Məhkəmə qərarları › İş №2-1(103)-954/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-954/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-954/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş , ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 2127/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 11.12.2019-cu il tarixdə cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 04.12.1987-ci il tarixdən 22.12.2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. 1971-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığından və yaşayış yeri Suraxanı rayonunda yerləşdiyindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə əmək pensiyası ilə təmin edilməsi üçün müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilən pensiya məbləğinin az olmasının səbəbini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh olan inzibati orqan müraciətini müsbət cavablandırmamış və 27.11.2019-cu il tarixli, **********5 saylı imtina cavabı ilə bildirmişdir ki, əmək kitabçasına əsasən “Avtomobilçi” Cəmiyyətində 04.12.1987-ci il tarixdən 22.12.2003-cü ilədək olan iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçı qeyd edir ki, əmək kitabçasında iş yerləri barədə müvafiq qeydlər var. Əmək kitabçasının 22-24-cü səhifələrindəki qeydlərdən də görünür ki, iddiaçı 04.12.1987-ci ildən 22.12.2003-cü ilədək işlədiyi dövr əmək kitabçasında rəsmiləşdirilmişdir. Yəni iddiaçının əmək kitabçasında adı qeyd edilən müəssisədə işləməyi mötəbər sübutla - əmək kitabçası ilə təsdiqlənir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 10.06.2020-ci il tarixdə iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, İddiaçı 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərardadı ilə İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı İddiaçı 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı 28 oktyabr 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2020 saylı, 28.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olamayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2127/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı 1992-ci il tarixdən 2003-cü il tarixədək “Avtomobilçi” Cəmiyyətində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan cavabdeh 15.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək (apellyasiya şikayəti Hüquq departamentinin müdiri: Yeganə Məmmədova və hüquqşünas Fatimə Əzizli tərəfindən imzalanmışdır), Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2127/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Avtomobilçi” Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi"nin Sığorta” (Hesabat) altsistemində sığortaedən “Avtomobilçi” Cəmiyyətinə aid əsas məlumatlardan görünür ki, həmin müəssisə 07.10.2009-cu il tarixindən sığortaedən kimi qeydiyyatdan keçmişdir. Belə ki, “Avtomobilçi” Cəmiyyətinə 07.10.2009-cu ildə qeydiyyatdan keçməsi onu sübut edir ki, müəssisə həmin dövrə qədər hər hansı hesabat verməmiş və hər hansı borcu yaranmamış, nəticədə sosial sığorta münasibətlərinin iştirakçısı olmamışdır, bu səbəbdən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi həmin müəssisəyə aid edilə bilməz. Həmçinin qeyd etmək lazımdır ki, vətəndaşların pensiya kapitalı onların və sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqqları əsasında formalaşır. Məcburi dövlət sosial sığorta haqqları ödənilməyən dövrlərin staj kimi hesab olunması pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququnun pozulmasına gətirib çıxaracaqdır. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi Publik Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. İşin apellyasiya icraatı zamanı məhkəməyə dəftərxana vasitəsilə cavabdehin apellyasiya şikayətindən imtina barədə 09.03.2021-ci il tarixli, **********0 nömrəli vəsatəti (vəsatət Hüquq departamentinin müdiri: Yeganə Məmmədova və hüquqşünas Fatimə Əzizli tərəfindən imzalanmışdır) daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş yükünü, vətəndaşın maddi vəziyyətini nəzərə alaraq Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04.02.2020 nömrəli qərarı icra edilmiş, İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatət verdiyini, iddiaçının 11 il staja görə yaranan fərq məbləğinin az olduğunu, iddiaçının maddi vəziyyətini və məhkəmənin iş yükünü nəzərə alaraq, apellyasiya şikayətini geri götürdüklərini və bunun hüquqi nəticələrinin onlara aydın olduğunu, vəsatətin təmin edilməsini, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, 2017-ci ildən 63 yaşdan pensiya aldığını, 153 manat pensiya hesablandığını, sonradan müraciət edərək 11 il staja görə yenidən hesablanmanı xahiş etdiyini, 11 il staja görə 100 manat əlavə olunduğunu, sonrakı aydan həmin məbləğin ödənilmədiyini, 11 ilə görə 100 manatın az olduğunu bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini, şikayətin geri götürülməsi barədə vəsatəti araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2127/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2127/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizə qəbul edilməli və həmin şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2127/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar