Məhkəmə qərarları › İş №2-1(103)-96/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-96/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-96/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Abduləli qızının Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, “xxxx” Azərbaycan –Türkiyə birgə müəssisəsi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-243/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı Abduləli qızı Cavabdehnə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə Cavabdehndən dəymiş maddi ziyana görə 200.250,00 (iki yüz min iki yüz əlli) manatın tutularaq kompensasiya kimi ödənimləsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli əmlak miras kimi onun mülkiyyətinə keçmiş və adına reyestrdən çıxarış verilmişdir. O, ünvan 1 ünvanında 1990-cı ilin mart ayınadək ailəsi ilə birlikdə yaşamışlar. 1990-cı ilin mart ayında evin bir hissəsi uçduğu üçün qəza vəziyyətinə düşmüş və evin təmiri başa çatanadək ailəsi ilə başqa ünvanlarda kirayədə yaşamağa başlamışdır. Lakin onlar evi təmir etmək istədikdə Bakı şəhəri İcra Hakimiyyətindən gələn əməkdaşlar bildirmişlər ki, təmirə xərc çəkmək lazım deyil, şəhərin Baş Planına əsasən orada yaxın zamanda yeni binalar inşa olunacaq və onlara həmin binalardan birində mənzil veriləcəkdir. Sonradan məlum olmuşdur ki, həqiqətən Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması layihələri ilə əlaqədar ona məxsus xüsusi mülkiyyətində olan həmin həyət evinin yerində Cavabdeh sərəncamlarına əsasən yeni, çoxmənzilli və yüksək mərtəbəli yaşayış binasının inşa edilməsi nəzərdə tutulmuşdur. Əvvəlcə onlara bildirilmişdir ki, orada “Qəbələ” tikinti şirkətinə tikinti aparmağa icazə verilmişdir. Daha sonra, məlum oldu ki, Cavabdeh 998 saylı, 1994-cü il 18 iyul tarixli Sərəncamına əsasən onların evinin yerləşdiyi ərazidə “xxxx” Azərbaycan-X4 çoxmənzilli və yüksək mərtəbəli 2 yaşayış binasının inşa edilməsinə icazə verilmişdir. Belə ki, həmin sərəncamın 2-ci bəndinə əsasən görkəmli yerdə ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız Cavabdeh balansına təhvil verilməsi üçün “xxxx” Azərbaycan-X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün də torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Sözügedən şirkət tərəfindən onların tam uçurulan evinin yerləşdiyi ərazidə birinci bina 1994-1997-ci illərdə, həmin yerdə isə ikinci bina 2004-cü ildə inşa edilməyə başlanılaraq tikintisi 2008-ci ildə başa çatdırılmışdır. Tikinti başlanarkən Cavabdehndə bildirilmişdir ki, “xxxx” Azərbaycan-X3 Yeni Yasamal yaşayış massivində inşa etdiyi binalardakı mənzillər Bakı şəhəri İcra Hakimiyyətinə məxsus olacaq və artıq həmin mənzillər hesabına sakinlərə də mənzil ayrılacaqdır. Lakin həmin vaxtdan artıq 10 ilə yaxın müddət keçsə də, bu günə qədər də onlara Cavabdeh tərəfindən heç bir mənzil verilməmiş, müxtəlif instansiyalara ünvanladığı şikayət ərizələri isə baxılmamış qalmışdır. Hazırda qonşuluqda yerləşən keçmiş Sovet küçəsindən köçürülən insanlara alınmış mənzillərinə görə kompensasiya bir qayda olaraq mənzillərin hər kvadratına görə 1.500 manat ödənilir. İddiaçı hesab edir ki, onun mülkiyyətində olmuş evindən məhrum edilməsi ilə əlaqədar dəymiş maddi ziyana görə 200.250 manat məbləğində kompensasiya ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-243/2018 qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 avqust tarixli 2-1(103)-1242/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 fevral tarixli 2-1(102)-205/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 avqust tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 may tarixli 2-1(103)-1068/2019 nömrəli qərardadı ilə Yasamal Rayon İcra Hakimiyyəti və “xxxx” Azərbaycan-Türkiyə birgə müəssisəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraata cəlb olunmuşlar. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə dövlət tərəfindən bu məqsədlər üçün ayrılmış dövlət fondu hesabına ümumilikdə 429.410 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair yeni ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə dövlət tərəfindən bu məqsədlər üçün ayrılmış dövlət fondu hesabına ümumilikdə 508.310 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evinin ümumi sahəsi müvafiq texniki pasporta əsasən 157,8 kv.m olduğu halda, iddia ərizəsində texniki yanlışlığa yol verilmiş və evin ümumi sahəsi səhvən 133,5 kv.m göstərilmişdir. Digər tərəfdən, göstərilən fərdi yaşayış evinin yerləşdiyi ərazi hündürdə olduğuna görə oradan şəhərə və Xəzər dənizinə gözəl bir mənzərə açılır ki, bu göstəriciyə görə həmin ərazidə daşınmaz əmlakın 1 kv.m-nin qiyməti ən azı 3.000 min manat təşkil edir ki, bu hesabla iddiaçıya verilməli olan kompensasiyanın ümumi məbləği 473.400 manat təşkil edir. Həmçinin, evsiz qaldıqlarına görə iddiaçı və onun ailə üzvləri 2000-ci ildən etibarən kirayədə yaşamağa məcbur olmuş və həmin vaxtdan kirayə haqqı ödəmişlər ki, həmin məbləğ əldə olunmuş sübutlara əsasən ümumilikdə 34.910 manat təşkil etmişdir. Beləliklə, iddiaçıya ailə üzvləri ilə birlikdə mülkiyyətində olan fərdi yaşayış evindən məhrum olduğuna görə ümumilikdə, 508.310 manat məbləğində zərər dəymişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli 2-1(103)-1068/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin olunmuş, iddiaçıya məxsus Bakı şəhəri, 7-ci Sovet döngəsi, 20 saylı evin sökülməsi nəticəsində ona dəymiş ziyana görə 100.125 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan 2019-cu il 4 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddia tələbinin 429.410 manat məbləğində təmin olunmasını tələb etmişdir. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qərardan 2019-cu il 14 noyabr tarixdə kassasiya şikayəti vermişlər. Cavabdeh qərarın ləğv edilməsini və iddianın ona münasibətdə mümkün sayılmamasını tələb etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-198/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 sentyabr tarixli 2-1(103)-1068/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı İş üzrə qiymətləndirmə təyin edilmiçdir. Qiymətləndiricinin qarşısında iddiaçının kompensasiya tələb etdiyi Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 nömrəli evin hazırkı vaxta olan bazar qiyməti nə qədər təşkil ediyi sualı qoyulmuşdur. Qiymətləndirmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə «X1 Company» MMC-nin mütəxəssisləri tərəfindən keçirilmişdir. Qiymətləndirici tərəfindən rəy təqdim olunaraq bildirilmişdir ki, iddiaçının mülkiyyətindən olmuş və sonradan sökülmüş Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 ünvanında 133,5 kv.m. torpaq sahəsində yerləşmiş 75,6 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış binasının mövcud orta bazar qiyməti 333750 manat (133kv.m. x 2500 manat) məbləğində müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə, həmçinin iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə dövlət tərəfindən bu məqsədlər üçün ayrılmış dövlət fondu hesabına ümumilikdə 508.310 manat məbləğində kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-cı il 20 fevral tarixli 2-1(81)243/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş üçüncü şəxslər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, tərəflərin izаhаtlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının kompensasiya tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 nömrəli ev “xxxx” Azərbaycan- Türkiyə müəssisəsi tərəfindən söküldüyündən, həmin ərazidə 2004-cü ildə çoxmərtəbəli yaşayış evi inşa edildiyindən, hazırkı iddia Cavabdehnə qarşı əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının da evinin yerləşdiyi torpaq sahəsi cavabdehin sərəncamı əsasında “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinə verilmiş və məhz həmin sərəncam əsasında müəssisə söküntü işlərini həyata keçirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi söküntüdə məsul olan subyektlə bağlı hər hansı araşdırma aparmamış, “xxxx” Azərbaycan-Türkiyə müəssisəsi tərəfindən sözügedən ərazidə sökülən evlərə görə kompensasiya ödənilibödənilməməsi məsələsini araşdırmamış, “xxxx” Azərbaycan-Türkiyə müəssisəni üçüncü şəxs qismində prosesə cəlb etməmiş, iş üzrə sübut əhəmiyyəti kəsb edən söküntü, həmçinin sakinlərə kompensasiyanın ödənilməsi ilə bağlı sənədlər tələb edilməmiş, nəticədə formal əsaslarla iddia rədd edilmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçıya məxsus yaşayış evi Cavabdeh başçısının 1994-cü il 18 iyul tarixli Sərəncamı əsasında sökülmüşdür, həmin orqan hazırkı tələb üzrə iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehlik daşıyan orqandır. Sərəncam ləğv edilməmiş, etibarsız sayılmamışdır və qüvvədədir, Sərəncam əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-489-cu məhəllədə “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinə ayrılmış, həmin müəssisənin vətəndaşlarla hesablaşmalı olması barədə hər hansı qeyd aparılmamışdır, odur ki, iddiaçının tələb etdiyi kompensasiyanın müəssisədən tutulması istisna edilməlidir. Digər tərəfdən, qeyd olunan ünvanın söküntü mərhələsinə düşməməsinə dair cavabdeh orqanın dəlilləri sübuta yetirilmədiyindən və iddiaçıya kompensasiyanın verilib-verilməməsi barəsində cavabdehin hər hansı məlumatının olmaması onu qüvvədə olan Sərəncam əsasında iddiaçıya yaşayış sahəsinə görə kompensasiyanın ödənilməsi öhdəliyindən azad etmir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kirayələrdə yaşaması ilə əlaqədar çəkdiyi xərclərin əvəzi olaraq cavabdehdən tələb etdiyi vurulmuş ziyanla bağlı sübut təqdim etməmişdir. İşə növbəti dəfə Ali Məhkəmədə baxılarkən Kollegiya qeyd etmişdir ki, kompensasiyanın məbləği ilə bağlı tələbə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qənaəti İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olmamışdır. Belə ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu vəzifənin icrasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, söküntünün 90-cı illərin ikinci yarısında sökülməsindən 20 ildən artıq müddət keçmişdir və həmin dövrdə yaşayış sahələrinin bazar qiyməti də nəzərə alınmaqla, hər kvadrat metrə görə 1500 manat kompensasiyanın verilməsi ağlabatan hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı hesab etməmişdir. Belə ki, əvvəla, kompensasiyanın məbləğinin evin söküldüyü vaxta görə müəyyən edilməsi yalnız mülahizə xarakteri daşımaqla, əsaslandırılmamışdır. Digər tərəfdən, hətta evin bazar dəyərinin söküntü vaxtı ilə müəyyən edildiyi halda belə, söküntünün baş verdiyi vaxtdan cavabdehin iddiaçı qarşısında yaranan öhdəliyini uzun müddət icra etməməsi iddiaçını öhdəliyin icra vaxtının bazar qiymətinə uyğun tələb irəli sürmək hüququndan məhrum etmir. İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinin təmin olunmadığına dair qənaət, həmçinin kirayə haqqı ilə bağlı iddiaçının irəli sürdüyü tələbə də aiddir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kirayə haqqı ilə bağlı tələbinin əsası kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübutları araşdırmamış, onlara hər hansı münasibət bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçı qarşısında cavabdehliyin məhz Cavabdeh daşımalı olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəlləsində aparılacaq layihələndirilmə işləri ilə əlaqədar həmin torpaq sahəsində yaşayış evləri olan mülkiyyətçilərə kompensasiyanın verilməsi, ödənişlərin edilməsi barədə “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinin hər hansı öhdəliyi nəzərdə tutulmamışdır. “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinin yeganə öhdəliyi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488- 489-cu məhəlləsində ona ayrılmış torpaq sahəsinin müqabilində Cavabdeh balansına təhvil vermək üçün “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələndirilməsi olmuşdur. Əslində, həmin məzmunda sərəncamla cavabdeh iddiaçının da əşya hüquqlarının olduğu torpaq sahəsini, bunun üçün hüquqi əsas olmadan, əvəzli olaraq (Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin əvəzinə) üçüncü şəxsin xeyrinə özgəninkiləşdirmişdir. 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus evin yerləşdiyi torpaq sahəsi üzərində də mülkiyyət hüququnu həmin normaya əsasən əldə etmişdir. Buradan, cavabdeh inzibati orqan mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsi üzərində sərəncam verməkdə səlahiyyətli olmamışdır. İddiaçı da məhz həmin qanunsuz sərəncam əsasında əmlakdan məhrum olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı qarşısında cavabdehliyinin olmadığına dair cavabdehin və üçüncü şəxsin şikayətlərinin dəlillərini əsaslı hesab etməmişdir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, 1979-cu il 13 dekabr tarixli çıxarışa əsasən, Bakı şəhəri, 7-ci Sovet döngəsində yerləşən 20 saylı ev xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Cavabdeh başçısının 1994-cü il 18 iyul tarixli, 998 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki 488-489-cu məhəllədə 2 yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması, ayrılmış torpaq sahəsinin müqabilində tikilib təmənnasız Cavabdeh balansına təhvil verməsi üçün “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki Talıblı küçəsində 2 bloklu, 9 mərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ona məxsus mülkün sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmiş, müraciət baxılması üçün Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yasamal rayon İcra Hakimiyyəti 2017-ci il 19 sentyabr tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi və ətrafında olan torpaq sahəsi 2 yaşayış evinin layihələndirilməsi və tikintisi üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1994-cü il 18 iyul tarixli, 998 saylı Sərəncamı ilə “xxxx” AzərbaycanTürkiyə müəssisəsinə ayrılmış, eyni zamanda qeyd olunan ünvan söküntü məhəlləsinə düşmüşdür. Dəymiş ziyanın ödənilməsi ilə bağlı “xxxx” Azərbaycan-Türkiyə müəssisəsinə qarşı iddia tələbi irəli sürülə bilər. İddiaçı 2017-ci il 10 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən dəymiş maddi ziyana görə 200.250 manat məbləğində pulun tutularaq kompensasiya kimi ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə dövlət tərəfindən bu məqsədlər üçün ayrılmış dövlət fondu hesabına ümumilikdə 429.410 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair yeni ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə dövlət tərəfindən bu məqsədlər üçün ayrılmış dövlət fondu hesabına ümumilikdə 508.310 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası əvvəlki apellyasiya baxışı zamanı məhkəmənin həmçinin Ali Məhkəmənin iddiaçı qarşısında cavabdehliyin məhz Cavabdeh daşımalı olduğuna dair fikirləri ilə razılaşır. Hal-hazırda mübahisə mübahisəli əmlakın hazırkı vaxta olan bazar qiyməti nə qədər təşkil ediyi, həmçinin, kirayə haqqının əvəzi olaraq maddi ziyanın dəyməsi ilə bağlıdır. Mübahisəli evin bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən tərəflərin razılığı qiymətləndirmə təyin edilmişdir. Qiymətləndiricinin qarşısında iddiaçının kompensasiya tələb etdiyi Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 nömrəli evin hazırkı vaxta olan bazar qiyməti nə qədər təşkil ediyi sualı qoyulmuşdur. Qiymətləndirmənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə «X1 Company» MMC-nin mütəxəssisləri tərəfindən keçirilməsi qərara alınmışdır. Qiymətləndirici tərəfindən rəy təqdim olunaraq bildirilmişdir ki, iddiaçının mülkiyyətindən olmuş və sonradan sökülmüş Bakı şəhəri, Yasamal rayonu, 7-ci Nərimanov döngəsi, 20 ünvanında 133,5 kv.m. torpaq sahəsində yerləşmiş 75,6 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli yaşayış binasının mövcud orta bazar qiyməti 333750 manat (133kv.m. x 2500 manat) məbləğində müəyyən olunur. Tərəflər həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakın qiymətinin daha yüksək və ya daha az olduğunu təsdiq edən hər hansı sübutlar təqdim etməmişlər. Məhkəmə qiyəmtləndiricinin gəldiyi rəyi ağlabatan hesab edərək mübahisəli əmlakın mövcud orta bazar qiymətinin 333750 manat olduğu qənaətinə gəlir. Kirayə haqqının əvəzi olaraq dəymiş maddi zərər münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya kirayədə yaşamasını, həmçinin, bu müddət ərzində nə qədər zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif olunsa belə, iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsınin İİ hissəsınə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusı mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız qanunla icazə verilmış hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərın tikilməsi məqsədilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, torpaq sahəsındə olan bınalara. qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasınm mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək iddianın qismən təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-243/2018 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Abduləli qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-243/2018 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı Abduləli qızının iddiası qismən təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, 7-ci Sovet döngəsi, 20 saylı evin sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə 333750 (üç yüz otuz üç min yeddi yüz əlli) manat pul vəsaiti Cavabdehndən İddiaçı Abduləli qızının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar