Məhkəmə qərarları › İş №2-1(103)-964/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-964/2020

04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-964/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Dövlət X11 (hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində olan Dövlət X12) qarşı mənzil növbəsində saxlanılması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-3371/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı xx.xx.2019-cu il tarixdə iddiа ərizəsi ilə 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsinə mürаciət еdərək xx xxxxx 2011-ci il tarixində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilən 129 saylı Sərəncamı ilə şəhid ailəsi kimi o da daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran X2, xx xxxx 2012-ci il tarixində vəfat etdikdən sonra, Rayon İcra Hakimiyyətinin xx xxxx 2013-cü il tarixində verilən 104 saylı Sərəncamla həmin mənzil növbəsinə götürülənin qızı kimi onu Qarabağ Müharibəsində şəhid olanların ailələrinin mənzil uçot siyahısında saxladığı üçün onun mənzil ilə təmin olunması vəzifəsinin Əmək və X7 Nazirliyi yanında Dövlət X10 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X4 1992-ci ildə Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 1994-cü ilin fevral ayında döyüş əməliyyatları zamanı itkin düşmüşdür, 2009-cu ildə məhkəmə qaydasında ölmüş elan edilmişdir. Bundan sonra iddiaçının anasına şəhid ailəsi statusu verilmişdir. xx.xx.2011-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 129 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçının anası iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvü ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsinə götürülmüşlər. Anası xx.xx.2012-ci ildə vəfat etmiş, həmin növbə isə qızı İddiaçı adına keçirilmişdir. O cavabdehə mənzil uçotunun siyahısında mənzil növbəsində saxlanılması barədə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməmişdir.İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx xxxxx 2011-ci il tarixində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilən 129 saylı Sərəncamı ilə şəhid ailəsi kimi o da daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X2, xx xxxx 2012-ci il tarixində vəfat etdikdən sonra, Rayon İcra Hakimiyyətinin xx xxxx 2013-cü il tarixində verilən 104 saylı Sərəncamla növbə onun adına keçirildiyindən, həmin əsaslara da onun mənzil növbəsində saxlanılması vəzifəsinin Əmək və X7 Nazirliyi yanında Dövlət X10 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3371/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, xx.xx.2011-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilən 129 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X3 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra, rayon icra hakimiyyətinin xx.xx.2013-cü il tarixdə verilən 104 nömrəli sərəncamı ilə həmin növbə iddiaçının adına keçirildiyindən iddiaçının həmin əsaslarla mənzil növbəsində saxlanılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3371/2019 saylı qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və X7 Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhidin uşaqları, uşaq evlərində tərbiyə olunan bacı və qardaşları 18, əyani təhsil alanda isə 23 yaşa çatanadək şəhidin ailə üzvləri hesab olunurlar. İddiaçı şəhid ailəsi statusu olmadığı üçün mənzil şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricindədir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq hakim tərəfindən verilmiş suala cavab olaraq bildirdi ki, şəhid ailəsi statusu ilə bağlı onun hər hansı bir sənəd və sübutu yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının qardaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olduğu üçün iddiaçının anası şəhid ailəsi kimi 3 nəfər ailə tərkibi ilə (özü, qızı İddiaçı, oğlu İsmayıl Məhərrəmov) Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən güzəştli mənzil növbəsinə götürülmüşdür, iddiaçının güzəştli mənzil növbəsinə götürülmüş anası Ruqiyyə Məhərrəmova vəfat etdikdən sonra mənzil uçotu qızı İddiaçı adına keçirilmiş və mənzil növbəsində 2 nəfər ailə tərkibi ilə (özü və qardaşı) güzəştli mənzil növbəsində olanların ümumi siyahısına daxil edilmişdir. İddiaçı hazırda xx.xx.2011-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilən 129 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi o da daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X2 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra, rayon icra hakimiyyətinin xx.xx.2013-cü il tarixdə verilən 104 nömrəli sərəncamla həmin növbə iddiaçının adına keçirildiyindən iddiaçının həmin əsaslarla mənzil növbəsində saxlanılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan AZ-İ № 390774 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2009-cu il ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2009 ilin 11 –ci ayının 05-ci günündə 1407 №-ilə qeyd edilmişdir. Yasamal rayon Məhkəməsi. 2-1790s. xx.xx.2009-cu il t. Qətnamə. Yasamal rayon qeydiyyat şöbəsi, Bakı şəhəri xx xxxxxx 2009-cu il. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının anası vəfat etdiyi üçün Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən mənzil növbəsi İddiaçı adına keçirilmiş və mənzil növbəsində 2 nəfər ailə tərkibi ilə (özü qardaşı) hesab olunmaqla siyahıya daxil edilmiş, iddiaçı güzəştli mənzil növbəsində mənzillə təmin edilməyə ehtiyacı olan şəxs olaraq qaldığına görə iddia təmin edilməlidir. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən ünvanlanmış sorğuya Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən göndərilən xx.xx.2019-cu il tarixli, 3399/d nömrəli cavab məktubuna (məktub başçının vəzifəsini icra edən E.Rzayev tərəfindən imzalanmışdır) əsasən qeyd olunmuşdur ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 104 saylı Sərəncamı müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. İş materiallarında olan Dövlət X12 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və X7 Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən, şəhidin uşaqları, uşaq evlərində tərbiyə olunan bacı və qardaşları 18, əyani təhsil alanda isə 23 yaşa çatanadək şəhidin ailə üzvləri hesab olunurlar. İddiaçı şəhid ailəsi statusu olmadığı üçün mənzil şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyətləri xaricindədir. İşin obyektiv və hərtərəfli araşdırılması məqsədilə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanmışdır, sorğuya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 491 nömrəli cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 129 nömrəli sərəncamının təsdiq olunmuş surətinə əsasən qeyd edilmişdir ki, X2 Bakı şəhəri Ə.Cavad küçəsi, 204 saylı özbaşına tikili olan evin yaşayış sahəsi 58,5 kv.metr olan mənzilində 8 nəfər ailə üzvü ilə birlikdə pasport qeydiyyatında olmaqla yaşayır. O, rayon İcra Hakimiyyətinə müraciətində oğlu Məhərrəmov Aftilin 1994cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşdüyünü və hal-hazırda şəhidlik statusu aldığını bildirir. Bununla əlaqədar onun özünə də şəhid ailəsi statusunun verilməsini və yaşayış şəraitini nəzərə alın mənzil uçotuna götürülməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq X2 3 nəfər ailə tərkibi ilə (özü, qızı Nərgiz, oğlu-İsmayıl) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil uçotuna götürülsün və Qarabağ Müharibəsində şəhid olanların ailələrinin mənzil-uçot siyahısına daxil edilsin. Sorğuya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 491 nömrəli cavab məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 104 nömrəli sərəncamının təsdiq olunmuş surətinə əsasən qeyd edilmişdir ki, X2 xx.xx.2011-ci il tarixdən ailəsi ilə birlikdə yaşayış yeri üzrə şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsində olmuşdur. Hal-hazırda onun qızı İddiaçı rayon İcra Hakimiyyətinə müraciətində anasının vəfat etdiyini bildirir, mənzil uçotunun adına keçirilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq X1 vəfat etməsi ilə əlaqədar mənzil uçotu tarixi saxlanılmaqla (xx.xx.2008-ci il) qızı İddiaçı adına keçirilsin və mənzil növbəsində 2 nəfər ailə tərkibi ilə (özü, qardaşı) hesab olunmaqla ümumi siyahıya daxil edilsin. İş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 104 nömrəli sərəncamının surətinin qərara aldı hissəsində mənzil uçotu tarixi xx.xx.2011-ci il qeyd edilmişdir. Lakin məhkəmə tərəfindən ünvanlanmış sorğuya daxil olan cavab məktubuna əlavə olunmuş həmin sərəncamın qərara aldı hissəsində isə mənzil uçotu tarixi xx.xx.2008-ci il qeyd olunmuşdur. (Qeyd sərəncama heç bir sənəd əlavə edilməmişdir.ƏSAS: Fond-142, siy.1, iş-991, vər. 157; ARDA-nın Bakı filialının direktoru: Ağakişi Allahverdiyev, icraçı: Ləman Vəliyeva) Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş sərəncamın qərara aldı hissəsində mənzil uçot tarixinə vizual baxışdan da göründüyü kimi düzəliş edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır (maddə 2.2.3). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, iddiaçının güzəştli mənzil növbəsinə götürülmüş anası Ruqiyyə Məhərrəmova vəfat etdikdən sonra mənzil uçotu Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixdə verilən 104 nömrəli sərəncamı ilə iddiaçının adına keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəhidin uşaqları, uşaq evlərində tərbiyə olunan bacı və qardaşları 18, əyani təhsil alanda isə 23 yaşa çatanadək şəhidin ailə üzvləri hesab olunurlar. Göründüyü kimi iddiaçı 1961-ci il təvəllüdlü olmaqla 59 yaşındadır. Yuxarıda qeyd olunan normativ akta əsasən isə şəhidin uşaqları 18, əyani təhsil alanda isə 23 yaşa çatanadək şəhidin ailə üzvləri hesab olunurlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixdə verilən 104 nömrəli sərəncamı ilə mənzil növbəsində saxlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Həmçinin, iddiaçının özünün də bildirdiyinə görə özünün şəhid ailəsi statusu yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3371/2019 saylı saylı qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində olan Dövlət X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3371/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində olan Dövlət X8rşı xx.xx.2011-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilən 129 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi o da daxil olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlər əsasında mənzil növbəsində duran anası X3 xx.xx.2012-ci il tarixdə vəfat etdikdən sonra, rayon icra hakimiyyətinin xx.xx.2013-cü il tarixdə verilən 104 nömrəli sərəncamı ilə həmin növbə iddiaçının adına keçirildiyindən iddiaçının həmin əsaslarla mənzil növbəsində saxlanılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 (hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində olan Dövlət X12) üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar