Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-964/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işə bərpa və sair tələbi barədə inzibati mübzahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-3287/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-3287/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (əvvəlki Azərbaycan Respublikasının Vergilər Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun onun vergi orqanlarında xidmətinə xitam verilməsinə dair “İntizam tənbehi tədbirinin görülməsi barədə” 17 yanvar 2020-ci il tarixdə Sahir Məmmədxanov tərəfindən imzalanmış əmrin ləğv olunması, onun öz əvvəlki işinə və vəzifəsinə bərpa olunması, 17 yanvar 2020-ci il tarixdən etibarən ona ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla əmək haqqının və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 15000 (on beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İntizam tənbehi tədbirinin görülməsi barədə” 17 yanvar 2020-ci il tarixli əmri ilə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmiş və o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. O, 2011-ci ildən etibarən vergi orqanlarında xidmət edir. Bu günədək xidmət etdiyi vergi orqanında hər hansı intizam tənbehi almamış, daima nümunəvi xidmət keçmişdir. Halhazırki mübahisənin yaranmasına səbəb kimi onu bildirmişdir ki, o, qarşıdan gələn 09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürmək istəmişdir, lakin vergi orqanının rəhbərliyi tərəfindən onun konstitusion hüququ olan seçib seçilmək hüququ əsassız olaraq əngəllənmişdir. Belə ki, onun namizədliyinin qeydiyyatdan keçirilməsi üçün müvafiq seçki komissiyasına təqdim etməli olduğu iş yerindən tələb olunan sənədlərin (iş yerindən arayışın və gəlirlər barədə arayışın) ona verilməsindən imtina olunmuş, açıq-aşkar təhdid edilərək namizədliyi irəli sürəcəyi halda işdən uzaqlaşdırılacağı ilə hədələnmişdir. Məhz bununla bağlı olaraq o, yanvar ayının 9-u tarixində Prezident Administrasiyasına getmiş, öz şikayətini bildirmək istəmiş, lakin buna nail olmayaraq, əksinə şərlənərək məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş yerində də bu barədə məlumatlı olsalar da, intizam tənbehi adı altında tələm-tələsik və qanunsuz şəkildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, onun törətdiyi iddia edilən intizam tənbehi kimi göstərilən işə gəlməməsi 09 yanvar tarixində polis əməkdaşları tərəfindən saxlanılması və həmin tarixdə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsi ilə əlaqədar olmuşdur. Bir tərəfdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Rasim Quliyevin imzaladığı 14 yanvar 2020-ci il tarixli, **********351000 nömrəli məktub onun yaşayış yeri üzrə ünvana göndərilərək işə gəlməməsinin üzürlü olması ilə bağlı sənədin təqdim olunması tələb edildiyi halda, digər tərəfdən də həmin tarixdə vergi orqanlarında istifadə edilən AVİS (X1) proqramında qeydiyyata alınmış və Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanov tərəfindən 17.01.2020-ci il tarixdə imzalanmış “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə onun vergi orqanlarında xidmətinə xitam verilir. Bu halın özü verilən əmrin qanunsuz və qərəzli olduğunu açıq şəkildə sübuta yetirir. Belə ki, intizam tənbehi verildiyi halda onun izahatı alınmamış, işə gəlməməsinin səbəbləri araşdırılmamış, işə çıxmadığı günlərdə onun inzibati həbsdə olduğu nəzərə alınmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini Sahir Məmmədxanovun “İntizam tənbehi tədbirinin görülməsi barədə” 14 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmış və 17.01.2020-ci il tarixdə imzalanmış əmri ilə onun vergi orqanlarında xidmətinə xitam verilməklə aşkar qanunsuzluğa yol verilmiş, onun əmək hüququ kobud şəkildə pozulmuşdur. Onun yol verilmiş qanunsuzluğun aradan qaldırılması barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qaldığından, qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiəsini xahiş etmək məcburiyyətində qalmışdır. Onunla əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xitam verilmişdir. Müqaviləyə intizam tənbehi şəklində xitam verilərkən onun izahatım alınmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmək qanunvericiliyinin tələbləri gözlənilməmiş, intizam tənbehi səlahiyyəti olmayan şəxs tərəfindən qanunvericiliyin pozulması ilə onun işdə olmadığı və inzibati həbs çəkdiyi gündə verilmişdir. Cavabdehin bu hərəkəti maddi ziyan vurmaqla yanaşı, ona böyük mənəvi sarsıntı da gətirmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını zəruri edir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya .ikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır ona görə də birinci instansiya məhkəməsinin qətrarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.01.2020-ci il tarixli məktubda qeyd olunur: 08.01.2020-ci il tarixlərdən hal-hazırki günədək tərəfinizdən iş buraxmaya yol verilməklə əmək funksiyasının icrası təmin edilməmiş və işə çıxmamanın səbəbləri ilə bağlı hər hansı rəsmi sənəd və ya məlumat Vergilər Nazirliyinin Bakı şəhəri Lokai Gəlirlər Baş idarəsinə təqdim edilməmışdir. Daxili intizam qaydalarına əməl edilməsi, əmək haqqı və müavinətlərin düzgün hesablanması üçün iş vaxtının uçotunun aparılmasının təmin edilməsi məqsədilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədin, müalicəsi davam etdirildiyi halda isə müalicə olunduğunuz və ya tibbi xidmət üçün müraciət etdiyiniz tibb müəssisəsi barədə (müəssisənin adı, yerləşdiyi ünvan göstərilməklə) məlumatın 3 gün müddətində iş yerinə təqdim edilməsi Sizdən xahiş olunmuşdur. Gostərilən tələblərə əməl edilməyəcəyi təqdirdə, müvafiq araşdırmanın nəticəsindən asılı olaraq, işə gəlməməyiniz üzrsüz səbəbdən iş buraxma kimi qiymətləndirilməklə barənizdə intizam tənbehi tədbiri görülə bilər. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 3(009)-67/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən İddiaçı barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş və İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx xxxx 1985-ci il tarixdə ünvan 2 ünvanda yaşayan İddiaçı 09 yanvar 2020-ci il tarixdə Səbali rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında nalayiq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir, nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xtalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və 09 yanvar 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 14.01.2020-ci il tarilxi 3(103)- 157/2020 saylı qərarından görünür ki, barəsində həbs inzibati tənbeh növü tətbiq edilmiş İddiaçı müdafiəçisi Ağayev islam Sabir oğlu tərəfindən verilmiş apelyasiya qaydasında şikayət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin İddiaçı barəsində olan 09 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Vimay-Medical” Center tərəfindən verilmiş 40 saylı arayışdan görünür ki, 1985-ci il təvəllüdülü İddiaçı həqiqətən 08.01.2020- 09.01.2020-ci il tarixdə “Vimay-Med” tibb mərkəzində KRX (X5) və Burun qanaxması diaqnozu ilə müalicə almışdır. Arayış Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etmək üçün verilmişdir. İş materiallarında olan “İntizam tənbehi tədbirinin görülməsi” barədə 17.01.2020-ci il tarixli **********042900 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı 08.01.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, işə gəlməməsinin səbəblərini müəyyən etmək üçün onun istifadəsində olan mobil telefon (***- ***-**-**) nömrəsi ilə əlaqə saxlanıldıqda nömrəyə zəng çatmamış (bağlı olmuş), sonradan 10.01.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X6 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı 08.01.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və 10.01.2020- ci il tarixədək işə çıxmadığını bildirmişdir.Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş 09.01.2020-ci il tarixli Qərar əsasında müəyyən olmuşdur ki, İddiaçı 09.01.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və bu səbəbdən də o, Məhkəmənin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmişdir.Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 08.01.2020-ci il tarixdən işə gəlməmiş, iş günü işə gəlməməsinin səbəbinin xəstə olması ilə əlaqədar olduğunu şöbə rəisinə bildirsə də, 09.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir.Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “f” və 72-ci maddəsinin “a” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1-ci, 4.3-cü, 4.8-ci və 4.11-ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 15.12-ci bəndini rəhbər tutaraq kiçik vergi xidməti müşaviri, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsiəmredilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən Vergilər nazirinin müavininə edilmiş 14.01.2020-ci il tarixli aparılmış araşdırmanın nəticəsi haqqında xidməti məruzədən görünür ki, Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında Nazirliyin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı 08.01.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, işə gəlməməsinin səbəblərini müəyyən etmək üçün onun istifadəsində olan mobil telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanıldıqda nömrəyə zəng çatmamış (bağlı olmuş), sonradan 10.01.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X6 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı 08.01.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və 10.01.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir.Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş 09.01.2020-ci il tarixli Qərar əsasında müəyyən olmuşdur ki, İddiaçı 09.01.2020-ci il tarixdə Səbail rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermiş və bu səbəbdən də o, Məhkəmənin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin tarixdən 10 (on) gün müddətinə həbs edilmişdir.Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 08.01.2020-ci il tarixdən işə gəlməmiş, iş günü işə gəlməməsinin səbəbinin xəstə olması ilə əlaqədar olduğunu şöbə rəisinə bildirsə də, 09.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ictimai qaydanı pozaraq nalayiq ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir.Bu hərəkətlərə (hərəkətsizliyə) yol verməklə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b”, “f” və 72-ci maddəsinin “a” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.1-ci, 4.3-cü, 4.8-ci və 4.11-ci bəndlərinin və “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci, 3.2.1-ci, 3.2.2-ci və 3.10.1-ci yarımbəndlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq vergi orqanı əməkdaşı İddiaçı intizam məsuliyyəti məsələsinə baxılması barədə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 16.01.2020-ci il tarixli 1 saylı “münasibət bildirilməsi haqqında” məktubundan görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödeyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən işdən azad olunması məsələsinə münasibət bildirilməsi haqqındakı müraciətə Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin iclasında baxılmışdır.Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödeyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara, vergi işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə göstərilən maddə ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-cimaddəsinin «ç» bəndinəəsasənişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqdaəmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır: 31.0.1. bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək; 31.0.2. vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək; 31.0.3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin: 34-cü maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirmək;dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq; 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə; 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyrimümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin baş dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri İddiaçı 08.01.2020-ci il tarixdən etibarən işə davamiyyəti pozaraq işə gəlməmiş, 10.01.2020-ci il tarixdə Baş İdarənin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, vergi xidməti müşaviri X6 Baş İdarənin Daxili nəzarət şöbəsinə xidməti məktub (**********543400 nömrəli) ünvanlayaraq şöbənin əməkdaşı İddiaçı 08.01.2020-ci il tarixdə onunla telefon əlaqəsi saxlayaraq xəstə olduğu üçün işə gələ bilmədiyi barədə məlumat verdiyini və 10.01.2020-ci il tarixədək işə çıxmadığını bildirmişdir.Lakin iddiaçı tərəfindən xəstəliyinə (əmək qabiliyyətini müvəqqəti itirməsinə) dair sənəd iş yerinə təqdim edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 3(009)- 67/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510- cu maddəsinə əsasən İddiaçı barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş və İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı 09 yanvar 2020-ci il tarixdə Səbali rayonunda yerləşən Prezident Administrasiyasının qarşısında nalayiq ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir, nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və onun barəsində 09 yanvar 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən Vergilər nazirinin müavininə aparılmış araşdırmanın nəticəsi haqqında xidməti məruzə təqdim edilmiş, habelə İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara, vergi işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə onunla bağlanmış əmək müqaviləsinəAzərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi etiraz etməmişdir. Bundan sonra “İntizam tənbehi tədbirinin görülməsi” barədə 17.01.2020-ci il tarixli **********042900 saylı əmrlə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vergi orqanlarında xidmətinə qanunvericiliyin tələblərinə əməl olunmaqla xitam verilmişdir. Bu səbəbdən iddia tələbi əmrin ləğv olunması, əvvəlki işinə və vəzifəsinə bərpa olunma, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissələrində əsassız hesab edilməli və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd tmişedir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-3287/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: İlham Kərimli Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-964/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-964/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver