Məhkəmə qərarları › İş №2-1(103)-96/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-96/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-96/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3790/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02 dekabr 2019-cu il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 02 dekabr 2019-cu il tarixindən hazırki vaxta qədər yaranmış pensiya məbləği fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən hazırki vaxta qədər N nömrəli hərbi hissədə Üzən Tərsanə “ÜT-74”-də elektrik vəzifəsində işləyir. İddiaçının 02 dekabr 2019-cu ildə 57 yaşı tamam olmuş və həmin vaxtdan da onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, bununla əlaqədar cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin 15 dekabr 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndində (21.2) elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Cavabdehin cavabından məlum olmuşdur ki, iddiaçının vəzifəsi, yəni elektrik vəzifəsi həmin siyahıda nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Cavabdehin 15 dekabr 2020-ci il tarixli cavab məktubunda həm də ikinci səbəb kimi göstərilmişdir ki, iddiaçının pensiya kapitalı minimum pensiya məbləğinin təyin edilməsinə imkan vermədiyindən ona əmək pensiyası təyin edilə bilməz. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsində qanunvericiliyin zamana görə tətbiqində səhv etmiş və nəticədə iddiaçının pensiya hüququnu pozmuşdur. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı 1997-ci ildə başlamış və hazırki vaxta qədər davam edir. 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərar ilə təsdiq olunmuş 2 nömrəli siyahı var idi ki, həmin siyahının 23003000 kodunda dəniz və çay donanması nəzərdə tutulur. 23003010 kodu üzrə Üzən heyət göstərilir və həmin kod üzrə konkret olaraq göstərilir ki, dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı əldə edən şəxslər qrupuna daxildir. 2007-ci ildə bu siyahı ləğv edilmiş və Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərin yeni siyahısı qəbul edilmişdir. Həmin vaxt iddiaçı 12 il zəruri olan stajın 10 ilini, hazırda isə 22 ilini toplamışdır. İş yerindən verilən arayışda da qeyd edilmişdir ki, iddiaçının çalışdığı vəzifə ona güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Lakin cavabdeh tamamilə qanunun tələbinə zidd olaraq iddiaçının pensiya işinə 1993-cü ilin qərarını deyil, vəziyyəti ağırlaşdıran qanunun geriyə qüvvəsini tətbiq etməklə iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Pensiya kapitalının minimum pensiya təyinatına imkan vermə məsələsinə gəldikdə isə cavabdeh tərəf bu halda da qanunun zamana görə tətbiqində səhv etmiş və nəticədə iddiaçının pensiya hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı 2009-cu ildə tamamlanaraq 12 il olmuşdur. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyasının minimum məbləğini müəyyən edən maddə yox idi. Əmək pensiyasının minimum məbləğini müəyyən edən 6-1-ci maddə Qanuna 10 mart 2017-ci il tarixində daxil edildi və həmin maddənin tələbinə görə əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunmuşdur. Daha sonra 2019cu il 19 fevral tarixli Qanunla 6-1-ci maddə yeni redaksiyada verilmiş və həmin maddədə qeyd edilmişdir ki, 2019-cu il 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat müəyyən edilsin. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını tam olaraq əldə etdiyi vaxt, yəni 2009-cu ildə qüvvədə olan Qanunun 9.1-ci maddəsində pensiya kapitalı anlayışı nəzərdə tutulmamışdı. Bu anlayış Qanuna 2017-ci il tarixində daxil edildi və 9.1-ci maddəyə dəyişiklik edilərək “57” yaş “60” yaşla əvəz edilmiş və həmin maddəyə “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi pensiya hüququ verən güzəştlər sahəsində vəziyyət daha pisləşmişdir. Birinci, ona görə ki, 57 yaş 60 yaşla əvəz edilmişdir. İkinci ona görə ki, pensiya təyinatı üçün tək staj deyil, minimum pensiya təyinatına imkan verən pensiya kapitalının olması tələb edilmişdir. Qanunun zamana görə qüvvəsinə əsasən qanunun vəziyyəti ağırlaşdıran bu göstərişinin geriyə qüvvəsi tətbiq edilə bilməz və bu hal “Əmək pensiyaları haqqında” Qanunun 2009-cu ildə qüvvədə olan 9.5-ci maddənin tələbinə (hazırda 9.8-ci maddə) birbaşa ziddir. Belə ki, həmin maddədə deyilir ki, “bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Qanunun məzmununa görə qanuna sonradan edilən dəyişikliklərin, xüsusilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən hüquqları məhdudlaşdıran şərtlərinin geriyə qüvvəsi yoxdur. Onun əmək pensiyasının hesablanmasında minimum pensiya təyinatına imkan verən pensiya kapitalı anlayışı tətbiq edilə bilməz, tətbiq edilsə belə, 2019-cu ildən qüvvəyə minən “200 manat” anlayışı deyil, 2017-ci ildən 2019-cu ilədək qüvvədə olan “110 manat” anlayışı pensiya təyin edilməsində tətbiq edilməlidir. Daha sonra Qanunun 6-1-ci maddəsində deyilir ki, bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Deməli, ümumi araşdırmaya əsasən belə məlum olur ki, Qanunun tələbinə görə «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinin 2009-cu ildə qüvvədə olan redaksiyası iddiaçının pensiya təyinatına tətbiq edilməli, həmin vaxt qüvvədə olan pensiya hesablanması qaydasına uyğun iddiaçıya pensiya təyin edilməli və əgər bu məbləğ minimum pensiya məbləğindən aşağı olarsa, 6-1-ci maddənin tələbinə əsasən minimum pensiya məbləğinə çatdırılmaqla ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanmasa bəndində (21.2) elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçının 09 sentyabr 1980-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997- xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 №-li Hərbi Hissə “ÜT-74”də elektrik, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin idarədə baş elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş Siyahı üzrə nəqliyyat bölməsində qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən iddiaçının 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajı yoxdur. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37693,51 manat təşkil edir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3790/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının 2006-cı il yanvarın 1-dək toplanmalı olduğu qərarına gəlməklə Qanunu səhv təfsir etmiş, eləcə də pensiyanın hesablanması qaydasına heç bir aydınlıq gətirmədən, bu hissədə heç bir araşdırma aparmadan pensiyanın hesablanması qaydasında da Qanunu düzgün tətbiq etməmiş, nəticədə pensiya hüququnu pozulmuşdur. Belə hesab edir ki, ona pensiya hüququ verən 57 yaşında onun pensiya kapitalı minimum pensiya məbləğinin təyin edilməsinə imkan vermirdisə, məhkəmə pensiya kapitalı hansı yaşda imkan verirdisə, həmin yaşda da mənə pensiya təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi. Axı o, hələ də işləyir və pensiya kapitalı yığılmaqda davam edir. Məhkəmə qərar qəbul edən vaxt, yəni 12 dekabr 2021-ci ildə artıq onun pensiya kapitalı lazım olduğundan da çox məbləğdə yığılmışdır. Məhkəmə isə ümumiyyətlə hesablama qaydasını araşdırmadan belə nəticəyə gəlmişdir ki, pensiya kapitalı minimum pensiya məbləğinin təyin edilməsinə imkan vermir. Məhkəmə konkret olaraq pensiyanın hesablanması qaydasına münasibətdə heç bir araşdırma aparmamışdır. Məhkəmə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu”nun 9.1-ci maddəsinə istinad edərək bildirir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa onlara pensiya təyin edilə bilər. Məhkəmə Qanunun 9.1ci maddəsini həm yaş, həm staj, həm də kapital baxımından tətbiq etmiş və belə qərara gəlmişdir ki, ona pensiya təyin edilə bilməz. Belə hesab edir ki, məhkəmə hər üç halda qanunu düzgün təfsir etməmiş, Qanunun məzmununda səhv etməklə qanunsuz qərar qəbul etmişdir. Yaş baxımından məhkəmə 60 yaşın zəruri olması halına istinad edərkən nəzərə almamışdır ki, 60 yaş həddi Qanunla 2017-ci il mart m 10-da müəyyən edilmiş, 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. 2017-ci il iyulun 1-dək Qanunun 9.1-ci maddəsinin tələbinə görə güzəştli şərtlərlə əmək pensiyası hüquq verən yaş həddi 57 yaş idi. O, güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajını tam olaraq 2009-cu ildə topladığı üçün ona həmin vaxt qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunun 9.1-eİ maddəsi tətbiq olunmalı və ona 57 yaşdan pensiya təyin edilməli idi. Lakin 2009-cu ildə güzəştli şərtlərlə pensiya hüququ verən tam iş stajını toplasa da, yaş həddi imkan vermədiyinə görə, ona 2009-cu ildə deyil, 57 yaşım tamam olanda, yəni 2019-cu ildə pensiya təyin edilməli idi. Ona görə ki, Qanunun 9.8-ci maddəsində deyilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Deməli, Qanunun 9.8-ci maddəsinin tələbinə görə o, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı 2009-cu ildə topladığı üçün onun pensiya təyinatına da 2009-cu ildə qüvvədə olan “Əmək pensiyaları haqqında Qanun”un 9.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə isə bunu nəzərə almamış, onun 57 yaşı tamam olandan səkkiz il sonra Qanuna edilən dəyişikliyi tətbiq edərək belə qərara gəlmişdir ki, ona pensiya 60 yaşda təyin edilməlidir. Məhkəmənin məntiqinə görə əgər 2018-ci ildə 60 yaş 62 yaşla əvəz edilsəydi məhkəmə belə qərara gələcəkdi ki, ona 62 yaşdan pensiya təyin edilməlidir. Bu isə Qanunun 9.8-ci maddəsinin məzmununu tamamilə səhv tətbiq etmək deməkdir. Yəni güzəştli şərtlərlə pensiya hüquq verən tam əmək stajı toplayan şəxs həmin stajı hansı vaxt toplamışıdrsa həmin vaxt qüvvədə olan Qanunun yaşa və staja görə tələbi tətbiq edilməklə həmin şəxsə pensiya təyin edilməlidir. Qanunun 9.8-ci maddəsini onun məsələsinə tətbiq edilsə məlum olur ki, o, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını 2009-cu ildə topladığı üçün ona pensiya da, məhkəmənin nəzərdə tutduğu kimi 57 yaşım tamam olan vaxt, yəni 2019-cu ildə qüvvədə olan 9.1-ci maddə deyil, tam əmək stajını topladığı vaxt qüvvədə olan, yəni 2009-cu ildə qüvvədə olan 9.1-ci maddənin tələbi tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olan qanunun 9.1-ci maddəsinin tələbinə görə yaş həddi 60 yaş deyil, 57 yaş idi. Apellyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək 62 saylı ŞTPM-də oxumuş, xx.xx.1980-cı ildə 23-Gəmir təmiri zavodunda 10 №-li sexə 1 dərəcəli gəmi elektromontajçısı qəbul edilmiş, xx.xx.1981-ci ildə həqiqi hərbi xidmətə çağırıldığı üçün Azərbaycan SSR Əmək Məcəlləsinin 36 maddəsinin “p” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək Sovet ordusunda xidmət etmiş, xx.xx.1983-cü ildə üç dəfə Lenin ordenli, Oktyabr inqilabı ordenli, X6 ordenli Moskva Lixaçov adına avtomobil zavodunda Press korpusuna elektrik avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektromontyor işinə qəbul edilmiş, xx.xx.1986-cı ildə elektrik avadanlığının təmiri üzrə 5-ci dərəcəli elektromontyor adı verilmiş, xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu ildə “Qismət” kooperativində xarratdəzgahçı şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu ildə “Azelektroterm” EİB-nin Bakı elektrotermik avadanlığı zavodunda elektrik təmiri sexinə elektrik avadanlığının təmiri üzrə elektromontyor işinə qəbul edilmiş, xx.xx.1991-ci ildə elektrik avadanlığının təmiri üzrə 6-cı dərəcəli elektromontyor adı verilmiş, xx.xx.1991-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Gəmi təmiri zavoduna 10 saylı sexə 3-cü dərəcəli elektromontyor qəbul edilmiş, xx.xx.1991-ci ildə 4-cü dərəcəli elektromantajçı adı verilmiş, xx.xx.1994-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1994-cü ildə Paris Kommunası adına “X8 Təmiri Zavodu” İB-nin baş istehsalat vahidi elektromontaj sahəsinə 4-cü dərəcəli gəmi elektromontajçısı qəbul edilmiş, xx.xx.1997-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1997-ci ildə N saylı hərbi hissəyə MD-74 elektrik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə 4-cü dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə hərbi hissədə ştat struktur dəyişiklikləri ilə əlaqədar olaraq Üzən Tərsanədə 4-cü dərəcəli baş elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştat strukturun dəyişilməsini nəzərə alaraq “Üzən Tərsanə-74” 5-ci dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş və hal-hazıra kimi (xx.xx.2020-ci il) işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 864 saylı arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən N nömrəli hərbi hissədə xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Üzən Tərsanə "ÜT-74”-də elektrik və xx.xx.2002-ci il tarixdən hal-hazıra kimi Üzən Tərsanə ÜT-74-də baş elektrik vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21-ci bölməsinin 21.2 bəndinin Dəniz donanması: b) Üzən heyyət elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri (21.2. səhifə 74 Koduna uyğun olaraq) 22 (iyirmi iki) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün iş stajı ilə İddiaçı güzəştli şərtlə pensiya çıxmaq hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 933 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildən (xx.xx.1997-ci il tarixli 82 saylı əmr) hal-hazıra kimi Üzən Tərsanə ÜT-74-də elektrik vəzifəsində işləyir. Zərərli iş şəraitinin müəyyən edilməsinə əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21-ci bölməsinin 21.2 bəndinin Dəniz donanması: b) Üzən heyət: elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndində (21.2) elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 09 sentyabr 1980-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1997-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi 328 №-li Hərbi Hissə “ÜT-74”də elektrik, xx.xx.2002- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin idarədə baş elektrik vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş Siyahı üzrə nəqliyyat bölməsində qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən Sizin 1 yanvar 2006-cı il tarixinə qədər güzəştli iş stajınız yoxdur. Bundan başqa Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 37693,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Məktubunuza baxaraq bildiririk ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18929,34 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 20696,96 manat olmaqla cəmi pensiya kapitalı 39626,90 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 11 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18929,34 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 20696,96 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43600,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İşdən görünür ki, iddiaçı ona 02 dekabr 2019-cu il tarixindən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 02 dekabr 2019-cu il tarixindən hazırki vaxta qədər yaranmış pensiya məbləği fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil müddəti (10 ay 23 gün), həqiqi hərbi xidmət keçdiyi müddət (2 il 29 gün) və işlədiyi dövr (22 il 9 ay 12 gün) nəzərə alınmaqla, o, xx.xx.2006-cı il tarixədək 25 il 9 ay 4 gün ümumi sığorta stajına malikdir. Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının Üzən Tərsanə “ÜT-74”-də işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək elektrik, xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək baş elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (Bölmə XXVİİİ Nəqliyyat, 3. Dəniz və çay donanması, 1) Üzən heyət, kod 23003020—25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri). İddiaçının həmin vəzifələrdə iş stajı xx.xx.2006-cı ilədək 8 il 22 gün təşkil edir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı 57 yaşının tamam olduğu tarixdən - 02 dekabr 2019-cu il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının əsaslarından biri fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. Lakin məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37693,51 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. İddiaçı xx.xx.2019-cu ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir, qeyd olunan norma isə “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixdə əlavə edilmişdir və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Ona görə də məhkəmə hesab edir ki, həmin şərt iddiaçıya münasibətdə tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyalar təyin edilməsini yalnız iki şərtə münasibətdə müəyyən edir - yaş və staj. Bu, pensiya təyin edilərkən digər hallara şamil edilə bilməz. Bu baxımdan məhkəmə iddiaçının onun pensiya hüququnun 2009-cu ildə yaranması, 2017-ci ildə edilmiş dəyişiliklərin ona şamil edilməli olmaması, eləcə də əmək pensiyası təyin edilərkən pensiya kapitalının tələb edilməli olmaması ilə əlaqədar dəlillərini əsassız hesab edir. Göründüyüy kimi, həm iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır, həm də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İddia tələbinin məzmunundan da göründüyü kimi iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçının müraciət etdiyi vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur və xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək 62 saylı ŞTPM-də təhsil almış (10 ay 22 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək 23-Gəmir təmiri zavodunda 10 №-li sexə 1 dərəcəli gəmi elektromontajçısı vəzifəsində işləmiş (7 ay 6 gün), xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmət keçmiş (2 il 28 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Moskva Lixaçov adına avtomobil zavodunda Press korpusuna elektrik avadanlığının təmiri üzrə elektromontyor (5 il 11 ay 18 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək “Qismət” kooperativində xarratdəzgahçı şagirdi (3 ay), xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Azelektroterm” EİB-nin Bakı elektrotermik avadanlığı zavodunda elektrik təmiri sexinə elektrik avadanlığının təmiri üzrə elektromontyor (1 il 7 ay 4 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Gəmi təmiri zavoduna 10 saylı sexə elektromontyor (2 il 11 ay 10 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Paris Kommunası adına “X8 Təmiri Zavodu” İB-nin baş istehsalat vahidi elektromontaj sahəsinə 4-cü dərəcəli gəmi elektromontajçısı (3 il 4 ay 4 gün), xx.xx.1997-ci ildə N saylı hərbi hissəyə MD-74 elektrik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə 4-cü dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə hərbi hissədə ştat struktur dəyişiklikləri ilə əlaqədar olaraq Üzən Tərsanədə 4-cü dərəcəli baş elektrik vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştat strukturun dəyişilməsini nəzərə alaraq “Üzən Tərsanə-74” 5-ci dərəcəli baş elektrik vəzifəsinə keçirilmiş və hal-hazıra kimi (xx.xx.2020-ci il) işləyir (xx.xx.2006-ci il tarixədək 8 il 23 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Göründüyü kimi, onun peşə təhsili müddəti, hərbi xidmət və əmək fəaliyyəti dövrü ümumilikdə 25 il 8 ay 25 gün ümumi sığorta stajına malikdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə iş stajının toplanıbtoplanmaması ilə bağlı isə bildirir ki, iddiaçının Üzən Tərsanə “ÜT-74”-də işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək elektrik, xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək baş elektrik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (Bölmə XXVİİİ Nəqliyyat, 3. Dəniz və çay donanması, 1) Üzən heyət, kod 23003020—25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri). İddiaçının həmin vəzifələrdə iş stajı xx.xx.2006-cı ilədək 8 il 22 gün təşkil edir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının ümumi stajının xx.xx.2006-cı il tarixədək 25 ildən çox olsa da, tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az olduğundan zəruri şərt olan güzəştli şərtlərlə pensiya təyini üçün əsas olan tələbi yerinə yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3790/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar