Məhkəmə qərarları › İş №2-1(103)-954/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-954/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-954/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X13, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9321/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AMEA-nın Yataqxanasının yerləşdiyi ünvana ünvan 2imi qeydiyyata alınmış X4 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsində, sektor müdiri vəzifəsində 11 iyul 2017-ci il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X8 06 avqust 2002-ci il tarixdə 44 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 67 В nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X4 əmək müqaviləsinə 11 iyul 2017-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitunun direktorunun 11 iyul 2017ci il tarixli 308 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın Yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X8 uzun müddətdir qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 6-cı mərtəbəsində yerləşən 67B saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022ci il və 18 mart 2022-ci il tarixli aktlarla müəyyən olunmuşdur ki, X8 həmin 67 В nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X14, həmin yataqxananın elektriki X7, fəhlə vəzifəsində çalışan X10, santexnik X15, xadimə X2 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X8 vaxtilə yataqxanada məskunlaşsa da lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır. 18 mart 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X14, həmin yataqxananın elektriki X7, fəhlə vəzifəsində çalışan X10, santexnik X15, xadimə X2 tərəflərindən tərtib olunan aktla AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyindəki Yataqxanada yoxlama zamanı X4 istifadəsinə verilmiş 67 В nömrəli otaqda X4 yaşamaması və otaqdan qonşusunun yaşayış məqsədilə istifadə etməsi müəyyənləşdirilmişdir. 67 В nömrəli otağı bağlı saxlamaqda davam edən X8 hal-hazırda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda işləmir və sözügedən 67 В nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 67 В nömrəli otağın X8 tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinə 08-69- /2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cavab olaraq 14 aprel 2022-ci il tarixli 091-22994-1222 nömrəli, AMEA-ya 25 aprel 2022-ci ildə daxil olmuş məktubla AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə bildirilmişdir ki, X4 ünvan 6 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X4 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9321/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının balansında olan yataqxana mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsi nəzərə alınaraq hesab edilir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində AMEA-nın Aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X9 İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır. Eyni zamanda, vətəndaşın vaxtilə yataqxanaya hansı sənədlər əsasında və hansı formada qeydiyyata düşməsi hazırda yataqxanada yaşayıb- yaşamaması və ya digər halların onun qeydiyyatdan çıxarılmasına heç bir aidiyyəti yoxdur. Bu məsələ ilə bağlı, yəni qeydiyyatdan çıxarılması üçün əhəmiyyət kəsb edən yeganə hal vətəndaşın qanunun birbaşa tələblərinə əsasən, hazırda AMEA-da təhsil almaması faktıdır. AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuşdur və təyinatına görə yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuş müvəqqəti yaşayış sahələridir. Həmçinin, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahələri vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Yataqxana bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşamasıüçün zəruri olan digər əşyalarla təmin edilir, yaşayış sahəsinin kirayə müqavilələri təhsillərini başa vurmuşşəxslərlə avtomatik olaraq ləğv edilmiş hesab olunduğundan, ora ancaq AMEA-da təhsil alan şəxslərüçün nəzərdə tutulduğundan, üsulundan və yolundan asılı olmayaraq, digər şəxslərin yerləşdirilməsi qanunsuz olduğundan, digər vətəndaşlar yaşayış sahələrini boşaltmalıdırlar. AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqaviləsi təhsil aldığı müddətləri əhatə edir. Təhsilin başa çatması yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. - 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. - 93.1-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. - 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. - 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. - 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. - 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. - 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 44 nömrəli orderə əsasən AMEA Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli 04 nömrəli protokolu əsasında ünvan 7 ünvanında yerləşən 67 b nömrəli mənzil 2 nəfər ailə tərkibində AMEA Kibernetika institutunda elmi işçi X6 verilmişdir. - İddiaçı İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2017-ci il tarixli 308 nömrəli əmrinə əsasən 18 saylı şöbə, sektor müdiri X1. Resp. ƏM-nin 69 m. 3-cü bəndinə əsasən (öz xahişi ilə) xx.xx.2017-ci il tarixində işdən azad edilmişdir. - AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri Azər Quliyev, həmin yataqxananın santexniki Zaur Quliyev, fəhlə Tural Məlikov, operator Əli Məlikov, elektrik Sabit Sarxanov, xadimə Sürahi Nəcəfova tərəfindən 14 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, X8 AMEA-da işləmir və vaxtilə yataqxanada məskunlaşmış 67 В nömrəli otaqda uzun müddətdir yaşamır. - AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində Yataqxananın müdiri Azər Quliyev, elektriki Sarxanov Sabit, fəhlə Məlikov Tural, santexnik Quliyev Zaur, xadimə Nəcəfova Sürahi tərəfindən 18 mart 2022-ci il tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin 9 mart 2022-ci il tarixli 66 №li əmrinə uyğun olaraq AMEA-nın yataqxanasında aparılan yoxlama zamanı məlum oldu ki, 67 В nömrəli otaqda həmin otağın sakini olmuş X8 uzun illərdir o otaqda yaşamır. Otaqdan qonşusu yaşayış məqsədilə istifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir və yuxarıda qeyd olunan normalardan da göründüyü kimi yataqxanalar daimi istifadə üçün deyil, yalnız istifadəsinə verilmiş vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmasından və iş materiallarından məlum olur ki, hazırda 3-cü şəxs X8 AMEA-da təhsil almır, xidmət keçmir və AMEA-ı ilə arasında hər hansı əmək münasibətləri mövcud deyil. Həmçinin Kollegiya tərəfindən 3-cü şəxsin Mənzil Məcəlləsinin 102.2-ci maddəsinin təsiri altına düşməsi də müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin öz qərarını əsaslandırarkən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 106, 107,108 və 105-ci maddələrinə istinad etməsilə bağlı Kollegiya qeyd edir ki, həmin maddələrin məzmunundan görünür ki, yataqxanalar fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşamaları üçün nəzərdə tutulmuş və 105-ci maddənin təsir dairəsinə düşən şəxslərin də həmin yaşayış sahələrində yaşadıqları təqdirdə çıxarılmaları qadağan edilmişdir. Eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsində də bu qeyd olunmuşdur. Lakin, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ünvan 6 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan lakin yaşamayan şəxslər barədə siyahıdan X4 uzun illərdir ki qeyd olunan ünvanda yaşamadığı müəyyən olunur. Həmçinin, məhkəmə araşdırmsı zamanı 3-cü şəxs öz izahatında da bildirmişdir ki, yataqxanadakı otaq çox kişik ölçülü olduğundan ailəsi ilə birlikdə rayonda anasının yanında qalır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarından 3-cü şəxsin qeydiyyatda olduğu yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etmədiyi və həmin yaşayış sahəsində yaşamadığı müəyyən edilmişdir. Göründüyü kimi, X4 qeydiyyatdan çıxarılması üçün Konstitusiya Məhkəməsinin qərarında qeyd olunan hər iki şərtin mövcudluğu iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış və buna uyğun olaraqda sözügedən mənzildə sonuncunun qeydiyyatda qalması üçün əsaslar olmadığından məhkəmə kollegiyası tərəfindən iddiaçının tələbinin haqlı olması qənaətinə gəlinmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9321/2022 saylı, 16 sentyabr 2022-ci tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9321/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilsin. ünvan 2imi qeydiyyata alınmış X4 qeydiyyatdan çıxarılması cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar