Məhkəmə qərarları › İş №2-1(103)-957/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-957/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-957/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərin müayinə və müalicəsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11798/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qüvvədə olan 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərinin müayinə və müalicəsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etmiş və müharibə zamanı yaxınlığımda partlayan düşmən mərmirlərinin parlamasından barotravma almışdır, bunun nəticəsində isə səhhətində Tinnitus xəstəliyi yaranmışdır. Lakin həmin Xəstəliyin Azərbaycan Respublikasında müalicəsi yoxdur. İnternet vasitəsilə araşdırma apararaq müəyyən etmişdir ki, qeyd olunan Tinnitus xəstəliyin müalicəsi səhiyyəsi inkişaf etmiş X2, Almaniya Federativ Respublikasında və İsrail Dövlətində mümkündür. Bu barədə müraciətinə, cavabdeh orqan 04.10.2021-ci il tarixli cavab məktubunda, X3 və İsrail Respublikası ilə ölkə arasında qarşılıqlı tibbi yardım haqqında saziş olmadığından həmin ölkələrə müalicə üçün göndərişin verilməsi mümkün olmadığı bildirilmişdir. Lakin eyni məsələ üzrə Almaniya Federativ Respublikasıda müalicənin mümkün olub-olmamasına münasibət bildirilməmişdir, çünki Almaniya Federativ Respublikası ilə ölkə arasında qarşılıqlı tibbi yardım haqqında saziş var. Belə sazişlər olmasa belə, xidmət haqqı ödənilməklə istənilən ölkədə müalicənin təmin edilməsi mümkündür, buna görədə cavabdeh orqanın 04.10.2021-ci il tarixli cavab məktubu tamamilə əsassızdır. Bundan başqa, burun çəpər əyriliyi və Septoplastika cərrahi əməliyyatı uğursuz nəticə verməsinə görə sol burun borusunda sinexiya və burun üzərində şişlər, döyənəklər yaranmışdır. Bu xəstəliyin müalicəsi və tibbi əməliyyatı ölkədə mümkündür. Lakin bu tibbi xidmətidə X7 üzrə Dövlət Agentliyindən almaq mümkün olmamışdır. Göstərilən xəstəliklərinin müayinə və müalicəsi üçün dəfələrlə cavabdeh orqan X7 üzrə Dövlət Agentliyinə ünvanlanmış müraciətlərin müsbət həll olunmamışdır. Halbuki qüvvədə olan 01 yanvar 2021-ci il tarixli, 10909584 nömrəli X7 şəhadətnaməsinə əsasən X7 üzrə Dövlət Agentliyi tərəfindən müayinə və müalicə üzrə tibbi xidmətlər göstərilməlidir. Lakin cavabdeh orqan X7 üzrə Dövlət Agentliyi tərəfindən tibbi xidmət ala bilmədiyi üçün yuxarıda qeyd olunan xəstəliklərinin müalicəsi üçün X7 üzrə Dövlət Agentliyinin üzərinə vəzifə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11798/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı “icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərin müayinə və müalicəsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11798/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11798/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının iddia ərizəsinə əlavə etdiyi və iş materiallarında olan Agentliyin iddiaçıya ünvanlandığı 04.10.2021-ci il tarixli müraciətinə baxılması haqqında cavab məktubundan görünür ki, məktub cavabdehin olduğu Xırdalan şəhəri, ünvan 1 ünvanın qeyd edilməsinin səbəbi isə iddiaçının Agentliyə müraciətinin həmin ünvandan edilməsi olmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının olduğu yer məhz elə həmin ünvandır və iddiaçı bilərəkdən o ünvana yaxın olan inzibati məhkəməyə iddiasını verməsində öz iradə ifadəsi ilə hərəkət etmişdir. Hətta çox güman ki, iddiaçmın son olduğu yer Bakı şəhəri ərazisi olduğu üçün də o, bu məhkəməyə müraciət etmişdir. Məhkəmə isə bu halı nəzərə almamışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin apellyasiya şikayətinə etiraz etmədiyini bildirmiş, həmçinin iş yükünün çoxluğu ilə əlaqədar iclasın onun iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərinin müayinə və müalicəsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirmişdir. İddiaçı iddia ərizəsini 22.10.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmişdir. İddiaçının mübahisələndirdiyi icbari tibbi sığorta şəhadətnaməsinə əsasən xəstəliklərin müayinə və müalicə edilməsi ilə bağlı tələb iddia növü kimi öhdəliklərin icrası haqqında iddia növünə uyğundur. Cavabdeh inzibati orqan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2017-ci il tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə X1”nin 1.1-ci bəndinə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasında yaradılmış, icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Beləliklə, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərov X5 rayonu, Novosaratovka Ərazi Dairəsi, Novosaratovka kəndində qeydiyyatdadır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Gədəbəy rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilik normasına əsasən iddiaçının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən, iddiaçı şəxsiyyət vəsiqəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan Gədəbəy rayonunda qeydiyyatda olduğundan hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11798/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193 cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar