Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-957/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «şəxsi hesabvərəqəsində azalmanın təsdiq olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1188/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı elektron qaydada öhdəliyin icrası haqqında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin şəxsi vərəqəsində göstərilən 226.787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC uzun müddətdir ki, fəaliyyət göstərir. Həmin fəaliyyət dövrü ərzində İddiaçı MMC tərəfindən heç bir qayda pozuntusuna yol verilməmiş, heç bir vergi borcu və digər borc öhdəliyi yaranmamışdır. Onlara məlum olmayan səbəblərdən 2019-cu ildən etibarən İddiaçı MMC-nin fəaliyyəti Vergilər Nazirliyi tərəfindən dayandırılmışdır. Tərəflərindən rəsmi qaydada dəfələrlə Vergilər Nazirliyinə müraciət etməklərinə baxmayaraq, qeyd olunan məsələlər öz həllini tapmamışdır. Müraciətlərindən sonra xx.xx.2021-ci tarixdə Lokal Vergilər Departamentinə göndərilən şikayətlərinə, qeyri-qanuni olaraq rədd cavabı verilmişdir. Əsas gətirərək verilən cavab bu olmuşdur: Lokal Vergilər Departamentinin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən yeni qüvvəyə minmiş qanunun tələblərinə uygun olaraq əmtəəsiz əməliyyatlar keçirdiyi üçün riskli vergi ödəyicilər siyahısına daxil edildiyi bildirilmişdir. Bu səbəbdən də əvəzləşdirmə qəbul olunmamışdır və artıq ödəmə təsdiqlənməmişdir. Şirkət 2008-ci ildə qeydə alınaraq aktiv şəkildə fəaliyyətini başlamışdır və son əməliyyatları və ödənişləri 2019-cu ilin aprel aylarında həyata keçirilmişdir. Bu zaman bu qanun mövcud olmadığı üçün bunu qanunsuz şəkildə həyata keçirmişdirlər. Sonrada şəxsi hesab vərəqəsində yeni tarixlərlə yaratdıqları saxta borclara düzəliş keçirərək onların hesabına 180 811.11 AZN borc yaratmışdırlar, lakin onların son əməliyyatları 2019-cu ilin aprel ayında baş vermişdir Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin fəaliyyəti “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən araşdırılmış, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, bundan əvvəl vergi ödəyicisi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən (riskli vergi ödəyiciləri siyahısından çıxarıldıqdan sonra) xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən 438 417,2 manat (66 877,2 manat ƏDV məbləği) vəsait müxtəlif riskli vergi ödəyicilərin ƏDV sub-uçot hesablarına köçürülmüşdür. İddiaçının vergi orqanına etdiyi müraciətlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli təsdiqlənmiş azalma və ƏDV sub-uçot hesabında olan məhdudiyyətin aradan qaldırılması barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, xx.xx.2018xx.xx.2019-cu il tarixləri ərzində vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına riskli hesab edilməsi ilə bağlı qeydin olmasına baxmayaraq ümumilikdə 66877,22 manat vəsait köçürdüyü müəyyən edildiyi üçün riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin vergi ödəyicisinin ƏDV depozit hesabına ümumilikdə 169692,55 manat vəsait köçürmüş "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********) və "xxxx" MMC (VÖEN: **********) cavab məktubunun verildiyi tarixə riskli vergi ödəyiciləri siyahısında olmuşlar. Eyni zamanda qeyd olunanlarla əlaqədar, əmtəəsiz əməliyyatlar çərçivəsində vergidən yayınma sxeminin iştirakçısı olmaması üçün cəmiyyət tərəfindən aparılan əməliyyatların riskliliyinin öncədən qiymətləndirilməsi vergi ödəyicisinə tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1188/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-nin şəxsi vərəqəsində göstərilən 226.787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, bundan əvvəl vergi ödəyicisi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-cil il tarixədək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən (riskli vergi ödəyiciləri siyahısından çıxarıldıqdan sonra) xx.xx.2019-cu il tarixədək vergi ödəyicisi tərəfindən 438 417,2 manat (66 877,2 manat ƏDV məbləği) vəsait müxtəlif riskli vergi ödəyicilərin ƏDV sub-uçot hesablarına köçürülmüşdür. İddiaçının vergi orqanına etdiyi müraciətlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli təsdiqlənməmiş azalma və ƏDV sub-uçot hesabında olan məhdudiyyətin aradan qaldırılması barədə ərizə ilə vergi orqanına müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri ərzində vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına riskli hesab edilməsi ilə bağlı qeydin olmasına baxmayaraq ümumilikdə 66877,22 manat vəsait köçürdüyü müəyyən edildiyi üçün riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin vergi ödəyicisinin ƏDV depozit hesabına ümumilikdə 169692,55 manat vəsait köçürmüş "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) cavab məktubunun verildiyi tarixə riskli vergi ödəyiciləri siyahısında olmuşlar. Eyni zamanda qeyd olunanlarla əlaqədar, əmtəəsiz əməliyyatlar çərçivəsində vergidən yayınma sxeminin iştirakçısı olmaması üçün cəmiyyət tərəfindən aparılan əməliyyatların riskliliyinin öncədən qiymətləndirilməsi vergi ödəyicisinə tövsiyə edilmişdir. Bunlarla yanaşı qeyd edirik ki, araşdırma zamanı İddiaçı riskli vergi ödəyicisi olduğu müəyyən edildiyidən, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci və maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Riskli ver ödəyicisinin, cümlədən ris əməliyyatların Meyarlan"nın 2-3-cü bəndlərinə və İPM-in 12.1-ci və 69-cu maddələrinə istinadən hesab edir ki, Birinci instansiya məhkəməsi tərəfindən cəmiyyət tərəfindən aparılan əməliyyatlara qiymət verilməmiş və və cəmiyyət tərəfindən riskli vergi ödəyicisi hesab edilmiş vergi ödəyiciləri ilə müvafiq dövrdə aparılmış əməliyyatlar təhlil edilməmişdir…» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə şəxsi vərəqəsində göstərilən 226.787,91 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun tələbi təmin olunmuşdur. Həmin qərarla razılaşmayan cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, aparılan təhlillər nəticəsində müəssisənin riskli maliyyə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuş və xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, bundan əvvəl vergi ödəyicisi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-cil il tarixədək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Lakin xx.xx.2018-ci il tarixdən (riskli vergi ödəyiciləri siyahısından çıxarıldıqdan sonra) xx.xx.2019-cu il tarixədək vergi Ödəyicisi tərəfindən 438 417,2 manat (66 877,2 manat ƏDV məbləği) vəsait müxtəlif riskli vergi ödəyicilərin ƏDV sub-uçot hesablarına köçürdüyü müəyyən edilmiş, həmçinin vergi ödəyicisinin ƏDV depozit hesabına ümumilikdə 169692,55 manat vəsait köçürmüş "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısında olmuşlar. Cavabdeh qeyd olunan əsaslarlardan çıxış edərək Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikası Naziri Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Riskli ver ödəyicisinin, cümlədən ris əməliyyatların Meyarlan"nın 2-3-cü bəndlərinə istinadən hesab edir ki, iddiaçının şəxsi hesab vərəqəsinə iddia olunan azalmanın daxil edilməsindən imtina etməsi - müəssisənin əmtəəsiz əməliyyatlar çərçivəsində vergidən yayınmasını aradan qaldırır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan əsaslarla iddiaçının xx.xx.2019-cu il tarixdə, bundan əvvəl riskli vergi öədyiciləri Siyahısına daxil edilmiş qeyd olunan həmin şəxslərə apardığı əməliyyatlara görə onu riskli vergi ödəyicilər siyahısına daxil edilərək, bu əməliyytlar çərçivəsində onun şəxsi hesab vərəqəsinə daxil etmək istədiyi 226.787,91 manat məbləğində azalmanın qəbul edilməsindən imtina etməsi tamamilə əsassızdır. Belə ki, birincisi, Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 28 dekabr 2019-cu ildə yalnız qanuni qüvvəsinə almış: 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. İkincisi, qeyd olunan bu sonuncu normada nəzərdə tutulan “Riskli vergi ödəyicisinin, cümlədən riskli əməliyyatların Meyarları" müvafiq icra hakimiyyəti orqqanı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli qərarı ilə 28 iyul 2020-ci il tarixdə yalnız təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əməliyyatlar vergi qanunvericiliyinə riskli vergi ödəyiciləri ilə bağlı hakmiyyət tədbirini ehtiva edən normalar daxil edilənə qədər aparılmışdır. Deməli, həmin vaxt iddiaçı tərəfindən vergi qanunvericiliyi ilə bağlı pozuntu da mövcud olmaımışdır. Vergi Məcəlləsinin 54.0 və 54.0.1-ci maddələri isə nəzərədə tutur ki, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbi baxımından da, iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran qeyd olunan maddi hüquq normalarının ona münasibətdə tətbiq olunması da yolverilməzdir. Tətbiq olunsa belə, Məcəllənin sözügedən 13.2.82-ci maddəsinin qeyd olunan tələbindən göründüyü kimi, Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. İşdən isə görünür ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Belə olan halda, həmin müəssisələrdə əməlliyyatlar həyata keçirdiyinə görə iddiaçının riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi və onun riskli ödəyicilər sırasına aid edilməsi qanunsuzdur. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən əməliyyatlara görə iddiaçının 2019-cu ildə riskli vergi ödəyicisi Siyahısına salınması əsası ilə onun şəxsi hesab vərəqəsində təsdiqlənməsini tələb etdiyi 226.787,91 manat məbləğində azalmasının qəbul olunmasından, yəni təsdiq olunmasından imtina olunması sonuncunun hüquqlarını pozur. Halbuki, 24.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, məhkəmə tərəfindən işin halları hərətərəfli araşdırılaraq maddi və prosessual hüquq normaları baxımından düzgün hüquqi qiymət verilmiş, iddianın təmin olunması barədə düzgün nəticəyə gəlminmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərarda cəmiyyət tərəfindən aparılan əməliyyatlara qiymət verilmədiyini, riskli vergi ödəyicisi hesab edilmiş vergi ödəyiciləri ilə müvafiq dövrdə aparılmış əməliyyatların təhlil edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1188/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1188/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-957/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-957/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver