Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-954/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və mütəxəssis X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması və s” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasının yenidən hesablanması barədə 12 aprel 2023-cü il tarixli və 07 mart 2023-cü il tarixli qərarlarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi illər üzrə pensiyanın sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavənin məbləği azaldılmamaqla əmək pensiyasının orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin edilməsi və əvəzləşdirilmiş (tutulmuş) pul məbləğinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 12 aprel 2023-cü il tarixli və 07 mart 2023-cü il tarixli qərarlar ləğv edilmiş və İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin edilməsi nəzərə alınmaqla yenidən hesablanması və artıq ödəmə adı ilə əvəzləşdirilmiş (tutulmuş) pul məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və mütəxəssis izahat verərək, iddiaçının əmək pensiyasının yenidən hesablandığını bildirirərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-3512/2024 nömrəli qərarla İddiaçı əmək pensiyası qulluq stajına görə əmək pensiyasına əlavə artım qədər azaldılmamaqla yenidən hesablanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan 3-xx.xx.2024-cü il tarixli 3- 17-1/3-7-3512/2024 nömrəli qərarı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə 12 aprel 2023-cü il tarixli və 07 mart 2023-cü il tarixli qərarlarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyi illər üzrə pensiyanın sığorta hissəsində yığılmış pensiya kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavənin məbləği azaldılmamaqla əmək pensiyasının orta aylıq əmək haqqının 80 faizi miqdarında təyin edilməsi və əvəzləşdirilmiş (tutulmuş) pul məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-954/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-954/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver