Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-961/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11510/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında ona verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1106H nömrəli bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstimarı Birliyi ilə onun arasında olan xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha ölçüdə “1106H” nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsi 2005-ci il tarixdən hazırkı vaxta kimi qanuni əsaslarla onun sahibliyində və daimi istifadəsindədir. Həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktibu ilə torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və torpaq sahəsinə digər şəxslərin müraciətinin mövcud olması səbəbi ilə dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Onun tərəfindən qanunla tələb edilən sənədləri təqdim edilsə də, cavabdeh heç bir hüquqi əsası olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. Onun iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmin vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə və ya hər hansı uyğunsuzluq aşkar edilməmidir. Cavabdeh qanunsuz və əsassız imtinası nəticəsində onun qanunla qorunan mülkiyyyət hüquqları kobud surətdə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11510/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1200 kv. metrdən ibarət 1106 “H” saylı bağ-torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, ümumi əraziyə digər şəxslərin müraciətləri mövcuddur. Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bundan əlavə, göstərilən sahə arxiv cizgisinə uyğun gəlmir. Həmçinin bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər surətdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apelyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İş materiallarında olan sənədlər : - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X10 arasında bağlanmış Novxanı ərazisindəki 0,12 ha olan 1102 “M” nömrəli bağın istifadəyə verilməsi haqqında 35008 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1102 “M” №-li bağ sahəsi X8 istifadəsinə verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X8 ünvan 1i ünvanında yerləşən 1102 “M” saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizəsinə xx.xx.2018-ci il tarixli **********82 saylı cavab məktubu ilə bildirilmişdir ki, 1102 “M” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağ sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X5 arasında bağlanmış Novxanı ərazisindəki hər biri 0,12 ha olan 1105 “C” və 1106 “C” nömrəli bağın istifadəyə verilməsi haqqında 35432 saylı 20 yul 2005-ci il və 26258 saylı 11 noyabr 2005-ci tarixli müqavilələrin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində hər biri 0,12 ha torpaq sahəsi olan 1105 “C” və 1106 “C” №-li bağ sahələri X2 istifadəsinə verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X8 ünvan 1i ünvanında yerləşən 1105 “C” və 1106 “C” saylı bağ sahələrinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli və ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizələrinə xx.xx.2018-ci il tarixli **********80 və **********80 saylı cavab məktubları ilə bildirilmişdir ki, 1105 “C” və 1106 “C” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağ sahələrinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X11 arasında bağlanmış Novxanı ərazisindəki 0,12 ha olan 1106 “E” nömrəli bağın istifadəyə verilməsi haqqında 36244 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1106 “E” №-li bağ sahəsi X9 istifadəsinə verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X6 nümayəndəsi X7 (X6 ƏN-İ seriyalı 701529 №li etibarnamə əsasında bütün əmlakını idarə etmək, sərəncam vermək və s. hüquqlarla etibarnamə üzrə nümayəndəsi) ünvan 1i ünvanında yerləşən 1106 “E” saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizəsinə xx.xx.2018-ci il tarixli **********86 saylı cavab məktubu ilə bildirilmişdir ki, 1106 “E” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağ sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktının surətindən görünür ki, Novxanı bağ massvində yerləşən 1106 H saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv. metr, faktiki sahəsi 1200.0 kv. metr, torpaq sahəsinin cəmi ümumi sahəsinin 5584.0 kv. metr təşkil etdiyi, göstərilən ümumi sahənin bir tərəfi hasar (hasar uçulmuş vəziyyətdədir) bir tərəfinin bir hissəsinə mişar daşı düzüldüyü, digər tərəflərinin isə şərti olduğu, vətəndaşın ümumi sahəyə 5 sənəd olduğuni bildirdiyi 1102 “l”, 1105 “c”, 1102 “m” və 1106 “c” (ara sərhəslərinin şərti), ümumi sahə 5884.0 kv. metr təşkil etdiyi, sahədə tikilinin olmadığı qeyd olunmuşdur. Beləliklə, işin hallarından aydın olur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstimarı Birliyi ilə iddiaçı arasında olan xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha ölçüdə “1106H” nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddiaçının təmin edilməsilə yuxarda qeyd olunan şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Yuxarıda qeyd olunan normalardan da görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1106H nömrəli bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqları yaranmış və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. Cavabdeh apelyasiya şikayətində torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyini bildirsə də, iş materiallarında olan Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən tərtib olunmuş bağların bölgüsünə dair sxematik xəritədən görünür ki, sahəsi 0,12 ha olan 11006 H №li bağ qeyd olunmuşdur. Bundan başqa apelyasiya şikayətinin başqa bir dəlili ümumi əraziyə digər şəxslərin müraciətlərinin mövcud olması və göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməsilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi dəlilin əsaslılığını birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi notarial qaydada təsdiq olunmuş ərizələr aradan qaldırmışdır. Həmin ərizələrdən görünür ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş digər torpaq sahələrinin istifadəçiləri Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi 1106H nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin hazırki iş üzrə iddiaçı olan İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, qeyd edilən hallar (ümumi əraziyə digər şəxslərin müraciətlərinin mövcud olması və göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşməsi) notarial qaydada təsdiq edilmiş ərizələrlə həllini tapmış, yəni mövcud vəziyyət iddiaçının xeyrinə olaraq dəyişmişdir. İnzibati İcraat Haqqında Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdehin iddiaçı tərəfindən təqdim edilən sənədlərin surət olması ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, həmin sənədlərin mötəbərsiz olması cavabdeh tərəfindən sübuta yetirilməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da təqdim edilən sənədlərin mötəbərliyini sübhə altına alan hallar müəyyən edilməmişdir. Belə ki, İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların hər hansı biri müəyyən edilmədiyindən, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan Kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11510/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-961/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-961/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver