Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-961/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: “X13” MMC) “imtinanın qanunsuz hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-733/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsinə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək İddiaçı ASC-yə verilməməsindən ibarət imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində – mövcud vəziyyətdə və ümumi sahəsi – 421 kv.m. göstərilməklə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınması, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək İddiaçı ASC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binanın 17-ci mərtəbəsində olan 96,3 kvadrat metr sahədən ibarət mənzilə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək İddiaçı ASC-yə verilməməsindən ibarət imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binanın 17-ci mərtəbəsində 96,3 kvadrat metr sahədən ibarət mənzilin üzərində mövcud vəziyyətdə və ümumi sahəsi – 96,3 kv.m. göstərilməklə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınması, həmin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək İddiaçıASC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-733/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-733/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - iddiaçı tərəfindən məhkəməyə iddianı əsaslandıran sübut qismində cavabdehin xx.xx.2018-ci il tarixli, **********56 nömrəli imtina məktubu, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərardadı, iddiaçının nizamnaməsi təqdim edilmişdir. Eyni zamanda məhkəməyə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpaq sahəsinin planı və ölçüsü”, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0792 nömrəli, xx xxxxxx 2007-ci il tarixli müqavilə, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********13 nömrəli imtina məktubu təqdim edilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 1093069, 1484904, 1241175, 557248 nömrəli çıxarışlar, xx.xx.2009-cu il tarixli “X13” MMC ilə X9 arasına bağlanmış müqavilə”, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)- 1864/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”, X5 adlı şəxsin və X3 adlı şəxsin qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinə etirazlarının olmaması haqqında ərizələri, maliyyə arayışı, xx.xx.2014cü il tarixli müqavilə, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-6105/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2- 1(81)-1511/2019 nömrəli qərarları, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”, “X13” MMC ilə X4 arasında bağlanmış 01 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilə, həmin müqavilə ilə bağlı maliyyə arayışı təqdim edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli, 0792 nömrəli icarə müqaviləsi əsasında sahəsi 4000 kv metr olan, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən torpaq sahəsi yaşayış binasının tikintisi üçün 49 il müddətinə “X13” MMC-yə icarəyə verilmişdir, “X13” MMC tərəfindən həmin torpaq sahəsində hündürmərtəbəli bina inşa edilmişdir, sonradan iddiaçı ilə “X13” MMC arasında yaranmış məhkəmə mübahisəsinin gedişi zamanı “X13” MMC ilə iddiaçı arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir, həmin barışıq sazişinin 1-ci bəndinə əsasən “X13” MMC İddiaçı ASC-yə borclu olduğu 1.315.091 avro məbləğinin və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 16-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 17-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 18cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 19-cı mərtəbədə sahəsi 91,4 kv metr olan 2 ədəd mənzilin, 11-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 21-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 2-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzillərin, 13-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 20-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 21-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzilin, 11cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 12-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 16-cı mərtəbədə sahəsi 102,4 kv metr olan 2 ədəd mənzilin, 17-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 19-cu mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 20-ci mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 6–cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 10-cu mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin,7-ci mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, sahəsi 117 kv metr olan qarajın, 1-ci mərtəbədə sahəsi 421,8 kv metr olan mağazanın, 2-ci mərtəbədə sahəsi 858,2 kv metr olan mağazanın iddiaçının istifadəsinə və sərəncamına verilməsini öhdəsinə götürmüşdür. İddiaçı həmin qərardad əsasında onun sərəncamına və istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsi və binanın 17-ci mərtəbəsində sahəsi 96,3 kvadrat olan mənzilin üzərində iddiaçının hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. İşin faktiki hallarına əsasən iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi əmlaklar üzərində sahiblik və istifadə hüququnun olması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı – qərardadı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-733/2019 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-961/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-961/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver