Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-96/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-150/2023 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən onlara münasibətdə tərtib edilən, 2016-2018ci illərə aid dövrə görə xx.xx.2020-ci il tarixli, N **********141253 saylı qərar tərtib edərək əlavə sanksiya haqda qərarın cavabdeh tərəfindən ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli **********167856 saylı qərarı ilə iddiaçıya növbədənkənar səyyar vergi yoxlaması təyin etmiş və həmin yoxlama 2016-cı ilin yanvar ayından - 2018-ci ilin sentyabr ayına qədərki dövrü əhatə etmişdir. Yoxlama xx.xx.2020-ci il tarixli **********167900 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirmiş və xx.xx.2020-ci il tarixli **********141253 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul etmişdir. Həmin qərara əsasən ƏDV vergisi üzrə yoxlanılan dövr üzrə 2386485,44 manat dövriyyənin azaldılması, 507021,89 manat dövriyyənin isə artıq göstərilməsi müəyyən edilmiş və buna əsasən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 88400,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə yoxlama ilə əhatə edilən dövrlər üzrə iddiaçının ümumi gəlirlərinin 1247500,24 manat az göstərilməsi, xərclərin tərkibində isə malların dəyərinin 794111,95 manat çox göstərilməsi qeyd edilmişdir. Yoxlama nəticəsinə görə 2016-cı il üzrə mənfəət vergisinin 139757,84 manat azaldılması, 2017-ci il üzrə isə mənfəət vergisinin 268564,60 manat azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 134282,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama zamanı iddiaçı tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə təsisçiyə olan 157639,72 manat borcun nağd şəkildə qaytarılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın yekununa dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********141253 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərara əsasən iddiaçıya ƏDV üzrə 429639,38 manat verginin yayındırılmasına görə 88400,64 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 408322,44 mnat verginin yayındırılmasına görə 134282,30 manat və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 48-ci maddəsinin tələbinə müvafiq tərtib edilməyən, yəni Qanunun tələbi pozulmaqla tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********141253 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı əsassız və qanunsuzdur və həmin qərar Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bununla yanaşı, iddiaçı hüquqlarını pozan, xx.xx.2020-ci il tarixli **********167900 saylı səyyar vergi yoxlaması aktını da qərəzli hesab edir və buna dair həmin aktda öz qeydlərini aparmışlar. Belə ki, yoxlama zamanı vergidən yayınma hallarının necə, nəyə əsasən, hansı sənədlərlə və hallarla müəyyən edildiyi dəqiq göstərilməmiş və ya tamamən yalnış göstərilmişdir. O cümlədən Vergi Məcəlləsinin tələbləri də gözlənilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. İddiaçı hesab edir ki, yoxlama ilə əhatə olunan hesabat dövrləri ərzində dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi onlar tərəfindən düzgün hesablanmış və hər hansı kənarlaşmaya (vergilərin az hesablanması hallarına) yol verilməmişdir. Cavabdeh vergi orqanı iddiaçıya səyyar vergi yoxlaması ilə əhatə olunan hesabat dövrləri üzrə mübahisələndirilən mənfəət vergisinin hesablanmasına əsas olan hər hansı mötəbər sübut təqdim edə bilməmiş və həmin hesablamaların əsaslı olmasını sübuta yetirə bilməmişdir. Bu da yoxlamanın əvvəlindən sonuna qədər pozuntu ilə keçirilməsi deməkdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, **********167856 saylı qərarı ilə vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama ilə yanvar 2016-cı il - sentyabr 2018-ci illər əhatə edilmişdir. Yoxlamanın başa çatması xx.xx.2020-ci il tarixli, **********167900 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və xx.xx.2020-ci il tarixli, **********141253 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Yoxlama ilə aşağıdakı tədiyyələr üzrə vergidən yayınma halları müəyyən edilmişdir: ƏDV vergi üzrə: Yoxlama ilə ƏDV üzrə hesablamanın əsası vergi tutulan dövriyyənin 1879463,36 manat az, əvəzləşdirilən dövriyyənin isə 400 manat (400*18%=72) çox göstərilməsi olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilən malların satış qiymətini müəyyənləşdirmək məqsədilə səyyar vergi yoxlamasının gedişində xx.xx.2019-cu il tarixli, **********192524 saylı qərarla ekspertiza təyin edilmiş və xx.xx.2020-ci il tarixdə təqdim edilən ekspert rəyinə əsasən yoxlanılan dövr üzrə 2386485,44 manat (2386485,44*18%=429567,38) dövriyyənin azaldılması, 507021,89 manat (507021,89*18%=91263,94) dövriyyənin isə artıq göstərilməsi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə yuxarıda qeyd edilən hallara əsasən vergi ödəyicisinə 429639,38 manat (429567,38+72=429639,38) ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 88400,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlama ilə 2016-2017ci illərin mənfəət vergisi yoxlanılmış və vergi ödəyicisi tərəfindən bəyannamədə göstərilən məbləğin bəyannamədə göstərilməli olan məbləğə nəzərən azaldılması müəyyən edilmişdir. Yoxlanılan dövrlər üzrə mənfəət vergisi bəyannamələrində vergi ödəyisinin ümumi gəlirlərinin azaldılması, xərclərin isə əsassız şişirdilməsi kənarlaşmanın əsasını təşkil etmişdir. Belə ki, səyyar vergi yoxlamasına cəlb edilən ekspert tərəfindən təqdim olunan rəydə yoxlama ilə əhatə edilən dövrlər üzrə vergi ödəyicisinin ümumi gəlirlərinin 1247500,24 manat az göstərilməsi, xərclərin tərkibində isə malların dəyərinin 794111,95 manat çox göstərilməsi qeyd edilmişdir. Müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən gəlirdən çıxılan xərclər müəyyən edilərkən malların dəyəri onun invoys dəyəri ilə deyil, yük gömrük bəyannaməsində qeyd edilən statistik dəyəri ilə nəzərə alınmışdır. Bu da öz növbəsində gəlirdən çıxılan xərcin əsassız olaraq artırılması ilə nəticələnmişdir. Yoxlama nəticəsində 2016-cı il üzrə mənfəət vergisinin 139757,84 manat azaldılması, 2017-ci il üzrə isə mənfəət vergisinin 268564,60 azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 134282,30 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin yoxlama zamanı vergi ödəyicisi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq təsisçiyə olan 157639,72 manat borcun nağd şəkildə qaytarılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016cı il tarixli Qanunu ilə nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulan əməliyyat nağd qaydada həyata keçirildiyindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, yoxlamanın yekununa dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********141253 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən vergi ödəyicisinə ƏDV üzrə 429639,38 manat, verginin yayındırılmasına görə 88400,64 manat maliyyə sanksiyası, mənfəət vergisi üzrə 408322,44 manat, verginin yayındırılmasına görə 134282,30 manat və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-150/2023 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141253 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı “2016-cı il üzrə 42885,2 manat əlavə hesablanmış mənfəət vergisi, 2017-ci il üzrə 76792,71 manat əlavə hesablanmış mənfəət vergisi, 2018-ci il üzrə 27.724,28 manat artıq hesablanmış ƏDV, 2017-ci ilin mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesablanmış 38.396,35 manat maliyyə sanksiyası və VM-in 58.7-ci maddəsinə əsasən hesablanmış 15763,97 manat hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğinin 100 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 45 (qırx beş) manat hissəsi İddiaçındən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək,birinci instansiya məhkməsinin qərarının qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Eyni zamanda iddiaçı qərardan apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-150/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2016-cı il üzrə təqdim edilmiş cari mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 2,237,219.53 manat, ümumi gəliri 2,237,219.53 manat, çıxılmalardan sonra ümumi gəlir 2,237,219.53 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2,161,743.65 manat, ümumi gəlirdən çıxılan xərclər 2,161,743.65 manat vergiyə cəlb olunan mənfəət 75,475.88 manat, mənfəət vergisi 15,095.18 manat bəyan edilmişdir. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2017-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş (səyyar vergi yoxlaması) mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 3,983,2578.58 manat, ümumi gəliri 3,983,257.58 manat, çıxılmalardan sonra ümumi gəlir 3,983,257.58 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2,515,966.39 manat, ümumi gəlirdən çıxılan xərclər 2,515,966.39 manat, vergiyə cəlb olunan mənfəət 1467,291.19 manat, mənfəət vergisi 293,458.24 manat bəyan edilmişdir. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2017-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 3,128,398.12 manat, ümumi gəliri 3,128,398.12 manat, çıxılmalardan sonra ümumi gəlir 3,128,398.12 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 3,003,929.92 manat, ümumi gəlirdən çıxılan xərclər 3,003,929.92 manat, vergiyə cəlb olunan mənfəət 124,468.20 manat, mənfəət vergisi 24,893.64 manat bəyan edilmişdir. - "xxxx" MMC (VÖEN:**********) tərəfindən 2018-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin hesabat dövrünə gəlirləri 2,583,905.89 manat, ümumi gəliri 2,583,905.89 manat, çıxılmalardan sonra ümumi gəlir 2,583,905.89 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 2,483,271.97 manat, ümumi gəlirdən çıxılan xərclər 2,483,271.97 manat, vergiyə cəlb olunan mənfəət 100,633.92 manat, mənfəət vergisi 20,126.78 manat bəyan edilmişdir. -Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanalanmış xx.xx.2020-ci il tarixli, 105 №-li məktuba əlavə edilmiş ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin təqdim etdiyi avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə bazar satış qiymətləri müəyyənləşdirilmişdir. -Azərbaycan Respublikası "xxxx" MMC Konsalting və Qiymətləndirmə şirkəti tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, MB 13-965 №-li məktubunun və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, apardıqları təhlil və hesablamalar nəticəsində xx.xx.2016-cı il tarixldən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin təqdim etdiyi avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların bazar qiymətləri müəyyənləşdirilmişdir. -xx.xx.2020-ci il tarixli, **********167900 №-li səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2018-ci il tarixli, **********1167856 saylı qərarına əsasən X5 İdarəsinin Ticarət sahəsi üzrə şöbəsi tərəfindən İddiaçı (VÖEN **********) üzrə aksiz vergisi – yanvar 2016– sentyabr 2018; mədən vergisi – yanvar 2016-sentyabr 2018; ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2016-3-cü rüb 2018; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il–2017-ci il; əlavə dəyər vergisi yanvar 2016–sentyabr 2018; əmlak vergisi – 2016-cı il–2017-ci il; sadələşdirilmiş vergi 1-ci rüb 2016–3-cü rüb 2018; mənfəət vergisi 2016-cı il–2017-ci il; torpaq vergisi 2016-cı il–2017-ci il tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-2017-ci illər üzrə Mənfəət vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və mənfəət vergisinin 639747.52 manat az hesablanması aşkar olundur. Kənarlaşmaya səbəb müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlirlərin 2 404 625.67 manat az (ekspert rəyinə əsasən), xərclərin tərkibində malın dəyərinin 794 111.95 manat çox (Malların dəyəri invoys qiymətilə deyil yük gömrük bəyannamələrində qeyd olunan statistik dəyərlə hesablanmışdır) göstərilməsi, bununla da mənfəət vergisinin 639 747.52 manat az göstərilməsi müəyyən edilmişdir. Beləliklə yoxlama ilə Vergi Məcəlləsinin 103, 104, 105-ci maddələrinə əsasən mənfəət vergisi üzrə 639 747.52 manat əlavə vergi məbləğinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində, yəni 319 873.76 manat məbləğində maliyyə sanksiyasının hesablanması təklif edilir. Yoxlanılan dövr ərzində müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu. Yoxlanılan dövrdə bəyannamələr vergi orqanına vaxtında təqdim olunmuşdur. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən 624 013.93 manat kənarlaşma aşkar edildi. Kənarlaşmaya səbəb vergi tutulan dövriyyənin 3 466 344.07 manat az, əvəzləşdirilən dövriyyənin 400.00 (400.00*18%=72) manat çox göstərilməsi olmuşdur. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş malların satış qiymətini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən 3 466 344.07 (3466344.07*0,18%=623941.93) manat dövriyyə kənarlaşması müəyyən edilmişdir (ekspert rəyi əlavə olunur). Bununla da yoxlama ilə Vergi Məcəlləsinin 14-cü, 153, 159, 161-ci maddələrinə əsasən 624 013.93 (623941.93+72=624013.93) manat məbləğində ƏDV-nin hesablanması və VM 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50%-i həcmində, yəni 312 006.97 manat məbləğində maliyyə sanksiyasının hesablanması təklif olunur. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. 2016-2017-ci illər üzə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmişdir. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə, ƏDV bəyannaməsi və sadələşdirilmiş vergi bəyannaməsi tərkibində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergiyə əsasən kənarlaşma aşkar edilmədi. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ÖMV üzrə bəyannamələrin düzgünlüyü yoxlanıldı və kənarlaşma aşkar edilmədi. Yoxlanılan dövrdə vergi ödəyicisi aksiz vergisinin, torpaq vergisinin, mədən vergisinin, əmlak vergisinin, sadələşdirilmiş verginin ödəyicisi olmamışdır. Yoxlama ilə Sosial fondlara ayırmalar yoxlamanın əhatə etdiyi dövr üzrə yoxlanıldı və kənarlaşma aşkar edilmədi. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi tələbləri pozulmamışdır. Yoxlanılan dövrd qarşıqlı əlaqələrin araşdırılmasına zərurət yaranmamışdır. Yoxlanılan dövrdə ƏDV bəyannamələrində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğində nisbətən 624013.93 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 312 006.97 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; yoxlanılan dövrdə Mənfəət bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamədə göstərilməli olan vergi məbləğinə nisbətən 639747.52 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 319873,76 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; yoxlama ilə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən müəssisə tərəfindən alınmış malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş 4 983.84 manat ƏDV məbləğinin 50%-i miqdarında, yəni 2 491.92 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozaraq təsisçiyə olan 157639.72 manat məbləğində borc nağd şəkildə qaytarmışdır. Bununla da Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən 15763.97 manat maliyyə sanksiyasının hesablanması təklif olunur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********141253 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçınə mənfəət vergisinə görə 2016-cı il üzrə 139757.84 manat, 2017-ci il üzrə 268564.60 manat, əlavə dəyər vergisinə görə 2016-cı il üzrə 55405,01 manat, 2017-ci il üzrə 153946,72 manat, 2018-ci il üzrə 129023,71 manat əlavə vergi məbləği və Vergi Məcəlləsinin 56.1, 58.1 və 58.7-1-ci maddələrinə əsasən 238 446.91 manat maliyyə sanksiyasının hesablanmışdır. -Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən verilən 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********* nömrəli cinayət işi üzrə mütəxəssis ayrılmasına dair 22 fevral 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq İddiaçıMMC-də (VÖEN **********) xx.xx.2016- xx.xx.2018-ci il dövrü üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin məbləğinin müəyyən edilməsi, həmçinin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə cinayət işinə əlavə edilmiş materiallar, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: “KENANSHİN" MMC vergi ödəyicisi kimi xx.xx.2016-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış və ona həmin tarixdən qüvvədə olmaqla xx.xx.2016 tarixli **********9 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. İddiaçı MMC-nin təsisçisi və rəhbəri X2 olmuşdur. MMCnin hüquqi ünvanı: AZ1052, ünvan 2HİN" MMC-nin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən ünvan 3 ünvanıda 113 kv.m-lik mağazası və ünvan 4 ünvanında 400 kv.m-lik anbarı mövcuddur. Vergi ödəyicisinin, araşdırılan dövrdə faktiki fəaliyyəti: avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə və topdan satışı olmuşdur. Vergi ödəyicisinin "xxxx" ASCnin Nizami filialında 4 bank hesabı olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sistemi və şəxai hesab vərəqəsi məlumatlarına əsasən xx.xx.2016-xx.xx.2018 hesabat dövründə 1061069,43 manat vergilər hesablanmış, hesablanmış vergilərə 1026129,99 manat azalma verilmiş, dövlət büdcəsinə 135302,50 manat vergi ödənilmişdir. Cəmiyyətin xx.xx.2022-ci il tarixə 396068,31 manat əsas borcu vardır. Cəmiyyətdə xx.xx.2016- xx.xx.2018 vergi dövrü üzrə Bakı, şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2018 tarixli **********167856 nömrəli Qərarı ilə səyyar vergi yoxlaması aparılmış, nəticələri xx.xx.2020 tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, tarixli **********141253 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Qərarla 746697,88 manat vergilərin azaldılması müəyyən edilmiş, 238446,91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisədə aparılmış səyyar vergi yoxlaması zamanı “Mütəxəssisin dəvət edilməsi haqqında" xx.xx.2020 tarixli, **********139528 nömrəli qərar qəbul edilərək, "MBA LTD” MMC-nin əməkdaşı X3 mütəxəssis qismində yoxlamaya cəlb edilmiş və mütəxəssis qarşısında “Təqdim olunmuş malların çeşidi, adı, modeli, bazar qiyməti, mənşəyi və hansı ölkələrdən idxal olduğunu müəyyən etmə" sualları qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2020-ci il tarixli mütəxəsis rəyi yoxlamaya təqdim edilmiş, həmin rəy əsasında müəssisəyə əlavə vergilər hesablanmışdır. Müəssisənin direktoru X2 ifadəsində ekspert rəyində ayrı-ayrı ölkələrdən idxal olunmuş malların mənşə ölkəsi nəzərə almadan, müxtəlif mənşəli mallara eyni qiymətlər tətbiq edildiyini və bu səbəbdən də, hesablanmış vergilərlə razı olmadığını bildirmişdir. Mütəxəssis kimi ayrılmış X3 ifadəsində təqdim edilmiş malların hansı ölkənin istehsalı (mənşəyi) olduğunu göstərməməsini sətirlərin çoxluğu ilə aqələndirdiyini, bu səbəbdən də, "xxxx" MMC tərəfindən idxal olunmuş avtomobil ehtiyyat hissələrinin və təkərlərinin istehsal ölkələri üzrə real bazar qiymətini rəyində göstərə kimədiyini qeyd etmişdir. Cinayət işi üzrə istintaqın obyektivliyini təmin etmək üçün “KENANSİN" MMC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müxtəlif ölkələrdən dövr üzrə idxal olunmuş avtomobil ehtiyyat hissələrinin real bazar qiymətinin müəyyən edilməsi üçün təkrar mütəxəssis cəlb edilmiş bunun əsasında xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Həmin rəylə cəmiyyət tərəfindən idxal olunmuş bütün təkər və ehtiyyat hissələrinin mənşə ölkəsi nəzərə alınmaqla qiymətləndirilməsi aparılmışdır. ƏDV üzrə: Cəmiyyətin xx.xx.2016xx.xx.2018-ci il dövründə vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində ƏDV dövriyyəsi 7156982,55 manat, ƏDV-si 1288256,86 manat, əvəzəşdirilən ƏDV 1316053,14 manat, büdcədən qaytarılan ƏDV 27796,28 manat olmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018 tarixli **********167856 nömrəli Qərarı ilə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə əsasən müvafiq dövrdə ƏDV zzyriyyəsi 9036445,91 manat, ƏDV-si 1626560,26, əvəzləşdirilən ƏDV 1315981,14 manat, büdcəyə ödənilməli ƏDV məbləğ 310579,12 manat olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına (E_VHF, e-qaimə, idxal YGB) əsasən cəmiyyətin xx.xx.2016-xx.xx.2018 hesabat dövründə xaricdən idxal etdiyi malların dəyəri 7203633,13 manat, ƏDV-si 1295476,73 manat olmuşdur. Cəmiyyətin daxili bazardan aldığı malların dəyəri 143191,05 manat, ƏDV-si 25774,39 manat, E_VHF ilə satış dəyəri 5075148,07 manat, ƏDV-si 913526,66 manat olmuşdur. “MBA LTD" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən cəmiyyətin ƏDV tutulan dövriyyəsinin ƏDV-siz dəyəri 11555472,75 manat, ƏDV-si 2079985.10 manat, əvəzləşdirilən ƏDV-nin 1315981,14 manat, büdcəyə çatası ƏDV-nin 764003,96 manat olduğu müəyyən edilmişdir. Beləliklə səyyar vergi yoxlaması ilə azaldılması müəyyən edilmiş 338375,40 manat ƏDV təsdiq edilməklə əlavə olaraq büdcəyə ödənilməli ƏDV-nin 453424,83 manat az hesablandığı müəyyən edilir və həmin məbləğə ŞHV-də hesablama verilməlidir. Araşdırmanın nəticəsi olaraq ŞHV-də aşağıdakı ƏDV düzəlişləri aparılmalıdır: Az hesablandığı üçün 2016-ci ilin mart ayı 493,04 manat, may ayı 8325,69 manat, iyun ayı 9974,92 manat, iyul ayı 5297,72 manat, avqust ayı 30208,73 manat, sentyabr ayı 62734,47 manat, oktyabr ayı 38197,91 manat, noyabr ayı 22984,54 manat, dekabr ayı 61063,85 manat, 2017-ci ilin yanvar ayı 21870,71 manat, fevral ayı 17126,84 manat, mart ayı 21063,65 manat, aprel ayı 16628,59 manat, may ayı 18385.16 manat, iyun ayı 6592,41 manat, iyul ayı 26840,48 manat, avqust ayı 3257,87 manat, sentyabr ayı 17913.19 manat, oktyabr ayı 3695,07 manat, noyabr ayı 13645,04 manat, dekabr ayı 6146,48 manat, 2018-ci ilin yanvar ayı 738,93 manat, aprel ayı 13760,73 manat, may ayı 6216,54 manat, iyun ayı 5286.29 manat, iyul ayı 1470,38 manat, avqust ayı 16208,49 manat, sentyabr ayı 888,19 manat əlavə hesablanma verilməli, artıq hesablandığı üçün 2016-cı ilin aprel ayı 333.47 manat, 2018-ci ilin fevral ayı 1113,06 manat, mart ayı üzrə 2144,55 manat azalma verilməlidir. Mənfəət vergisi: Baza bəyannamə məlumatlarına əsasən (kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla) cəmiyyətin: 2016-cı ildə ümumi gəliri 2237219,53 manat, xərcləri 2143547,85 manat, vergiyə cəlb olunan mənfəət 93671,68 manat, hesablanmış mənfəət vergisi 18734,34 manat olmuşdur. 2017-ci ildə ümumi gəliri 3128398,12 manat, xərcləri 3003929,92 manat, vergiyə cəlb olunan mənfəət 124468,20 manat və hesablanmış mənfəət vergisi 24893,64 manat olmuşdur. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən cəmiyyət üzrə: 2016-ci ildə ümumi gəlir 2629860,31 manat, xərclər 1837399,42 manat, vergiyə cəlb olunan mənfəət 792460,89 manat, mənfəət vergisi 158492,18 manat; 2017-ci ildə ümumi gəlir 3983257,58 manat, xərclər 2515966,39 manat, vergiyə cəlb olunan mənfəət 1467291,19 manat, mənfəət vergisi 293458,24 manat müəyyən edilmişdir. Nəticədə 2016-cı ildə 139757,84 manat (158492,18-18734,34), 2017-ci ildə 268564,6 manat (293458,24- 24893,64) olmaqla ümumilikdə 408322,44 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Faktiki olaraq cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən cəmiyyətin ƏDV-siz satış gəlirinin 2016-cı il üzrə 3957345,87 manat, 2017-ci il üzrə isə 4945288,06 manat olduğu müəyyən edilmişdir. Xərcləri təsdiq edən sənədlər olmadığına və anoloji vergi ödəyicisi tapılmadığından Vergi Məcəlləsinin 67.14, 83.9, 104.1 və 105.1 maddələrinə əsasən, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003 tarixli 42 saylı qərarlarına müvafiq olaraq gəlirlərə görə 20% şərti rentabellik tətbiq edilməklə ödənilməli mənfəət vergisi: 2016-cı ildə 131911,53 manat (3957345,87/120x20x20%), 2017-ci ildə 164842,94 manat (4945288,06/120x20x20%) olmaqla cəmi 2016-2017-ci illər 296754,47 manat müəyyən edilir. Beləliklə faktiki araşdırmanın nəticələrinə əsasən bəyannamə məlumatları ilə müqayisədə mənfəət vergisinin 2016-ci ildə 113177,19 manat (131911,53- 18734,34), 2017-ci ildə 139949,30 manat (164842,94-24893,64) olmaqla cəmi 253126,49 manat az hesablandığı müəyyən edilir. Səyyar vergi yoxlaması ilə əlavə hesablanmış 408322,44 manat mənfəət vergisinə münasibətdə 155195,95 manat mənfəət vergisi artıq hesablandığı müəyyən edilir və 155195,95 manat (253126,49-408322,44) mənfəət vergisinə ŞHV-də azalma verilməlidir. Araşdırmanın yekun nəticələrinə əsasən araşdırılan xx.xx.2016-xx.xx.2018 vergi dövrü üzrə büdcədən yayındırılmış vergilərin ümumilikdə 1044926,72 manat (o cümlədən ƏPV 791800,23 manat (338375,4+453424,83), mənfəət vergisi 253126.49 manat (408322,44- 155195,95) olması barədə rəy verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5633 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, birinci sual üzrə iş materiallarında mövcud olan invoys sənədləri və yük gömrük bəyannamələrinin məlumatlarından göründüyü kimi, xx.xx.2010-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə "xxxx" MMC tərəfindən idxal etdiyi malın dəyəri aşağıdakı kimi müəyyən edilir: invoys dəyəri 6.304.545,63 manat, statistik dəyər 7.197.092,94 manat, ikinci sual üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə idxal olunmuş mallara görə ƏDV-yə cəlb olunmalı məbləğ 7.197.092,94 manat təşkil edir. Üçüncü sual üzrə yoxlamanın əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə idxal etdiyi mallara görə “KENANSHİN" MMC tərəfindən ödənilmiş ƏDV məbləği 1.295.476,73 (7.197.092,94 x 18 %) manat təşkil edir. Dördüncü sual üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-nin malların hərəkəti barədə cədvəldə mal qalığı kimi göstərilmiş malların miqdarı ilə “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspert rəyindəki cədvəldə göstərilmiş malların miqdarı ilə eynilik təşkil edir. Beşinci və altıncı suallar üzrə qeyd edilir ki, “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspert rəyindəki cədvəldə göstərilmiş malların real bazar (satış) qiyməti və MBA LTD” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin ekspert rəyindəki cədvəldə göstərilmiş malların müəyyənləşdirilmiş real bazar (satış) qiyməti və satılması nəticəsində ödənilməli olan ƏDV məbləğinin nə qədər təşkil etməsi xx.xx.2020-ci il tarixli ekspert rəyində, həmçinin 22 sentyabr 2020-ci il tarixli **********167900 nömrəli Səyyar vergi yoxlaması aktında ətraflı göstərilmişdir. Yeddinci və səkkizinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlamasının əhatə eydiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə “KENANSHİN" MMC tərəfindən təqdim edilmiş avtomobillər üçün hissələr, qovşaqlar və ləvazimatlar üzrə 119.677,91 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və 27.724,28 manat məbləğində vergilərin artıq hesablanması müəyyən edilir, o cümlədən az hesablama mənfəət vergisi 2016-cı il üzrə 42.885,20 manat, 2017-ci il üzrə 76.792,71 manat, ƏDV üzrə artıq hesablanma 27724,28 manat olmuşdur. Onuncu və on birinci suallar üzrə təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2016-cı il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: ümumi gəlir 2.237.219,53 manat, cəmi xərclər 1.929.121,81 manat, balans mənfəəti (zərəri) 308.097,72 manat. Göstərilənlərə əsasən “KENANSHİN" MMC-nin 2016-cı il üzrə apardığı əməliyyatlara görə 308.097,82 (2.237.219,53 (gəlir) - 1.929.121,81 (xərclər)) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda, “KENANSHİN" MMC-nin 2016-cı ilin yekunlarına görə 308.097,82 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 61.619,54 manat məbləğində mənfəət vergisi hesablanır. Kameral yoxlama ilə hesablanmış 18.734,34 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2016-cı il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 42.885,20 manat məbləğində az hesablanması müəyyən edilir. On ikinci və on üçüncü suallar üzrə təqdim olunmuş iş materiallarında olan sənədlərə əsasən müəssisənin 2017-ci il üzrə maliyyə vəziyyətinin əsas iqtisadi göstəriciləri aşağıdakı kimi müəyyən edilir: ümumi gəlir 3.128.398,12 manat, cəmi xərclər 2.619.966,39 manat, balans mənfəəti (zərəri) 508.431,73 manat. Göstərilənlərə əsasən “KENANSHİN" MMC-nin 2017-ci il üzrə apardığı əməliyyatlara görə 508.431,73 (3.128.398,12 (gəlir) - 2.619.966,39 (xərclər) ) manat məbləğində mənfəətlə fəaliyyət göstərməsi müəyyən edilir. Belə olan halda, “KENANSHİN" MMC-nin 2017-ci ilin yekunlarına görə 508.431,73 manat məbləğində vergiyə cəlb olunan mənfəət müəyyən edilir və həmin mənfəətdən 20 % dərəcəsi ilə 101.686,35 manat məbləğində mənfəət vergisi hesablanır. Kameral yoxlama ilə hesablanmış 24.893,64 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2017-ci il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 76.792,71 manat məbləğində az hesablanması müəyyən edilir. On dördüncü, on beşinci və on altıncı suallar üzrə tədqiqat zamanı müəyyən edilmişdir ki, “KENANSHİN" MMC-nin 2016-cı, 2017-ci və 2018-ci illər üzrə əlavə dəyər vergisi aşağıdakı kimi müəyyən olunur: 2016-cı il üzrə 51.074, 57 manat artıq hesablanma, 2017-ci il üzrə 64.141,21 manat az hesablanma, 2018-ci il üzrə 40.790,92 manat artıq hesablanma. On yeddinci və on səkkizinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, səyyar vergi yoxlamasının əhatə eydiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə “KENANSHİN" MMC tərəfindən təqdim edilmiş avtomobillər üçün hissələr, qovşaqlar və ləvazimatlar üzrə 119.677,91 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və 27.724,28 manat məbləğində vergilərin artıq hesablanması müəyyən edilir, o cümlədən az hesablanma mənfəət vergisi 2016-cı il üzrə 42.885,20 manat, mənfəət vergisi 2017-ci il üzrə 76.792,71 manat, ƏDV üzrə artıq hesablanma 27.724,28 manat. Doqquzuncu sual üzrə ekspertiza təyini haqqında qərardadda və iş materialında göstərilən 2474 adda avtomobil ehtiyyat hissələrinin xx.xx.2016-xx.xx.2018-ci il tarixlərdə olan ƏDV-siz orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7.156.982,55 manat müəyyən edilir. Həmin qiymətlər ayrı-ayrılıqda 1№-li Cədvəldə göstərilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, yeni qərarın qəbul edilməsi. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 103.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2016-cı il yanvar, 2018-ci il sentyabr ayına olan dövr üzrə fəaliyyəti ilə bağlı növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın başa çatması xx.xx.2020-ci il tarixli, **********167900 saylı aktla rəsmiləşdirilmiş və həmin akt əsasında xx.xx.2020-ci il tarixli, **********141253 saylı qərar qəbul edilərək iddiaçıya 429639,38 manat ƏDV, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 88400,64 manat maliyyə sanksiyası, 2016-cı il üzrə 139757,84 manat, 2017-ci il üzrə 268564,60 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 134282,30 manat maliyyə sanksiyası hesablanmış, həmçinin Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 15763,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2020-ci il tarixli həmin qərarını mübahisələndirir. Kollegiya hesab edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli **********141253 saylı qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV hesablansa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi inzibati orqanın bu qənaətini təkzib edir və 2016 – 2017-ci illər üzrə mənfəət vergisi və 2016 – 2018-cu illərin müvafiq ayları üzrə ƏDV-nin düzgünlüyünü müəyyən etmir Həmçinin işin birinci instansiya icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/5633 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Beləliklə, kollegiya ekspertiza tədqiqatı nəticəsində müəyyən edilən hallar üzrə gəlinən nəticə ilə razılaşaraq mübahisələndirilən qərarın cavabdeh vergi orqanı tərəfindən iddiaçıya “2016cı il üzrə 42885,2 manat əlavə hesablanmış mənfəət vergisi, 2017-ci il üzrə 76792,71 manat əlavə hesablanmış mənfəət vergisi, 2018-ci il üzrə 27724,28 manat artıq hesablanmış ƏDV-nin əsaslı olduğunu hesab edir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təsisçiyə olan borcun nağd şəkildə qaytarılmasını təkzib edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq cavabdeh tərəfindən tətbiq edilmiş 15763,97 manat maliyyə sanksiyasının VM-in 58.7-ci maddəsinə uyğun olması qənaətinə gəlir. Bundan başqa, iddiaçıya vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə istinadən hesablanmış 38.396,35 manat maliyyə sanksiyasının tətbiqi qanunauyğun olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-150/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-150/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-96/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-96/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver