Məhkəmə qərarları › İş №2-1(103)-960/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-960/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-960/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cərimə edilməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1972/2021 nömrəli qərarı ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi üçün 50000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. X8 Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olan məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində onun əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb onun daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. İddiaçının əlilliyinin bərpa edilməsi ilə bağlı cavabdehə müraciətinə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Sonradan iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 4110003AAC77 nömrəli xx.xx.2018-ci il tarixli göndəriş əsasında təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab edildiyi, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1492/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1598/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1972/2021 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1492/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin cavabdeh tərəfindən yekun qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası həyata keçirilmir. Belə ki, iddiaçının üçüncü dərəcəli əlilliyi hələ də bərpa edilməmişdir. İddiaçı hesab edir ki, qeyd edilmiş hallar nəzərə alınmaqla, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilmədiyinə görə məhkəmə cavabdehi 50000 manat məbləğində cərimə etməlidir. Cavabdehin ərizəyə qarşı təqdim etdiyi etirazda qeyd edilmişdir ki, xx.xx.2018- ci il tarixli müayinənin qiymətləndirmə nəticələri barədə sənədə əsasən iddiaçıya gözdən əlilliyi səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X3 Heyətinin qərarından görünür ki, xx.xx.2023-cü il tarixində əyani müayinəsi keçirilmiş 3 nəfər barəsində qüvvədə olan qərarların ləğv edilməsi və “Tam reabilitasiya olunması”na dair qərarın qəbul edilməsi; xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “Müalicənin davam etdirilməsi”nə dair qərarın qəbul edilməsi; mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 10 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarlarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının 2023-cü ilin fevral ayında qəbul etdiyi qərarından görünür ki, İddiaçı (FİN: xxxxxxx) dair tibb müəssisəsinin 411003AAC77 nömrəli göndərişi DTSERAda əyani müayinə əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilməmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.5.14-cü bəndinə müvafiq olaraq Ümumi xəstəlik – Gözdən əlil səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********3). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı icra edildiyindən ərizənin əsassız olduğu üçün təmin edilməməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 16 may 2023-cü il tarixli, 2- 1(112)-1598/2021 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadda ərizə üzrə tələbin təmin edilməməsinə əsas kimi qeyd edilmişdir ki, qərar icra olunmuş və cavabdeh tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik" altsistemində tibbi-sosial ekspert komissiyasının əlilllik təyinatı barədə qərarı 2023-cü ilin fevral ayında müvafiq qərarla ləğv edilməsi göstərilmişdir. Lakin bu barədə qeyd etmək istəyir ki, cavabdeh orqan tərəfindən ona hər hansı məktub və ya həmin tarixdə iştirak barədə bildiriş təqdim edilməmişdir. Bu səbəbdən səlahiyyətli orqan tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş əyani müayinədə iştirakı təmin edilməmişdir. Нəmçinin ona 3-cü qrup əlillik ömürlük olaraq təyin edilmişdir. Yəni, onun bu barədə hər hansı bir müayinəyə çağırılması, hər hansı qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu kimi hallar isə məhkəmə tərəfindən araşdırılmamasına dəlalət edir. Əgər ona pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyasının dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda, qanunvericilikdə nəzərədə tutulmuş hallar istisna olmaqla, onun icrasını dayandıra bilməz. Bu qaydada yanaşma faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların icrasını ortadan qaldırır.” Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 27 iyul 2023-cü il tarixli, 2-1(103)-2768/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2565/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2- 1(103)-2768/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın “formal icra” olub-olmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilib, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. MPM-in 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (maddə 15.1). Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3). İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “gözdən əlil” ümumi xəstəlik səbəbi ilə ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. 2017-ci ilin ikinci yarım ili və 2018-ci ilin birinci yarım ili ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu tərəfindən araşdırılarkən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 378 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olan məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi etibarsız edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb, iddiaçının daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət vergi orqanları əməkdaşlarının sağlamlıqlarının profilaktikası məqsədi ilə “Dövlət vergi orqanlarında idmanın kütləviliyinin təbliği və əməkdaşların tibbi müayinədən keçmələrinin zəruriliyi haqqında” Vergilər Nazirliyinin 19 mart 2004-cü il tarixli, F-61 nömrəli əmrinə əsasən nazirliyin mərkəzi aparatının əməkdaşlarının tibbi müayinədən keçmələri ildə iki dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında (Nazirliyin xx.xx.2008-ci il tarixli, **********058800 nömrəli əmri ilə edilmiş dəyişikliyə əsasən ildə bir dəfə DİN-in poliklinikasında) 2004-cü ilin may ayından həyata keçirilməyə başlanılmış, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 nömrəli poliklinikasında xx.xx.2007-ci il tarixdən qeydiyyatda olmuş, onun adına 1012 nömrəli tibbi kitabça açılmışdır. Qeyd edilən əsasla, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2- 1(112)- 1598/2021 nömrəli qərarı ilə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh tərəfindən Tibbi Sosial Ekspertiza və X4 etibarsız edilməsi qanunsuz hesab edilərək həmin alt sistemdə iddiaçıya aid qiymətləndirmənin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar cavabdeh tərəfindən müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətlərinə əsasən yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən 27 dekabr 2021-ci il tarixli məktubla 27 yanvar 2022-ci il tarixədək icra edilməsi üçün cavabdehə göndərilmişdir. Hazırda tərəflər arasındakı mübahisə qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icra olunub-olunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır. Cavabdeh sözügedən məhkəmə qərarının onun tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilməklə icra olunduğunu bildirir. Lakin eyni zamanda qeyd edir ki, tərəfindən fevral 2023-cü il tarixli qərarla iddiaçıya xx.xx.2018-ci il tarixli qərarla təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik ləğv edilmişdir. Buna əsas kimi cavabdeh göstərmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edilməsi qərara alınmışdır. İddiaçı isə qeyd edir ki, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrası həyata keçirilmir, iddiaçının üçüncü dərəcə əlilliyi dayandırılmışdır. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın “formal icra” olub-olmadığına qiymət verməlidir. Apellyasiya instansiya məhkəməsində sonuncu icraat zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla cavabdeh inzibati orqana sorğu ünvanlanmaqla, göstərilən işin obyektiv araşdırılması məqsədilə, xx.xx.2022-ci il tarixli qərarın icra edilib-edilməməsi, icra edilibsə, hansı müddətlər ərzində icra edilməsi, həmçinin İddiaçı daha sonra əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı hər hansı icraatın aparılıb-aparılmaması barədə məlumatın, icraat aparılıbsa icraat materiallarının (icraatın nəticəsində qəbul edilmiş müvafiq qərar, İddiaçı icraatla bağlı çağırılıb dindirilməsi ilə bağlı məlumatlar) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC77 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. X8 Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 225 nəfərin, o cümlədən iddiaçının əlilliyinin təyini üçün əsas olmuş göndərişin etibarsız hesab edilməsi barədə daxil olan məlumat əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində vətəndaşın əlilliyinin ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Tibb İdarəsi tərəfindən göndərişin əsassız hesab edilməsinə səbəb onun daxili işlər orqanlarında xidmət etməməsi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmaması olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixində ona təyin olunmuş üçüncü dərəcəli əlilliyin bərpa olunması, həmin məlumatların “Əlillik” altsisteminə daxil edilməsi və üçüncü dərəcəli əlil kimi xx.xx.2019-cu il tarixindən bugünədək saxlanılmış müavinətin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 1598/2021 nömrəli Qərarı ilə iddia təmin edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixli xidməti məruzə əsasında İddiaçı ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Beləliklə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-1598/2021 nömrəli Qərarı icra olunmuşdur. Lakin Agentlik tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etmədiyindən mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əiilllik təyinatı barədə qərarı 2023-cü ilin fevral ayında müvafiq qərarla ləğv edilmişdir. 2023-cü ilin fevral ayında iddiaçının əlilliyinin ləğvi barədə qəbul edilən qərar artıq yeni inzibati icraat qaydasında qəbul edilmişdir. Bu səbəblə hesab edirlər ki, iddia yeni inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Sorğuya cavab məktubuna İddiaçı dair tibbisosial ekspertiza sənədlərinin surəti əlavə olunmuşdur. Beləliklə, müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-1598/2021 nömrəli Qərarının icra olunması üçün xx.xx.2022-ci il tarixli xidməti məruzə əsasında İddiaçı ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi bərpa edilsə də, 1 il sonra 2023-cü ilin fevral ayında iddiaçının əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan sözügedən qərarı qəbul edərkən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçının xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməməsinə istinad etmişdir. İş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)-1972/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının 41-ci bəndində qeyd edilmişdir ki, “hazırki qərarın 22-27-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi”.. Cavabdeh inzibati orqan Ali Məhkəmənin qərarındakı məhz bu mövqeyə uyğun olaraq növbəti dəfə yenidən icraat açmış və nəticədə əlilliyin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı faktiki olaraq əyani müayinə cəlb olunmamış, inzibati icraat məhkəmə qərarlarında qeyd edildiyi kimi qanunvericiliyə uyğun həyata keçirilməmişdir. Cavabdeh inzibati orqan iddiaçının əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməməsinə istinad etsə də, kollegiya qeyd edir ki, vətəndaşın əyani müayinəyə dəvət olunması hələ onun faktiki olaraq əyani müayinə olunması, inzibati icraatın qanunvericiliyə uyğun aparılması anlamına gəlmir. Həmçinin işdən görünür ki, iddiaçının əyani müayinəyə dəvət olunması barədə bildiriş İddiaçı tərəfindən deyil, kim olması və iddiaçı ilə nə kimi qohumluq əlaqəsinin olduğu bəlli olmayan “Astanova Əntiqə” adlı şəxs tərəfindən qəbul edilmişdir, məhkəmə iclasında verdiyi izahatında iddiaçı həmin şəxsi ümumiyyətlə tanımadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının barəsində təyin edilmiş əlilliyin ləğv edilməsi barədə qərarın qəbul edilməsi ilə nəticələnən hərəkətləri Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2- 1(112)-1598/2021 nömrəli qərarının icrası çərçivəsində həyata keçirilən hərəkətlərin məntiqi davamı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası təkrarən qeyd edir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir. Azərbaycan Respublikası ərazisində heç bir fiziki və hüquqi şəxs həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, onun icrasını dayandıra bilməz. Bu qaydada yanaşma faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla dövlətin adından çıxarılmış həmin qərarların icrasını ortadan qaldırır. AR İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Həmçinin, diqqətə çatdırılır ki, qərarın icra edilməməsinə görə cərimələnmə, qərarın icrasının həyata keçirilməməsinə səbəb olmur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-1598/2021 nömrəli qərarı faktiki olaraq icra olunmadığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qərardadın ləğvinə əsas verir, odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə qərarının icra edilməməsinə görə 500 manat məbləğində cərimə edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85 və 120-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1598/2021 saylı xx.xx.2023-cü il qərardadı ləğv edilsin. İddiaçı cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1972/2021 nömrəli qərarı ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədiyi üçün 50000 manat məbləğində cərimə edilməsi barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə qərarının icra edilməməsinə görə 500 manat məbləğində cərimə edilsin və tutulan cərimə dövlət büdcəsinə ödənilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar