Məhkəmə qərarları › İş №2-1(103)-962/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-962/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-962/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X16 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4176/2024 saylı 09 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Kəmalə Qasımova tərəfindən İddiaçı (X29) övladlığa götürülmüşdür. AZ-İ “013541 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X5 Kəmalə Elxan qızı tərəfindən övladlığa götürülmüş və ona İddiaçı adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 24 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2017-ci il tarixli ********* saylı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı (X29) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X18, anası X9r. Ata haqqında qeyd yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən aparılmış, doğumun qeydi ilə bağlı AZ-İİİ №903286 saylı şəhadətnamə verilmişdir. AZ-İİ №362681 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X18 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 531 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1.atası - X18 (24.04,1945) (Ölüm tarixi xx.xx.2023); 2.anası: X15 (xx.xx.1949); 3.qızı: İddiaçı (xx.xx.2016) İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbi ilə bağlı müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə uyğun olaraq, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmçinin sözügedən Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Qeyd olunanlara əsasən bildiririk ki, X4nun İddiaçı (X20) atası olması faktını təsdiq edən müvafiq sənədi (atalığın müəyyən edilməsi barədə şəhadətnamə və ya övladlığa götürmə ilə bağlı məhkəmə qərarı) və ya sizinlə X11 nikahı haqqında və ya nikahın pozulması haqqında şəhadətnamənin surətini DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında İddiaçı (X20) ailə başçısını itirməyə görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçı X14 cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, azyaşlı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, iddiaçının X6 İddiaçı əvəz edilməsini, cavabdehin isə Dövlət Sosial Müdafiə Fondundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X21 övladlığa götürmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İ №013 seriyalı övladlığa götürmə haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında da X22 yeni ad və soyad verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli AZ-İİİ № 952247 seriyalı doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə ad və soyadı İddiaçı, ana adı və soyadı Qasımova Kəmalə, ata adı və soyadı isə övladlığa götürənin atasının adı Qasımov Elxan qeyd olunmuşdur. Övladlığa götürüldüyü ilk gündən azyaşlı İddiaçı Qasımov Elxanın himayəsində olmuşdur. Azyaşlının səhhətində problemlər olduğundan onun müalicəsi X11 vəsaiti (pensiyası) hesabına həyata keçirilmişdir və X32 azyaşlıya valideynlik etmiş, onun qayğısına qalmışdır. X18 xx.xx.2023-cü il tarixində “dəqiqləşdirilməmiş sepsis” diaqnozundan ölmüşdür və onun ölümü xx.xx.2023-cü il tarixində 530 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 23 saylı Notariat ofisindən verilmiş xx.xx.2023-ci il tarixli məktubdan görünür ki,vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizə əsasında xx.xx.2023-cü il tarixində vəfat etmiş, ünvan 3 ünvanında yaşamış, xx.xx.1945-ci il təvəllüdlü X11 adına Bakı şəhəri 23 saylı Nortariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi və miras əmlakdan onlara çatacaq pay aşağıdakı kimi müəyyən edilmişdir. 1.Qızı- X14 ½ payqanun üzrə vərəsə, 2. İddiaçı ½ pay-qanun üzrə vərəsə. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (X29) X14 tərəfindən övladlığa götürülmüş, Nəsimi rayon qeydiyyat şöbəsində tərtib edilmiş 0044 1 0213 14062017 nömrəli doğum haqqında akt qeydində, AZ-İ 013541 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədə və AZ-İİİ 952247 nömrəli doğum haqqında şəhadətnamədə X7 göstərişi ilə İddiaçı (X29) atası X18 qeyd edilmişdir. Belə ki, qanunvericiliyə əsasən bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz və aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Mərhum X1 Kəmalə Elxan qızının atası olduğundan qanunvericiliyin tələbinə əsasən İddiaçı (X29) onun tərəfindən də övladlığa götürülməsinin mümkün olmaması işin mübahisəsiz halıdır. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. Hazırkı iş üzrə iddiaçı yalnız X14 tərəfindən övladlığa götürüldüyündən, habelə X4nun övladlığa götürülmüş uşağın atası kimi X7 göstərişi ilə qeyd edildiyindən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkünsüz olmuşdur. Belə ki, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. İddiaçı (X29) X18 tərəfindən övladlığa götürülməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir və övladlığa götürmüş şəxsin göstərişi ilə şəxsin ata kimi qeyd edilməsi həmin şəxsin valideynlik hüquq və vəzifələrinin yaranmasının əsası kimi qəbul edilə bilməz. Nəticə etibarilə, X4nun İddiaçı (X20) atası olması faktını təsdiq edən müvafiq sənədi (atalığın müəyyən edilməsi barədə şəhadətnamə və ya övladlığa götürmə ilə bağlı məhkəmə qərarı) təqdim edilmədiyindən əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxılmasının mümkünlüyü bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4176/2024 saylı 09 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4176/2024 saylı 09 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onların təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə ərizə verərək bildirmişdir ki, “İcraatınızda olan iş üzrə təqdim edilmiş Bakı şəhəri 23 saylı notariat ofisinin 26 iyul 2023-cü il tarixli məktubundan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli Çıxarışından müəyyən edilir ki, İddiaçı X4nun qızı və birinci növbə vərəsəsidir. Başqa sözlə, İddiaçı X4nun övladı olması və vərəsəsi olması barədə dövlət orqanı tərəfindən təqdim olunmuş rəsmi sənədlərlə təsdiq olunmuşdur. Eyni zamanda, X4nun autizmdən əziyyət çəkən azyaşlı övladının həyatında fəal iştirak etməsi, ona qayğı göstərməsi də işdə olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, tərəfimizdən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə şəxsən müraciət edərək övladı İddiaçı ümumvətəndaş pasportu almasına etiraz etmədiyini bildirmiş və azyaşlıya ümumvətəndaş pasportu verilmişdir. Yuxarıda qeyd edilənlərin, xüsusən adları çəkilən dövlət orqanlarının rəsmi olaraq İddiaçı X4nun övladı olmasını təsdiq etmələrinə baxmayaraq, digər dövlət orqanı olan cavabdeh, X4nun uzun illər əmək fəaliyyəti (zəhməti) nəticəsində qazandığı, özünə məxsus pensiya vəsaitinin övladına verilməsinə əsassız olaraq etiraz etmişlər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “azyaşlı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” barədədir. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – ƏPQ) əsasən: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 14.1-ci maddəsinə əsasən Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 16.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. İstinad olunan normalardan görünür ki, qanunverici ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin siyahısını konkret olaraq müəyyən etmiş, hər hansı əlavə şərt müəyyən etməmişdir. Normaya əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının doğma uşağı (14.1.1-ci maddədə göstərilən şərtlər daxilində) və ya övladlığa götürdüyü şəxs onun vəfatı ilə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. 117.2.-ci ci maddəsinə əsasən bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında akt qeydində həmin şəxsin göstərişi ilə yazılır. 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. 134.1-ci maddəsinə əsasən övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar. İşdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı (X29) yalnız Kəmalə Qasımova tərəfindən övladlığa götürülmüş, ata barədə qeyd isə övladlığa götürən Kəmalə Qasımovanın deməsinə görə onun öz atası X18 yazılmışdır. X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən İddiaçı onun vərəsəsi olduğuna istinad edərək ailə başçısını itirməyə görə ona pensiya təyin olunması ilə bağlı cavabdeh quruma müraciət etmişdir. Cavabdeh qurum övladlığa götürən şəxsin yalnız Kəmalə Qasımova olduğu və ata qrafasında adı yazılan şəxslə onun arasında nikah olmadığına əsaslanaraq tələbin təmin olunmasından imtina etmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə vəfat etmiş ünvan 4 ünvanında yaşamış xx.xx.1945-ci il təvəllüdlü X11 adına Bakı şəhəri 23 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsələrin dairəsi və miras əmlakdan onlara çatası pay miqdarı aşağıdakı kimi müəyyən edilmişdir.qızı-X14 ½ qanun üzrə vərəsə, qızı İddiaçı ½ Qanun üzrə vərəsə. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri Moskva prospekti, 3168-ci ev 73 a, mənzil 136 -X7 - ½ hissə və qızı İddiaçı -½ hissə adına xüsusi mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ailə Məcəlləsinin normalarından da görünür ki, ər-arvad olmayan iki şəxs bir uşağı övladlığa götürə bilməz və övladlığa götürmədən sonra övladlığa götürülənin doğum haqqında akt qeydində övladlığa götürən qadının göstərişi ilə hər hansı bir şəxsin ata kimi qeyd edilməsi həmin şəxsə övladlığa götürən statusu, buna uyğun olaraq da övladlığa götürənin hüquq və vəzifələrini vermir. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı azyaşlı İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, o, vəfat etmiş və əmlak hüquqlarının ona keçməsini tələb etdiyi Elxan Qasımov tərəfindən deyil, yalnız Kəmalə Qasımova tərəfindən övladlığa götürülmüş və X33 Qasımovanın öz atası olmaqla yanaşı, sonuncular arasında nikah olan şəxslər olmamışlar. Digər tərəfdən, Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri 23 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə İddiaçı atası kimi adı qeyd olunan Elxan Qasımovun (əslində babasının) vərəsəsi kimi tanınsa da, təkcə bu fakt onun sonuncu tərəfindən övladlığa götürülmədiyi səbəbindən Elxan Qasımov vəfat etdikdən sonra əmlak hüquqlarının keçirilməsi (ailə başçısını itirməyə görə pensiya təyin olunması) üçün əsas vermir. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə e-2-1(112)-4176/2024 saylı 09 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4176/2024 saylı 09 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X25 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar