Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-962/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı güzəştli şərtlərlə pensiyanın “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1735/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1735/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə xx.xx.2010-cu il tarixdən təyin edilmiş əmək pensiyasının məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hesablanmaqla, orta aylıq əmək haqqının 87 faizi məbləğində müəyyən olunması və bu pensiya məbləğinin 2010- cu ilin yanvar ayından ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür, pensiya orqanı tərəfindən ona xx xxxxxx 2010-cu ildən “Vətəndaşların peniya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin ona pensiya hesablanan zaman xx.xx.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri tətbiq edilmişdir ki, bu da onun pensiyasının məbləğinin az hesablanmasına səbəb olmuşdur. Halbuki ona xx.xx.2010-cu il tarixdən təyin edilmiş əmək pensiyasının məbləği “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hesablanmaqla, orta aylıq əmək haqqının 87 faizi məbləğində müəyyən edilməli idi. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, xx xxxxxx 1953-cü il təvəllüdlü olmaqla, ona xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə, yaşa görə əmək pensiyası xx xxxxxx 2010-cu il tarixdən təyin edilmişdir. Hərbi xidmət illəri də nəzərə alınmaqla, xx xxxxxx 2010-cu il tarixə onun ümumi iş stajı 36 il 08 ay 20 gün, xx xxxxxx 2006-cı il tarixinə güzəştli şərtlərlə iş stajı isə 29 il 11 ay 13 gün təşkil etmişdir. Onun xx xxxxxx 2010-cu il tarixdə 57 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq ona, güzəştli şərtlərlə iş stajı nəzərə alınmaqla, yaşa görə əmək pensiyası həmin tarixdən təyin edilmişdir. Lakin bu zaman aylıq pensiya məbləği müəyyənləşdirilərkən qeyd olunan Qanunun müddəalarına deyil, xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad edilmiş, bununla da hüquqlarım kobud şəkildə pozulmaqla, pensiyamın məbləği süni şəkildə, kəskin azaldılmışdır.Pensiya təyin olunarkən onun ümumi iş stajı 36 ildən yuxarı, güzəştli işlərdə çalışdığı müddət isə 29 ildən çox olmuşdur.Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, ona yaşa görə pensiya, orta aylıq əmək haqqının 65 faizi məbləğdə təyin edildikdən sonra, ümumi iş stajının 36 il olması nəzərə alınmaqla (yəni tələb olunan iş stajı 25 ildir), 25 ildən artıq hər tam il üçün iki faiz olmaqla, orta aylıq əmək haqqının 22 faizi miqdarında əlavə ödəniş, orta aylıq əmək haqqının 65 faizi miqdarında müəyyən edilmiş pensiya məbləğinin üzərinə gəlinməklə (yəni 65+22=87 faiz), ona ödəniləcək yekun pensiya məbləğinin orta aylıq əmək haqqının 87 faizi miqdarında olması təsbit edilməli idi.2008-2009-cu illərdə onun orta aylıq əmək haqqı təxminən 600 manat olmuşdur. Həmin məbləğin 87 faizi miqdarında pensiya təyin edildiyi halda, ona ödəniləcək aylıq pensiya məbləği 500 manatdan çox təşkil etməlidir. Lakin hal hazırda o, hər ay bu məbləğdən iki dəfə az pensiya alır ki, bunu da hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hesab edir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, hərbi biletinin surətləri, xx-xx/1211 nömrəli, xx.xx.2017-ci il tarixli arayış, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında DSMFnin Qaradağ rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 10/887 nömrəli məktubu təqdim edilmişdir. Birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının pensiya işindən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə qədər hərbi xidmətdə olmuşdur, 1975-ci ildən 2016-cı ilə qədər müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Dövlət sosial müdafiə orqanı tərəfindən iddiaçıya 2010-cu ildə 57 yaşı tamam olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş pensiya məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq hesablanmaqla, orta aylıq əmək haqqının 87 faizi məbləğində müəyyən olunması və bu pensiya məbləğinin 2010- cu ilin yanvar ayından ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. Həmin Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13- cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilirdi.Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılırdı. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılırdı. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Lakin işin faktiki hallarına əsasən iddiaçı pensiya hüququnu həmin qanunun qüvvədə olduğu zaman deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvədə olduğu zaman qazanmışdır. Belə ki, xx.xx.2006-cı ildən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ-hüquqi akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8 –ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulur. Qeyd edilən maddə yalnız yaşa və staja münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tətbiq edilməsini nəzərdə tutduğu üçün əmək pensiyasının məbləğinin hesablanması məsələlərində əvvəllər qüvvədə olmuş qanunvericiliyin tətləblərinin tətbiqini özündə ehtiva etmir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olduğu zaman qazandığına görə onun pensiyasının məbləği əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, pensiya təyin edilən zaman qüvvədə olan qanunvericiliyə əsasən təyin edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1735/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-962/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-962/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver