qeyd edilmişdir. İşdə olan Cavabdeh2 Başçısının “kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” 962 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, H.Zərdabi küçəsi 81 saylı evin 42-ci mənzilinin kirayəçisi X6 ölümü ilə əlaqədar 3 otaqlı, sahəsi 47 kv.m olan mənzilin kirayə müqaviləsi mərhumun oğlu ilə bağlanmış. Kirayə müqaviləsi bağlanan zaman ailə tərkibi 6 nəfərdən - X21 - özü, Yəhyayeva Pikəxanım Ə.- arvadı, İddiaçı3 Ə.oğlu, Yəhyayev Aydın Ə. - oğlu, Yəhyayeva Brilyant N. - nəvəsi, Yəhyayev Faiq Ə. - oğlu ibarət olmuşdur. İşdə olan 56 saylı Mənzil Kommunal İstismarı sahəsi tərəfindən verilmiş 264 nömrəli, xx.xx.2010-cu il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi X19r. Həmin tarixdə mənzildə X21 (qeydiyyat tarixi xx.xx.1968), İddiaçı3 (oğlu, qeydiyyat tarixi xx.xx.1991), X15 (nəvəsi, qeydiyyat tarixi 2003) qeydiyyatda olmuşlar. İşdə olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X11 vərəsəsi İddiaçı3 - Bakı şəhəri, H.ünvan 6 mənzil 42 ünvanında yerləşən miras əmlakdan tam payda irs almalıdır. Cavabdeh2 Başçısı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 3226/d saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Yasamal rayonu, H.B.ünvan 6 mənzil 42 ünvanında hal- hazırda 4 nəfər - İddiaçı3, X9, X36 və X29 qeydiyyatdadır. İşdə olan 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 29 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2005-ci il tarixli, 962 saylı Cavabdeh2 sərəncamı qəbul edilərkən ünvan 1 ünvanında X21, X7, İddiaçı3, X22, X9 və X28 qeydiyyatda olmuşlar. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş 2009-cu ilin 1 oktyabra qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icrarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayış onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qaunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin hədddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi mübahisənin mövcud olduğu dövr mənzil qanunvericiliyi yalnız icarədar ilə birlikdə yaşayan ailə üzvləri və ya icarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslərə icarədarın hüquqlarından (o cümlədən icarə müqaviləsinin bağlanması) istifadə etmək imkanını tanımışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilin ilkin icarədarı xx xxxxx 1965-ci il tarixli orderə əsasən X16 olmuş, onunla birgə yaşayan ailə üzvləri kimi isə (X14 - oğlu; X23 – oğlu və hazırki iddiaçılar X20 - qızı və İddiaçı1 Nasir oğlu olmuşlar. X4 həmin ünvana 1965-ci ildə qeydiyyata düşsə də, 1985-ci il tarixdə həmin ünvandan qeydiyyatdan çıxmış və bir daha həmin ünvana qeydiyyata düşməmişdir. İddiaçı2 isə həmin ünvanda ümumiyyətlə qeydiyyatda olmamışdır. İşdən müəyyən olunur ki, sözügedən mənzil 2005-ci ildə kirayə müqaviləsi üzrə rəsmiləşdirilərkən həmin ünvanda X21 və onun ailə üzvləri X7, İddiaçı3, X22, X9 və X28 qeydiyyatda olmuşlar. Beləliklə, orderdə adı qeyd edilmiş və mübahisəli mənzildə qeydiyyatda olan X11 mənzilin ilkin icarədarı mərhum X5 onunla birgə yaşayan ailə üzvü kimi mənzilin kirayədarı kimi tanınmasını, mənzil kirayə müqaviləsinin öz adına dəyişdirilməsini tələb etmək hüquqlarına malik olmuşdur. Hazırki iddiaçılar həmin ünvanda faktiki olaraq yaşadıqlarını qeyd etsələr də sözügedən sərəncam qəbul edilərkən mənzil üzrə qeydiyyatda olmamışlar və hər ikisi mənzilin icarədar ilə birlikdə yaşayan və ümumi təsərrüfat aparan şəxs qismində tanınmalarını tələb etməmişlər. Belə olan halda cavabdeh orqan kirayə müqaviləsinin dəyişdirilməsini rəsmiləşdirərəkən hazırki iddiaçıların razılıq ərizələrinin alınmasına zərurət yaranmamışdır. İddiaçıX27 mübahisəli mənzildə hələ 1965-ci ildən qeydiyyatda olduğunu, sonradan 1985-ci ildən qeydiyyatdan çıxsa da indiyə kimi həmin mənzildə qeydiyyatsız yaşamasını iddia edərkən bununla bağlı məhkəməyə 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 72 nömrəli arayışlarını təqdim etmişdir. Qeyd edilən arayışlarda göstərilmişdir ki, X27 ünvan 1 ünvanına 1965-ci ildə qeydiyyata düşüb, xx.xx.1985-ci ildə qeydiyyatdan çıxıb və qeydiyyata düşdüyü gündən bu günə kimi ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşayır. Lakin, İddiaçı3, X15,X29, X37 həmin ünvanda qeydiyyatda olsalar da, heç vaxt orada yaşamamışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsində göstərilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi fiziki şəxs yaşayış yeri üzrə pasport qeydiyyatında olmalıdır. Şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsinin asanlaşdırılması baxımından zəruridir. Kollegiya iddiaçının 1985-ci ildən mübahisəli mənzildən pasport qeydiyyatından çıxması və həmin vaxtdan hazırki dövrədək onun faktiki yaşadığını iddia etdiyi mənzildə qeydiyyatsız yaşaması faktını 30 ildən çox müddət ərzində iddiaçının hər hansı səbəbdən yaşadığı mənzil üzrə pasport qeydiyyatından irəli gələn hüquq və vəzifələrinin realizəsinə zərurətin yaranmaması və bununla da qeydiyyata ehtiyac olmadan yaşamasının mümkünlüyü baxımından ağlabatan və inandırıcı hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalar düzgün tətbiq edilmiş, iş üzrə sübutlara düzgün qiymət verilmişdir. Bu əsasdan apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: X3 apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-954/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-954/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver