Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-954/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X45 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X8 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 02/368 saylı müraciətini və xx.xx.2008-ci il tarixli 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərən qeyri-yaayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamının icra edilməsi haqqında 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamı ilə Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində X16, X6 və X36, E.Süleymanov küçəsi 94 saylı bina yaxınlığındakı 150 kv.m. torpaq sahəsində X12 və X37, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində X22, X3 və Zeynal Abdullayevə, Nəsimi küçəsi, İstilikxana divarı boyunca 550 kv.m. torpaq sahəsində X46, X9 və X47, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m. torpaq sahəsində vət. İddiaçı, S.N.Dadaşovaya, X23, X17 və vət. X48 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 113 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə yol qovşağının tikintisi ilə əlaqədar qeyri-yaşayış (ticarət) obyektlərinin bir hissəsinə məhkəmə qərarlarına və Cavabdeh məktublarına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təzminat ödənilməsi, digərlərinin məsələsinin isə məhkəmə icraatında olduğunu nəzərə alaraq həmin qeyri-yaşayış obyektlərinin digər ərazilərdə bərpa edilməsi məqsədilə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/03-8/1768 saylı və s. məktubları qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının “Bakı şəhəri Cavabdeh Başçısının bəzi sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 06 aprel 2012-ci il tarixli 46 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 nömrəli və “Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamında qismən düzəlişlər edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 155 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X22 və qeyrilərinə ünvanlanmış xx.xx.2014-cü il tarixli Kİ-572/1 saylı məktubdan görünür ki, onlara Qaradağ rayonu ərazisində eyni ölçülü torpaq sahələri təklif edilmiş və obyektləri sökülmüş sahibkarlar tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edildiyi təqdirdə istifadədə olmuş torpaq sahəsinin ölçüsünə uyğun olaraq Qaradağ rayonu ərazisində sahibkarlıq fəaliyyəti üçün başqa sahə verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi və həmin qeyriyaşayış sahələrinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində bərpa edilməsi üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamı ilə Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələri obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə Qaradağ rayonu ərazisində ğtorpaq sahəsi ayrılması qərara alınmış, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikdə həmin sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etmək Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin 196 nömrəli xx.xx.2015-ci il tarixli “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamı ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının 1 və 1.1-ci bəndləri aqağıdakı redaksiyada oxunsun: “1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün X63”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə “Koroğlu (Əzizbəyov) metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin sahiblərinə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəəsinin cənub, Lokbatan-Xocəsən yolunun şimal hissəsində aşağıda göstərilən ölçülərdə torpaq sahələri ayrılsın: X16- 60 kv.m., X6- 40 kv.m., X36- 600 kv.m., X24 (“Adil” şirkətinə)- 280 kv.m., X25 – 150 kv.m., X18- 150 kv.m, X12- 220 kv.m., X37- 80 kv.m., X22- 400 kv.m., X3- 90 kv.m., Zeynal Abdullayevə- 160 kv.m., X38- 800 kv.m., X26- 200 kv.m., X46- 200 kv.m., X9- 800 kv.m., X47- 60 kv.m., İddiaçı oğluna- 200 kv.m., X29- 40 kv.m., X23 və X17- 92 kv.m., X48- 50 kv.m., “Merkurriy- R” firmasına (X30)- 2800 kv.m., Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılsın ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikd bu sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etsin”. Sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.03.2-12-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamları öz qüvvəsini itirmiş hesab edilmişdir. İddiaçılar X49, X19, İddiaçı oğlu, X31, X10, X39, X55, X13, X40, X32, X11, X14, X27 və X52 Bakı şəhər Nizami rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata və digər şəxslərə qadağan edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalmış iddiaçıların apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçılar X52, X56, X27 və X20 apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qismən, həmin şəxslərə aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarı ilə X49 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı digər iddiaçılara aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Sözügedən qərardan narazı qalmış Cavabdeh kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-19102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin bundan sonra İddiaçı onun xeyrinə məhkəmə qərarlarının qəbul olunmasına baxmayaraq Cavabdeh tərəfindən obyektinin bərpa olunmasına maneçiliklər törədildiyinə və buna görə də ona ziyan vurulduğuna istinad edərək Cavabdehndən maddi və mənəvi ziyanın tutulmasını tələb edir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbi təmin edilməmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış binlaraının tkikintisi üçün İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009cu il tarixli sərəncamı ilə Cavabdehnə aidiyyəti üzrə torpaq sahələrinin ayrılması tapşırılmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamların icrası olaraq 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamla rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayrılmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçsının 113 saylı xx.xx.2012-ci il tarixli Sərəncamı ilə yuxarıda göstərilən 77 saylı xx.xx.2009-cu il tarixli sərəncam ləğv edilmişdir. Bununla əlaqədar rayon İcra Hakimiyyəti Başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Hazırda torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək rayon İcra Hakimiyyəti başçsının səlahiyyəti xaricindədir. Bununla əlaqədar iddiaçıya aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin imtinadan narazı qalan İddiaçı oğlu cavabdeh Bakı şəhər Cavabdehnə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə cavabdehdən 800.000 manat məbləğində maddi, 250.000 manat məbləğində isə mənəvi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, uzun müddət Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün X63nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün X63”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Cavabdehnə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindən, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.metr B.Çobanzadə küçəsində, torpaq sahəsində ona 100 kv. metr torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərarı ilə onun və digər iddiaçılar X2 və X4 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015- ci il tarixli qərarı qismən - ona və digər iddiaçılar X7 və X3, İddiaçı aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onun və digər iddiaçılar X3, X7 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(102)-1650/2018 saylı 08 avqust 2018-ci il tarixli qərarı ilə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərarının üçüncü şəxsin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu tərəf Bakı şəhəri Cavabdeh yenə də qətnamənin icrasını təmin etməkdən yayınır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdehin sərəncamlarına əsasən ticarət obyektini bərpa etmək cəhdlərinə müdaxiləsini tam olaraq qanunsuz hesab edir. Xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış obyekti 2007-ci ilin may ayında heç bir məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən cavabdeh tərəfindən sökülmüşdür. Ona məxsus tikilinin dövlət ehtiyacları üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində ona dəymiş zərərin kompensasiyası qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq uzun illərdir ki, Cavabdeh müdaxilələri nəticəsində icra olunmamış, nəticədə mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, o, həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmiş, mənəvi sarsıntı keçirmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək və əlavə ərizə təqdim edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiasının təmin edilərək ona vurulmuş maddi ziyana görə 300.000 manat, mənəvi ziyana görə 250.000 manat və mülkiyyətindən məhrum olması ilə bağlı 100 kv.m. sahə üçün cavabdehdən onun xeyrinə 500.000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdi. Cavabdehin nümayəndəsi X28 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Cavabdehin nümayəndəsi X21 digər nümayəndənin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını, bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 09 dekabr 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı oğlunun cavabdeh Bakı şəhər Cavabdehnə qarşı tələbi “maddi və mənəvi ziyanın tutulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının fəaliyyətinin dayanmasının, onun gəlirdən məhrum olmasının təsdiq edilməməsinə, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərərin dəyməsinin sübuta yetirilməməsinə, həmçinin iddiaçınının pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclərin öz təsdiqini tapmamasına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 1255 saylı xx.xx.2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərən qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin tələblərini rəhbər tutaraq qərara alınmışdır ki, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv metr torpaq sahəsində vət. İddiaçı, S.N.Dadaşovaya, X23, X17 və vət. X48 ticarət xəttinin tikintisinə icazə verilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/4861 saylı 26 oktyabr 2011-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı ilə verilmiş icazə əsasında Nizami rayon, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan ərazidə ayrılmış, ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinin 100 kv.m hissəsində aparılacaqdır. Ərazi əvvəllər digər tikinti məqsədləri üçün istifadə olumamış, sahə tikinti və yaşıllıqdan azaddır. Cavabdeh ilkin razılığı nəzərə alınaraq İddiaçı layihə tapşırığı əsasında ayrılmış sahənin hüdudları daxilində nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri Cavabdeh Layihə-Smeta Bürosu tərəfindən hazırlanmış və Bakl şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/900 saylı xx.xx.2010-cu il tarixli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə fərdi layihə əsasında, planda ölçüləri 16.7 m x 6.0 m olan birmərtəbəli ticarət obyekti binası inşa olunacaq, ərazidə abadlaşdırma işləri aparılacaqdır. İnşa olunan tikili sahəsi 87.75 kv.m. olan bir ədəd ticarət zalından ibarətdir. Tikinti işləri əsasən yerli inşaat materiallarından istifadə olunmaqla dəmir-beton konstruksiya əsasında yerinə yetiriləcəkdir. Binanın fasadı müasir tikinti materiallarından və fasad boyalarından istifadə olunmaqla xüsusi qaydada, şəhərin memarlığına uyğun şəkildə bəzədiləcəkdir. İnşaat işləri zamanı əfraf mühitə olan təsirlər tikintinin davametmə müddətində baş verməklə, qısa müddətli və lokal xarakterli olacaqdır. İnşaat işləri müddətindən atmosferin əsasən qeyri-üzvi çirkləndirilməsi baş verəcəkdir. Ərazidə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparılmasına Cavabdeh Başçısının 93 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı ilə icazə verilmişdir. Obyektin gələcəkdə ticarət mərkəzi məqsədilə istifadə olunması nəzərdə tutulmuşdur. Obyektin istismarı müddətində ətraf mühitə ciddi təsirlər gözlənilmir. Qeyd olunanlar nəzərə alınaraq təqdim olunmuş sənədlərə ekoloji baxımdan binanın layihələndirilməsi zamanı kommunikasiya xətlərinin və qurğuların mühafizə zonası tələblərinə ciddi riayət olunması, ərazidə inşaat işləri zamanı əmələ gələn tikinti tullantılarının və artıq qruntun aidiyyatı icra orqanlarının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması, inşaat işləri zamanı ətraf ərazidə olan yaşıllıqların tam mühafizəsinin təmin olunması, onların maşın və mexanizmlərin istifadə zamanı zədələnsirilməsi hallarına yol verilməməsi, inşaat işləri müddətində sanitar-ekoloji tələblərin təmin olunması üçün xüsusi qoruyucu tədbirlərin həyata keçirilməsi, əfrat mühitin çirkləndirilməsi hallarının qarşısının alınması üçün ekoloji tələblərə ciddi riayət edilməsi, tikinti sahəsinin və inşa olunan binanın xüsusi torpaqla əhatələnməsi və inşaat sahəsinin tozlanmaya qarşı mütəmadi olaraq sulanması, obyektin yerləşmə movqeyi nəzərə alınaraq vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradılmaması, inşaat işləri müddətində tikinti norma və qaydalarına ciddi riayət edilməsi, inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılmasına şərtlər daxilində etiraz olunmadığı bildirilmişdir. Bakı şəhəri Nizami rayonu, Ş.Mirzəyev küçəsində İddiaçı oğluna məxsus birmərtəbəli ticarət obyektinin tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin X1 nəticələri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X60 Xidmətinin YTNƏŞ-065 saylı 18 yanvar 2012-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədləri qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın 04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nın, “Eleltrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. Obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin quraşdırılması X60 Xidmətindən xüsusi razılıq (lisenziya) almış təşkilatlar tərəfindən həyata keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/18 saylı 25 aprel 2018-ci il tarixli qərarından görünür ki, iddiaçılar X49, X19, İddiaçı, X31, Allahverdiyeva Həşim qızı, X39, X55, X15, X40, X32, X11, X14, X27 və X33 cavabdeh Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə qarşı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata qadağan edilməsi barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı 13 may 2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilərək, 2-1(82)-3379/2015 saylı 13 may 2015-ci il tarixli qərar iddiaçılar İddiaçı və qeyrilərinə aid hissədə ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar İddiaçı Nazim oğluna və qeyrilərinə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsində tikiliəcək qeyriyaşayış obyektinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, tikinti layihəsinə dair müvafiq qaydada dövlət ekoloji, epidemioloji, yanğın təhlükəsizliyi baxımından müsbət rəy verilmişdir. Tikinti işlərinin aparılmasının dayandırılmasına əsas verən qanunvericiliklə müəyyən edilmiş əsasların müəyyən edilmədiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)- 1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarında da müyyən edilmişdir. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Belə olan halda qanuni qüvvədə olan (həm də qanuniliyi dəfələrlə məhkəmə qaydasında mübahisələndirilən) sərəncamlar əsasında iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpa edilməsi ilə bağlı müdaxilələr Cavabdehnə məhkəmə qərarları ilə qadağan edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı və Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamlarının hüquqi qüvvəsini itirmələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 196 saylı 08 may 2015-ci il tarixli sərəncamı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmiş, tikililəcək qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tikintilayihə sənədlərinin təqdim edilməsini nəzərə alaraq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə İddiaçı ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası ilə bağlı müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Qeyd edilən işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xas olan prinsipdir. Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunilik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı “qanun” və “qanuni” anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir, qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüququ qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Belə yanaşma yalnız mülkiyyətə müvafiq kompensasiyanın ödənilməsi ilə məhdudlaşdırılmamalıdır. Əgər söhbət mülkiyyətin geri alınması, özgəninkiləşdirilməsindən gedirsə, həm də tərəflərin özlərinin davranışları, dövlətin tətbiq etdiyi vasitələrin real, adekvat, ədalətli olubolmaması, əmlakdan məhrum olan mülkiyyətçinin sonrakı məhrumiyyətləri və sair hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsiz olduğundan, bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar 13 ildən artıq müddət keçməsinə baxmayaraq icra olunmadığı üçün iddiaçıya ayrılmış 100 kv.m. torpaq sahəsində ona məxsus tikilinin bərpa olunması üçün cavabdeh inzibati orqan tərəfindən qanunsuz müdaxilələrin olunduğu və bu müdaxilələrin cavabdeh inzibati orqana qadağan edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarları olsa da, işin faktiki vəziyyətinə görə 13 ildən artıqdır ki, iddiaçı ona ayrılmış torpaq sahəsində məhz cavabdehin qanunsuz hərəkətləri (maneçiliyi) nəticəsində tikilisini inşa edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə iddiaçı ona cavabdeh tərəfindən maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının ona ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsində inşa edəcəyi qeyri-yaşayış obyektinə görə (100 kv.m.) kompensasiya hesablanan zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.m.-nin 1500 manatdan hesablanması üsulu tətbiq edilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da hüquqi mövqe belə əsaslandırılmışdı ( məsələn: 2-1(102)- 2348/2019 saylı xx.xx.2019-cu il tarixli və s. qərarlarda kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir). Odur ki, məhkəmə kollegiyası mövcud inzibati praktikaya əsasən iddiaçıya məxsus ticarət obyektinin dövlət ehtiyacları üçün sökülməsinə görə dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlarla ona ayrılmış 100 kv.m. torpaq sahəsində ticarət obyektini cavabdeh inzibati orqanın qanunsuz müdaxilələri ilə bağlı bərpa edə bilmədiyi üçün ona verilmiş 100 kv.m. torpaq sahəsində inşa edə biləcəyi ticarət obyektinin hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növlərinin ehtiva olunduğunu nəzərə alaraq hesab edir ki, 100 kv.m. sahəsi olan ticarət obyektinə görə hər kv.m. 1500 manatdan olmaqla 150.000 manat (100 x 1500 = 150.000 manat) kompensasiyanın ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Bundan əlavə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməsi ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (müdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı nəticəyə gələrkən oxşar iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarında müəyyən edilmiş halların bu iş üzrə preyudisial əhəmiyyət daşıdığını, həmin iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında sərgilənən hüquqi mövqeyini nəzərə almamaqla yanaşı, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhər Cavabdehndən iddiaçının xeyrinə maddi ziyanın əvəzi olaraq 150.000 manat, ona vurulmuş mənəvi zərərə görə isə 5.000 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2021 saylı 05 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhər Cavabdehndən maddi ziyanın əvəzi olaraq 150.000 manat, mənəvi zərərə görə isə 5.000 manat pul vəsaiti tutularaq İddiaçı oğluna ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-954/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-954/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver