Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-959/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X20 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X18 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-328/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin hərəkətləri nətciəsində dəymiş ziyana görə 200 000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qaynanası X14 xx.xx.1968-ci il tarixindən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi mənzil uçotunda olmuşdur. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1976- cı il tarixli 33 saylıqərarı və həmin qərar əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order əsasında iddiaçının ailəsinə həmin evdə 25 kv.m sahəsi olan 2 otaq verilmişdir. İddiaçının qaynanası Ç.Əsgərova mənzil uçotunda qalmışdır. Həmin orderdə iddiaçının mərhum qaynatası və qaynanası, əri və iddiaçının adı yazılmışdır. İddiaçı həmin tarixdən hazıradək həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Hazırda ailə üzvlərinin sayı 15 nəfərdir. 1980-ci ildə iddiaçının yaşadığı mənzilə bitişik olan ümumi 18 kv.m yaşayış otağı boşalmışdır. Həmin otağın iddiaçının ailəsinin istifadəsinə verilməsi ilə əlaqədar müraciət edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1980-ci il tarixli qərarı ilə AR SSR Mülki Məcələsinin 318-ci maddəsinə əsasən Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdə boşalmış 18 kv.m otaq X4 ailəsinin adına qeyddiyata alınması və onun 6 nəfər ailə üzvü tərkibi ilə (özü, əri, oğlu, gəlini və iki nəvəsi) sahəsi 43 kv.m olan məznilin icarədarı hesabı olunması, Ç.H.Əsgərovanın mənzil uçotundan çıxarılması qərara alınmışdır. Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evin əsas icarədarı iddiaçının əri X15 olmuşdur. Bakı şəhər Cavabdeh xx.xx.2005- cil tarixli sərancamı ilə Bakı şəhəri, İ.Səfərli (keçmiş Əzizbəyov) küçəsi, dalan 3, 3 saylı, 3 otaqlı, sahəsi 43 kv.m olan mənzilin kirayə müqaviləsi Y.A.Əsgərovun razılığı əsasənda iddiaçı X10 ilə bağlanmışdır. Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə Azərbaycan Respublikası DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X8 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində qeyddiyat aparılmış və həmin qeydiyyat əsasında çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Yasamal İcra şöbəsinin icra məmuru mənzilə gələrək iddiaçının ailəsinin qeydiyyatının ləğv olunduğunu və mənzilin boşadılması üçün son xəbərdarlığı bildirmişdir. İcra məmuru öz tələbinin əsası kimi Bakı şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini göstərmişdir. O zaman iddiaçı bilmişdir ki, mənzillə bağlı gedən mübahisələr üzrə yekun məhkəmə aktı qüvvəyə minmiş və icraya göndərilmişdir. Məhkəməyə həmişə iddiaçının əri Yaqub Əsgərov getmiş və iddiaçı məhkəmə haqqında ondan məlumat almışdır. Yaqub Əsgərov isə iddiaçı ilə razılaşdığını və məsələnin dayandırlıdığını bildirmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bildirişində də məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının idarəyə daxil olmadığı bildirilmişdir. Mənzillə bağlı mübahisə 1989-cu ildən başlamışdır. Belə ki, 1989-cu ilin iyun ayında X16 məhkəməyə müraciət edərək Y.A.Əsgərovun və eləcə də S.Çernenko, Ç.Nəcəfov və A.Komenkova Yeqorovanın icarələrinə verilmiş yaşayış sahələrinin atası X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olmasını, lakin mülkiyyət haqqında qanun və mənzil qanunverciliyinin tələbləri pozulmaqla həmin yaşayış sahələrinin onlara verilməsini əsas göstərməklə Y.A.Əsgərovun və qeyrilərinə verilmiş orderlərin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin mübahisəyə müxtəlif məhəkəmə instansiyalarında dəfələrlə baxılmışdır. Bakı Şəhər Yamal Rayon Məhkəmsinin xx.xx.2004-cü il tarixli qətnaməsində qət edilmişdir, “X15, İddiaçı İdiris qızı, X23, X24, X21, X25və X26 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılmaları, X15, İddiaçı İdiris qızı, X23, X24, X21, X25 və X17 Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə qeydiyyatları ləğv edilərək, Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.19976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı oredr etibarsız hesab edilsin, Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə X15 ilə bağlanmış mənzil kirayəsi müqaviləsi etibarsız hesab edilsin”. AR Apellyasiya məhəkəməsinin qətnaməsini ləğv edərək iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul etmişdir. Ali Məhəkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Apelyasiya məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsini ləğv edərək işi AR Apellyasiya məhəkəməsinin MİÜMK-nın yeni baxışına göndərilmişdir. AR Apellyasiya məhəkəməsinin MİÜMK-nın 1MK-3734\2006 saylı 6.12.2006-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X2 apellyasiya baxışında verdiyi yeni iddiası da təmin edilərək Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə AR DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X5 xüsusi mülkiyyət hüquqnu təsdiq edən daşınmaz əmlakın dövlət reyesterində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeyddiyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilərk ləğv edilmişdir. Ali Məhəkəməsinin MİÜMK-nın 11 iyul 2207-ci il l tarixli 6k-1484\07 saylı qətaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçının 1977-ci ildən mənzil hüquqları əldə etdiyi mənzildən çıxarılmağı o deməkdir ki, iddiaçının mənzil hüquqları pozulmuşdur. Belə ki, iddiaçı qanuna uyğun şəkildə mənzil hüquqlarını realizə etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-328/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Yasamal İcra şöbəsinin icra məmuru mənzilə gələrək ailəlikcə qeydiyyatının ləğv olunduğunu və mənzilin boşadılması üçün son xəbərdarlığını bildirmişdir. İcra məmuru öz tələbinin əsası kimi Bakı şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini göstərmişdir. O zaman o bilmişdir ki, mənzillə bağlı gedən mübahisələr üzrə yekun məhkəmə aktı qüvvəyə minmiş və icraya göndərilmişdir. Qeyd edilən tarixə kimi həmin mənildə ailəylə birlikdə yaşamışdır. 2007-ci ildə 2021-ci ilə qədər olan dövrdə həmin mənzildən məhdudiyyətsiz istifadə edilmişdir. 2007-ci ildə 2021-ci illlər ərzində oğlanlarını evləndirib, həmin mənzil gəlin köçürmüşdür. Həm gəlinləri həm də nəvələri həmin evə qeyddiyyata alınmış və orada yaşayaraq mənzildən istifadə etmişlər. Məhkəmə bu hallara qiymət verməmişdir. İddia ərizəsində də bildirmişdi ki, mənzillə bağlı gedən mübahislərlə həyat yoldaşı məşğul olub və ona sonda bildirmişdir ki, məhkəmə qarşı tərəflə danışmış və qarşılıqlı razılıq əsasında məhkəmə mübahisəsini dayandırmışlar. Həmçinin göndərilən və yoldaşının göstərdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k/1484 nömrəli mülki iş üzrə xx.xx.2007-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd edilənləri həmçinin o təsdiq edir ki, Bakı Şəhər Yamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi üzrə icra vərəqi verilməmiş və icraya yönəldilməmişdir. Ancaq 2021-ci ildə iddiaçının tələbi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(0041-789/2004 nömrəli Qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-789/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsi icraya yönəldilmiş və həmin qətnaməyə dair icra vərəqəsi verilmişdir. Birinci instansiya məhkəməsi onun adının məhkəmə qərarlarında keçməsini əsas tutaraq bildirmişdir ki, o, 2011-ci il tarixə qədər şikayət verməli idi. Lakin işin yuxarda qeyd edilən hallarını, həqiqətən də onun bu aktlardan xəbərsiz olduğunu, həmin aktlardan sonra gəlini və nəvələrinin həmin evə qeydiyyata alınaraq yaşadıqlarını, həmçinin həmin məhkəmə aktlarının 17 il ərzində icra edilməsi üçün icra vərəqəsi verilmədiyini, həqiqətən də onun mənzil hüquqlarının pozulduğunu bilmədiyini nəzərə almamışdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apllyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş üzrə İddiaçı Cavabdehnə qarşı tələbi “cavabdehin hərəkətləri nəticəsində dəymiş ziyana görə 200000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini.... yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İşə birinci instansiya qaydasında baxmış məhkəmə müəyyən etmişdir ki, iddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə qanunvericilikdə yol verilən müddəti ötürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının “Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 1100 nömrəli Sərəncamı ilə İ.Səfərli küçəsi, dalan 3 ev 3-də yaşayan X6 razılığına əsasən 3 otaqlı, sahəsi 43 kv.m olan mənzilin kirayə müqaviləsi onun arvadı İddiaçı ilə bağlanmışdır (Ailə tərkibi 7 nəfər) Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 257456 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İ.Səfərli küçəsi, 3 saylı evin 39,4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İ.Səfərli küçəsi, 3 saylı evə dair İddiaçı adına tərtib olunmuş Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu iş materiallarına əlavə olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X15, İddiaçı, X23, X24, X21, X25 və X17 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılması qərara alınmışdır. X15, İddiaçı, X23, X24, X21, X25 və X17 Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə qeydiyyatları ləğv edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order etibarsız hesab edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə X15 ilə bağlanmış mənzil kirayəsi müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, MK № 3734/2006 nömrəli qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin 19 aprel 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. X2 iddiası təmin edilmişdir. Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi (hazırki İ.Səfərli) dalan 3-də yerləşən 3 saylı evə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən X8 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli qərarı ilə cavabdehlər X15 və İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 06 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-789/2004 nömrəli Qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-789/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir və həmin qətnaməyə dair icra vərəqəsi verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-789/2004 nömrəli Qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 aprel 2004-cü il tarixli 2- 789/2004 nömrəli qətnaməsinin “qət etdi” hissəsində “X15, İddiaçı, X23, X24, X21, X25 və X26 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılsın” dedikdə, “X6, İddiaçı, X11, X12, X9, X13 və X19 əri-arvadı, valideynlərin və uşaqları ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılsınlar” kimi izah edilsin. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında dair tərtib olunmuş daşınmaz əmlakın ekspertizası barədə mütəxəssis rəyi iş materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: ünvan 5 ünvanında yerləşən 25 saylı mənzilin 132000 manata; ünvan 6 ünvanında yerləşən 24 saylı mənzilin 61500 manata; Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ünvanında yerləşən 13 saylı mənzilin 50000 manata satılması barədə müqavilələr rəsmiləşdirilmişdir. Sözügedən müqavilələlərə dair “Elektron notariat” informasiya sistemindən çıxarışlar kağız daşıyıcıda təqdim edilmişdir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı iddia tələbinin (kompensasiyanın ödənilməsi tələbinin) qaldırılması üçün əsas olaraq onun və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İslam Səfərli küçəsində yerləşən 3 saylı mənzildən çıxarılması, qeydiyyatlarının ləğv edilməsi barədə cavabdehin qanunsuz hərəkətlərə yol verdiyinə istinad edir. Bu barədə qeyd olunmalıdır ki, iddiaçı və ailə üzvlərinin mübahisələndirilən mənzildən çıxarılması və qeydiyyatlarının ləğv edilməsi sonuncu instansiya olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli 6K-1484/07 nömrəli Qərarının icrası ilə bağlı həyata keçirilmişdir. Həmin dövrdən indiyənədək iddiaçının cavabdeh qurumun hər hansı qanunsuz hərəkətlərindən şikayətçi olması, yəni bununla bağlı məhkəməyə müraciət etməsi və ya həmin qanunsuz hərəkətlərə istinad eməklə kompensasiya tələb etməsi iş materialları ilə təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Hazırki işdə həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə məhkəməyə müraciət etmə müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla bağlı Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qeyrimümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-328/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-328/2024 saylı 15 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-959/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-959/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver