Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-956/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “qərarın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin xx.xx.2020-ci il tarixli **********197876 nömrəli “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, vergi orqanı qanunvericiliyin tələblərini pozaraq cavabdehin səyyar vergi yoxlamasını təşkil etmişdir, belə ki, səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda VM-in 38.2-ci maddəsinə zidd olaraq yoxlamanı 30 iş günü ərzində həyata keçirmiş, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Vergi orqanı yoxlamanın xx.xx.2018-ci il tarixdən başlanmasından təxminən 10 ay keçdikdən sonra xx.xx.2019-cu il tarixdə 30 gün müddətinə yoxlamanın vergi orqanının təşəbbüsü ilə ekspertizanın keçirilməsi əsası ilə dayandırılması barədə qərar qəbul etmiş, daha sonra ekspert rəyinə ümumiyyətlə ehtiyac qalmadığı qənaətinə gəlmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamanın başa çatma tarixi xx.xx.2018 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Həmçinin, vergi orqanının xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Çıxarışda yalnız yoxlamanın başlanması haqqında qərarda adı olan yoxlayıcı X11 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmiş, yoxlamanı bundan sonra aparan yoxlayıcılar X7 və X4 barəsində heç bir məlumat mövcud olmamışdır. Vergi orqanı xx.xx.2018-ci il tarixdə cəmiyyətə tələbnamə təqdim edərək yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmiş və cəmiyyət yoxlamaya aid olan bütün sənədləri vergi orqanına təqdim etmişdir. Belə ki, vergi orqanı yoxlama aktında cəmiyyət tərəfindən sənədlərin qimsən təqdim edildiyini göstərsə də, bununla bağlı sənədlərin qismən təqdim edilməsi barədə akt əvəzinə, sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib etmiş, tələbnamə üzrə nəzərdə tutulmuş hansı sənədlərin cəmiyyət tərəfindən təqdim edilmədiyini ümumiyyətlə qeyd etməmişdir. Vergi orqanı vergi qanunvericilik normalarına əməl etməyərək aktı vergi ödəyicisinə tanış olması, imzalanması və müvafiq qeydlərin aparılması üçün təqdim etməmiş və bununla da kobud qanun pozuntusuna yol verərək cəmiyyətin hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehin qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarı ümumiyyətlə əsaslandırılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənmiş, habelə qeyd olunan qərarın surəti cəmiyyətə bu günədək təqdim edilməmişdir. Vergi orqanı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş 3 illik müddəti keçirməklə əlavə vergilər hesablamış və maliyyə sanksiyaları tətbiq etmişdir. Belə ki, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. Vergi orqanı isə qanunvericiliyinin normalarını özünə uyğun tərzdə başa düşərək hesabat dövründən 3 illik müddət keçmiş vergiləri və maliyyə sanksiyaları hazırkı halda iddiaçının üzərinə qoymuşdur. Belə ki, səyyar vergi yoxlaması aktına nəzər yetirilsə görünür ki, aşağıdakı qeyd olunan vergilərin və maliyyə sanksiyaların 3 illik müddəti keçmişdir: 2016-cı ilin sentyabr-oktyabr, 2017-ci ilin yanvar ayları üzrə ƏDV üzrə - 68 746,10 manat (2016-cı il sentyabr – 30 346,70 +2016-cı il oktyabr – 25 015,33 + 2017ci il yanvar – 13 384,07) vergi və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34 373.05 manat maliyyə sanksiyası (ümumilikdə 103 119,15 manat). Cavabdeh vergi orqanı VM-nin 67-ci maddəsində göstərilən ardıcılığa əməl etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa VM-nin 67.14-cü maddəsini tətbiq etməklə vergilərin hesablanmasını həyata keçirmişdir ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Vergi orqanı tərəfindən ƏDV üzrə 557.284,01 manat azaldılmasının və 338.688,45 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 165.313,33 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 278.642,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinin tələbindən göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Vergi orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlər çərçivəsində yoxlama həyata keçirilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi qanunvericiliyi dayandırma əsaslarını müəyyən etmişdir və onlardan biri də ekspertizanın keçirilməsidir. Vergi orqanı isə yoxlamanın dayandırıması zamanı hər hansı qanun pozuntusuna yol verməmişdir. Həmçinin, vergi orqanı tərəfindən “sənədlərin qismən təqdim edilməsi barədə xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir və akt vergi ödəyicisi tərəfindən imzalanıb möhürlənməklə qəbul edilmişdir. Sadəcə səyyar vergi yoxlaması aktında texniki səhv olaraq aktın adı düzgün qeyd edilməmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixli sənədlərin qismən təqdim edilməsi barədə aktda hansı sənədlərin təqdim edilməməsi, yoxlama aktının 1.9.4-cü bəndində hansı sənədlərin təqdim edilməsi və sənədlərin və nümunə kimi əşyaların götürülməsi protokolu barədə məlumatlar öz əksini tapmışdır. Bundan əlavə, həm səyyar vergi yoxlaması aktı və həm də məsuliyyətə cəlb edilməsi haqqında qərar iddiaçıya təqdim edilmiş və sonuncu tərəfindən imzalanıb möhürlənməklə qəbul edilmişdir. Həmçinin, vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarın qəbul edilməsi şərtləri, əsasları və digər hallar səyyar vergi yoxlaması aktında kifayət qədər əsaslandırılmışdır. Vergi orqanında olan mövcud praktikada aktda qeyd edilənlər təkrarən məsuliyyətə cəlb edilmə qərarında əks etdirilmir. Eyni zamanda, yeni redaksiyada verilmiş 85.4-cü maddəsinə əsasən müəyyən edilən 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Nəzərə alsaq ki, yoxlama aktı və nəticələri barədə məsuliyyət qərarı qanun qüvvəyə mindikdən sonra qəbul edilmişdir, belə olan halda 3 illik yoxlama dövrünün bitməsinə istinad etmək əsassızdır. Bundan əlavə, vergi orqanı tərəfindən 67.14-cü maddənin tələbləri gözlənilməklə şərti rentabellik norması əsasında xərcə uyğun olaraq vergilər hesablanmışdır. Müvafiq olaraq pərakəndə satılmış malların dəyərini, miqdarını, ticarət əlavəsini müəyyən etmək mümkün olmadığından bu hal xərcə əsasən şərti rentabellik normasını tətbiq etməyə əsas vermişdir. Bununla yanaşı, yoxlama zamanı VM-nin 159.1-ci və 161-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən satış dövriyyəsi düzgün göstərilməmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 260 572,38 (1447624,43 x 18%) manat məbləğində azaldılmışdır. Eyni zamanda, VM-nin 175.1.2-ci maddəsinin tələblərinin pozulması nəticəsində əvəzləşdirilməli olan (idxal edilmiş mallara görə) 41 976,85 manat ƏDV məbləği əvəzləşdirilməmişdir. Yoxlama zaman həmin ƏDV məbləği VM-nin 175.1.2-ci maddəsinə müvafiq olaraq əvəzləşdirildi. Göstərilənlərə əsasən cavabdeh vergi orqanı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarı ləğv edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermişdir. Şikayətin dəlili kimi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən deyil birbaşa 83.9-cu maddəsinin tələbələri çərçivəsində hesablanması ilə bağlı hissədə rayon məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir, çünki vergi orqanının Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, vergiləri hesablamaq hüququ var və vergi qanunvericiliyində əlaqəli məlumatlara istinad edilməsi ilə bağlı hər hansı sərt ardıcıllıq müəyyən edilməmişdir. Məhkəmə qərarında cavabdeh vergi orqanın VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi və yoxlamanın qanuniliyinin əsaslandırmadığına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsasları aktın 1.8ci bəndində qeyd edilmiş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmiş və bu səbəbdən də məhkəmənin dəlilləri əsassızdır. Məhkəmənin səvvar vergi yoxlamasının keçirilmə müddətlərinin təqvim günləri ilə hesablanmasına dair dəlili ilə bağlı göstərmişdir ki, məhkəmənin həmin müddəanın mənasına dair verdiyi şərhi əsassızdır. Belə ki, VM-nin 38.4-cü maddəsinə görə səvvar vergi yoxlaması is günü və vergi ödəvicisinin is vaxtı ərzində keçirilir. Həmçinin is üzrə sahibkarlıq sahəsində aparılan voxlamarın vahid məlumat reyestrindən çıxarışda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Qanunvericiliyə edilmiş dəyişiklik isə yoxlamanın yalnız is günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Məhkəmənin cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələblərinin pozulması ilə keçirilməsinə dair dəilili ilə bağlı qevd etmişdir ki, yoxlamanın qeydiyyatdan keçirilməsi, müddətlərin uzadılması, əlavə yoxlama tədbirlərinin reyestrə daxil edilməsi zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə əməl edilmiş və bu barədə məlumatlar yoxlama aktında göstərilmişdir. Məhkəmənin qərarında ƏDV-yə dair vergi orqanın yoxlama aktında hesablamanın mahiyyətinin nədən ibarət olmasının əsaslandırılmamasına dair dəlili ilə razı olmadığı bildirmiş və yoxlama aktında qeyd edilənləri yenidən şikayətə köçürməklə kifayətlənmiş və əlavə heç bir dəlil göstərməmişdir. Məhkəmənin əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi haqqında qərarın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, əlavə yoxlama yoxlama aktında mövcud olan çatışmamazlıqların və uyğunsuzluqların aradan qaldırılması ilə bağlı keçirildiyi üçün həmin yoxlama tədbirinin qeydiyyata alınmasına ehtiyac yoxdur və bu səbəbdən də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsiri altına düşmür. Məhkəmənin yoxlama aktında ƏDV-yə dair müəyyən hesabat dövləri üzrə hesablamanın 3 illik müddətin keçməsi ilə bağlı göstərmişdir ki, yoxlamanın nəticəsi üzrə akt və məsuliyyət qərarı yeni qanun qüvvəyə mindikdən sonra qəbul edildiyindən 3 illik müddətin keçməsinə istinad edilməsi qanuna uyğun deyil. Məhkəmə mühasibatı ekspertizasının rəylərini qərar qəbul edərkən əsas kimi götürsə də, ekspertiza rəyləri ümumiyyətlə əsaslandırılmamış və ekspert rəylərində iddiaçının yalnız vergi orqanına təqdim etidiyi bəyannamə məlumatları təsdiq edilmişdir. Ekspertiza mənfəət vergisi hissəsində vergilərin az hesablanmaması qənaətinə gəlsə də, gəlirləri və xərcləri (ayrı- ayrılıqda) əks etdirən məlumatları, malların dəyərinin formalaşmasını təsdiq edən sənədləri ekspert rəyinə əlavə etməmiş, ƏDV-nin azaldılmasına aid olan cədvəllər yoxlama materiallarına əlavə edilsə də, iddiaçının ƏDV bəyannamələrinin göstəriciləri heç bir əsas olmadan təsdiq etmişdir. Ümumiyyətlə məhkəmə iş üzrə düzgün, tam və ətraflı araşdırma aparmamışdır. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Sofiyeva apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********167194 saylı qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə əhatə olunan vergi dövrü: aprel 2016- avqust 2018. Cavabdehin tərtib etdiyi 14 yanvar 2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktına əsasən mənfəət vergisinin 2016-cı ildə 56203,1 manat, 2017-ci ildə 451035,58 manat azaldılması, ƏDV-nin 2016-cı ilin yoxlanılan dövründə 55362,03 manat azaldılması və 99673,05 manat artıq hesablanması, 2017-ci ildə 29311,69 manat azaldılması və 73556,26 manat artıq hesablanması, 2018-ci ilin yoxlanılan dövründə 203610,29 manat azaldılması və 165459,14 manat artıq hesablanması, 2016-cı ilin yoxlanılan dövründə sadələşdirilmiş verginin 33807,7 manat artıq hesablanması və 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin 112,8 manat azaldılması müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarına əsasən iddiaçıya 692139,34 manat əlavə vergi hesablanması və 497944,71 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. İddiaçının 4 mart 2020-ci il tarixli inzibati şikayətindən görünür ki, iddiaçı yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərardan narazıdır və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının 13 mart 2020-ci il tarixdə yuxarı şikayət idarəsinə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı həmin inzibat şikayəti geri götürmüş və nəticə etibarı ilə 14 aprel 2020-ci il tarixində yuxarı vergi orqanı “Şikayətin baxılmamış saxlanılması barədə” qərar qəbul etmişdir. İddiaçının 1 may 2020-ci il tarixli inzibati şikayətindən görünür ki, iddiaçı yenidən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərardan şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin 4 avqust 2020-ci il tarixli cavab məktubuna əsasən iddiaçıya işin həlli üçün zəruri sənədlərin təqdim edilmədiyi səbəbindən iş üzrə icraatın axımının dayandırılması bildirilmişdir. İddiaçının 30 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı inzibati şikayət üzrə icraatın bərpa edilməsi və inzibati şikayətin mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının şikayəti üzrə icraatın bərpasına dair məktubuna cavabdehin 8 yanvar 2021-ci il tarixli cavab məktubuna əsasən səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati akt cinayət prosesinin tərtib hissəsi olduğundan və inzibati icraat haqqında qanunvericiliyinin predmeti təşkil etmədiyindən iddiaçının inzibati şikayətinə baxıla bilməməsi bildirilmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı 25 yanvar 2021-ci il tarixdəcavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. Hazırkı iş üzrə növbədənkənar vergi yoxlaması cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********167194 saylı qərara əsasən başlamış və həmin qərarda yoxlamanın növbədənkənar olduğu və Vergi Məcəlləsinin 23 və38-ci maddələrinə əsasən başlandığı qeyd edilmişdir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2018, sona çatma tarixi xx.xx.2018 tarixidir. Halbuki, yoxlama xx.xx.2018-ci il tarixində başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), iki dəfə artırılmış, bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 ildən çox müddət (təxminən 1 il 2 ay 10 gün) keçdikdən sonra xx.xx.2020-ci il tarixində başa çatmışdır. İş üzrə səyyar vergi yoxlama materiallarına əsasən müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində hesablama əsasən mənfəət vergisi və ƏDV üzrə aparılmışdır. Belə ki, iddiaçı yoxlama ilə əhatə olunan 2016-2017-ci illər üzrə vergi orqanına dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrini təqdim edərək aşağıdakı kimi bəyan etmişdir: 2016-cı il üzrə Gəlirlər –2.303.940,80 manat, Xərclər –2.098.763,06 manat, Mənfəət – 205.177,74 manat; Mənfəət vergisi–41.035,55 manat. 2017-ci il üzrə Gəlirlər –13.850.169,64 manat; Xərclər –13.256.330,41 manat; Mənfəət -593.839,23 manat; Mənfəət vergisi–118.767,85 manat; İddiaçının 2016-cı il üzrə bəyan etdiyi 2.098.763,06 manat məbləğində xərclərin 1.901.793,78 manat hissəsi, 2017-ci il üzrə isə bəyan etdiyi 13.256.330,41 manat məbləğində xərclərin 10.812.763,08 manat hissəsi malların dəyəri xərclərini təşkil edir. Cavabdeh vergi orqanının yoxlamanın nəticəsi üzrə tərtib etdiyi səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, “Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (anbar uçotunun hərəkəti barədə malların adlı mədaxil-məxaric sənədlərinə) əsasən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannamələrində malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclərin tərkibində 2016-cı il üzrə malın dəyəri faktiki olaraq 1.888.537,07 manat olduğu halda, mənfəət vergisi bəyannaməsində malların dəyəri 1.901.793,78 manat və ya 13.256,71 manat artıq, 2017ci il üzrə isə malın dəyəri faktiki olaraq 11.841.145,92 manat olduğu halda, mənfəət vergisi bəyannaməsində malların dəyəri 10.812.763,08 manat və ya 1.028.382,84 manat əskik göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda, yoxlama zamanı təqdim edilmiş sənədlərə əsasən pərakəndə olaraq satılmış malların miqdarını, qiymətini və ticarət əlavəsinin müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən xərclərə görə şərti rentabellik tətbiq etməklə yoxlama zamanı 2016-2017-ci illər üzrə mənfəət vergisi yenidən hesablandı.” Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3815/2021 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/5132 nömrəli rəyindən görünür ki, hazırki ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr ərzində (illər üzrə) topdan satış (elektron qaimə faktura əsasında) 2016-cı il üzrə - 1.283.745,00 AZN, 2017-ci üzrə - 7.593.776,00 AZN, pərakəndə satış qaydasında (nəzarət kassa aparatı ilə) 2016-cı il üzrə 951.103,84 AZN, 2017-ci il üzrə 6.246.564,70 AZN müəyyən edilir. Yuxarıda qeyd olunmuş vergi məbləğlərindən (az hesablanmış) 2016-cı ilin sentyabr ayı üzrə 30346,7 manat, oktyabr ayı üzrə 25.015,33 manat, 2017-ci ilin yanvar ayı üzrə 13384,07 manat, ümumilikdə 68.746,01 manat məbləğində əlavə dəyər vergisi məbləğləri və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34.373,05 manat maliyyə sanksiyasının 3 illik müddəti keçmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəməmühasibat ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1134 nömrəli rəyindən görünür ki, ilkin ekspertiza zamanı tədqiqata müəssisənin fəaliyyətini özündə əks etdirən 23 qutu, 11 qovluq və 01 ədəd yaddaş kartından ibarət əlavə sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş ilkin mühasibat sənədlərini tədqiq edərək müəssisənin 2016 və 2017-ci illər üzrə (hesablama ekspertiza tədqiqatına təqdim edilmiş ilkin mühasibat sənədləri, vergi hesabatları və DSMF orqanına təqdim edilmiş hesabatlar və s. əsasında aparıldı) gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərcləri və mənfəətini (zərərini) aşağıdakı kimi müəyyən etmişdir: 2016-cı il üzrə ümumi gəlir2.303.940,8 manat; cəmi xərclər 2.098.763,06 manat; mənfəət 205.177,74 manat; mənfəət vergisi 41.035,55 manat; 2017-ci il üzrə ümumi gəlir13.850.169,94 manat; cəmi xərclər 13.256,330,41 manat; mənfəət593.839,23 manat; mənfəət vergisi118.767,85 manat. ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh şikayətin dəlili kimi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən deyil birbaşa 83.9-cu maddəsinin tələbələri çərçivəsində hesablanması ilə bağlı hissədə rayon məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir, çünki vergi orqanının Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, vergiləri hesablamaq hüququ var və vergi qanunvericiliyində əlaqəli məlumatlara istinad edilməsi ilə bağlı hər hansı sərt ardıcıllıq müəyyən edilməmişdir. Kollegiya bununla bağlı bildirir ki, iddiaçının əsas fəaliyyəti ixtisaslaşdırılmış topdan satış fəaliyyəti ilə yanaşı həmçinin pərakəndə satış fəaliyyətindən ibarət olmuşdur. Belə ki, iddiaçının dövriyyəsinin bir hissəsi malların topdan satışından formalaşdığı halda, digər bir hissəsi isə nəzarət kassa-aparatına mədaxil olunmaqla malların pərakəndə satışı təşkil etmişdir. Vergi orqanı isə yalnız pərakəndə satılmış malların miqdarını, qiymətini və ticarət əlavəsini müəyyən etmək mümkün olmadığını əsas kimi gətirmiş və Vergi Məcəlləsinin 67ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsində təsbit edilmişdir ki, vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Eyni zamanda, Vergi Məcəlləsinin 67.4-cü maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmçinin, Vergi Məcəlləsinin 67.14-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Qeyd edilən normaların tələblərindən aydın görsənir ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadığı halda ilkin olaraq VM-nin 67.1 -ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Cavabdeh vergi orqanı isə VM-nin 67-ci maddəsində göstərilən ardıcıllığa əməl etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa VM-nin 67.14-cü maddəsini tətbiq etməklə vergilərin hesablanmasını həyata keçirmişdir ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Bununla bağlı artıq vahid məhkəmə təcrübəsi də formalaşmışdır. Belə ki, iddiaçının vəkilinin təqdim etdiyi Ali Məhkəmənin (sədrlik edən - Səyyad Kərimov) 2-1(102)- 22/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Beləliklə, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mad 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıgda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.” Cavabdeh apellyasiya şikayətində bildirir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsasları aktın 1.8-ci bəndində qeyd edilmiş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmiş və bu səbəbdən də məhkəmənin dəlilləri əsassızdır. Bununla bağlı Kollegiya bildirir ki, Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-ci maddəsində qeyd olunan hallarda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 6.5-ci bəndinə əsasən növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təyin edilir. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanlarına diskresion səlahiyyətlər verərək növbədənkənar səyyar vergi yoxlamalarının keçirilməsi üçün konkret əsaslar (hallar) müəyyən etmişdir ki, məhz həmin əsaslar (hallar) mövcud olduğu halda vergi organları öz diskresion səlahiyyətlərindən istifadə edərək növbədənkənar səyyar vergi yoxlamasını təyin edə bilərlər. Mübahisələndirilən inzibati aktda, səyyar vergi yoxlamasının məhz Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərə tutulmuş əsasla başladığı göstərilmişdir. Həmin normaya görə vergi organının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəvicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin məzmunundan görünür ki, vergi orqanları tərəfindən bu normada qeyd olunan əsasla yoxlamanın başlanması üçün vergi ödəvicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasınınj əlamətlərini müəyyən edən vergi organının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat mövcud olmalıdır. Başqa sözlə desək, vergi organı yoxlamanın başlanması haggında gərarında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olan hansı mənbəyi bəlli məlumata (bu məlumatı təsdiq edən müvafiq sənədlərə və dəlillərə) istinad etməlidir. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın öz səlahiyyətlərindən düzgün istifadə etdiyi, qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Məhkəmənin səyyar vergi yoxlamasının keçirilmə müddətlərinin təqvim günləri ilə hesablanmasına dair şikayətdə göstərilmişdir ki, məhkəmənin həmin müddəanın mənasına dair verdiyi şərhi əsassızdır. Belə ki, VM-nin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmçinin iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da, yoxlama müddəti təqvim günü ilə deyil, iş günü ilə müəyyən edilmişdir. Qanunvericiliyə edilmiş dəyişiklik isə yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Bununla bağlı Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyriiş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minəndəyişikliklərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Apellvasiya şikayətində qevd edilir ki, yoxlamanın qeydiyyatdan keçirilməsi, müddətlərin uzadılması, əlavə yoxlama tədbirlərinin reyestrə daxil edilməsi zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə əməl edilmiş və bu barədə məlumatlar yoxlama aktında göstərilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2018, sona çatma tarixi xx.xx.2018 tarixidir. Halbuki, yoxlama xx.xx.2018-ci il tarixdə başlasa da, yoxlama müddəti 7 dəfə dayandırılmış (təxirə salınmışdır), iki dəfə artırılmış, bir dəfə əlavə vergi yoxlaması təyin edilmiş və yalnız yoxlamanın başlanmasından 1 ildən çox müddət (təxminən 1 il 2 ay 10 gün) keçdikdən sonra xx.xx.2020-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2018 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181307973 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyestrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (46 gün müddətinə), halbuki yoxlamanın müddəti iki dəfə xx.xx.2019-cu il tarixdə 30 gün uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 1 gün sonra xx.xx.2019-cu il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Eyni zamanda, yoxlama xx.xx.2019-cu il tarixdə 30 gün uzadılmış, lakin müddət uzatma qərarı yoxlamaların reyestr məlumatlarında ümumiyyətlə qeydiyyata alınmamışdır Bundan başqa Kollegiya qeyd edir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.13-cü yarımbəndinə görə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar sırasındadır. Belə ki, vergi orqanının 26 oktyabr 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarla səyyar vergi yoxlamasının aparılması yoxlayıcı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 3-cü şöbəsinin dövlət vergi müfəttişi X10 həvalə edilmişdir. Daha sonra, vergi orqanının xx.xx.2019-cu il tarixli **********187284 nömrəli qərarı ilə yoxlamanın başlanması haqqında qərara dəyişiklik edilmiş və yoxlamanın aparılması həmin nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin baş dövlət vergi müfəttişi X5 və Vergi auditi idarəsinin Nəqliyyat, rabitə və informasiya texnologiyaları sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Göründüyü kimi, yoxlama məhz yoxlayıcılar X6 və X2 tərəfindən aparılmış və səyyar vergi yoxlaması aktı da sonuncular tərəfindən tərtib edilərək müvafiq qaydada imzalanmış, yoxlamanın qeydiyyata alınmasına dair çıxarışda isə yalnız yoxlamanın başlanması haqqında qərarda adı olan yoxlayıcı X11 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmiş, yoxlamanı bundan sonra aparan yoxlayıcılar X7 və X4 barəsində heç bir məlumat mövcud deyil. Bu isə yeni cəlb edilmiş yoxlayıcılar ilə aparılan bütün yoxlama hərəkətlərin qanunsuz və əsassız olmasına dəlalət edir. Məhkəmənin qərarında ƏDV-yə dair vergi orqanın yoxlama aktında hesablamanın mahiyyətinin nədən ibarət olmasının əsaslandırılmamasına dair dəlili ilə cavabdeh vergi orqanı apellyasiya şikayətində razı olmadığı bildirmiş və yoxlama aktında qeyd edilənləri yenidən şikayətə köçürməklə kifayətlənmiş və əlavə heç bir dəlil göstərməmişdir. Kollegiya bununla bağlı bildirir ki, səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, “yoxlama təqdim edilmiş sənədlərə əsasən ...müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən satış dövriyyəsi düzgün göstərilməmiş və nəticədə büdcəyə çatası ƏDV məbləği 260.572,38 manat (1.447.624,43 * 18%) məbləğində azaldılmışdır. Eyni zamanda, ... əvəzləşdirilməli olan (idxal edilmiş mallara görə) 41.976,85 manat ƏDV əvəzləşdirilməmişdir. Yoxlama zamanı həmin məbləğ əvəzləşdirildi. Beləliklə, büdcəyə əlavə olaraq 218.595,53 manat (260.572,38 - 41.976,85) hesablandı və VM-nin 58.1-ci maddəsinə görə ayrı-ayrı aylar üzrə ümumulikdə 557.284,04 manat məbləğində vergilərin azaldıldığına görə 278.642,02 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olundu”. Göründüyü kimi, yoxlama aktının ƏDV-və aid hissədə hesablamanın əsas mahiyyəti iddiaçı tərəfindən satış dövriyyəsinin düzgün göstərilməməsi qeyd edilsə də, bu düzgün göstərilməmə nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, pozuntu halların mahiyyəti izah edilməmiş və bu halları təsdiq edən sənədlərə istinad edilməmiş, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Eyni zamanda, cavabdeh vergi orqanı tərəfindən ƏDV üzrə 557.284,01 manat azaldılmasının və 338.688,45 manat artıq hesablanmasının (eyni zamanda şəxsi hesab vərəqəsində həmin anda mövcud olan 165.313,33 manat artıq ödəmənin) müəyyən edilməsinə baxmayaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 278.642,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Halbuki, həmin normaya görə hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi müəyyən edilmişdir. Məhkəmənin əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi haqqında qərarın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamasına dair dəlili ilə bağlı cavabdeh orqan apellyasiva şikayətində qeyd etmişdir ki, əlavə yoxlama yoxlama aktında mövcud olan çatışmamazlıqların və uyğunsuzluqların aradan qaldırılması ilə bağlı keçirildiyi üçün həmin yoxlama tədbirinin qeydiyyata alınmasına ehtiyac yoxdur və bu səbəbdən də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsiri altına düşmür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, vergi orqanının xx.xx.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında’’ Qərarı ilə 30 gün müddətinə əlavə vergi yoxlaması təyin edilsə də, sözügedən əlavə vergi yoxlaması vahid məlumat reyestrində ümumiyyətlə qeydiyyata alınmamışdır. Göründüyü kimi, əlavə vergi yoxlamasının keçirilməsi ilə bağlı qərarın qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Məhkəmənin yoxlama aktında ƏDV-yə dair müəyyən hesabat dövləri üzrə hesablamanın 3 illik müddətin keçməsi ilə bağlı cavabdeh vergi orqan anellyasiya şikayətində göstərmişdir ki, yoxlamanın nəticəsi üzrə akt və məsuliyyət qərarı yeni qanun qüvvəyə mindikdən sonra qəbul edildiyindən 3 illik müddətin keçməsinə istinad edilməsi qanuna uyğun deyil. Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.1. 1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.1. 2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.1. 3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin, Məcəllənin 177.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı avın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sözügedən normalardan göründüyü kimi, 2016-cı ilin sentyabr-oktyabr, 2017-ci ilin yanvar ayları üzrə iddiaçı tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016- cı ilin oktyabr və noyabr ayının, 2017-ci ilin fevral ayının 20-də bitmişdir. Belə olan halda, 20 oktyabr və 20 noyabr 2016-ci il, 20 fevral 2017-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 oktyabr və 20 noyabr 2019-cu il, 20 fevral 2020-ci il tarixlərə təsadüf edir. 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sos>a! sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin tələblərindən göründüyü kimi, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən əgər vergi ödəyicisi hər hansı dövr üzrə vergi öhdəliklərini yerinə yetirməyibsə və bu qanun pozuntusu vergi orqanı tərəfindən aşkar edilmişdirsə, həmin vergi öhdəliklərinin yerinə yetirilməsinin aid edildiyi hesabat dövründən 3 illik müddətin axımı vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edildiyi tarixədək hesablanırdı. Başqa sözlə, məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Başqa sözlə desək, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Göstərilənləri nəzərə alaraq, hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 26 oktyabr 2018-ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 3 mart 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid edilə bilər. Belə ki, qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi zamanı xx.xx.2021-ci il tarixli. 2-1(112)- 3815/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/5132 nömrəli və xx.xx.2021-ci il tarixli qərardadla təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1134 nömrəli rəylərdən də görünür ki, ekspertiza da iddia ərizəsində qeyd edilən ƏDV üzrə vergilərin 3 illik müddətin keçməsini təsdiq etmişdir. Cavabdeh vergi orqanı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəylərini qərar qəbul edərkən əsas kimi götürsə də, ekspertiza rəyləri ümumiyyətlə əsaslandırılmamış və ekspert rəylərində iddiaçının yalnız vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları təsdiq edilmişdir. Ekspertiza mənfəət vergisi hissəsində vergilərin az hesablanmaması qənaətinə gəlsə də, gəlirləri və xərcləri (ayrı- ayrılıqda) əks etdirən məlumatları, malların dəyərinin formalaşmasını təsdiq edən sənədləri ekspert rəyinə əlavə etməmiş, ƏDV-nin azaldılmasına aid olan cədvəllər yoxlama materiallarına əlavə edilsə də, iddiaçının ƏDV bəyannamələrinin göstəriciləri heç bir əsas olmadan təsdiq etmişdir. Ümumiyyətlə məhkəmə iş üzrə düzgün, tam və ətraflı araşdırma aparmamışdır. Bununla bağlı Kollegiya bildirir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3815/2021 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/5132 nömrəli rəyindən görünür ki, hazırkı ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin apardığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr ərzində (illər üzrə) topdan satış (elektron qaimə faktura əsasında) 2016cı il üzrə - 1.283.745,00 AZN, 2017-ci üzrə - 7.593.776,00 AZN, pərakəndə satış qaydasında (nəzarət kassa aparatı ilə) 2016-cı il üzrə 951.103,84 AZN, 2017-ci il üzrə 6.246.564,70 AZN müəyyən edilir. Yuxarıda qeyd olunmuş vergi məbləğlərindən (az hesablanmış) 2016-cı ilin sentyabr ayı üzrə 30346,7 manat, oktyabr ayı üzrə 25.015,33 manat, 2017-ci ilin yanvar ayı üzrə 13384,07 manat, ümumilikdə 68.746,01 manat məbləğində əlavə dəyər vergisi məbləğləri və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 34.373,05 manat maliyyə sanksiyasının 3 illik müddəti keçmişdir. Bundan əlavə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizası ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1134 nömrəli rəyindən görünür ki, ilkin ekspertiza zamanı tədqiqata müəssisənin fəaliyyətini özündə əks etdirən 23 qutu, 11 qovluq və 01 ədəd yaddaş kartından ibarət əlavə sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş ilkin mühasibat sənədlərini tədqiq edərək müəssisənin 2016 və 2017-ci illər üzrə (hesablama ekspertiza tədqiqatına təqdim edilmiş ilkin mühasibat sənədləri, vergi hesabatları və DSMF orqanına təqdim edilmiş hesabatlar və s. əsasında aparıldı) gəliri, gəlirin əldə edilməsi ilə bağlı xərcləri və mənfəətini (zərərini) aşağıdakı kimi müəyyən etmişdir: 2016-cı il üzrə ümumi gəlir2.303.940,8 manat; cəmi xərclər 2.098.763,06 manat; mənfəət 205.177,74 manat; mənfəət vergisi 41.035,55 manat; 2017-ci il üzrə ümumi gəlir13.850.169,94 manat; cəmi xərclər 13.256,330,41 manat; mənfəət593.839,23 manat; mənfəət vergisi118.767,85 manat. ekspertiza tədqiqatı ilə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisənin aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. Beləliklə, yuxarıda qeyd olunan ekspertiza rəylərindən də göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən aparılmış vergi yoxlanılması vergi qanunvericiliyinin tələblərinin pozulması ilə aparılmış və ekspertiza rəylərindən müəyyən olunduğu kimi yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçının aparıldığı əməliyyatlara görə dövlət büdcəsinə çatası mənfəət vergisinin və əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmamışdır. Sözügedən ekspertiza rəylərin məzmunundan görünür ki, “səyyar vergi yoxlaması aktının 1.9.2 bəndində yoxlama zamanı vergi ödəyicisinin əmlakının inventarizasiyası, 1.9.3 bəndində isə vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi öz əksini tapmışdır. Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi ilkin ekspertiza təyin etdikdən sonra gələn rəy ilə tam razı olmadığı üçün əlavə ekspertizanı yenidən təyin etmiş və ikinci ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra yekun qərar qəbul etmişdir. Ekspert rəylərin məzmunundan görünür ki, ekspertiza zamanı tədqiqata müəssisənin fəaliyyətini özündə əks etdirən 23 qutu, 11 qovluq və 01 ədəd yaddaş kartından ibarət əlavə sənədlər təqdim edilmişdir. Cavabdeh orqanın apellyasiya şikayətində qeyd etdiyi ekspertiza tərəfindən bütün gəlir və xərc sənədlərin ayrı-ayrılıqda göstərilməməsi ilə bağlı dəlilinə dair Kollegiya qeyd edir ki, təkçə iddiaçının işi üzrə kifayət qədər çox gəlir və xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ayrı- ayrılıqda rəyin məzmununda qeyd edilməsi yekunda rəyin ən azından 100-200 vərəqdən ibarət olması ilə nəticələnə bilər ki, ekspertiza mərkəzində külli miqdarda bu cür işlərin mövcudluğunu da nəzərə alsaq cavabdeh orqanın göstərdiklərin fiziki cəhətdən mümkünsüz olduğunu anlamaq olur. Məhz cavabdeh orqanın qeyd edilən dəlilinə istinad edilməsi ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa heç bir əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********197876 nömrəli Qərarın ləğv edilməsi qanuni və əsaslı olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-956/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-956/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver