Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-961/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X16 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6563/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2965 A ünvanda yerləşən 31 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixində iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 31 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 03 aprel 2021-ci il tarixində "xxxx" MMC tərəfindən inşa olunan çoxmərtəbəli binanın 6-cı mərtəbəsində, 1 otaqlı, 31 nömrəli mənzil almışdır. Ona "xxxx" MMC tərəfindən A-037/2021 nömrəli müqavilə, maliyyə arayışı, alqı-satqı haqqında akt və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair müqavilə təqdim olunub. Müqaviləyə əsasən o, Asan Kommunal xidmətinə yaxınlaşaraq qaz, işiq və su sayğaçlarını öz adına keçirmişdir. Hal-hazırda həmin mənzildə ailəsi ilə yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6563/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim: S.Salahova) iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində Teknik Progress MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən, 1otaqlı ,31 Nli mənzil almış, ona Teknik Progress MMC tərəfindən A-037/2021 nömrəli müqavilə, maliyyə arayışı, alqı-satqı haqqında akt və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmayan sahə mülkiyyətçisi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti arasında çoxmənzilli binanın idarə edilməsinə dair müqavilə təqdim olunmuşdur. Sənədləri əsasında ona ASAN Kommunal xidmətinə yaxınlaşaraq qaz, işıq su və sayğaclarını öz adıma keçirtmiş, hal hazırda isə həmin mənzildə oz ailəsiylə yaşayır. Bildirilir ki, xx.xx.2023-cü il tarixində iddiaçı poçt vasitəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ona çıxarış verilməsinə barədə müraciət etmiş, cavab olaraq ona imtina məktubu gəlmişdir., Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanda yerləşən – iddiaçının yaşadığı binada 100 dən çox mənzil var və bəzi sakinlər məhkəmə vasitəsi ilə çıxarış ala biliblər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-961/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, İddiaçı onunla "xxxx" MMC-nın direktoru ilə arasında bağlanmış 03 aprel 2021-ci il tarixli, A-037/2021 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan 1 otaqdan ibarət 31 nömrəli mənzilini əldə etmişdir. Müqaviləyə əsasən mənzilin dəyəri 1 kv.m üçün 1180 manat 64 qəpik müəyyən edilmiş, cəmi 50,82 kv.m sahəsi üçün 60000 manat təşkil etmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu barədə 03 aprel 2021-ci il tarixdə arayış verilmişdir. İddiaçı həmin sənədlərə istinad edərək mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; - 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13-cü maddəsinə əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Apellyasiya şikayətinin dəlilinə münasibət: İş materiallarından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan 1 otaqdan ibarət 31 nömrəli mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, onun həmin mənzil üzərində sahiblik və istifadə hüququ olması əsası ilə müvafiq mənzilə dair hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina əsası kimi binanın istismara qəbul aktının olmamasına istinad etmişdir. Cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının “istismara qəbul aktı” və ya “istismara hazırlıq aktı” və “istismara icazə” sənədi təqdim edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi qanuna zidd sayıla bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan halı qismində qiymətləndirilməməlidir. Kollegiya oxşar işlər üzrə kasasiya instansiyası məhkəməsinin qərarlarındakı (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2023 nömrəli 15 dekabr 2023cü il tarixli qərarı) hüquqi mövqeyi əsas tutaraq apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır? İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-13145/2025 saylı məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında 5 ədəd mənzil qeydiyyata alınmışdır. Həmin mənzillər məhkəmə qərarına, "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışlarına, protokolundan çıxarışlara əsasən qeydiyyatdan keçmişdirlər. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, məktubda qeyd edilən həmin 5 ədəd mənzilin qeydiyyata alınmasına dair bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq həmin binada qeydiyyatdan keçmiş bir neçə mənzilə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A, mənzil 136 -"xxxx" MMC ilə Abbasov X22 arasında bağlanmış 24 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən AENT-E” MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A inşa olunan yüksək mərtəbəli binanın 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 57,47 kv.m olan 136 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət pay kimi (mənzilin dəyəri bir kv.m sahəsi üçün 750 AZN olmaqla, 57,47 kv.m üçün 40229 AZN təşkil etmişdir) X15 vermişdir. "xxxx" tərəfindən verilmiş arayışdan görünür ki, Abbasov X22 "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A-da inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binansında 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 57,47 kv.m olan, 1 otaqlı, 136 nömrəli mənzilin dəyərini tam şəkildə ödəmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A, mənzil 136 Abbasov X12 adına xx.xx.2017-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş və bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* çıxarış verilmişdir. Hal-hazırda həmin mənzilin hüquqi sahibi xx.xx.2021-cil tarixli, ********** nömrəli qeydiyyatı ilə X13r. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A, mənzil 80b -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3443/2017 saylı qərarından görünür ki, X10 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər,i Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 12b mərtəbəsində yerləşən ümumi sahəsi 50, 82 kv.m. olan 1 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparılması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3443/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhər,i Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 12b mərtəbəsində yerləşən ümumi sahəsi 50, 82 kv.m. olan 1 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparılması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hal-hazırda həmin mənzilin hüquqi sahibi xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydiyyatı ilə X7r. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A, mənzil 163b -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4411/2017 saylı qərarından görünür ki, X19 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında inşa olunmuş yaşayış binasının 2-ci blok, 12b mərtəbəsində yerləşən ümumi sahəsi 127,65 kv.m. olan 3 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparılması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4411/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhər,i Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında inşa olunmuş yaşayış binasının 2-ci blok, 12b mərtəbəsində yerləşən ümumi sahəsi 127,65 kv.m. olan 3 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparılması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hal-hazırda həmin mənzilin hüquqi sahibi xx.xx.2024-ci il tarixli, ********** nömrəli qeydiyyatı ilə X7r. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A, mənzil 23 -"xxxx" MMC ilə X9 arasında bağlanmış 23 fevral 2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A inşa olunan yüksək mərtəbəli binanın 1-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 23 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət pay kimi (mənzilin dəyəri bir kv.m sahəsi üçün 1298 manat 70 qəpik olmaqla, 75,46 kv.m üçün 98000 AZN təşkil etmişdir) X9 vermişdir. "xxxx" MMC” tərəfindən verilmiş arayışdan görünür ki, X9 "xxxx" MMC MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A-da inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binansında 1-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 75,46 kv.m olan 23 nömrəli mənzilin dəyərini tam şəkildə ödəmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A, mənzil 23 Abbasov X9 adına xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş və bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A mənzil 79 - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə ünvanında yerləşən binanın ümumi sahəsi 67.9 kv.m olan 79 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.Daha sonra alqı-satqı müqaviləsi ilə həmin mənzil X1.(xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə ünvanında yerləşən binanın ümumi sahəsi 67.9 kv.m olan 79 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X8 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil alıcı X2. .(xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A məhəllə -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A məhəllə ünvanında yerləşən binanın ümumi sahəsi 1259.4 kv.m olan 1-ci mərtəbəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-1379/2012 saylı qətnaməsi ilə X5 iddiası təmin edilmiş, X5 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanın yerləşən binanın 1-ci mərtəbəsindəki 1346.8 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ tanınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(103)-3475/2012 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)1379/2012 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə qalmışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A mənzil 69 -Bakı İnzibati Məhkəməsində e-2-1(112)-4455/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı X3 iddia tələbi təmin edilmiş və qərar inzibati orqan tərəfindən icra edilmiş, ünvan 8 ünvanında yerləşən mənzilinə dair X3 adına ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, apellyasiya araşdırması zamanı cavabdeh inzibati orqan oxşar iş üzrə məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunu təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanının eynilik təşkil etdiyini bildirdi. Göründüyü kimi eyni hüquqmüəyyənedici sənədlər əsasında müxtəlif nömrəli mənzillər üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə baxmayaraq, iddiaçının həmin sənədlər (İddiaçı onunla "xxxx"MMC-nın sədri ilə arasında bağlanmış 03 aprel 2021-ci il tarixli, A-037/2021 nömrəli müqavilə və mənzilin dəyərinin tam şəkildə ödənilməsi barədə arayış) əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan 1 otaqdan ibarət 31 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Kollegiya qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən) imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6563/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6563/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan 1 otaqdan ibarət 31 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-961/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-961/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver